Məhkəmə qərarları › İş №2(104)-3/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-3/2024

12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-3/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X8 Cavabdeh1, X4 və Cavabdeh2 Hüseyn oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən istifadəyə qadağa qoyulması və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-136/2021 saylı mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş İnventar nömrəsi 20377, Reyestr nömrəsi **********54-12101 olan Texiniki Pasportun surətindən görünür ki, Bərdə şəhər S.Zöhrabbəyov 176 ünvanında yerləşən “Əmlak Kompleksi”nin hüququ subyekti X10, balans saxlayıcı Azərbaycan Respublikası Təhzil Nazirliyi, X9. Həmin sənədin 4-cü bölməsində olan qeydlərdən görünür ki, тtorpaqayırma sənədləri üzrə ayrılmış torpaq sahəsi 20967,5 kv.m, faktiki istifadədə olan torpaq sahəsi də həmçinin 20967,5 kv.m. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kənd sakini X3 uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Suvarma sistemləri İdarəsinin həyəti, şimaldan 47 saylı Texini Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33x24 m, cəmi 792 kv.m ölçüdə həyətyanı torpaq sahəsi X1 qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayonu Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, Bərdə rayon sakini Cavabdeh2 uzun müddət həyətyanı sahə kimi istifadə etdiyi, Bərdə-Qaradəmirçi yolunun cənubunda, şərqdən Quliyev Muradxana məxsus həyət, şimaldan 47 saylı Texniki Peşə məktəbinin həyəti ilə həmsərhəd olmaqla, 33x24 m, cəmi 792 kv.m ölçüdə həyətyanı torpaq sahəsi Cavabdeh2 satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən Bərdə rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə Bərdə rayon sakini Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün 792 kv.m ölçüdə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 615 nömrəli xx.xx.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, 20377 invertar nömrəli **********54-12101 reyestr nömərli Texini pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X10 adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin koordinatları ilə tutuşduruldu məlum oldu ki, sənəd üzrə Peşə Liseyinin istifadəsində olan 20967.5 kv.m torpaq sahəsinin 0.17 ha hissəsi cavabdeh tərəfindən hasara alınaraq 1 ədəd qeyri-yaşayış binası tikmişdir. İş materiallarına əlavə olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 23 may 2023-cü il tarixli, 10/3416 saylı ekspert rəyindən müəyyən olunur ki, 20377 invertar nömrəli **********54-12101 reyestr nömərli Texini pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X10 adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin 0.17 ha hissəsi cavabdehlər tərəfindən hasara alınaraq, orada 1 ədəd qeyri-yaşayış binası tikilmişdir. Həmin ekspert rəyinə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. İş materiallarına əlavə olunan, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-33/2023 saylı iş üzrə 17 oktyabr 2023-cü il tarixli inzibati iş üzrə qərarı ilə Azərbaycan Respublikası Bərdə rayon Bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi barəsində cavabdehlərin adına olan qərarlar qanuni əsaslı olmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-33/2023 saylı inzibati iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X10 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Bərdə şəhəri, S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən istifadə etməsinə qadağa qoyulmasına və həmin torpaq sahəsi üzərində qanunsuz inşa etdiyi fermanın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X8 nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 əlavə X3 və Cavabdeh2 əlavə cavabdeh kimi cəlb olunmasını və Bərdə şəhəri, S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdehlərin istifadə etməsinə qadağan qoyulmasına və həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş fermanın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-136/2021 saylı mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X8 nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-136/2021 saylı mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə işi hərtərəfli, obyektiv araşdırmamış və ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, təqdim edilmiş texniki pasporta etibarsız sənəd kimi yanaşmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.1.2 Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, mülki iş məhkəmənin icraatında olduğu zaman X8 nümayəndəsi Bərdə rayon Bərdə Bələdiyyəsinə (üçüncü şəxslər Cavabdeh2 və X5) qarşı iddia qaldıraraq Bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə icraat Gəncə İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır. Hazırda qeyd edilən inzibati iş mahiyyəti üzrə həll edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-33/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilmiş və Azərbaycan Respublikası Bərdə rayon Bələdiyyəsinin 30 yanvar 2007-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.Həmin qərardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslər Cavabdeh2 və X1 barədə olan qərarlar qanuni əsaslı olmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-33/2023 saylı inzibati iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması işin faktiki halı kimi təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 23 may 2023-cü il tarixli, 10/3416 saylı ekspert rəyindən müəyyən olunur ki, 20377 invertar nömrəli **********54-12101 reyestr nömərli Texini pasporta əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X10 adına qeydiyyata alınmış 20967.5 kv.m torpaq sahəsinin 0.17 ha hissəsi cavabdehlər tərəfindən hasara alınaraq, orada 1 ədəd qeyriyaşayış binası tikilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı X6i istifadəsinə verilən torpaq sahəsindir və cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla yanaşı kollegiya göstərir ki, iddiaçı X8 nümayəndəsi iddia ərizəsində Bərdə şəhəri, S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdehlərin istifadə etməsinə qadağan qoyulmasına və həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş fermanın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddia tələblərindən kənara çıxılması üçün heç bir müstəsna hal mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan istifadə hüquqları pozulduğundan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas verir. İrəli sürülən iddia təmin edildiyindən, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli, 50 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.2, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-136/2021 saylı mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi F.Səfərov adına X8 istifadəsində olan, Bərdə şəhəri, S.Zöhrabbəyov 176 ünvanında yerləşən ümumi sahəsi 20967.5 kv.m olan torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 Hüseyn oğlunun istifadə etməsinə qadağa qoyulsun və həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş ferma cavabdehlərin vəsaiti hesabına sökülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 Hüseyn oğlundan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar