Məhkəmə qərarları › İş №2(104)-2606/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2606/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2606/2023 06.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadından İddiaçı Alahverdi qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Alahverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2011ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birgə gəlin köçdüyü Bərdə rayonu, Körpüqıran kəndində yerləşən evə övladları ilə birgə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Fuad Babaşov) İddiaçı Alahverdi qızının Cavabdeh qarşı “evə köçmə” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Alahverdi qızı həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-360/2021 saylı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 2238/2021 və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3178/2022 saylı qərar və qətnamələrində qeyd olunan ev hazırki iddia tələbində qeyd edilən ev ilə fərqlidir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, İddiaçı Alahverdi qızının Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadından verdiyi şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı Alahverdi qızının məhkəmə kollegiyasına ünvanladığı ərizədən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadından verdiyi apellyasiya şikayətindən imtina edərək, şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Alahverdi qızının Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3356/2023 saylı qərardadından verdiyi şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Alahverdi qızının Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 3356/2023 saylı qərardadından verdiyi şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar