Məhkəmə qərarları › İş №2(104)-2629/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2629/2023

30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2629/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X12 və hüquq və maraqlarına toxunan şəxs X13 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə çmüraxiət edərək, mərhum X2 və X5 miras qalmış miras qalmış fərdi yaşayış evi, həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia təmin edilmiş, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın X3 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Hüquq və maraqlarına toxunan şəxs X19 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun nənəsi X15 24 aprel 1988-ci il tarixdə vəfat etmişdir.O, vəfat edəndən sonra sözügedən əmlakı anası X14 idarə etmiş və 3* noyabr 2**3-cü il tarixində vəfat etmişdir. Anasından sonra isə ondan qalmış mirası o qəbul etmişdir. Xalası İddiaçı isə digər ünvanda yaşamaqla anasından qalmış mirası qanunvercilikdə nəzərdə tutulmuş müddətdə qəbul etməmişdir. İş üzrə maraqlı şəxs 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq və maraqlarına toxunan şəxs X13 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (vəkili) X2* məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 iyun 2*23-cü il tarixli 3-21-3-33/2-5596/2*23 nömrəli arayışından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına istinadədən, Yerli Təsərrüfat şöbəsi ilə Gəncə şəhər notariat kontorunda bağlanmış 13 iyun 1929-cu il tarixli, 2**1 nömrəli müqaviləyə əsasən Abbas Mahmud oğluna fərdi yaşayış evinin tikintisi üçün 51* m2 torpaq sahəsi ayrılmışdır. X6 adına Kirovabad şəhəri, ünvan 1 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 531 m2 torpaq sahəsinə dair 12 iyun 1977-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun 17 fevral 1978-ci il tarixli, 3K-1-166 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən bu əmlak (tikili «A»-da 18,9 m2, 29,3 m2 iki yaşayış otağı, 38,2 m2 örtülü eyvan, 9,9 m2 mətbəx, 33,1 m2 zirzəmi, tikili «B»-də 52,2 m2 əl damı) X6 adından X7, X1*, X4, X8, İddiaçı adlarına keçmişdir. *9 iyun 2*22-ci il tarixli arayışdan görünür ki, X16 26 fevral 1966-cı ildə ölmüşdür. AA seriyalı 1174*2 nömrəl doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1941-ci ildə anadan olmuşdur. İddiaçı atası X16, anası X11r. İJ seriyalı 223772 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 1* iyul 1938-ci ildə anadan olmuşdur. X8 atası X16, anası X11r. AZ-İİ seriyalı 224889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 17 dekabr 2*21-ci ildə ölmüşdür. *9 iyun 2*22-ci il tarixli arayışdan görünür ki, X18 28 noyabr 1998-ci ildə, X14 isə 3* noyabr 2**3-cü ildə ölmüşdür. Dövlət notariat arxivinin *9 iyun 2*23-cü il tarixli 3-15-5/6-13- x-13-6/23 nömrəli arayışından və 22 oktyabr 1986-cı il tarixli 2-142 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, 22 oktyabr 1986-cı il tarixdə 2-142 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. X1 şəhəri, ünvan 1 ünvanlnda yerləşən əmlakın ona aid olan hissəsini X9 və İddiaçı vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın X3 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2*21-ci il tarixli Qərarında qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Həmin Qərarda qeyd edilir ki, “Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*2*-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.” İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraxiət edərək, mərhum X2 və X5 miras qalmış fərdi yaşayış evi, həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2*21-ci il tarixli Qərarında qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, yalnız vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli üçün məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 384.*.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan və mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq, hazırkı iddia tələbinə baxmışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, o, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli üçün məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384,385,392, 4*2-4*7-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

Hüquq və maraqlarına toxunan şəxs X13 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *1.*8.2*23-cü il tarixli, 2(125)-3823/2*23 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli üçün məhkəməyə müraciət edilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar