Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-274/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiаçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(066)-1300/2023 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkına qarşı iddiа ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə mürаciət edərək, cavabdeh Göygöl Milli Parkının direktoru X6 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(066)-1300/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiаçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 ildən çox müddətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin əməkdaşı olaraq əvvəlcə təsərrüfat müdiri, daha sonra ştat ləğv olunduğuna görə müqavilə ilə bələdçi kimi fəaliyyət göstərmişdir. İşlədiyi 14 ildən çox dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun intizam tənbehi almamış, habelə hər hansı qanun pozuntusuna yol verməmişdir. Vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Əmək fəaliyyəti zamanı heç vaxt qeyri-etik davranışlara yol verməmişdir. Buna baxmayaraq, cavabdeh Göygöl Milli Parkının direktoru X4 onunla şəxsi qərəzliliyi əsasında 04 oktyabr 2022-ci il tarixli 19 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. Əmək hüquqlarını pozulmuş hesab etdiyi üçün Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsininin 06 mart 2023-cü il tarixli 2(066)-241/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bundan sonra həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(066)-241/2023 nömrəli qətnaməsi ləğv olunmuş və ona Göygöl Milli Parkının cavabdeh qismində məhkəməyə verilməsi məsləhət tövsiyə edilmişdir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Belə ki, əmək fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə 04 oktyabr 2022-ci il tarixdən işdən qərəzli olaraq çıxarılmışdır. Hesab edir ki, X16 ərazisində qanun pozuntularına yol verilməsi barədə yazdığı şikayəti iştirakı ilə yerində araşdırılmış və aşkar edilmiş qanun pozuntuları faktları rəsmiləşdirilərək aşkar edilən nöqsanların aradan qaldırılması və işlərində yol verdikləri xətalara görə cavabdehin mühafizə işçilərinə xəbərdarlıq edildikdə barəsində əsassız olaraq əmək müqaviləsinin müddətinin qurtarılması bəhanəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, o, başqa işə də keçirilə bilərdi. Onunla bağlanmış əmək müqaviləsinə xitam veriləndən sonra cavabdeh tələm-tələsik əmrləri ilə başqa şəxsləri X16 ərazisində işə götürmüşdür. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) maddə ilə iddiaçının işdən çıxarılması qanunsuzdur. Mülki iş materiallarında olan: 03 sentyabr 2008-ci il tarixli əmrdən görünür ki, X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 18 avqust 2008-ci il tarixli 160/6 nömrəli əmrinə əsasən İddiaçı yeni yaradılan Göygöl Milli Parkına təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 218/ü saylı 15 may 2020-ci il tarixli əmrinə əsasən X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti X3 Xidməti adlandırılmışdır. 24 iyun 2021-ci il tarixli 61 nömrəli əmrdən çıxarışdan görünür ki, X3 Xidmətinin 23 iyun 2021-ci il tarixli 159/k nömrəli əmrinə əsasən, struktur dəyişikliyi ilə əlaqədar Atayev X13 Milli Parkına 03 (üç) ay müddətinə bələdçi vəzifəsinə edilmiş və həmin tarixdən təsərrüfat müdiri vəzifəsindən azad edilmiş hesab olunmuşdur; 23 sentyabr 2021-ci il tarixli 103 nömrəli əmrdən çıxarışdan görünür ki, X3 Xidmətinin 23 sentyabr 2021-ci il tarixli 303/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas X3 Xidmətinin “Xidmət və tabeli qurumlar üzrə vəzifələrin nameklatur bölgüsü”-nə dair 2021-ci il 22 sentyabr tarixli 300/ü nömrəli əmri olmuşdur; 23 sentyabr 2021-ci il tarixli 106 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən 23 sentyabr 2021-ci il tarixdən Göygöl Milli Parkına 6 (altı) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmişdir; Müddətli əmək müqaviləsinin uzadılması barədə 29 mart 2022-ci il tarixli 41 nömrəli əmrin surətindən görünür ki, Göy-Göl Milli Parkının bələdçisi X8 əvək müqaviləsinin vaxtı 29 mart 2022-ci il tarixdən 6 (altı) ay müddətinə uzadılmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi olmuşdur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti Göy-Göl Milli Parkının İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrindən görünür ki, Göy-Göl Milli Parkının bələdçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə 6 (altı) ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 07 dekabr 2022-ci il tarixli 06207 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır; Apellyasiya şikayətinin dəlilləri: İddiаçı İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Qarabağ Müharibəsi veteranıdır. O, Azərbaycan Respublikasının ərazisinin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmçinin ailəlidir, məcburi köçkündür və 5 nəfər ilə üzvü vardır. Başqa qazanc yeri yoxdur. Ailədə yeganə qazanc gətirən odur. Əmək Məcəllənin 63,70,72,76,71,74-cü maddələrin tələblərinə görə əmək münasibətlərinin tənzimlənməsində onlara xitam verilməsi, heç bir əsas olmadan əmək müqaviləsinin xitam edilməsi, dəyişdirilməsi, əlavə və dəyişiliklər edilməsi ilə bağlı hüquq və vəzifələr, əsaslar öz əksini tapmışdır. Bu baxımdan hazırkı mübahisə zamanı həmin əsaslar, işin həqiqi və faktiki halları, tərəflər arasında olmuş münasibət, bu müqavilənin ləğvinə əsas vermiş şəxslər, onların dairəsi, şərait geniş şəkildə araşırılmalı olan hallardandır. Birinci instansiya məhkəməsi onun 14 ildən çox müddətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti əməkdaşı olaraq əvvəlcə təsərrüfat müdiri və sonra ştatı ləğv edərək müqavilə ilə bələdçi kimi fəaliyyət göstərməyini, onunla olan müqavilənin birtərəfli qaydada ləğv edilərək başqa şəxslərin onun yerinə işə götürülməsi faktları aydınlaşdırmamışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar: 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ilk dəfə 2008-ci ildə cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamışdır. İlk əvvəllər təsərrüfat müdiri vəzifəsində işləmişdir. 2021-ci ildən isə bələdçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. İlk dəfə vəzifəyə təyin olunan zaman müddətsiz əmək müqaviəsi əsasında işə qəbul edilmişdir. Bələdçi vəzifəsinə təyin edildikdə isə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İlkin olaraq işə qəbul olunduğu ştat sonradan ləğv edildiyi üçün bələdçi vəzifəsinə təyin olunmuşdur. Sonuncu tutduğu bələdçi vəzifəsi daimi xarakterli işdir. Vəzifə funksiyası əsasən, Göygöl Milli Parkına gələn qonaqlara bələdçilik etməkdən ibarətdir. 14 il fasiləsiz olaraq cavabdeh təşkilatda əmək fəaiyyəti göstərmişdir. Hesab edir ki, onunla cavabdeh təşkilat arasında bağlanmış ilk əmək müqaviləsi müddətsiz olduğundan sonradan onunla müddətli əmək müqaviləsi bağlanmış olsa belə, müqavilə daimi olmalıdır. 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkının etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının vəzifəsi Göygöl Milli Parkına gələn qonaqlara bələdçilik etməkdən ibarət olmuşdur. Həmçinin bildirmişdir ki, Göygöl Milli Parkına ilin hər fəslində qonaqlar gəlir və onlara bələdçilər xidmət göstərir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və məhkəmə kollegiyasının əvvəlki iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkının etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnmə qəul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh təşkilatın 03 sentyabr 2008-ci il tarixli əmri ilə X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 18 avqust 2008-ci il tarixli 160/6 nömrəli əmrinə əsasən İddiaçı müddətsiz əmək müqaviləsi əsasında yeni yaradılan Göygöl Milli Parkına təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 218/ü saylı 15 may 2020-ci il tarixli əmrinə əsasən X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti X3 Xidməti adlandırılmışdır. X3 Xidmətinin 23 iyun 2021-ci il tarixli 159/k nömrəli əmrinə əsasən, struktur dəyişikliyi ilə əlaqədar iddiaçı Atayev X13 Milli Parkına 03 (üç) ay müddətinə bələdçi vəzifəsinə edilmiş və həmin tarixdən təsərrüfat müdiri vəzifəsindən azad edilmiş hesab olunmuşdur. Bu barədə cavabdeh təşkilat tərəfindən 24 iyun 2021-ci il tarixli 61 nömrəli əmr qəbul edilmişdir. Bundan sonra isə cavabdeh təşkilatın 23 sentyabr 2021-ci il tarixli 103 nömrəli əmri ilə X3 Xidmətinin 23 sentyabr 2021-ci il tarixli 303/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin verilməsinə əsas kimi isə X3 Xidmətinin “Xidmət və tabeli qurumlar üzrə vəzifələrin nameklatur bölgüsü”-nə dair 2021-ci il 22 sentyabr tarixli 300/ü nömrəli əmri göstərilmişdir. Həmin vaxtdan da İddiaçı ərizəsinə əsasən 23 sentyabr 2021-ci il tarixdən Göygöl Milli Parkına 6 (altı) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmişdir. Buna dair cavabdeh təşkilat tərəfindən 23 sentyabr 2021-ci il tarixli 106 nömrəli əmr qəbul edilmişdir. Həmçinin müəyyən olunur ki, 29 mart 2022-ci il tarixdə qəbul edilmiş 41 nömrəli əmrə əsasən Göy-Göl Milli Parkının bələdçisi X8 əvək müqaviləsinin vaxtı 29 mart 2022-ci il tarixdən 6 (altı) ay müddətinə uzadılmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas olaraq isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi olmuşdur. Cavabdeh təşkilat tərəfindən 04 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş 119 nömrəli əmrlə Göy-Göl Milli Parkının bələdçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə 6 (altı) ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmr verildiyi tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İşçi əmrin qanunsuz olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşdən göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmə kollegiyasının qənaətinə görə mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsində təsbit edilmişdir ki, hansı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin b) bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış sözügedən əmək müqaviləsinin müddətli olmasını bildiyi halda, onun bu qaydada bağlanması üçün hər hansı bir əsas mövcud olmaması ilə bağlı müqavilə qüvvədə olan dövrdə işəgötürənə hər hansı bir müraciəti olmamış, müqavilənin qanuniliyini mübahisələndirməmişdir. İddiaçı işdən azad edilmiş və yeni vəzifəyə təyin olunmaqla onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 04 oktyabr 2022-ci il tarixdə isə müqavilənin müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış iddiaçının yeni vəzifəyə təyin edilməsi ilə bağlı əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməmişdir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmayaraq və bu barədə iradə ifadəsini işçiyə - iddiaçıya bildiriş verilməklə bildirmiş, əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi cavabdeh təşkilatın 03 sentyabr 2008-ci il tarixli əmri ilə İddiaçı X3 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 18 avqust 2008-ci il tarixli 160/6 nömrəli əmrinə əsasən müddətsiz əmək müqaviləsi əsasında yeni yaradılan Göygöl Milli Parkına təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş və 24 iyun 2021-ci il tarixədək müddətsiz müqavilə əsasında həmin vəzifədə işləmişdir. X3 Xidmətinin 23 iyun 2021-ci il tarixli 159/k nömrəli əmrinə əsasən struktur dəyişikliyi ilə əlaqədar cavabdeh təşkilatın 24 iyun 2021-ci il tarixli 61 nömrəli əmri ilə iddiaçı Atayev X13 Milli Parkına 03 (üç) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmiş və həmin tarixdən təsərrüfat müdiri vəzifəsindən azad edilmişdir. Göründüyü kimi İddiaçılə cavabdeh təşkilat arasında bağlanmış ilk əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, sonradan 24 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Hazırkı işin faktiki hallarına görə isə İddiaçılə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mübahisə olunmamış, habelə tərəflər arasında bağlanmış əmək müqaviləsində də bu barədə hər hansı qeyd göstərilməmişdir. Əksinə sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Göygöl Milli Parkına ilin hər fəslində qonaqlar gəlir və onlara bələdçilər tərəfindən xidmət göstərilir. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması, eləcə də, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olması iş materialları ilə müəyyən olunmur. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verildikdən sonra onunla müddətli əmək müqaviləsi bağlanarkən tərəflər arasında hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iddiaçının iradə ifadəsinə uyğun olması inandırıcı və ağlabatan hal deyil. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərini haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı X12 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əməkhaqqı da hesablanaraq ona ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384.0.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(066)-1300/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkının iddiaçı X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli, 119 saylı əmri ləğv edilsin. İddiаçı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Göygöl Milli parkında bələdçi vəzifəsinə bərpa edilsin. 04 oktyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqı iddiаçı İddiaçı ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-274/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-274/2024
19.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver