Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2884/2023 05.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçının Cavabdeh1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, e-2(125)-453*/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X1 ilə Cavabdeh1 arasında 18.*9.2*12-ci il tarixdə, Cavabdeh2ndə 576 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı ilə X1 arasında 28.*4.1994-cü il tarixində nikahın pozulmasının və X1 ilə Cavabdeh1 arasında 18.*9.2*12-ci il tarixdə, Cavabdeh2ndə 576 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-453*/2*23 nömrəli, 25.*9.2*23-cü il tarixli qərardadı ilə hazırkı mülki işin icraatına İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikahın pozulmasının etibarsızlığı tələbinə dair hissəsində xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, e-2(125)-453*/2*23 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.11.2*23-cü il tarixli, 2(1*4)-2884/2*23 nömrəli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə 1* yanvar 2*23-cü il tarixdə, saat 17:**-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra Gəncə Şəhər Məhkəməsindən daxil olmuş *1.12.2*23-cü il tarixli məktubdan görünür ki, hazırki mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin *6.11.2*23cü il tarixli, 2(1*4)-2653/2*23 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi ilə əlaqədar sorğu edildiyindən sözügedən mülki işin baxışdan çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, həmin şikayətə baxılması üçün icraata qəbul qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 384.*.6-cı maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yüxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 364, 384.*.6, 4** və 4*2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2*23-cü il tarixli, 2(1*4)-2884/2*23 nömrəli qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(1*4)-2884/2*23 nömrəli mülki iş, Gəncə Apellyasiya Məhkəməsinin *6.11.2*23-cü il tarixli, 2(1*4)-2653/2*23 nömrəli qərardadından verilmiş kassasiya şikayətinə baxılması üçün apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2884/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2884/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver