Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-322/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmrin ləğvi və işə bərpa; məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbi) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin müəyyən olunmuş halları:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11, tibb bacısı X12, tərbiyəçilər X13, X20 və aşpaz X21 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təsərrüfat müdiri İddiaçı rəhbərliyin xəbəri olmadan süd məhsullarını bəzi işçilərə vermişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 verdiyi xx.xx.2024-cü il tarixli, 320 nömrəli əmrdən görünür ki, təsərrüfat müdiri İddiaçı rəhbərliyin xəbəri olmadan südü bəzi işçilərə verdiyinə görə, ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 bağçanın Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı təqdimatdan görünür ki, təsərrüfat müdiri İddiaçı vəzifə funksiyalarını səhlənkar şəkildə icra etdiyi, qeyri-etik hərəkətləri ilə müəssisənin kollektivinin iş ahəngini pozmağa cəhdlər göstərməsi, dəfələlərlə qeyri iş vaxtı bağçaya gələrək şübhə yaradan işlərlə məşğul olması, əmək intizamına və etik davranış qaydalarına riayət etməyə dəvət edildiyinə, barəsində müvafiq inzibati tənbeh tədbirləri görüldüyünə, lazımi maarifləndirici söhbətlər aparıldığına baxmayaraq, daxili intizam qaydalarına əməl etməməsi, işində dönüş yaratmaması səbəbindən onun işdə qalıbqalmaması məsələsinin müvafiq iclasda müzakirə edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının X27 Komitəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11, tərbiyəçilər X13, X8, X15, X22, X25, X3, X20, X16, xadimə-dayələr X26, X4, X5, X14, X6, tibb bacısı X12, tikişçi X9 və paltaryuyan X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmkarlar təşkilatının iclası zamanı bağçanın təsərrüfat müdiri İddiaçı özünə məxsus mobil telefonu müdir X7 atmışdır.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü ilmtarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə rəhbərliyin xəbəri olmadan iş vaxtı bitdikdən sonra saat 20.30 radələrində baxşanın inzibati binasına daxil olmuş və daha sonra rəhbərliyin gəldiyini görərək, arxadan qapıları bağlayaraq arxa tərəfdən aynadan düşərək qaşmışdır.
7. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü ilmtarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı rəhbərliyin xəbərdarlığı olmadan anbardan südü bəzi işçilərə vermişdir.
8. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X1 08.15 radələrində işə gəldiyi zaman İddiaçı bağçanın həyətində işçilərin yanında nalayiq sözlərlə müdirin üzərinə hucuma keçərək, geydiyi kostuyumu dartıb cıraraq onu vurmağa cəhd etmişdir.
9. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X11 rəhbərliyə xəbərdarlıq etmədən saat 13.15-də iş yerini tərk edərək, saat 15.30da qayıtmışdır.
10. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X11 rəhbərliyə xəbərdarlıq etmədən saat 11.15-də iş yerini tərk edərək, saat 15.20də qayıtmışdır.
11. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X11 rəhbərliyə xəbərdarlıq etmədən saat 12.15-də iş yerini tərk edərək, saat 14.25də qayıtmışdır.
12. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X11 rəhbərliyə xəbərdarlıq etmədən saat 11.15-də iş yerini tərk edərək, saat 15.35də qayıtmışdır.
13. Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, bağçanın təsərrüfat müdiri X11 rəhbərliyə xəbərdarlıq etmədən iş saatında iş yerini tərk etmişdir.
14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 verdiyi xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmrdən görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı əmək müqaviləsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, etik davranış qaydalarını kobud şəkildə pozduğu nəzərə alınaraq, onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Əsas kimi işçi barəsində olan aktlar və həmkarlar təşkilatının razılığı göstərilmişdir.
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11, tərbiyəçilər X13, X8, X15, X22, X20, xadimə-dayələr X26, X5 və paltaryuyan X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Həmlkarlar Təşkilatının yığıncağının onun haqqında yazılmış protokolunu işçilərin gözü qarşısında cırmışdır.
16. İşin 30-33-cü vərəqələrində İddiaçı ilə Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 arasında vootsap yazışmaları: Günay-günartaya nədi bişən Emil dərsdən gələcək, Gülnar- Vermeşil qızartması, padefqalı, 1-də sup. Günay-Hə, vermeşil saxla, bəlkə saşa da gəldi, 1 toyuk qızartdır, saşa yola götürsün, sok da qoy, çöplüdən varsa qoy.Gülnar- qoy baxım. Günay-Baxdınmı. Gülnar- Hə, Aynurə, qızardacaq emilə vermeşil ver da. Günay- Hə, qızartsın tez, yola gedəcək. Gülnar- Verdim. Günay-Sən bişirt saşaya zəng et, gəlib götürsün... Günay-Gülnar süd varmı, başqa nəsə varsa qoy, toyuq da, yağ da, mamam gedir Bakıya..Hə başqa nə var qoy, çöplü şok dsa qoy, o birindən də, mamam ya Validə gəlib işçilər gedəndən sonra götürəcək. Gülnar-ok.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasına qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmrin etibarsız hesab edilməklə ləğv olunması, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdən Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmişdir. 2024-cü ilin may ayının əvvəlində ona məlum olmuşdur ki, verilmiş xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmr ilə işdən azad edilmişdir. Belə ki, bağça müdiri onun xəbəri olmadan barəsində tərtib edilmiş əsassız aktlar ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əsas kimi isə qeyd olunmuşdur ki, guya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmir və etik davranış qaydalarını pozur. Hesab edir ki, həmin əmr qanunsuzdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia rədd edilmişdir.
20. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirən zaman bir neçə dəfə iş yerində olmaması, habelə, əmək funksiyasını layiqincə yerinə yetirməməsi, eyni zamanda əmək intizamına, müəssisədaxili intizam qaydalarına əməl etməməsi və iş yoldaşlarının qanuni mənafelərini pozması səbəb olmuşdur. Belə ki, İddiaçı bağçada təsərrüfat müdiri kimi fəaliyyət göstərir və rəhbərliyin məlumatı olmadan bağça üçün gəlmiş süd məhsullarını anbardan bağçanın işçilərinə vermişdir. Hansı ki, bununla o əmək funksiyasından kənara çıxmışdır. Bu səbəbə görə bağça müdiri tərəfindən ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə müvafiq olaraq töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı özünün həmin töhmət əmrindən məlumatının olmamasını göstərsə də, mülki iş materialları və şahidlərin ifadələri ilə həmin dəlil təkzib edilmişdir. Bundan başqa İddiaçı bağçada təsərrüfat müdiri kimi fəaliyyət göstərən zaman xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iş saatlarında iş yerini işəgötürənə məlumat vermədən tərk etmişdir. İddaiçı tərəfindən əmək intizamı pozulmuş, əmək funksiyası lazımi qaydada yerinə yetirilməmiş, iş yerinin normal ahəngi olduğu çərçivədən kənara çıxarılmış, əmək kollektivi üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.
21. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi əsası ilə əmək müqaviləsinə ləğv edilməsi əmək qanunvericiliyinə görə işəgötürənin hüquq və vəzifəsi olduğundan, işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının xx.xx.2024-cü il tarixli 345 saylı əmri qanuni və əsaslıdır.
22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 71.2, 80-ci, 187-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmıdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)2180/2024 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir.Belə ki, cavabdeh onun barəmdə verdiyi əmri belə əsaslandırır ki, guya o, gündəlik normal iş fəaliyyətini pozmuş, dəfələrlə iş yerində olmamış, müdürü mütamadi olaraq təhqir etmiş və həmkarlar ittifaqı iclasında müdürə telefon ataraq, iclas protokolunu cırıb atmışdır. Bundan əlavə, guya ona 3 ay əvvəl tohmət vermiş və o, töhməti də cırıb atmış, baxçanın xadimələrini təhqir etmişdir. Düzdür, xadiməçilərə kobud şəkildə tələkarlığı olmuş, onun işi bunu tələb edir, təmizliyə cavabdeh şəxsdir. Bu yazılanlar yalandır, cavabdeh ona qarşı bu etdiyi şərlər, böhtanlar sadəcə olaraq onu işdən uzaqlaşdırıb, öz yaxınını gətirib baxçanın praduktunu sərbəst şəkildə mənimsəmək niyyəti ilə bağlıdır. Cavabdehlə onun arasında yaranan mübahisənin səbəbi, onu işdən çıxma ərizəsi yazmasını məcbur etməsi ilə bağlıdır. Cavabdeh məhkəmə iclasındada etiraf edirdi ki işdən çıxması barədə ərizə verməsini tələb etmiş, kamera görüntülərinə də düşübdür, bundan əlavə həmkarlar ittifaqının sədri də etiraf etdiki o da tələb edib ki, ərizəm ilə işdən çıxım, işdə iştirak edən şahidlər də qeyd etdilər ki, 3 ay əvvəl ona töhmət verilməyib, görməyiblər. Cavabdehin vatsab yzışmasını təqdim etmiş, ona mütamadi olaraq yazırdı ki, praduktlardan ayrı ayrı vaxtlarda onun ailə üzvlərinə, özü və həyat yoldaşı vasitəsi ilə özləri və ailəsinin istifadə etməsi üçün istədikləri qədər verim, o, isə vermişdir. Baxçadan müəllimlərdən fond pulu və digər məqsədlər üçün mənim vasitəmlə hər ay pul yığırdı, şahidlər də bu halları təstiq etdilər, mən ona narazılığımı bildirirdim ki, uşaqların qida məhsullarını evinə aparmasın, ona görə də, onu bu formada uzaqlaşdırdı. Onun barəsində intizam tənbehi görməzədn əvvəl izahatı alınmayıbdır. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağan olduğu halda, müdtiyyət onun öz ərizəsi ilə işdən çıxmasını tələb etdiyi8 üçün, o, razılaşmamışdır. Ona görə də, valideyinimin ünvanına nalayıq ifadələr işlətdiyindən, aralarında mübahisə yarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 2180/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildidi ki, 13 ildir ki, işləyir və bu müddətdə cavabdeh ilə münasibətləri həmişə çox yaxşı olmuşdur. Cavabdehin baxçadan evinə ərzaq məhsullar aparması barədə şəkillər olub və bu səbəbdən Təhsil Şöbəsinə əvəzedici müdir kimi gələn Məhəbbət Hüseynova ilə cavabdehin arasında olan münasibət korlanmış, cavabdeh ona bildirmişdir ki, ona töhmət verməlidir. Bununla razılaşmamışdır ki, işində hər hansı problem yoxdur. Belə olan halda nə üçün ona töhmət verilməlidir. Daha sonra cavabdeh ona bildirmişdir ki, artıq töhmət verməyə zərurət qalmadı. Lakin onun məlumatı olmadan əsassız olaraq ona töhmat verilmiş və sonra öz razılığı ilə işdən çıxmasını istəmişdir.
27. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.
28. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, verdiyi izahatında göstərdi ki, iddiaçı gündəlik normal iş faəliyyətini pozmuş, dəfələrlə iş yerində olmamış, onu mütəmadi olaraq təhqir etmiş, habelə, ona qarşı həmkarlar ittifaqı komitəsinin iclasında mobil telefon atmışdır. Eyni zamanda iclas protokolunu cırmışdır. Həmin hadisələrdən əvvəl də iddiaçı əmək funksiyasından kənara çıxdığı üçün ona töhmət verilmişdir. Ona tənbeh verməzdən əvvəl izahatı alınmamışdır. Hətta bir dəfə iddiaçı onu nalayiq sözlərlə işçilərin gözü önündə təhqir etmiş və üzərinə hücum çəkərək əynində olan kostyumu cırmışdır. Bu hadisənin eynisi həmkarlar təşkilatının iclasında da baş vermişdir. Hesab edir ki, əmr qanuni və əsaslı olduğundan işə baxan məhkəmə düzgün olaraq iddiaçının iddiasını təmin etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, iddiaçının işdə olmadığı saatlar üçün ona əmək haqqı hesablanaraq, ödənilmişdir. İddiaçının əmək pozuntuları barədə çoxsaylı aktlar tərtib edilmiş, onun barəsində inzibati tənbeh tədbiri görülsə də, yol verilmiş hüquq pozuntusu barədə izahatı alınmamışdır.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: ...əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi... Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
30. Mülki Prosessual Məcəllə Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, yəni şikayət qətnamənin bütövlükdə ləğv edilməsinə yönəldildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir.
35. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı xx.xx.2012-ci il tarixdən Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının təsərrüfat müdiri vəzifəsinə qəbul edilmiş və həmin bağçanın müdiri X2 verdiyi xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmrlə, bağçanın təsərrüfat müdiri İddiaçı əmək müqaviləsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, onun əmək müqaviləsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Əsas kimi işçi barəsində olan aktlar və həmkarlar təşkilatının razılığı göstərilmişdir.
36. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin tələbinə görə, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halı əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsası kimi qeyd edilir. Əmək Məcəlləsinin 71.2-ci maddəsijndə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri kimi, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi göstərilmişdir. 72-ci maddəsində isə, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi nəzərdə tutulmuşdur. 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
37. Cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmri ilə bağçanın təsərrüfat müdiri İddiaçı ilə əmək müqaviləsinin xitam verilmə şərtlərindən biri kimi, onun əmək müqaviləsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. Lakin iş materialları ilə iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Belə ki, yuxarıda qeyd edilən aktlarla iddiaçının xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qısa müddətli iş saatlarında iş yerini işəgötürənə məlumat vermədən tərk edərək qayıtması göstərilsə də, həmin aktların həqiqiliyi inandırıcı görünmür və iddiaçının işdən çıxarılmasına hüquqi əsas yaratmaq üçün qərəzli şəkildə tərtib edilməsi şübhə doğurmur. Belə ki, iddiaçının 13 il müddətində işdədiyi əmək fəaliyyəti zamanı barəsində hər hansı intizam tədbirini görülmədiyi (sonuncu töhmət nəzərə alımadan) və onun əmək müqaviləsi üzrə hər hansı öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunmadığı halda, işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən əvvəlki 27 gün müddətində mütamadi olaraq işini üzürsüz səbəbdən tərk etməsi ağlabatan deyildir. Digər tərəfdən, onun barəsində müfaviq aktlar tərtb edilərkən və tutduğu vəzifəsindən azad edilərkən, heç bir izahatı alınmamış və bununla da, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur.
38. Cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmri ilə bağçanın təsərrüfat müdiri İddiaçı ilə əmək müqaviləsinin xitam verilmə şərtlərinin digər əsası kimi, onun etik davranış qaydalarını kobud şəkildə pozduğu qeyd edilir ki, bu hal da öz təsdiqini tapmır. Belə ki, Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, bağçanın təsərrüfat müdiri X1 08.15 radələrində işə gəldiyi zaman İddiaçı bağçanın həyətində işçilərin yanında nalayiq sözlərlə müdirin üzərinə hucuma keçərək, geydiyi kostuyumu dartıb cıraraq onu vurmağa cəhd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, heç şübhəsiz belə bir hal baş versə idi, X11 müvafiq orqanlara şikayətlə müraciət edərdi, maddi sübut kimi cırılmış kostyumunu təqdim edərdi və sadəcə aktın tərtib edilməsi ilə kifayətlənməz idi. Həmkarlar təşkilatının iclası zamanı baş vermiş mübahisənin isə, hazırkı iddianın həlli baxımından əhəmiyyət kəsb etmədiyindən, məhkəmə kollegiyası həmin halın dəyərləndirilməsinə lüzum görmür.
39. Bağçanın təsərrüfat müdiri İddiaçı rəhbərliyin məlumatı olmadan anbardan südü bəzi işçilərə verməsi barədə Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 və əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və müdriyyətin xx.xx.2024-cü il tarixli, 320 nömrəli əmri ilə, təsərrüfat müdiri İddiaçı rəhbərliyin xəbəri olmadan südü bəzi işçilərə verdiyinə görə, töhmət verilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, həmin hal da öz təsdiqini tapmamış, bu barədə iddiaçıdan iltizam alınmamış və anbardan südün məhz hansı işçilərə verilməsi müəyyən edilməmişdir. Əksinə, işin 30-33-cü vərəqələrində İddiaçı ilə Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X11 arasında vootsap yazışmalarında, sonuncu “günartaya nədi bişən Emil dərsdən gələcək”, “Hə, vermeşil saxla, bəlkə saşa da gəldi, 1 toyuk qızartdır, saşa yola götürsün, sok da qoy, çöplüdən varsa qoy.”, “Hə, Aynurə, qızardacaq emilə vermeşil ver da” “Hə, qızartsın tez, yola gedəcək”, “Sən bişirt saşaya zəng et, gəlib götürsün...”, “süd varmı, başqa nəsə varsa qoy, toyuq da, yağ da, mamam gedir Bakıya..Hə başqa nə var qoy, çöplü şok dsa qoy, o birindən də, mamam ya Validə gəlib işçilər gedəndən sonra götürəcək” kimi iddiaçıya verdiyi tapşırıqları ilə, baxçanın ərzaq ləvazımatlarının anasına və digər qohumlarına verməsini tapşırdığı müəyyən edilir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, həmin şahidlər müdriyytətin tabeçiliyində işləyən şəxslər olmaqla, onların ifadələri inandırıcı deyildir və iş materialları ilə öz təsdiqini tapmır.
41. Göründüyü kimi, Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının təsərrüfat müdiri İddiaçı vəzifəsindən azad edilməsinə dair həmin məktəbin bağçasının müdiri G.Ə.Dadaşovanın xx.xx.2024-cü il tarixli 345 saylı əmri qanuni və əsaslı olmamış, əmək qanunvericiliyin tələblərinə cavab verməmişdir. Ona görə də, iddiaçı həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı tələbində haqlı olmuşdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 verdiyi xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmr ləğv edilməli, İddiaçı Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının əvvəlki təsərrüfat müdiri vəzifəsinə bərpa edilməli və işdən azad edildiyi xx.xx.2024-cü il tarixdən başlamaqla, vəzifəsinə bərpa olunmasınadək olan müddət üçün, ona məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb ödənilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2180/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X2 verdiyi xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmr ləğv edilsin. İddiaçı Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının əvvəlki təsərrüfat müdiri vəzifəsinə bərpa edilsin və işdən azad edildiyi xx.xx.2024-cü il tarixdən başlamaqla, vəzifəsinə bərpa olunmasınadək olan müddət üçün, ona məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.