Məhkəmə qərarları › İş №2(104)-314/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-314/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-314/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İddiaçı və onun nümayəndəsi olan vəkil Nümayəndə, cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş və ərizə işə baxan məhkəmə tərəfindən qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı Qənbər oğlunun iddiası təmin edilmiş, İddiaçı ilə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı Qənbər oğlunun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə "xxxx" ASCnin bank lisenziyası ləğv edilmiş və banka müvəqqəti inzibatçı təyin edilməklə ləğv prosesinə başlanılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 2(83)-736/2016 saylı qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş və xx.xx.2016-cı il tarixli 2-2(83)-736/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici qismində təyin edilmişdir. İddiaçı iddiasında məhkəmə qətnaməsində xx.xx.2015-ci il tarixli məlumat məktubu ilə üzərinə tələb yönəldilmiş Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10 saylı evin 30 təqvim günü ərzində əldə edilməsi təklif edilsə də, bu təklifə münasibət bildirilməməsinə əsaslanmışdır. Lakin bu təklifin alınmasını sübut edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, təklifə cavab verilməli müddət ərzində "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi işə baxarkən aidiyyat qaydasını pozmuş və bununla bağlı nümayəndənin etirazına münasibət bildirilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka qarşı bütün tələblər onun ləğvedicisinə təqdim edilir. İddiaçı tərəf isə iddiasını "xxxx" ASC-yə qarşı qaldırmışdır, bu isə yolverilməzdir. Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, Əmanətlərin Sığortalanması Fondunun faktiki ünvanı Bakı şəhəri, Babək prospekti, 16, hüquqi ünvanı isə Bakı şəhəri, Bülbül prospekti, 40-dır. İddiaçı və onun nümayəndəsi olan vəkil Nümayəndə kollegiyanın iclası zamanı apellyasiya şikayətinə etiraz eddərək, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab etdiklərini bildirməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri, vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikayətin dəlillərindən asılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İş materialları, o cümlədən işin halları ilə müəyyən edilir ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində göstərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və banka müvəqqəti inzibatçı təyin edilməklə ləğv prosesinə başlanılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 2(83)-736/2016 saylı qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş və xx.xx.2016-cı il tarixli 2-2(83)-736/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici qismində təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan: 59.5.1. Bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir... Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC hazırda ləğv prosesindədir və ona ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı isə tələbini Bankın ləğvedicisinə qarşı irəli sürməklə, sonuncunun hüquqi ünvanı üzrə iddia qaldırmalı olduğu halda, hazırkı tələblə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi yerin məhkəməsinə müraciət etmiş, işə baxan məhkəmə isə ləğv prosesində olan Banka qarşı bütün tələblərin bankın ləğvedicisinə təqdim edilməli olmasına dair halı nəzərə almadan ərazi aidiyyət qaydalarını pozmaqla işi icraatına qəbul edərək, yekun məhkəmə aktı çıxarmışdır. Cavbadeh Fond da apellyasiya dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən aidiyyat qaydasını pozmuş və bununla bağlı nümayəndənin etirazına münasibət bildirilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka qarşı bütün tələblər onun ləğvedicisinə təqdim edilir. İddiaçı tərəf isə iddiasını "xxxx" ASC-yə qarşı qaldırmışdır, bu isə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir... Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 387.3. Bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən ərazi aidiyyəti qaydalarını pozmaqla, prosessual pozuntuya yol vermişdir. Belə ki, hazırkı iddia ərizəsinə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğu halda, iddia ərizəsini icraata qəbul edərək, işə əarzi adiyyət qaydalarını pozmaqla baxmışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsi ləğv edilməli və İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267, 398, 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar