Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-298/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsindən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı aid AZE № ******* nömrəli əmək kitabçasının surətindən və 21 dekabr 2022-ci il tarixli, 132/k nömrəli və 27 dekabr 2023-cü il tarixli, 147/k nömrəli əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 132/k nömrəli əmrlə, xx.xx.2022-ci il tarixdən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi - İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
2. 14 saylı Regional meşə X3 İttifaqı Komitəsinin 26 dekabr 2023-cü il tarixli, 18 saylı protokolunun surətindən görünür ki, gündəlik məsələdə İddiaçı vəzifəsinə səhlənkar yanaşması nəticəsində meşə fonduna 1924.76 manat ziyan dəyməsi və İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək hər hansı üzrlü səbəblər olmadan işdə olamaması müəyyən edilmiş, 14 saylı RMTM-nin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə vəsatət qaldırılması haqda 14 saylı RMTM-nin direktoru V.Nəbiyevin təqdimatının nəzərə alınması, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bənidə əsasən xitam verilməsi barədə 14 saylı X2rşısında vəsatət qaldrılmasına razılıq verilmişdir.
3. Səhiyyə Nazirliyinin Şəmkir Mərkəzi rayon Xəstəxanasının “publik hüquqi şəxsi” tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəmkir rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “ÜXİX Gərginlik stenokardiyası f/s İİ (iki) hipertoniya xəstəliyi İİİ (üç) dərəcə yüksək risk. Hipertonik krizlər)” diaqnozu ilə dispanser qeydiyyatında dayanır və ambulator müalicə alır.
4. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Plankənd kənd Tibb məntəqəsi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 14 saylı arayışın surətindən görünür ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixə qədər ev şəraitində ilkin tibbi yardım göstərilmişdir.
5. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”inin surətindən görünür ki, İddiaçı 18 oktyabr 2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X14ə daxil olmuş, 28 oktyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə İddiaçı işdən azad edilmə tarixi xx.xx.2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi “xəstəlik davam edir” qeyd edilmişdir.
6. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 14 saylı X11 Mərkəzinə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı A.Səhət adına xəstəxanada xx.xx.2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır.
7. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”inin surətindən görünür ki, İddiaçı 18 noyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu”diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X14ə daxil olmuş, 28 noyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə İddiaçı işdən azad edilmə tarixi 19 noyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyev tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 147/K saylı işdən azad olunma əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunması və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022-ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 27 dekabr 2023-cü il tarixədək işləmişdir. Mərkəzin direktoru Vasif Nəbiyevin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və o, öz işinə bərpa edilməlidir. Belə ki, o, işdən azad olunan vaxt xəstə olmuş və Gəncə Birləşmiş Şəhərlərarası xəstəxanada müalicədə olmuşdur. Bu faktı təsdiq edən bülleteni iddia ərizəsinə əlavə edir. Əmək qanunverciliyinə görə işçinin bülletində olduğu müddətdə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Qeyd etdiyi kimi o, xəstəliyi ilə əlaqədar xəstəxanada olmuş, bu səbəbdən işə gələ bilməmişdir. Bu halı təsdiq edən xəstəlik sənədini ərizəyə əlavə etmişdir. Belə olan halda hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdə azad edilməsi qanunsuz olmuşdur. Həmçinin, hesab edir ki, o, xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə iş buraxma günləri üçün əmək haqqını tələb etməkdə haqlıdır.
10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsi (hakim Marif Kazımov) ilə, iddianın təmin edilməsi, İddiaçı işdən azad edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin 27 dekabr 2023-cü il tarixli, 147/K nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi işinə bərpa edilməsi, İddiaçı 27 dekabr 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 70, 72, 71-ci maddəsinin 2-ci bəndinə, 76, 187, 296-cı maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzi apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməməsinə, bununla bağlı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərinə istinad edilməklə onun işə gəlməməsini əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirməmişdir. Ona görə də iddiaçının işdən azad edilməsini yolverilməz hesab etmişdir. Halbuki, İddiaçı işə çıxmamasına görə Qalakənd meşəbəyliyinin meşəbəyisi X10 yazmış olduğu gün kəsmə aktlarına əsasən barəsində araşdırıma aparılmış, xx.xx.2023xx.xx.2023 tarixlərlərdə işə çıxmamasının səbəbinin xəstə olması ilə əlaqələndirmiş, Mərkəzə isə xəstəlik vərəqəsi əvəzinə “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli 47/8 saylı arayışın surətini təqdim etmişdir. Mərkəz tərəfindən həmin arayış araşdırılarkən arayışın Şəmkir RMX-PHŞ tərəfindən verilmədiyi müəyyən edilmişdir. İddiaçı arayışda göstərilən müddət ərzində eyni günləri əks etdirən Gədəbəy rayon Plankǝnd kənd Tibb Məntəqəsinin xx.xx.2023-cü il tarixli 14 qeydiyyat nömrəli arayışda ev şəraitində ilkin tibb yardım olunması göstərilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, eyni vaxtlarda ( xx.xx.2023-xx.xx.2023-cü il tarixləri müddətində) İddiaçı həm Şəmkir RMX-PHŞ-də xəstə yatmış, həm də yaşadığı Gədəbəy rayon Plankənd kəndində ev şəraitində ona ilkin tibbi yardım göstərilmişdir. İddiaçı o gündən etibarən nə iş günləri işə çıxmış, nə də işə çıxmaması barədə Mərkəzə rəsmi sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan xəstəlik vərəqələri bir-birini tamamlamadığı üçün Gədəbəy rayon Mərkəzi Xəstəxanasına rəsmi qaydada müraciət edilsə də bu günə kimi onun xəstəliyi barədə cavab məktubu gəlməmişdir. Eyni zamanda İddiaçı işlədiyi dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirməyərək bilərəkdən meşə qanunvericiliyini pozulmasına görə vaxtında qanunsuz kəsilmiş ağaclar barədə Mərkəzə və hüquq mühafizə orqanlarına məlumat vermədiyi üçün dövlət meşə fonduna 1811,87 (bir min səkkiz yüz on bir manat səksən yeddi qəpik) manat məbləğində ziyan dəymişdir. Məhkəmə tərəfindən qeyd olunan maddəyə istinad edilsə də, həmin maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə iddiaçının hüquqi savadsızlığı ilə əlaqədar məhkəməyə vaxtında müraciət etməməsini, nəticədə fərdi əmək mübahisəsinin həll edilməsi üçün iddia ərizəsi və digər zəruri sənədlərin hazırlanması, eləcə də hüquqi savadsızlığı ilə əlaqədar obyektiv halların iddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələndiyinə istinad edilsə də, Əmək Məcəlləsinin 296.6-cı maddədə sadalanmış üzrlü səbəblərin heç biri iddiaçının vəziyyətində müəyyən edilməmişdir. Ona görə də hesab edirlər ki, İddiaçı məhkəməyə müraciət etmək üçün Qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, onun iddia tələbi iddia müddətinin ötməsi əsası ilə rədd edilməli idi. Lakin, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməməsinə, bununla bağlı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərinə istinad edilməklə onun işə gəlməməsini əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirməmişdir. İddiaçı xx.xx.2023-xx.xx.2023 tarixlərlərdə işə çıxmamasının səbəbinin xəstə olması ilə əlaqələndirmişdir. İddiaçı həmin gündən etibarən işə çıxmamışdır. İddiaçı tərəfindən təqdim olunan xəstəlik vərəqələri bir-birini tamamlamadığı üçün Gədəbəy rayon Mərkəzi Xəstəxanasına rəsmi qaydada müraciət edilsə də bu günə kimi onun xəstəliyi barədə cavab məktubu gəlməmişdir. Eyni zamanda İddiaçı işlədiyi dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirməyərək bilərəkdən meşə qanunvericiliyini pozulmasına görə vaxtında qanunsuz kəsilmiş ağaclar barədə Mərkəzə və hüquq mühafizə orqanlarına məlumat vermədiyi üçün dövlət meşə fonduna ziyan dəymişdir. İddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələndiyinə istinad edilsə də, buna qiymət verilməmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün Qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, onun iddia tələbi iddia müddətinin ötməsi əsası ilə rədd edilməli idi. Onlar iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verməmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022-ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 27 dekabr 2023-cü il tarixədək işləmişdir. Mərkəzin direktoru Vasif Nəbiyevin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və o, öz işinə bərpa edilməlidir. Belə ki, o, işdən azad olunan vaxt xəstə olmuş və Gəncə Birləşmiş Şəhərlərarası xəstəxanada stasionar müalicədə olmuşdur. Bu faktı təsdiq edən bülleteni iddia ərizəsinə əlavə etmişdir. Əmək qanunverciliyinə görə işçinin bülletində olduğu müddətdə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Qeyd etdiyi kimi o, xəstəliyi ilə əlaqədar xəstəxanada olmuş, bu səbəbdən işə gələ bilməmişdir. Bu barədə iş yerinə məlumat da vermişdir. Bu halı təsdiq edən xəstəlik sənədini iddia ərizəsinə əlavə etmişdir. Əmr və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi qanunsuz olmuşdur. Bu səbəbdən işinə bərpa olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
17. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
18. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 71. Hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
21. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
22. Maddə 76. Hissə 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
23. Maddə 76. Hissə 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
24. Maddə 186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
25. Maddə 186. Hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
26. Maddə 186. Hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
27. Maddə 187. Hissə 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
28. Maddə 296. Hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
29. Maddə 296. Hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
30. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlillərində qətnamənin yalnız iddianın təmin edilmiş hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
44. Buna baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin halları ondan ibarətdir ki, Əliyev X9 İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 132/k nömrəli əmri ilə, xx.xx.2022-ci il tarixdən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi - İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq o, bülletendə olduğu dövrdə işdən çıxarıldığına görə bunun qanunsuz olduğunu iddia etmiş və işdən azad edilməsinə dair verilmiş əmrin ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir.
49. İddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, o, əmək funksiyasını pozmamış, işdən azad olunmasına dair əmr verilərkən əmək qabiliyyətini müvəqqəti itirilməsinə dair sənədi olmuş, lakin buna baxmayaraq işəgötürən tərəfindən həmin hallar nəzərə alınmamışdır.
50. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
51. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
52. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.
53. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.
54. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; ... və sairdən ibarətdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
56. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 147/K №-li əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə heç bir zəruri qeydiyyat və əsaslandırılma aparılmamışdır.
57. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir.
58. Həmin norma, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
59. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: 1. İşçinin əmək funksiyasını yerinə yetirməməsi; 2. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.
60. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir.
61. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır.
62. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.
63. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “a” bəndində nəzərdə tutulan, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halıdır.
64. İş müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək ev şəraitində ambulator qaydada müalicə almış, 18 oktyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X14ə daxil olmuş, 28 dekabr 2023-cü il il tarixədək xəstəxanada ambulator və stasionar müalicə almışdır. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərində İddiaçı işdən azad edilmə tarixi (hər iki vərəqə üzrə ümumilikdə) 18 oktyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan sənədlər və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə o, qənaətə gəlir ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə gəlməməsi onun əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməzdi və bu əsasla onun işdən azad edilməsi yolverilməzdir.
66. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iddiaçı tutduğu meşə gözətçisi vəzifəsindən azad edilərkən onun işə gəlməməsinin səbəbi barədə təşkilata məlumat verməməsi, iddiaçıya bununla əlaqədar yazılı bildiriş göndərilib-göndərilməməsi, iddiaçının üzürlü və ya üzürsüz səbəbdən işə gəlməməsinin yoxlanılmasını təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
67. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
68. Göründüyü kimi, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinə xitam verilməsini qadağan etdiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 76-cı maddələrinin tələbələrinə əməl etməmiş və nəticədə işçi İddiaçı əmək hüquqlarını pozmuşdur.
69. Cavabdehin iddiaçının işə mütəmadi olaraq gəlməyərək nizam-intizam qaydalarına da əməl etməməsi və buna görə də meşə ərasində ağaclar kəsilərək ziyan dəyməsi barədə irəli sürdüyü dəlillər, bu hərəkətlərə iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yol verməsini, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübut etməli idi. Lakin, bu hal məhkəmə tərəfindən müəyyən olunmamışdır.
70. Göründüyü kimi, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023cü il tarixli əmrində iddiaçının ƏM-nin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasına istinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi işəgötürənin üzərinə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq vəzifəsini qoymuşdur. Bu əsaslandırma əmrə, yaxud hər hansı bir sənədə qanunun maddi hüquq normasının olduğu kimi köçürülməsini deyil, işçinin işdən azad edilməsinə səbəb olan konkret halların nədən ibarət olmasının ətraflı şərh edilməsini nəzərdə tutur. Şərh edilənlərdən də görünür ki, ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.
71. Qeyd olunmalıdır ki, qanunvericilik əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilməsini birbaşa qadağan etmişdir. Həmin qayda əslində işçinin hüquqlarının daha səmərəli təmin olunması vasitələrindən biri kimi çıxış etməklə, bir tərəfdən işəgötürənin üzərinə işçini işdən azad etməklə bağlı mövqeyini birmənalı və ziddiyyətsiz əsaslandırmaq vəzifəsi qoyur, digər tərəfdən isə işçiyə hansı əsasla işdən azad edildiyi barədə məlumatlı olmaq imkanı təqdim edir.
72. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisələndirilən əmrin əsaslığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
73. Məhkəmə kollegiyası apellyatorun iddia müddətinin ötməsi və iddia müddətinin tətbiq edilməsi dəlili ilə bağlı qeyd edir ki, dəlil əsassızdır.
74. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
75. Belə ki, baxılan işdə hətta iddia müddəti ötmüş olsa belə, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinı müraciət edilməmişdir. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
76. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
77. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.
78. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.
79. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
80. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
81. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində olan icraat barədə cavabdehə məlumat verilmiş, lakin cavabdeh iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə heç bir ərizə ilə müraciət etməmişdir. Bu işin mübahisəsiz halıdır.
82. Halbuki, Azərbaycan Respublikasının MPM-in 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
83. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
86. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
87. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-785/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.