Məhkəmə qərarları › İş №2(104)-286/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-286/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-286/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə ünvan 1rə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Şorəlli kəndində yerləşən və paylı mülkiyyətdə olan 58.9 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında bölünməsi, həmin fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi münkün olmazsa iddiaçının payının digər mülkiyyətçilər tərəfindən ödənilməsi, əks halda həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun paylarına uygun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07 dekabr 2017-ci il tarixli çıxarışla Bərdə rayonu Şorəlli kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 58.9 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ona, Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Həmin əmlakda onun payı hissədə müəyyən edilmişdir. Hazırda paylı mülkiyyətçilər arasında əmlak bölgüsü ilə bağlı mübahisə vardır. Ona görə də hesab edir ki, paylı mülkiyyətdə olan Bərdə rayonu, Şorəlli kəndində yerləşən 58.9 kv.m sahəsi olan fərdi yaşayış evinin, mülkiyyətçilər arasında naturada bölünməsi, bu mümkün olmazsa payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi, əks haldaevin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilər arasında paylarına uygun bölünməsinə dair qətnamə çıxarılmalıdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-103/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(104)- 1295/2023 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-103/2023 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. ünvan 1rə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: R.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq cavabdehlərlə aralarında razılaşma olduğundan apellyasiya şikayətindən imtina etdiyini qeyd etmiş, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, hesab edir ki, İddiaçı ünvan 1rə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli, onun şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin) 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı məhkəmə kollegiyasına ünvanladığı ərizədən görünür ki, о, ünvan 1rə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-nin 264, 369, 396, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İş üzrə İddiaçı ünvan 1rə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar