Məhkəmə qərarları › İş №2(104)-2779/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2779/2023

13.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2779/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının nümayəndəsi (vəkil) X10 və Cavabdeh iştirakı ilə, İddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 3811/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3811/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3811/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızı etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinin cənub-şərq tərəfindən salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində olan 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X21 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, hazırda Cavabdeh Həsən qızının yaşadığı evdən S.H.Rzayevanın əşyaları ilə birlikdə çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 tərəfindən X22 23 fevral 2007-ci il tarixli 1-1656 nömrəli etibarnamə ilə verilmiş və həmin etibarnamə əsasında Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli ev 16 mart 2007-ci il tarixdə iddiaçının anası X2 və bu barədə T.Z.Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair 2017-ci ildə X28 X6 qarşı mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış və Natiq Rzayevin iddia tələbi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(043)-5697/2017 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Eləcə də, X5 Tamella Zülfüqar qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız edilməsi barədə iddia qaldırmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(043)-1695/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. X3 ona olan etibardan sui-istifadə edərək aldatma yolu ilə etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlandığını əsas gətirib, iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən evə dair X28 ilə X11 arasında 16 mart 2007-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 19 aprel 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində yerləşən 1Z nömrəli evə dair X28 ilə X11 arasında 16 mart 2007-ci ildə bağlanmış AN-İ seriyalı ******* nömrəli evə alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında mülkə dair X4 adına verilmiş MH seriyalı ******* nömrəli 19 aprel 2007-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ləğv edilmiş, X12 X22, İddiaçı, X16, Gəncə şəhəri 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli 2(102)-4344/2021 nömrəli qərarı ilə X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra apellyasiya şikayəti verilmiş, lakin məhkəmə tərəfindən icra şöbəsinə icranın dayandırılması ilə bağlı məktub göndərilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də, qətnamədə icra barədə heç bir qeyd aparılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin heç bir əhəmiyyəti qalmamış, Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(104)-2010/2020 nömrəli qərardadı ilə icrada dönüş edilərək, X12 adına verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)- 564/2022 nömrəli qətnaməsi ilə X14 və X23 arasında Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satıqısına dair ünvan 4ində bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə X13 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qeyd olunanlardan göründüyü kimi mübahisəli evə marağı olan Cavabdeh öz məqsədinə çatmaq üçün başqa şəxslərin adından əsassız iddialar qaldıraraq və ya digər yollarla işi uzadaraq, mülki əldən vermək istəmir. Həmçinin, hazırda mübahisəli ev mövcud deyildir, həmin evlər dövlət ehtiyacları üçün sökülmüş və əvəzinə "xxxx" ASC-nin ərazisində salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evi verilmişdir. Hazırda həmin ev Cavabdeh istifadəsindədir və Cavabdeh 4 ildir orada yaşayır, həmin evi kirayəyə verərək qazanc əldə edir. Dəfələrlə Cavabdeh iddiaçının anası X6 məxsus evin əvəzində verilən fərdi yaşayış evindən çıxması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh heç bir hüquqi əsas olmadan həmin yaşayış evindən çıxmır, həmin evdən öz əmlakı kimi istifadə edir. Bununla da iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, X4 vərəsəsi kimi İddiaçı mirası qəbul etmiş və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, habelə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Odur ki, iddianın təmin ediməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razı deyil. Belə ki, hakim qərar qəbul edərkən hüququ deyil, şəxsi düşüncəsini əsas götürmüşdür. Yəqin daxili inamla, şəxsi düşüncənin hüquq ədəbiyyatında eyni olmasını ehtimal edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evina dair İddiaçı 16 may 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2023-cü il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 13 fevral 2023-cü il tarixli 5-1/1-13-13- 091/2023 nömrəli məktubdan görünür ki, 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. ünvan 6 ünvanında İddiaçı anası X6 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində (5-ci sırada 6-cı ev) 400 kvadrat metr torpaq sahəsində ümumi sahəsi 45 kvadratmetr olan yaşayış evi istifadəyə verilmişdir. Məhkəmə iclasında araşdırılmış faktlardan açıq-aşkar görünür ki, iddiaçının Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadratmetr olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən və mülkiyyət hüququ qeydə alınarkən qeyd olunan daşınmaz əmlak mövcud olmamışdır. İstər iddiaçının, istərsə də onun anası X4 Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evi uçurdulmamışdan öncə hər hansı sahiblik və istifadə hüquqları olmamışdır. Belə ki, bir neçə ildir ki məhkəmə mübahisəsi getmiş və bir neçə qətnamə qəbul edilmişdir. Həmin qətnamələrdə iddiaçı və anasının orda yaşaması ilə bağlı hər hansı fakt yoxdur. Mübahisəli mənzildə yaşamayan iddiaçının və onun anasının sahiblik və istifadə hüququndan söhbət gedə bilməz. Məhkəmənin iddiaçının sahiblik və istifadə hüququnun olmasını əsas gətirərək iddia tələbini təmin etməsinin hər hansı məntiqi və hüquqi istinad nöqtəsi yoxdur. Yəqin hakim şəxsi düşüncəsi əsasında o qənaətə gəlmişdir ki, iddiaçının və anasının uçurulmuş mənzildə sahiblik vəistifadə hüquqları olmuşdur. Həmin hüquq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzilə köçmüşdür. Ümumiyyətlə iddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinin cənub-şərq tərəfindən salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində olan 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evində yaşamamış, hər hansı təsərrüfat işi aparmamışdır. Bu fakt isə onun qeyd olunan mənzilə sahiblik və istifadə hüququnun olmaması qənaətinə gəlmək üçün əsasdır. Qeyd olunan mənzildə sahiblik və istifadə hüququ olan yeganə şəxs odur. Onun həmin mənzilə sahiblik və istifadə hüququ Gəncə Şəhər İcra Hakimiyyətinin razılığı əsasında yaranmışdır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilən süni peykdən çəkilmiş kordinatlarda göstərilən mənzilə köçürülmüşdür. O, həmin mənzilə qanunsuz daxil olmamışdır. İndiki vəziyyətdə onun qeyd olunan mənzildən çıxarılmasını tələb etmək hüququ yalnız Gəncə Şəhəri İcra Hakimiyyətinə məxsusdur. Həmin mənzil Gəncə şəhəri İcra Hakimiyyətinin balansındadır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X15 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində istifadəsində olan 0,0091 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 26,7 kvadrat metr yaşayış, 33,8 kvadrat metr köməkçi sahədən ibarət 1Z nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 901695 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 oktyabr 2017-ci ildə ölmüşdür. İş materiallarında olan İİİ-ЖГ seriyalı 468758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxx 1975-ci ildə anadan olmuşdur. S.Q.Əliyevanın atası X27, anası X7r. İş materiallarında olan 16 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 məxsus Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evindən ibarət əmlak İddiaçı miras qalmışdır. İş materiallarında olan **********27-10301 reyestr nömrəli əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2023-cü il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13 fevral 2023-cü il tarixli 5-1/1-13-13-091/2023 nömrəli məktubdan görünür ki, 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. ünvan 6 ünvanında İddiaçı anası X8 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisinin cənubşərq tərəfində salınmış yeni yaşayış massivində (5-ci sırada 6-cı ev) 400 kvadrat metr torpaq sahəsində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşən evə dair X28 ilə X11 arasında xx.xx.2007-ci ildə bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında mülkə dair X4 adına verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ləğv edilmiş, X12 X22, Rzayeva (Əliyeva) Samirə Qasım qızına, X16, Gəncə şəhəri 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli 2(102)-4344/2021 nömrəli qərarından görünür ki, X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(104)-2010/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)-564/2022 nömrəli qətnaməsindən görünür ki, X14 və X23 arasında Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satıqısına dair ünvan 4ində bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə X13 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(125)-564/2022 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə X13 adından verilmiş ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 5-1/2-03/1412/2023 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşmiş fərdi yaşayış evi Gəncə şəhəri, 4 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli 4/-2-148 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və ona xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Sənəd üzrə bu əmlak 26,7 kvadrat metr bir yaşayış otağı, 33,8 kvadrat metr köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 8 kvadrat metr “B” literli hamamdan ibarət olmaqla faktiki torpaq sahəsi 131 kvadrat metr olmuşdur. Qeyd edilən ünvanda söküntü və köçürülmə işləri aparılarkən mülk sahibi kimi çıxış edən, müvafiq aktı imzalayan və razılıq əldə olunan şəxs qismində X11 çıxış etdiyindən, “X37 Emalı” ASC-nin ərazisinin cənubqərb tərəfində yeni salınmış məhəllədəki 400 kvadrat metr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 45 kvadrat metr olan fərdi yaşayış evi ona təhvil verilmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 5-1/2-03/1804/2023 nömrəli arayışdan görünür ki, Gəncəçay çayının sol sahilində aparılmış abadlıq işləri ilə bağlı Həsən Əliyev 1Z ünvanında yerləşən fərdi yaşayış evinin köçürülməsi ilə əlaqədar olaraq X6 təhvil verilmiş "xxxx" ASC-nin cənub tərəfində yerləşən fərdi yaşayış evinin süni peykdən çəkilmiş koordinatlı fotoşəkli məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Həsən Əliyev küçəsində istifadəsində olan 0,0091 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 26,7 kvadrat metr yaşayış, 33,8 kvadrat metr köməkçi sahədən ibarət 1Z nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmış və T.Z.Əliyevanın mülkiyyətində olmuşdur. 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. ünvan 6 ünvanında İddiaçı anası X6 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdir. X11 14 oktyabr 2017-ci ildə ölmüş, X6 məxsus Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan fərdi yaşayış evindən ibarət əmlak İddiaçı miras qalmışdır. Bununla əlaqədar Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 may 2023-cü il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin həmin evin əvəzinə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş "xxxx" ASC-nin ərazisində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evində hazırda Cavabdeh yaşayır. İddiaçı təklifi üzrə Cavabdeh həmin mənzili tərk etməmiş və mənzildə istifadə hüququnun olmasında təkid etmişdir. Qeyd olunan səbəbdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı miras qalmış və həmin mənzilə mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır. 2015-2016-cı illərdə Gəncə şəhəri ərazisində yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəyməsi və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranması ilə əlaqədar Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evi sökülmüşdür. Hazırda tərəflər arasında mübahisə predmeti olan "xxxx" ASC-nin ərazisində yerləşən mənzil X1 mülkiyyətində olmuş Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmişdir. Göründüyü kimi İddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən onun sökülməsi ilə və həmin evin əvəzində verilmiş mənzildən isə orada başqa şəxsin yaşaması ilə əlaqədar istifadə edə bilmir. Hazırda Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş "xxxx" ASCnin ərazisində yerləşən mənzilə mülkiyyət hüququ qeydə alınmasa da, həmin mənzil məhz iddiaçıya miras qalmış Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə verildiyinə görə İddiaçı oradan istifadə və sahiblik hüququ mövcuddur. Bu isə İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun mövcud olması qənaətinə gəlməyə kifayət edir. Cavabdeh iddiaçı ilə birlikdə yaşayan ailə üzvü, yəni onun əri, valideynləri, uşaqları olmadığından, həmçinin iddiaçının cavabdehi saxlamaq vəzifəsi olmadığından cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda iddiaçıya məxsus Gəncə şəhəri, X30 küçəsi, 1Z ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində verilmiş, hazırda Cavabdeh Həsən qızının yaşadığı evdə İddiaçı öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsibnə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun uyğun həll edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 6 ünvanında İddiaçı anası X6 məxsus 91 kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 60,5 kvadrat metr olan ev mülkiyyətçinin razılığı əsasında sökülmüş və əvəzində "xxxx" ASC-nin ərazisində ümumi sahəsi 45 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdir. Cavabdeh İddiaçı ailə üzvü deyil. Eyni zamanda qeyd olunan şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüquqları da yoxdur. Bu səbəbdən onların iddiaçıya məxsus evdən istifadə hüquqları yoxdur, həmçinin iddiaçının cavabdehin onun mülkiyyətində yaşamaqlarına razılığı da yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçının Gəncə şəhəri, Nizami rayonu, X30 küçəsi, 1Z ünvanında istifadədə olan 0,0091 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60,5 kvadratmetr olan fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən və mülkiyyət hüququ qeydə alınarkən qeyd olunan daşınmaz əmlak mövcud olmamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin hal məhkəmə araşdırmasının predmeti olmamışdır. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçı Rzayeva (Əliyeva) Samirə Qasım qızının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinin cənub-şərq tərəfindən salınmış yeni yaşayış massivində inşa olunmuş 400 kvadrat metr torpaq sahəsinin üzərində olan 45 kvadrat metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evində yaşamamış, hər hansı təsərrüfat işi aparmamışdır. Bu fakt isə onun qeyd olunan mənzilə sahiblik və istifadə hüququnun olmaması qənaətinə gəlmək üçün əsasdır. Qeyd olunan mənzildə sahiblik və istifadə hüququ olan yeganə şəxs odur. Onun həmin mənzilə sahiblik və istifadə hüququ Gəncə Şəhər İcra Hakimiyyətinin razılığı əsasında yaranmışdır. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPMin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh şikayətinin dəlilində mübahisəli ünvandakı evə sahiblik və istifadə hüququnun Gəncə Şəhər İcra Hakimiyyətinin razılığı əsasında yarandığını göstərmiş olsa da, bu razılığın nədən ibarət olduğunu qeyd etməməklə, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 5-1/2-03/1412/2023 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 1Z ünvanında yerləşmiş fərdi yaşayış evi Gəncə şəhəri, 4 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli 4/-2-148 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və ona xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Sənəd üzrə bu əmlak 26,7 kvadrat metr bir yaşayış otağı, 33,8 kvadrat metr köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 8 kvadrat metr “B” literli hamamdan ibarət olmaqla faktiki torpaq sahəsi 131 kvadrat metr olmuşdur. Qeyd edilən ünvanda söküntü və köçürülmə işləri aparılarkən mülk sahibi kimi çıxış edən, müvafiq aktı imzalayan və razılıq əldə olunan şəxs qismində X11 çıxış etdiyindən, “X37 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kvadrat metr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 45 kvadrat metr olan fərdi yaşayış evi ona təhvil verilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3811/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar