Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2814/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə qаrşı əvvəlki vəzifəyə bərpa edilmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadından cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə qаrşı əvvəlki vəzifəyə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbi tərəfindən barəsində qəbul edilən 05.0*.202*-ci il tarixli, * nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin direktoru tərəfindən İddiaçı barəsində qəbul edilmiş 05.0*.202*-ci il tarixli, * nömrəli əmr ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadı ilə, Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X* Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadı (hakim Fuad Babaşov) ilə, ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin təmin edilməməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, məhkəmə baxışı iclaslarında onun iştirakı təmin edilməmiş, işin faktiki hallarını araşdırmamış, bu səbəbdən məhkəmə qərar qəbul edərkan qeyri-obyektivliyə yol vermişdir. Qeyd edilən qətnaməni **.08.2023-cü il tarixdə almışdır. Qətnamədən prosessul şikayət müddətini keçirmədən, yəni **.09.2023-cü il tarixdə “Elektron Məhkəmə sistemi” vasitəsilə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə apellyasiya məhkəməsində baxılacağını gözlədiyi halda Bardə rayon Məhkəməsinə gəlib apellyasiya şikayətilə maraqlanmış, məhkəmənin dəftərxanasından ona bildirilmişdir ki, məhkəmə şikayətin geri qytarılmasına dair qərardad qəbul elmişdir. Elə həmin gün, yəni 20.*0.2023-cu il tarixdə Bərdə rayon Məhkəməsinin 2(02*)-26*4/2023 saylı *2.09.2023-cü il tarixli qərardadının surətini almışdır. Göründüyü kimi, Bərdə rayon Məhkəməsinin 2(02*)-26*4/2023 saylı *8.07.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya sikayəti ondan asılı səbəb olmadan geri qaytarılmış, 2-ci dəfə, yəni təkrar verdiyi apellyasiya şikayəti ondan asılı olmayan səbəbdən, yəni üzrlü səbəbdən gecikdirilmişdir. Məhkəmə **.08.2023-cü il tarixdə qətnaməni ona vermiş, **.09.2023-cü il tarixdə “Elektron Məhkəmə sistemi” vasiləsilə qətnamədən apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayəti məhkəmənin icraatında olmuşdur. 20.*0.2023-cü il tarixdə şikayətin geri qaytarılmasına dair qərardadın surətini almış, müddətin bərpası ilə bərabər apellyasiya şikayətini dərhal məhkəməyə vermişdir. Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadı tam və Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli 2(02*)- 26*4/2023 nömrəli qərardadı qismən ləğv edilməli, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in *28.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in *29-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı “qətnamənin surətinin rəsmi qaydada verildiyi” vaxtdan hesablandığına görə, “qətnamənin rəsmi qaydada verilməsi” anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin *34-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin *34.*.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in *35-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin *35.*-ci maddəsinə görə Bu Məcəllənin *35.6-cı və *35.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin *34-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in *35.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in *35.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin *35.2-ci, *35.3-cü, *35.6-cı və *35.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi *8.07.2023-cü il tarixdə cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə göndərilməsi barədə məktub yazılmışdır. Qeyd olunan qətnamənin sürətini cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin nümayəndəsi X4 **.08.2023-cü il tarixdə almışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə **.09.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Lakin, onun apellyasiya şikayəti Bərdə Rayon Məhkəməsinin *2.09.2023-cü il tarixli qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Həmin məhkəmə qərardadı cavabdehə poçt vasitəsilə rəsmi qaydada göndərilsə də, zərf geri qaytarılmışdır. Buna görə də cavabdehin nümayəndəsi 20.*0.2023-cü il tarixdə məhkəmə qəbzi ilə qətnamənin surətini almışdır. Bundan sonra cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin, onun müddətin bərpa edilməsi barədə ərizəsi Bərdə Rayon Məhkəməsinin 0*.**.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-in *33.*-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi üçün əsaslar vardır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi cavabdehin nümayəndəsinə **.08.2023-cü il tarixdə təqdim edilmiş və sonuncu apellyasiya şikayətini qanunla müəyyən olunmuş * ay müddətində vermişdir. Lakin, cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Nəticədə cavabdehin nümayəndəsi qətnamədən verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib edilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Göründüyü kimi, iddia cavabdehin nümayəndəsinin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin üzrlü hesab edilməsi qanunamüvafiqdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun apellyasiya şikayəti qərardad alındıqdan sonra qısa zaman kəsiyində yeni formada tərtib edilmişdir. Azərbaycan Respublikasının MPM-in *33.*-ci maddəsinə əsasən, prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən apellyasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın *6 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Müddətin buraxılması üzrlü hesab olunan hallardır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etməməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qətnaməsindən cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 7*-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkurun Belçikaya qarşı” işi üzrə Qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll olunmalı məsələni həll etmək səlahiyyəti vardır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in *33, 263, 264, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli nömrəli qərardadı tam və Bərdə Rayon Məhkəməsinin *4 noyabr 2023-cü il tarixli 2(02*)- 26*4/2023 nömrəli qərardadı qismən ləğv edilsin. Müddət bərpasına dair ərizə təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 0* noyabr 2023-cü il tarixli 2(02*)-26*4/2023 nömrəli qərardadından cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru X4 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2814/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2814/2023
06.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver