Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2830/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 23.1*.2*23-cü il tarixli, 2(125)-583*/2*23 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh və ailə üzvlərinə qarşı Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 15** ailəlik Yeni qəsəbədə bina 8-də yerləşən 38 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh və onlara məxsus əşyaların Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 8-də yerləşən 38 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 23.1*.2*23-cü il tarixli, 2(125)-583*/2*23 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X4 şikayət verərək, qəbul edilmiş qərardadın ləğv edilərək işin baxılmasının davam etdirilməsini, əks təqdirdə şikayəti baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbinə cavab verməli şəxs, yəni Cavabdeh sözügedən mübahisəli mənzilə qanunsuz olaraq daxil olmuş və əsassız olaraq sahiblik və istifadəni həyata keçirmişdir. Bu qanunsuzluğa son qoymaq məqsədi ilə tərəflərindən Gəncə şəhər Məhkəməsinə müraciət edilmiş və məhkəmənin hazırki qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən qərardadında qeyd edir ki, iddiaçı ərizədə çıxarılması xahiş olunan əşyaların adları və qiymətləri barədə məlumat verməmişdir. Dərhal başdan qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdeh mübahisəli mənzili zəbt etməklə, onların, yəni iddiaçı təşkilatın həmin mənzilə girməsinə icazə vermir və faktiki istifadəni cavabdeh həyata keçirdiyindən həmin mənzilə qanunsuz girilməsi hüquqa ziddir. Onların mənzilə daxil olmağına icazə verilmədiyindən, iddia ərizəsi hazırlanarkən cavabdehə məxsus əşyaların nədən ibarət olmağını bilməkləri mümkün deyil. Məhkəmə isə qərardadında həmin əşyaların nədən ibarət olmasını tələb edərək, müəyyən olunmuş müddət ərzində həmin noqsanların aradan qaldırılmasını qeyd edir. Çıxarılması tələb olunan əşyaların siyahısı və fərdi göstəricilərinin əldə edilməsi üçün ilk öndə onların həmin mənzilə daxil olmaqları gərəkdir ki, buna da cavabdeh birmənalı şəkildə maneə yaradır. Zor tətbiq edərək mənzilə qanusuz müdaxilə isə yolverilməzdir və hüquqdan kənar, hüququn əhatə etmədiyi bir hərəkət tərəflərindən həyata keçirilə bilməz. Bundan başqa ərizədə göstərilən əşyaların qimətləndirilməsinin heç bir hüquqi mahiyyəti yoxdur. Əşyaların qiymətləndirilməsi adətən cehiz, əmlak tələblərində olur ki, həmin əşya naturada mövcud olmadıqda əvəzi pulla alına bilsin. Həmçinin qeyd edilməlidir ki, formalaşan məhkəmə təcrübəsinə əsasən də, şəxsin yaşayış sahəsinə olan hüquqları itirildikdə, ona məxsus əşyaların adları sadalanmadan və fərdi əlamətləri göstərilmədən məhkəmələr həmin əşyaların çıxarılmasını qeyd edirlər. Buna dair Ali Məhkəmənin yüzlərlə qərarı mövcuddur. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 23.1*.2*23-cü il tarixli 2(125)-583*/2*23 saylı qərardadını ləğv edib, işin baxılmasının davam etdirilməsini, əks təqdirdə şikayəti baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13.11.2*23-cü il tarixli, 2(125)-583*/2*23 nömrəli qərardadı ilə, verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X3 Gəncə Şəhər Məhkəməsinin 23.1*.2*23-cü il tarixli, 2(125)-583*/2*23 nömrəli qərardadından verdiyi şikayətdən imtinası qəbul edilməli və iddiaçının şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X4 *6.12.2*23-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, hal-hazırda cavabdehlə aralarında razılıq əldə edildiyindən şikayətdən imtina edirlər. Həmçinin, şikayətdən imtinanın hüquqi əsasları ona izah edilmişdir. Məhkəmə kollegiyası iddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin (vəkilinin) şikayətdən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 4*2.2 və 4*2.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 398, 4** və 4*2-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi (vəkili) X1 Şəhər Məhkəməsinin 23.1*.2*23-cü il tarixli, 2(125)-583*/2*23 nömrəli qərardadından verilmiş şikayətdən imtina etdiyinə görə, qərardaddan verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2830/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2830/2023
06.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver