Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-265/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiаçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (qızı) X3, həmçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) X7, Cavabdeh4 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Göygöl rayon notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qаrşı mirasın faktiki qəbul edilməsinin, eləcə də miras əmlakdakı payın müəyyən edilməsi tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(066)-96/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Göygöl rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 vərəsəsi tanınması və ondan qalan miras əmlakları faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X1 adına olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə miras payının, X1 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras payının və X1 adına olan Göygöl rayonunun Quşqara kəndində yerləşən 0.3 ha torpaq sahəsində miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia ərizəsində göstərmiş olduğu miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində iddiasının azaldılmasını, yəni o hissədə baxılmamasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(066)-96/2023 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilərək, İddiaçı, X4, X5 mərhum X1 vərəsəsi tanınması; X1 adına olan Göygöl rayon Quşqara kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X1 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, X1 adına olan Göygöl rayon Quşqara kəndində yerləşən 0.3 ha torpaq sahəsinin 1/3 hissədə İddiaçı, X4, X5 mərhum X1 payının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina barədə ərizə verərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətindən imtina məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) X3 və digər etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 da apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh4 bu ərizəsini apellyasiya şikayətindən imtina etmə olaraq qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh4 apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. Göygöl Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(066)-96/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-265/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-265/2024
13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver