Məhkəmə qərarları › İş №2(104)-261/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-261/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-261/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəb və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 2**8-ci il tarixli, B 116271 nömrəli diplomun surətindən görünür ki, İbrahimova (Musayeva) X22 Dövlət Universitetinin «Maarif ibtidai təhsilin pedaqojikası və metodikası» fakultəsini bitirmişdir.

2. *9.*3.2*16-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı *9.*3.2*16-cı il tarixdən müddətsiz olaraq Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə gözətçi kimi növbəlik əsasında saat 16:**-dan 24:**-dək işləməyə başlamışdır.

3. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin gecə gözətçisi X3 və məktəbin katibəsi X1 tərəfindən tərtib edilmiş 29.*9.2*23-cü il tarixli aktın surətindən görünür ki, 15.*9.2*23-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin gözətçilərinin iş qrafikinə imza edilərkən İddiaçı əvvəlcə iş qrafiki ilə razılaşmış, lakin akta imza edərkən imza etməkdən imtina etmişdir.

4. 29.*9.2*23-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin gözətçilərinin iş vaxtının razılaşdırılması barədə iş qrafikinin surətindən görünür ki, İddiaçı iş vaxtı 16:**-dan 24:**-dək olan müddəti əhatə edir.

5. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2*, GDRTİ-nin mühasibləri X7, X15, X8 və məktəbin laborantı X16 tərəfindən tərtib edilmiş 15.11.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da, 16:1*-da iş yerində olmamışdır.

6. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin məktəbdən kənar sinifdən xaric işlər üzrə təşkilatçısı X9, məktəbin psixoloqu X17 və məktəbin həmkarlar komitəsinin sədri X1* tərəfindən tərtib edilmiş 16.11.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 15.11.2*23-cü il tarixdə işə gecikməsi ilə bağlı izahat yazmaqdan imtina etmişdir.

7. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 15.11.2*23-cü il tarixində məktəbdaxili əmək inzitam qaydalarını pozduğuna və əmək funksiyasını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət edilmişdir.

8. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2* və məktəbin laborantı X16 tərəfindən tərtib edilmiş *1.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da, 16:3*-da iş yerində olmamışdır.

9. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *2.12.2*23-cü il tarixli, 361 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *1.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. 1*. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2* və məktəbin laborantı X16 tərəfindən tərtib edilmiş *5.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 16:**-da davamiyyət cədvəlinə imza atmış, lakin üzrsüz səbəbdən iş yerini tərk etmişdir.

11. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *6.12.2*23-cü il tarixli, 366 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *6.12.2*23-cü il tarixdə davamiyyət cədvəlinə imza atmış, lakin üzrsüz səbəbdən iş yerini tərk etmişdir, həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X17, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2* və məktəbin laborantı X21 tərəfindən tərtib edilmiş 13.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi.

13. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 14.12.2*23-cü il tarixli, 387 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 13.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 14.12.2*23-cü il tarixli, 388 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 13.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı şiddətli töhmətlə bağlı xəbərdarlıq edilmişdir.

15. Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X11, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2* və məktəbin ocaqçısı X28 tərəfindən tərtib edilmiş *8.*1.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi. Lakin davamiyyət cədvəlində “gəldi bölməsinə” imza etmişdir.

16. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *9.*1.2*24-cü il tarixli, 12 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *8.*1.2*24-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X11, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2* və məktəbin laborantı X16 tərəfindən tərtib edilmiş 18.*1.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi.

18. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 19.*1.2*24-cü il tarixli, 22 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 18.*1.2*24-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir.

19. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin ingilis dili müəllimi X4, məktəbin laborantı X16 və məktəbin katibəsi X1 tərəfindən tərtib edilmiş 26.*4.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi. Bununla bağlı sonuncuyla 17:**-da əlaqə saxlanasa da iş yerinə gəlməmişdir. 2*. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X14, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin uşaq birliyi rəhbəri X18 və məktəbin ingilis dili müəllimi X4 tərəfindən tərtib edilmiş 29.*4.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 26.*4.2*24-cü il tarixdə üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı izahat yazmaqdan imtina etmişdir.

21. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 29.*4.2*24-cü il tarixli, 96 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı müəssisə daxili intizam qaydalarını (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndi) növbəti dəfə pozduğuna görə, sonuncu intizam tənbehinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi işdən azad olunma) Həmkarlar İttifaqı Komitəsinin rəyini öyrənmək üçün, işçi haqqında bütün sənədlərin surəti Həmkarlar İttifaqı Komitəsinin sədri X2 verilmişdir.

22. Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsi Komissiyasının *3.*5.2*24-cü il tarixli, 1 nömrəli protokolunun surətindən görünür ki, məktəbin Həmkarlar İttifaqı Komitəsinin üzvü İddiaçı işində daha da məsuliyyətli olmasına qərar verilmiş, əks halda işdən azad olunmasına Həmkarlar İttifaqı Komitəsi müsbət cavab verəcəkdir.

23. *7.*5.2*24-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəna Həsənova tərəfindən verilmiş rəyin surətindən görünür ki, İddiaçı qeyd olunan hallar təkrar edərsə sonuncunun işdən azad edilməsinə heyyət üzvlərinin razılığı olmadan azad edilməsinə etiraz olunmur.

24. 14.*5.2*24-cü il tarixli təqdimatın surətindən görünür ki, İddiaçı 13.*5.2*24-cü il tarixdə saat 17:35-də üzrsüz səbəbdən iş yerində olmamışdır.

25. 2*.*5.2*24-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəna Həsənova tərəfindən verilmiş bildirişin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi işdən azad edilməsinə etiraz olunmamışdır.

26. *5.1*.2*23-cü il tarixli, *6.1*.2*23-cü il tarixli, *7.1*.2*23-cü il tarixli, *9.1*.2*23-cü il tarixli, 1*.1*.2*23-cü il tarixli, 11.1*.2*23-cü il tarixli, 27.1*.2*23- cü il tarixli, 15.11.2*23-cü il tarixli, 16.11.2*23-cü il tarixli, *2.12.2*23-cü il tarixli, *4.12.2*23-cü il tarixli, *5.12.2*23-cü il tarixli, 14.12.2*23-cü il tarixli, *8.*1.2*24-cü il tarixli, *9.*1.2*24-cü il tarixli, 15.*1.2*24-cü il tarixli 19.*1.2*24-cü il tarixli, 29.*4.2*24-cü il tarixli və 14.*5.2*24-cü il tarixli təqdimatların surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə üzrsüz səbəbdən ya işə gecikmiş, ya iş yerindən vaxtından əvvəl getmiş və ya ümumiyyətlə iş yerinə gəlməmişdir.

27. Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrlə töhmət, 14.11.2*23-cü il tarixli, 388 nömrəli əmrlə şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi) 2*.*5.2*24-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir.

28. 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi» barədə elektron əmrdən görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində «gözətçi» işləyən İddiaçı dəfələrlə əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutuduğu vəzifədən azad edilmiş, işçinin 12.1*.2*22-ci il tarixdən 2*.*5.2*24-cü il tarixinədək istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Gəncə Daşkəsən regional Təhsil idarəsinin mühasaibatlığına həvalə edilmişdir.

29. İddiaçı X24 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisinə ünvanladığı 2*.*5.2*24-cü il tarixli ərizəsinin surətindən görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru ona işdən çıxmağa dair ərizə yazmadığı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verəcəyini bildirmişdir. 3*. İddiaçı X24 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığı *7.*6.2*24-cü il tarixli izahatının surətindən görünür ki, İddiaçı müəssisənin təqdim etdiyi sənədlər təqdim olunmuş, yalnız *7.*5.2*24-cü il tarixli ərizəni özü yazdığını bildirmiş və digər sənədlərlə razılaşmamışdır. Bundan başqa işdən çıxdığı üçün son haqqhesab ödənilmədiyindən bu barədə tədbir görülməsini xahiş etmişdir.

31. *5.*7.2*24-cü il tarixi mediasiya prosessinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı tərəfindən *5.*7.2*24-cü il tarixdə «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi»nə dair təkliflə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinə müraciət ünvanlamışdır.

32. 26.*7.2*24-cü il tarixli ilkin mediasiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin nümayəndəsi mediasiya prossesində iştirak etmədiyinə görə mediasiya prosessinə xitam verilmişdir.

33. **5**13 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı *1.*4.2*1*-cu il tarixli, 88 nömrəli əmrlə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə xadimə vəzifəsinə təyin edilmiş, *1.*9.2*11-ci il tarixli, 7*/2 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. *9.*3.2*16-cı il tarixli, 23/5 nömrəli əmrlə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə təyin edilmişdir. 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrlə töhmət, 14.11.2*23-cü il tarixli, 388 nömrəli əmrlə şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi) 2*.*5.2*24-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir.

34. 2*24-cü il may ayında "xxxx" ASC-nin «Gəncə» filialı tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb tərəfindən İddiaçı hesabına 4*8 manat 55 qəpik məbləğində pul vəsaiti köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

35. İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Daşkəsən regional Təhsil İdarəsi) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbində gözətçi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

36. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2**8-ci ildə Gəncə Dövlət Universitetinin «Maarif İbtidai Təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə tam kursu bitirmişdir və ali təhsillidir. *1.*4.2*1*-cu il tarixli 88 nömrəli əmrlə o, Gəncə şəhər Samir Vəliyev adına orta məktəbdə xadimə, *9.*3.2*16-cı il tarixli 23/5 nömrəli əmrlə həmin məktəbdə gözətçi vəzifəsinə təyin edilərək işləməyə başlamışdır. İşlədiyi müddətdə də, həmişə əmək intizamına əməl etməklə heç bir intizam qaydasında cəza almamışdır. Buna baxmayaraq, cavabdeh Gəncə şəhəri Samir Vəliyev adına tam orta məktəbinin direktoru X14 2*.*5.2*24-cü il tarixli 1** nömrəli əmri ilə onun xəbəri və məlumatı olmadan Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə yəni «üzrsüz səbəbdən bütün iş günü işə gəlməməməsinə əsasən» onu işdən azad etməklə bağlanan əmək müqaviləsinə xitam vermiş, həmin əmrin surətini o, 23.*5.2*24-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Halbuki, o, 2*24-cü ilin may ayı ərzində, yəni işdən azad olunan günə kimi daim vaxtı-vaxtında işdə olmaqla əmək funksiyanı yerinə yetirmişdir. Bundan əvvəl onun barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq olunmamış, 16.11.2*23-cü il tarixdə töhmət, 14.12.2*23-cü il tarixdə şiddətli töhmət kimi intizam tənbeh tədbirinin tətbiqindən məlumatsız olmuşdur. Həmin əmrlər direktor tərəfindən sonradan saxtakarlıq edilərək, əvvəlki tarixə tərtib olunmuşdur. Lakin, o, hər hansı bir əmək funksiyasını pozmamış, onun hərəkətləri ilə əlaqədar iş yerində işin, istehsalın və icra intizamının normal ahəngi pozulmamış və ya işə götürənin habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan vurmamışdır. Hətta 2*.*5.2*24-cü il tarixli 1** nömrəli əmrinə qədər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin rəhbərliyinin hərəkətlərindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Daşkəsən regional Təhsil İdarəsinə çoxsaylı şikayətlər etmişdir. Bundan başqa, o, sözügedən qanunsuz əmrin ləğv edilməsinə dair dərhal X5 Gəncə- Daşkəsən regional şöbəsinə şikayət etmişdir. Həmin şöbədə də bir müddət araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra o, əmək mübahisəsinin həlli üçün *5.*7.2*24-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Buna görə də o, Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrinin ləğv edilməsinə dair iddia tələbi üzrə iddia müddətini ötürməmişdir.

37. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Daşkəsən regional Təhsil İdarəsi) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

38. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrini 23.*5.2*24-cü il tarixdə almasına baxmayaraq, bundan 43 gün sonra yəni *5.*7.2*24-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 26.*7.2*24-cü il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və bundan da 4 gün sonra 31.*7.2*24-cü il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 47 gün sonra (ilkin mediasiya sessiyasınadək 43 gün, ilkin mediasiya sessiyasından sonra 4 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini 17 gün müddətə ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 4*. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, o, 2**8-ci ildə Gəncə Dövlət Universitetinin “Maarif İbtidai Təhsilin pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirmiş və Ali təhsillidir. *1.*4.2*1*cü il tarixli 88 nömrəli əmrlə o, Gəncə şəhər Samir Vəliyev adına orta məktəbdə xadimə, *9.*3.2*16-cı il tarixli 23/5 nömrəli əmrlə həmin məktəbdə gözətçi vəzifəsinə təyin edilərək işləmişdir. İşlədiyi müddətdə də, həmişə əmək intizamına əməl etməklə heç bir intizam tənbehi qaydasında cəza almamışdır. Ancaq, cavabdeh Gəncə şəhər Samir Vəliyev adına tam orta məktəbin direktoru X14 özünün 2* may 2*24-cü il tarixli əmri ilə onun xəbəri və məlumatı olmadan Əmək Məcəlləsinin 7*-ci maddəsinin “Ç” bəndi ilə onu işdən azad etməklə onunla bağlanan əmək müqaviləsinə xitam vermişdir. Əmirdə belə əsaslandırılmışdır ki, guya o, üzürsüz səbəbdən bütün iş günləri işə getməmiş və əvvəllərdə dəfələrlə əmək funksiyasını pozmaqla dəfələrlə intizam tənbehi qaydasında töhmət və şiddətli töhmət cəzaları alsa da, yenə nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozmuşdur. Guya hər dəfə əmək funksiyasının pozmağı barədə onun barəsində aktlar tərtib edilmiş və ondan bu barədə izahat yazmaq tələb edilsə də, o, bundan imtina etmişdir. Bildirir ki, bunlar hamısı yalan və həqiqətə uyğun deyildi. Həmin tərtib olunan aktlar və verilən intizam tənbehi qaydasında cəzalar o, 2* may 2*24cü il tarixdə işdən azad edildikdən dərhal sonra Əmək müfəttişliyinə şikayət etdiyinə görə müdriyyət öz qanunsuz əmrinə qanuni don geyindirmək üçün əvvəlki tarixlərə öz tabeliyində olan işçilərə onun barəsində saxta aktlar tərtb etdirmiş və onun intizam tənbehi qaydasında əvvəlki tarixlərə cəzalar verilməsi barədə əmr yazmışdır. Çünki onun bu aktlardan və əmrlərdən xəbəri olmamışdır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə əsasən onun iş qrafiki, yəni iş saatı saat 16:**-dan başlayıb, saat 24:**-da başa çatır. Yəni, o, saat 16:**-da işə gedən zaman artıq məktəb müəllimlərinin və digər işçilərin iş vaxtları qurtarmaqla hamısı evlərinə getməklə orda heç kim olmur. Belə olan halda da, orda olmayan müəllim və digər işçilər onun işə gəlib-gəlməməyi barədə necə məlumat yazıb akt tərtib edə bilərlər. Dediyi kimi bu aktlar və sənədlər o, işdən azad edildikdən sonra əvvəlki tarixlərə tərtib edilmiş saxta aktlar və əmrlərdi. Ancaq Gəncə şəhər Məhkəməsi işə baxarkən işin bu həqiqi və faktiki hallarını araşdırmayaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi əsassız, qanunsuz və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə düzgün olmamaqla bu məsələni tənzimləyən maddi hüquq normasının pozulmasıdır. Belə ki, o, onunla əmək müqaviləsinə xitam verildiyi gün yəni 2* may 2*24-cü il tarixdə dərhal bu əmrdən Əmək qanunvericiliyinə əməl olunmasına Dövlət nəzarətini həyata keçirən orqan olan X12-Daşkəsəb regional Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin Şöbədə bir müddət araşdırma aparılmış ancaq araşdırmanın gec aparıldığını görüb o, Əmək Müfəttişliyinin cavabını gözləmədən bu barədə Mediasiya Təşkilatına müraciət etmişdir. (Əmək Müfəttişliyinin şikayətlə bağlı yoxlama nəticəsinin cavabı ona 27.*8.2*24-cü il tarixdə verilmişdir). Göründüyü kimi o, göstərilən 1 aylıq iddia müdddətini üzürlü səbəbdən keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda, məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi onun iddia müddətini qısa müddətdə ötürməyi obyektiv hallarla, yəni, X13 və Mediasiya təşkilatına müraciət etməyimlə bağlı olmuşdur ki, bu hallarda üzürlü səbəblər hesab olunur. Bundan əlavə qanunun məzmunundan görünür ki, əmək mübahisəsində iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi nəzərdə tutulmamışdır, bu əmək mübahisəsinə baxan orqan tərəfindən müəyyən edilməklə bərpa edilməlidir. Hesab edir ki, məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tədbiq edib iddianı təmin etməli olduğu halda, bunu etməmiş, yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tədbiq etməyərək əsassız və qanunsuz qətnamə çıxarmışdır.

42. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, əmrin surətini və əmək kitabçasını 23 mayda almışdır. 2* mayda əmək müfəttişliyinə müraciət etmişdir. Sonra 23 mayda müraciət etmişdir. Ona demişdirlər ki, ola bilsin barışıq oldu ona görə də, səbrli olsun. O, da gözləmişdir. Əmək müfəttişliyi onu “arxayın” salmışdır. Görəndə ki, onlardan bir cavab çıxmır gözləmədən mediasiyaya müraciət etmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin *9.1*.2*24-cü il tarixli, 2(*45)-128*/2*24 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişlər. İşçiyə əvvəl töhmət verilib, sonra isə intizamsızlığa görə işdən azad edilib.

45. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Daşkəsən regional Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

46. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

47. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

48. 7*-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

49. 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 5*. 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

51. 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

52. 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 6*. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

61. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı *9.*3.2*16-cı ildə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində gözətçi işinə qəbul edilmiş, 2*.*5.2*24-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı hesab etmişdir ki, həmin əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulan halların mövcudluğuna qiymət verilməmiş, İddiaçı əmək funksiyasını pozması ilə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyibdəyməməsi ümumiyyətlə yoxlanılmamışdır.

66. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gün, yəni 2* may 2*24-cü il tarixdə dərhal bu əmrdən Əmək qanunvericiliyinə əməl olunmasına Dövlət nəzarətini həyata keçirən orqan olan X12-Daşkəsəb regional Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin Şöbədə bir müddət araşdırma aparılmış, ancaq araşdırmanın gec aparıldığını görüb Əmək Müfəttişliyinin cavabını gözləmədən bu barədə Mediasiya Təşkilatına müraciət etmişdir. Əmək Müfəttişliyinin şikayətlə bağlı yoxlama nəticəsinin cavabı ona 27.*8.2*24-cü il tarixdə verilmişdir. Hesab etmişdir ki, göstərilən 1 aylıq iddia müdddətini üzürlü səbəbdən keçirmişdir. Lakin kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda, məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının əmək müfəttişliyyinə müraciət etdiyi üçün məhkəməyə gec müraciət etməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 3*.*7.2*21-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X25 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

68. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair” *3.*6.2*13-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 3* iyul 2*21-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair” 2*13-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. 7*. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 4*2, maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4683/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar