Məhkəmə qərarları › İş №2(104)-2740/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2740/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2740/2023 27.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Tərtər rayon notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(061)-1245/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Tərtər rayon notariat ofisinə qarşı ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, anası X1 miras qalmış Tərtər rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin onun tərəfindən qəbul olunması və yeganə vərəsə kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə (hakim K.Rzayev) Ərizəçi Tərtər rayonu Qaradağlı kəndində yerləşən anası X1 miras qalmış fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi və onun yeganə vərəsə kimi tanınması barədə ərizə baxılmamış saxlanılması; Ödənilmiş dövlət rüsumu 50 manat Ərizəçi qaytarılması qərara alınmışdır. . Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəyə baxılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(061)- 1245/2022 nömrəli qərardadından iş üzrə Ərizəçi tərəfindən verilmiş ərizə geri qaytarılması; Ərizəçiyə ümumi qaydada tələb olunan sənədləri toplayıb iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməsi ilə bağlı hüquqları izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5. maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 260.6. maddənin iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 267.1. maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1. maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Ərizəçi anası X1 miras qalmış Tərtər rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini onun tərəfindən qəbul olunmasını və yeganə vərəsə olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ərizəzə verilən zaman mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən sonuncuya nöqsanların aradan qaldırılması barədə 04 oktyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. Buna baxmayaraq Ərizəçi ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi ərizə verərək Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(061)-1245/2022 nömrəli qərardadın ləğv olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə ərizə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Ağellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəçi Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(061)-1245/2022-ci il tarixli qərardadını 10 yanvar 2023-cü il tarixdə alsada təqribən 9 ay keçdikdən sonra məhkəməyə qərardadın ləğv edilməsi ilə bağlı ərizə vermişdir. Ərizəçi qərardadın ləğv olunmasını məhkəmədən xahiş etsədə, lakin həmin qərardadda göstərilən əsaslı nöqsanları aradan qaldırmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(061)- 1245/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(061)-1245/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar