Məhkəmə qərarları › İş №2(104)-296/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-296/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-296/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və onun vəkili X2, Gədəbəy Rayon İHB Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-441/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 Cavabdeh1 qarşı xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin Cavabdeh1 alınaraq, ona verilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 Cavabdeh1 alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-441/2022 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələblərinin qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat miqdarında alimentin Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi, alimentin tutulmasının 15 mart 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci il tarixdə nikah bağlamadan ailə qurmuşdur. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X10, xx.xx.2014-cü il tarixdə X11 və xx.xx.2018-ci il tarixdə X12 doğulmuşlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh onu evdən qovmuşdur. O, cavabdehə məxsus evdən çıxarkən azyaşlı uşaqlardan yalnız xx.xx.2018-ci il tarixdə doğulmuş X12 onunla gəlmiş, digər azyaşlı uşaqları cavabdehin himayəsində qalmışdır. Cavabdeh təxminən 3 ildir ki, Rusiya Federasiyasına getmiş və azyaşlı uşaqları qohumlarının himayəsinə vermişdir. Bununla da azyaşlı uşaqlar valideyn himayəsindən məhrum olmuşlar. Himayəsində olan xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun maddi imkanları yoxdur. Cavabdeh isə ona maddi yardımlar etmir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə X12, xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2014-cü il tarixdə X11 doğulmuşlar. - Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş Rəydən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası İddiaçı1 himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi işin faktiki halları araşıdırılmadan, həmçinin maddin və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Belə ki, iddiaçı onun himayəsində olan azyaşlı qızları Aytac və Aysunu tələb edərək, uşaqlarının onun qohumlarının himayəsində olduğu qeyd etmişdir. Halbuki, azyaşlı uşaqları onun himayəsində yaşayır. İddiaçı ilə onun təqsiri ucbatından ayrılmış və aralarında olan nikah pozulmuşdur. İddiaçı əxlaqsızlıq etdiyinə görə onunla ayrılmışdır. Azyaşlı qızları da onun başqa şəxslərlə görüşdüyünü görmüşlər. Bu uşaqların psixologiyasına pis təsir etmişdir. Hazırki vaxtda da, onunla nəinki birlikdə yaşamaq, heç onunla görüşmək belə istəmirlər. Onun qızlarından Aytacın yaxın vaxtlarda 10 yaşı olacaqdır. Qızı Aysunun isə 8 yaşı vardır. Məhkəmə tərəfindən işə baxılarkən uşaqların yaşı nəzərə alınmamışdır. Həmçinin, uşaqlar məhkəmədə dindirilmədən, onların fikri nəzərə alınmadan qətnamə çıxarılmışdır. Həmçinin, xx.xx.2018-ci il təvəllüdlü Amir adlı uşağın saxlanması üçün müəyyən edilmiş 193 manat alimentlə bağlı razı deyildir. Belə ki, onun himayəsində iki azyaşlı uşağı olduğu halda, bir uşağın saxlanması üçün ondan 193 manat alimentin tutulması qanunsuz və əsassızdır. O hazırda fərdi əməklə məşğul olur. Himayəsində olan azyaşlı uşaqlarının bütün xərclərini özü çəkir. Ona görə də məhkəmə qətnaməsini alimentin tutulması hissəsində də əsassız hesab edir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı uşaqlarını özü atıb getmişdir. Uşaqlar onun himayəsindədir və bir ata kimi onların lazımi səviyyədə qeydinə qalır. Uşaqların ondan alınaraq cavabdehə verilməsi uşaqların psixologiyasına mənfi təsir edəcəkdir. Cavabdeh1 vəkili X6 da məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlarını heç vaxt atmamışdır. Onu evdən döyüb qovalamışlar və ata evinə gələrkən döyüldüyünə görə uşaqları özü ilə gətirə bilməmişdir. Onlarla ünsiyyətdə olma üçün can atmış və bu səbəbdən məhkəməyə də müraciət etmişdir. Lakin cavabdehin təsiri ucbatından uşaqlar onunla görüşmək istəməmişlər. Hansı ki, uşaqlar hazırda psixoloji təsir altındadırlar. Azyaşlı olduqlarından atalarının təsiri altına düşmələri mübahisəsiz haldır. Hazırda uşaqların baxımsız qalması da müəyyən edilir. Cavabdeh və ya onun valideynləri onun uşaqlara baxacağı qədər uşaqların qayğısına qala bilməzlər. Gədəbəy Rayon İHB Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında bildirdi ki, Qəyyumluq və Himayəçilik Orqanının üzvlərinin rəyi ilə xx.xx.2012- ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 ana İddiaçı1 himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Uşaqların dindirilməsi zamanı müəyyən olunur ki, təsir altındadırlar. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası bu prinsiplərdən yanaşaraq hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Çünki apellyator qətnaməni bütün hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini hər bir halda yoxlayacaqdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdər çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmiş Rəydən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası İddiaçı1 himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərin nikahı pozulduqdan sonra uşağın hansı valideynin yanında qalması məsələsi həll edilərkən istinad olunmalı hüquq normalarından biri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddədə deyilir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Sadalanan normalar əsasında məhkəmə kollegiyası işin həllinə ilk növbədə uşaqların münasibətini araşdırmaqdan başlamağı zəruri sayır. Çünki qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinə görə iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində də uşağın öz fikrini bildirmək hüququ təsbit edilərək göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Uşaq Hüquqları Komitəsinin 29 may 2013-cü ildə dərc olunmuş uşağın maraqlarının üstün tutulması haqqında 14 saylı Ümumi Şərhin 44-cü bəndində göstərilmişdir ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır. 12-ci maddənin tələblərinə düzgün riayət edilməmişdirsə, 3-cü maddənin 1-ci bəndi düzgün tətbiq edilə bilməz. Uşaq Hüquqları Komitəsinin 20 iyul 2009-cu il tarixdə dərc olunmuş uşağın dinlənilmək hüququ ilə bağlı Ümumi Qeydin giriş hissəsində göstərilir ki, bütün uşaqların dinlənilməsi və ciddiyə alınması Konvensiyanın fundamental dəyərlərindən biridir. Həmin Qeydin 19-cu bəndində göstərilmişdir ki, 12-ci maddənin 1-ci bəndi iştirakçı Dövlətlərin uşağın öz fikirlərini ifadə etməsi hüququnu «təmin etmələrini» nəzərdə tutur. «Təmin etməlidir» anlayışı müəyyən olunması üzv Dövlətlərin ixtiyarına buraxılmayan xüsusi gücə malik olan hüquqi termindir. Hazırda uşaqlardan birinin 10 yaşı, digərinin isə yaşı 8 yaşı tamam olmuşdur. Beynəlxalq hüququn yuxarıda təsbit edilmiş yanaşması 10 yaşına çatmayan uşağın da dinlənilməsini zəruri edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası uşağın üstün maraqlarının təmin olunması baxımından yuxarıda göstərilən hüquq mənbələrinə əsaslanmaqla uşaqları qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinləmişdir. Məhkəmə kollegiyasının iclasında xx.xx.2012-ci il tarixdə doğulmuş Aytac bildirmişdir ki, anasını istəmir, atası ilə qalmağını istəyir. Anaları evlərinə yanına kişi salırdı. Balaca qardaşını çox istəyir. Atası onun üçün hər bir şərait yaradır. Öz evlərində yaşayanda məktəbə gedirdilər, lakin indi məktəbə getmirlər. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş Aysun da məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, atasını çox istəyir. Anasının yanına getmək istəmir. Həmçinin qardaşından ayrılmaq istəmir. Atası Rusiyada yaşayır, o isə bacısı ilə birlikdə bibisinin yanında qalır. Qeyd olunmalıdır ki, qanunvericilik uşağın rəyinin 10 yaşına çatdıqdan sonra mütləq nəzərə alınmasını müəyyən edir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 52-ci maddəsində «10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır ifadəsi» uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Hazırki işdə Aytacın 10 yaşı tamam olmuş, Aysunun isə 10 yaşı tamam olmamışdır. Lakin məhkəmə kollegiyası Aysunun fikrini əhəmiyyətsiz saymır və hesab edir ki, bu halda da onun baxılan məsələyə münasibəti təhlil olunmalıdır. Məhkəmə kollegiyası uşaqların fikrini dənləyərək, onların baxılan məsələ ilə bağlı düşüncələrinə tənqidi yanaşmışdır. Çünki dinləmə zamanı uşaqların təsir altında olması, bu dinləməyə hazırlandığı, onların şüurunda analarının neqativ, xüsusilə də aqressiv və əzazil obrazının yaradıldığı aydın görünür. Uşaqların fantaziya dünyasında xoşbəxt ailə anlayışı, anasız böyümə tərbiyəsi altında formalaşmışdır. Ananın haqqında heç bir yaxşı xatırlama olmadan yalnız pis əməl sahibi kimi xarakterizə olunması uşaqların mövcud mühiti barədə tam adekvat anlayışı olmadığını, anaya qarşı təbliğatın təsiri altında olduğunu təsdiq edir. Uşaqların hər ikisinin anasının evə kişi salması, buna görə analarını istəməməsi kimi fikirlər bildirməsi onların yaşları ilə fikirləri arasında mütənasibliyin olmaması deməkdir. Həmçinin məhkəmə kollegyasının iclasında uşaqlar bu barədə fikir yürütməmiş, sadəcə olaraq analarını istəməmələrini bildirmişdir. Kollegiya göstərir ki, uşaqların anaları ilə bağlılıqları vardır. Sadəcə olaraq hazırda uşaqların anlarından ayrı qalması və bu müddət ərzində anaları ilə ünsiyyətdə olmamaları onların analarına qarşı münasibətlərinin soyumasına gətirib çıxarmışdır. Qeyd olunmalıdır ki, işə baxan məhkəmə uşağın maksimal qaydada müstəqil fikir formalaşdırmaq imkanına malik olub-olmamasını müəyyən etmək öhdəliyi daşıyır. «Uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyanın 12-ci maddəsində bəhs olunan uşağın fikrini «azad» ifadə etməsi anlayışı, uşağın öz fikirlərini heç bir təzyiq olmadan ifadə etmək və dinlənilmək hüququnu həyata keçirmək və ya keçirməmək seçiminin olması, «uşaq manipulyasiyaya və ya əsassız təsir və təzyiqə məruz qalmamalıdır» deməkdir. Avropa Məhkəməsi «NTS və başqaları Gürcüstana qarşı» iş üzrə 02 fevral 2016cı il tarixli qərarının 28-ci bəndində göstərmişdir ki, uşağın fikirlərinə «onun yaşına və yetkinliyinə əsasən qiymət» verilməlidir. Bu bənd uşağın fikirlərinə müvafiq qiymət verilməsi və ya həmin fikirlərin hansı şəkildə prosesin gedişinə təsir etdiyini öyrənmək üçün ünsiyyət qurularaq uşağın potensialının qiymətləndirilməsinə aiddir. 12-ci maddə uşağın sadəcə dinlənilməsini yetərsiz hesab edir. Uşaq öz fikirlərini ifadə etmək və formalaşdırmaq potensialında olduğu təqdirdə onun fikirlərinə ciddi nəzər yetirilməlidir. Hazırki işdə uşaqların anaya qarşı motivasiya olunan mühitdə yaşaması, davamlı olaraq uşaqların həyatında ananın rolunun inkar olunması şəraitində olması açıqaşkardır. Əksinə iddiaçı uşaqları ilə daim ünsiyyət qurmağa meyillidir. Nəzərə almaq lazımdır ki, uşaqlar cavabdehin himayəsindədir, onun uşaqlara üzərində təsirə malik olması labüddür. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən atılmış bu addımlar uşaqların şüurunda ananın yeri olmayan həyatı yaşamaq ideyasını formalaşdırmağa çalışmışdır və buna nail olmuşdur. Uşaqların atasının yanında qalmaq istəməsi və anaya mənfi münasibəti məhz bunun nəticəsidir ki, bu da diqqətdən kənarda qalmamalıdır. Kollegiya göstərir ki, BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Kollegiya göstərir ki, valideynlərin hər birinin əxlaqi və digər keyfiyyətlərinin birbirindən üstün cəhətləri müəyyən olunmamışdır. Ananın davranışlarında, həyat tərzində və maddi-məişət şəraitində uşağın normal mənəvi-əxlaqi və fiziki inkişafına mənfi təsir edən hal müəyyən olunmur. Ana uşaqlara bağlıdır və onların qayğısını çəkməyə hazırdır. Cavabdehin də uşağın normal inkişafı üçün maddi məişət şəraiti yaratmaq imkanı vardır. Lakin hər bir halda uşaqlara əvəzolunmaz ana qayğısı və qulluğuna olan ehtiyacını nəzərə alaraq uşaqların anasının yanında qalmasına üstünlük verilir. Hazırda isə uşaqlar faktiki olaraq bibilərinin qayğısı altındadır. Çünki, cavabdeh Rusiya Federasiyasında yaşamaqla, orada işləyir. Bu səbəbdən uşaqlara vaxt ayıra bilmir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində ölkədən çıxış edərək Rusiya Federasiyasına getmişdir. Həmçinin Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Dəyirmandağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 və övladları X10 və X11 hal-hazırda ərazidə yaşamırlar. Bundan əlavə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışdan da müəyyən olunur ki, X10 və X11 hal-hazırda X7 ilə birlikdə yaşayır. Bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy Rayonu üzrə təhsil sektoru Köhnəkənd kənd ibtidai məktəbdən daxil olmuş məktublardan da müəyyən olunur ki, həmin məktəin müdirinin xx.xx.2022-ci il tarixli, 25 saylı əmri ilə X10 və X11 xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək dərs məşğələlərində iştirak etməmiş və ərazi üzrə verdiyi məlumata əsasən ərazini tərk etdiklərinə görə şagird kontingentindən azad edilmişdir. Göründüyü kimi uşaqların bibi qayğısına yox, ana qayğısına ehtiyacı vardır. Həmçinin cavabdehin müntəzəm olaraq uşaqların yanında qalmadığı, onların qayğısına və təhsilinə vaxt ayırmadığı iş materialları ilə müəyyən edilir. Qeyd olunanlarla yanaşı kollegiya onu da göstərir ki, uşaqların bir valideyndən alınıb digərinə verilməsi barədə qətnamənin icrası zamanı uşağın mənafeyinə ziyan vuran situasiya yarana bilər. Bu vəziyyəti qanunvericilik dəqiq tənzimləyir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 74.4-cü maddəsinə görə Uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, məhkəmənin qərardadı ilə müvəqqəti olaraq sosial xidmət müəssisələrində yerləşdirilir Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, uşaqlar anaya verilməsi nəticəsində onun yeni mühitə uyğunluşmasının çətin olacağı, həmçinin atasına sıx bağlı olduğuna görə ondan ayrılmağın uşağa pis təsir edəcəyi barədə cavabdeh tərəfin dəlilləri qəbul olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, uşaqların anaya verilməsi barədə gəldiyi nəticə əsaslıdır. Bundan başqa cavabdehin alimentlə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. İşin hallarından da göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi həm uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm də aliment hissəsində qanuni və əsaslıdır. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və qətnamə мцбащисяляндирилян щиссядя dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-441/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar