Məhkəmə qərarları › İş №2(104)-297/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-297/2025

27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-297/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edənməruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilmiş 1955- 1958-ci illərə aid İddiaçı texniki pasportunun surətindən görünür ki, İddiaçınə 3*** kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı direktoru, məktəbin direktor müavini X4 və direktor müavini X5 tərəfindən tərtib edilmiş 15.*4.2*23-cü il tarixli aktın surətindən görünür ki, Düzyurd kənd tam orta məktəbinə məxsus həyatyani sahəsi Məktəbin texniki pasportunun Vİİİ bölümündə “Məktəbin həyəti və torpaq sahəsi” bölümündə 3*** kv.m göstərilmişdir. Sənəddəki rəqəmlər nəzərə alınmaqla 164* kv.m ərazi kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrcə yazılı və şifahi şəkildə edilmiş xəbərdarlığa rəğmən ərazi zəbt olunmuş olaraq qalmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.1286 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayonu Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.1286 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunmur.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 24 oktyabr 2*25-ci il, 3-21-3-4*/2-5899/2*25 nömrəli mütəxəsis rəyindən görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, mübahisəli torpaq sahəsi *.1871 ha təşkil edir. Ondan *.*461 ha hissəsi Cavabdeh digər *.141* ha hissəsi isə bələdiyyə mülkiyyətinə aiddir. Gədəbəy rayonu, Düzyurd kəndinin kompleks yerquruluşu xəritəsində *.141* ha torpaq sahəsi Cavabdeh zəbti kimi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsindən Cavabdeh çıxarılması və vəkilə ödənilmiş 65 manat xərcin əvəzinin Cavabdeh alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin ərazisi məktəbin inzibati binası ilə birlikdə *.3* ha təşkil edir. Bu barədə orta məktəbin texniki pasportunda müvafiq qeyd aparılmışdır. Hazır-hazırda Düzyurd kənd sakini Cavabdeh məktəbə aid olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə ondan məktəbə aid torpaq sahəsindən çıxması və torpaq sahəsini boşaltması tələb edilsə də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirir. Bu barədə Gədəbəy rayon Polis şöbəsinə də, müraciət olunmuş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Nəticədə həmin torpaq sahəsinə münasibətdə dövlət müəssisəsi olaraq iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbinin qismən təmin edilməsi, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni istifadəsinə və sahibliyinə verilmiş 3*** kv.m torpaq sahəsinin zəbt olunmuş 14** kv.m hissəsindən Cavabdeh çıxarılması, vəkilə ödənilmiş 65 manat xərcinin və 95 manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilməsi, Cavabdeh 1** manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçmiş Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilmiş 1955-1958-ci illərə aid İddiaçı texniki pasportuna əsasən, İddiaçınə 3*** kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq məktəbin balansında olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etmişdir. Məhkəmə tərəfindən mütəxəssis cəlb edilmiş və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayonu Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında *.1286 ha torpaq sahəsi olması və həmin torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh tərəfindən istifadə olunmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansına 3*** kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmasa da, iddiaçının qanuni istifadəsində olmuşdur. Həmin 3*** kv.m torpaq sahəsi dövlət mülkiyyəti olmaqla dövlət müəssisəsinin balansa ayrılmış, həmin torpaq sahəsinin qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınması, sənədləşdirilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətində olmuş, torpaq sahəsinin dövlət qeydiyyatına alınmamasında iddiaçının hər hansı təqsiri olmamışdır. Odur ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansına ayrılmış 3*** kv.m torpaq sahəsi sonuncunun qanuni sahibliyindədir və həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpası ilə bağlı iddia qaldımaq üçün iddiaçıının subyektiv hüquqları vardır. Məhkəmə iddiaçının balansında olan 3*** kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı balansına verilmiş, 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsini qanunsuz olaraq istifadə edir. Bu mütəxəssisin izahatı ilə təsdiqini tapır. Həmin torpaq sahəsinə dair cavabdehin mülkiyyət və ya istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıda isə mübahisəli torpaq sahəsinin qanuni sahibliyində olmasını təsdiq edən texniki pasport mövcuddur. Göründüyü kimi cavabdeh qanunsuz olaraq iddiaçı Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni sahibliyində olan 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsini istifadə edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı balansında olan torpaq sahəsinin zəbt edilmiş 14** kv.m hissəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni sahibliyində olan 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsindən Cavabdeh çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 241.1, 157.8, 139.1, 139.1.1.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 1*. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh vəkili Vəkil apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Gədəbəy Rayon Məhkəməsinin 3*.*9.2*24-cü il tarixli, 2(*42)-769/2*24 saylı qətnaməsininin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasını qəbul etmir. Qeyd etmişdir ki, iddiaçı Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin mübahisələndirdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Bu hal iş materiallarında olan və məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi ilə də təsdiq olunmaqdadır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ olmadan iddiaçının iddia tələbini təmin etmişdir. Bundan başqa həmin mütəxəssis rəyi ilə onun iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyi öz təsdiqini tapmaqdadır. Onun istifadə etdiyi və iddiaçının mühbahisələndirdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və bələdiyyə tərəfindən həmin torpaq sahəsindən çıxmağıyla bağlı ona hər hansı bir xəbərdarlıq və ya digər qaydada məlumat verilməmişdir. İddiaçının mübahilsəndindirdiyi torpaq sahəsini Azərbaycan SSR dövründən valideyinləri tərəfindən istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olub olmaması və iddiaçının iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət sənədinin olmaması ilə bağlı qətnamədə heç bir hüquqi mövqey bildirməmişdir. Hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Lakin məhkəmə maddi və prosessual hüquq normaları kobud pozaraq nəticədə Dövlətin adından əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının iddia tələbi təmin olunmamalı idi. Belə ki, ilk öncə iddiaçın iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışı olmalı idi. Həmçinin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Həmçinin hakim qətnamədə iddianı təmin edərkən heç bir sübuta əsaslandırmamışdır. Görüdüyü kimi birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə Dövlətin adından çıxarılmış qətnaməyə sübutlara deyil iddiaçının izahatına əsaslanaraq qəbul etmişdir. Birinci instansiya məhkəməsi düzgün araşdırma aparmayaraq onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını pozan qətnamə çıxarmışdır. Yuxarda sadalanan normalardan da göründüyü kimi, ilk olaraq iddiaçı iddia tələbinin əsaslığını sübut etməli və məhkəmə həmin sübutlara əsaslanmalıdır. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İş materiallarına əlavə edilmiş sənətlərdən də görünür ki, iddiaçının iddia tələbi qanuni və əsaslı deyildir. Belə ki məhkəmə iş materiallarında olan heç bir sübuta əsaslanmış, iddiaçının mülkiyyət hüququ və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadan qətnamə qəbul etmişdir. Bununla bağlı qeyd etmişdir ki, işin hallarında da göstərdiyi kimi, məhkəmə qətnamənin qəbul edərək heç bir sübuta əsaslanmamış və iddianın hansı hüquq normasına əsaslanaraq təmin etməsini qətnamədə əsaslandıra bilməmişdir. Məhkəmənin işə aid olan faktlara əsaslanması, faktların mötəbər sübutlarla təsdiq edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi başa düşülür. Belə ki, məhkəmə heç bir fakta əsaslanmadan və işdə heç bir sübut olmadan qətnamə qəbul etmişdir. Hesab etmişdir ki, bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən heç bir möhtəbər sübuta əsaslanmamış, iddiaçının verdiyi yazışmaya əsaslanmış və onun vəsatətni təmin etməmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur və torpaq bələdiyyənin mülkiyyətindədir.

14. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktor) Nümayəndə apellyasiya şikayətinə etiraz etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi uşaqların idman yeri olmuşdur. Bələdiyyə onlara rəsmi məktub vermiş və torpağın cavabdehə verilməsinə razılıq verməmişdir. Mütəxəsis əraziyə baxış keçirərək rəy vermişdir. Hazırda uşaqların fiziki tərbiyəsi üçün yer olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:

16. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).

18. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

19. Maddə 14*. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 2*. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

21. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

24. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

25. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

26. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

27. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

28. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 3*. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Maddə 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 4*. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

43. Apellyasiya icraatı zamanı əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 24 oktyabr 2*25-ci il, 3-21-3-4*/2-5899/2*25 nömrəli mütəxəsis rəyindən görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, mübahisəli torpaq sahəsi *.1871 ha təşkil edir. Ondan *.*461 ha hissəsi Cavabdeh digər *.141* ha hissəsi isə bələdiyyə mülkiyyətinə aiddir. Gədəbəy rayonu, Düzyurd kəndinin kompleks yerquruluşu xəritəsində *.141* ha torpaq sahəsi Cavabdeh zəbti kimi göstərilmişdir. İddiaçı nümayəndəsi isə məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsindən Cavabdeh çıxarılmasını xahiş etmişdir.

44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamsı müəyyən edilməlidir.

45. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi elektron baza məlumatlarına əsasən, mübahisəli torpaq sahəsi *.1871 ha təşkil edir. Ondan *.*461 ha hissəsi Cavabdeh digər *.141* ha hissəsi isə bələdiyyə mülkiyyətinə aiddir. Gədəbəy rayonu, Düzyurd kəndinin kompleks yerquruluşu xəritəsində *.141* ha torpaq sahəsi Cavabdeh zəbti kimi göstərilmişdir. İddiaçı isə həmin torpaq sahəsinin texniki pasportda məktəbin balansında olan torpaq sahəsi kimi qeyd edilməsinə əsaslanaraq cavabehə qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəmsi mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus texniki pasportda qeyd edilmiş 3*** kv.m torpaq sahəsinə aid olması nəticəsinə gələrək iddianı təmin etmişdir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəıldiyi nəticə ilə razılaşmır. Belə ki, alınmış mütəxəssis rəylərində mübahisəli torpaq sahəsinin iddiaçının balansında olması, yaxud həmin torpaq sahəsinin iddiaçıya verilmiş 3*** kv.m. torpaq sahəsinin daxilində yerləşməsi əks olunmamışdır. Həmçinin iddiaçıya verilmiş texniki pasportda məktəbə ayrılmış torpaq sahəsinin plan və ölçüsü əks olunmamışdır. Yalnız texniki pasportda məktəbin həyətinin və torpaq sahəsinin sahəsi olaraq 3*** kv.m. qeyd edilmişdir. Lakin həmin qeyd də, qaralanmış, rəqəm dəyişdirilmiş və həmin rəqəmin kim tərəfindən dəyişdirilməsi və nəyin əsasında dəyişdirilməsi barədə texniki paspotda heç bir qeyd yoxdur. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

47. Mübahisəli torpaq sahəsinin iddiaçının balansında, istifadəsində, icarəsində olması iş materialları ilə müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur.

48. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 3* iyul 2**8-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

49. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisləndirdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. 5*. Eyni zamanda mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması iddiaçının hər hansı qanuni marağına toxunması da, iş halları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” 23 may 2*25-ci il tarixli Qərarında qeyd olunur ki, beləliklə, hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 4*2 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(*42)-769/2*24 saylı, 3*.*9.2*24-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar