Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-31/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus, Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən 0.0513 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan qeydiyyat nömrəsi 18200095 olan və qeydiyyat tarixi 17.0.2020- ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0.0513 ha torpaq sahəsinin 04 kvadrat metr hissəsindən Cavabdeh1, 46 kvadrat metr hissəsindən isə Cavabdeh2 çıxarılması və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatlarının ümumilikdə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM,VÖEN **********, X1, KOD 210005 VÖEN ********* Müxbir hesab AZ 41 NABZ********************SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmiş, əksinə iddiaçı hazırda ona məxsus torpaq sahəsindən istifadə edir. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iş üzrə mütəxəssis baxışı zamanı və ekspertiza keçirilən zaman iştirakları təmin edilməmiş, eyni zamanda ona məxsus torpaq sahəsinin koordinatları çixarılmamış, ərazi hesablanmamışdır. Torpaq sahəsinə birtərəfli qaydada baxış keçirilmiş, yalnız iddidaçının təqdim etdiyi məlumatlara əsasən onun torpaq sahəsinə baxış keçirilərək mütəxxəssis rəyi və ekspert tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdehin iştirakı təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1671/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsinə və üçüncü şəxs İddiaçı qarşı “qeydin ləğvi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)- 31/2022 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş özünə aid hissəsini mübahisələndirmişlər. Digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamənin ona aid hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsindən yalnız Cavabdeh2 apellyasiya şikayəti verdiyi üçün, qətnamənin əsaslığı ona münasibətdə yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,0513 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 10/95 saylı rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə ********** saylı reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş İddiaçı xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,0513 ha torpaq sahəsinin 04 kvadrat hissəsindən Cavabdeh1, 46 kvadrat metr hissəsindən isə Cavabdeh2 istifadə edir. Məhkəmə kollegiyasına təqdim edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziabti Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3590/2024 saylı qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-451/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə əldə edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixdə ********** saylı reyestr nömrəsi ilə qeydiyytadan keçmiş İddiaçı xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,0513 ha torpaq sahəsinin 04 kvadrat hissəsindən Cavabdeh1, 46 kvadrat metr hissəsindən isə Cavabdeh2 istifadə edir.Ona görə də iddiaçının mülkiyyətində olan 0513 ha torpaq sahəsinin 04 kvadrat hissəsindən Cavabdeh1 46 kvadrat metr hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,0513 ha torpaq sahəsi İddiaçı mülkiyyət kimi qeydiyyata alınmış və iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin 46 kvadrat metr hissəsi Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə edilir. İşin həmin halıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2023-cü il tarixli, 10/95 saylı rəyi ilə təsdiq edilir. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə birtərəfli qaydada baxış keçirilmiş, yalnız iddidaçının təqdim etdiyi məlumatlara əsasən onun torpaq sahəsinə baxış keçirilərək mütəxxəssis rəyi və ekspert tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdehin iştirakı təmin edilməmişdir. Cavabdehin həmin apellyasiya dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixdə ********** saylı reyestr nömrəsi ilə qeydiyytadan keçmiş İddiaçı xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,0513 ha torpaq sahəsinin 04 kvadrat hissəsindən Cavabdeh1, 46 kvadrat metr hissəsindən isə Cavabdeh2 istifadə edir. Əldə edilmiş ekseprt rəyinin mötəbərliyi kollegiyada şübhə doğurmur. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziabti Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3590/2024 saylı qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-451/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçıların, 0,513 ha torpaq sah\si üzərində üçüncü şəxsin mülkyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki rəylərdən görünür ki, hər iki torpaq sahəsi üzrə koordinatlar baxımından üst-üstə düşmür. Odur ki, mübahisəli daşınmaz əmlak ilə iddiaçıların hər hansı hüquqi bağlılığı, habelə, mübahisəli əmlakın hər bir halda iddiaçılara aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı həmin mənzilə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin.Bu səbəbdən də iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair subyektiv hüququnun olması iş materialları ilə müəyyən edilmir. Ona görə də, İddiaçı mülkiyyətinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə dair iddiası birinci instansiya məhkəsi tərəfindən mümkün sayılmamış və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədn saxıanılmışdır. Göründüyü kimi, mübahisə edilən torpaq sahəsi ilə bağlı İddiaçı mülkiyyətinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilmiş və həmin iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əldə edilmiş ekspertiza tədqiqatının nəticəsi və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə aradan qalxdığından, hazırki mülki iş üzrə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi istisna edilir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393, 402-407 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(013)-197/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-31/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-31/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver