Məhkəmə qərarları › İş №2(104)-350/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-350/2025

25.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-350/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı ərazi idarəsinin nümayəndəsi nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və s. tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın Cavabdeh1 hesabına sökülməsi və torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,22 ha torpaq sahəsi və 114.3 kv.metr daşınmaz əmlak qardaşı X18 ilə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi və evdə qardaşı ilə birgə yaşayıb təsəruffat aparırlar. Cavabdeh1 onun qonşusudur. Mülkiyyətlərində olan evə getmək üçün ümumi istifadədə olan yeganə yol mövcuddur və Cavabdeh1 sözü gedən yolun giriş hissəsinə dəmir darvaza yerləşdirirərək əmlakından istifadə hüququnu məhdudlaşdırır. Sözügedən evə daxil olmaq yalnız həmin ümumi istifadəyə verilmiş yolla müəyyən edilmiş və əmlakına digər yolla daxil olmaq mümkünsüzdür. Torpaq sahəsi və evin digər ətrafları qonşuların mülkiyyətindədir və cavabdeh tərəfindən zəbt edilmiş yol yeganə yoldur ki, onun əmlakından istifadə hüququnu reallaşdırır. Bu barədə cavabdehdən dəfələrlə xahiş edərək yolun açılmasını, yolun üzərində yerləşdirilmiş dəmir darvazanın sökülməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış və onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 18 sentyabr 2023-cü il tarixdə ərizə təqdim edilərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş və mübahisə predmenti olan ümumi istifadə olan gediş-gəliş yoluna 14 sentyabr 2023-cü il tarixdə (daşınmaz əmlakın reyestr ıömrəsi: **********61-10301) Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilməsinə dair çıxarış almışdır. Hesab edir ki, sözügedən çıxarış etibarsızdır. Belə ki, çıxarışa əsas olmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Qazax rayon Kosalar İƏD-si üzrə nümayəndəsi X2, iddia ərizəsində maraqlı şəxs qismində işə cəlb edilmiş Qazax rayon Kosalar kənd Bələdiyyə sədri X10, DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi dairəsinin Qazax rayon şöbəsinin mühəndisinvertarlaşdırıcısı X11, ərizəçi Cavabdeh1, kənd sakinləri - X19, X5 və X15 imza edərək əsas yoldan ayrılaraq 26 metr sonra davam edən yoldan Cavabdeh1 başqa heç bir qonşu yol kimi istifadə etməmişdir. Buna görə də, sözü gedən yolun Cavabdeh1 oğlunun mülkiyyətinə verilməsinə etirazlarının olmadıqları bildirilmişdir. Sözügedən akta münasibətdə ilkin növbədə onu bildirmək istəyir ki, aktdan da göründüyü kimi tərəflər özləri də, təsdiq etmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman sözügedən torpaq sahəsi ümumi istifadədə olan gediş-gəliş yolu olmuş və qanunsuz olaraq Cavabdeh1 tərəfindən zəbt edilərək, istifadə edilmişdir. Sözü gedən aktın mənasından da, başa düşülür ki, Cavabdeh1 İddiaçı maneə olmuş və Cavabdeh1 başqa həmin gediş-gəliş yolundan istifadə edən olmamışdır. Akta münasibətdə ikinci növbədə onu qeyd etmək istəyir ki, sözügedən aktda ərizəçi kimi Cavabdeh1 göstərilsə də, mübahisə predmenti olan gedişgəliş yolu Cavabdeh1 əlavə onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmişdir. Bundan başqa cavabdeh ümumi istfadədə olan yola, ona qarşı həmin yonun zəbtdən azad edilməsi barədə iddia verildikdən sonra qeydiyyat aparılmaqla çıxarış verilmişdir. Texniki pasportda qanunsuz olaraq torpaq sahəsinin bir hissəsi zəbt olunmuş sahə kimi göstıərilməklə ümumi istifadədə olan 26 metr uzunluğunda ümumi istifadədə olan yol cavabdehlərin mülkiyyəti kimi göstərilmişdir. Bu sənədin verilməsi əsası kimi isə akt və arayış baş plandan çıxarış göstərilmişdir. Hansı ki, onun çıxarışı ilə birlikdə verilmiş 03 may 2021-ci il tarixli texniki pasportda həmin sahəyə onun dəmir darvazası və ümumi istəfadədə olan yol göstərilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş Qazax rayon Kosalar kənd bələdiyyəsinin 27 sentyabr 2023- cü il tarixli 88 nömrəli arayışdan, Qazax rayon Kosalar İƏD-si üzrə nümayəndəsinin 27 sentyabr 2023-cü il, tarixli 5-58-18-12-21/2-764/2023 nömrəli arayışdan da görünür ki, Cavabdeh1 evinə gedən yoldan Cavabdeh1 və X7 ailə üzvləri istifadə etmişdir. Bununla da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hər iki arayışdan görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olmamış, ümumi istifadədə olan gediş-gəliş yolu olmaqlda yanaşı, küçə olmuşdur. Əlavə olaraq iddia ərizəsinə əlavə edərək təqdim etdiyi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********65-10301 reyestr nömrəli texniki pasportda olan şərti istinad planından açıq-aşkar görünür ki, mübahisəli torpaq sahəsi o iddia ərizəsi verənə, yəni cavabdeh çıxarış alanadək gediş-gəliş yolu olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində gediş-gəliş yolu yəni, küçə kimi qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə verilmiş **********61-10301 reyestr nömrəli texniki pasportdan da, açıq şəkildə görünməkdədir ki, cavabdehlərin mülkiyyətində olan torpağın bir hissəsi zəbt kimi göstərilmiş, qeyd edilən ölçünü şərti olaraq düzəltmək üçün qanunsuz olaraq torpağa gedən gediş-gəliş yolu, yəni küçə onun mülkiyyətinə verilmişdir. Bu hal məhkəmə tərəfindən sorğu edilərək, çıxarşa əsas olmuş sənədlər alındıqda, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir və həmin qərarda torpağın həmin kordinatlarda olmadığı açıq-aşkar şəkildə görünəcəkdir. Qeyd olunanların nəzərə alınaraq, 14 sentyabr 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi: **********61 -10301) Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilməsinə dair Əmlak Məsələləri Döxlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin vermiş olduğu çıxarışın və həmin torpaq sahəsində dair verilmiş 07 sentyabr 2023-cü il tarixli, 501-68/865 inventar nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********61-10301) texniki pasportun etibarsız hesab edilməsi, Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın və həmin hissənin hasarının Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 hesabına sökülməsi və gediş-gəliş yolunun zəbtdən azad edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması, maneənin cavabdehin hesabına aradan qaldırılması, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair dair iddiasının təmin edilməməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında olan audio-video yazıdan da, görünür ki, məhkəmə iş üzrə sənədlərin əldə edilməsi ilə bağlı vəkili Vəkil1 vermiş olduğu vəsatəti təmin etsə də, iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin vermiş olduğu çıxarışın və həmin torpaq sahəsində dair verilmiş 07 sentyabr 2023-cü il tarixli, 501-68/865 inventar nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********61-10301) texniki pasportun verilməsinə əsas olmuş sənədlərin, eləcədə daha öncəki illərə məxsus olan Qazax rayonu, Kosalar kəndinin xəritəsinin alınaraq iş materiallarına əlavə ediləcəyini bildirsə də, öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Sözü gedən ekspertiza qərardadından şikayət vermək mümkün olmadığından tərəfindən həmin qərardaddan şikayət verilməmişdir. Sözügedən qərardadla tanış olan zaman ona məlum olmuşdur ki, guya ekspertiza təyin edilməsini vəkil və nümayəndə Vəkil1 xahiş etmişdir. Hansı ki, ekspertizanı məhkəmə öz təşəbbüsü ilə qanunsuz olaraq təyin etmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən qərardadda adları qeyd edilmiş şəxslər tərəf deyillər, məhkəmə qərardadın qanunsuz və qərəzli qəbul edilməsi açıq şəkildə görünür. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı X1 məhkəmə iclasında iddianı müdafiə etmiş və ekspertiza sifariş olunmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə etmiş və ekspertiza sifariş olunmasını xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında iddianı qəbul etməmiş və ekspertiza sifariş olunmasına etiraz etməmişdir. Cavabdeh X9 məhkəmə iclasında iddianı qəbul etməmiş və ekspertiza sifariş olunmasına etiraz etməmişdir. Qeyd edir ki, iddia ərizəsində belə bir şəxslər mövcud deyil və bunlar kimlər olması barədə ona heç bir məlumat verilməmişdir. Eyni zamanda onu da, qeyd etmişdir ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi iddia ərizəsində cavabdeh qismində məhkəməyə verilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş qərardad üzrə keçirilmiş ekspertiza zamanı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis arayışına əsasən ekspertiza rəyi verilmişdir. Bekə ki, ekspert Elmar Səidov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, tədqiq olunan torpaq sahəsinə dair faktiki koodinantların, baza məlumatlarının və mütəxəssis rəyinin ekspertiza mərkəzinə göndərilməsini xahiş etmişdir. Sözügedən vəsatətə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəsisi guya ki, sözügedən torpaq sahələrinə baxış keçirmiş, həmin baxışın keçirilməsi barədə ona məlumat verilməmiş, etibarsız çıxarışı vermiş şəxsin nümayəndəsi (mütəxəsis) tərəfindən rəy tərtib edilmiş və sözügedən rəyi eyni ilə ekspert köçürdərək ekspert rəyi vermişdir. Bu barədə işə baxan hakimə məlumat verilməsinə baxmayaraq hakim cavabdeh tərəfindən mütəxəsiss rəyinin verilməsində heç bir qanun pozuntusunun olmadığını, cavabdeh olaola idarənin mənafeyinə zidd olan rəyin verilməyəcəyini, cavabdehin özlərini müdafiə edərək qanunamüvafiq rəy verilməyəcəyini bildirməklərinə baxmayaraq, məhkəmə qeyri obyektiv rəyi mötəbər sübut kimi tanımışdır. Eyni zamanda ekspertin rəyindən və mütəxəsiss rəyinə əlavə edilmiş sxemdən açıq şəkildə görünməkdədir ki, iddiaçıya məxsus torpaq sahəsinə getmək üçün yol yalnız mülkiyyətində olan torpaq sahəsinin qərb tərəfindən yəni, Qazax rayonu, Canallı kəndinə məxsus yoldur ki, həmin yoldan Qazax rayonu, Kosalar kənd sakini kimi istifadə etməyi qanunamüvafiq deyildir. Eyni zamanda qeyd edir ki, sözügedən sxem tərtib edilən zaman və mütəxəsis torpaq sahəsinə baxış keçirən zaman qərəzli olaraq onun iştirakını təmin edilməmişdir. Sxemdən və cavabdehə məxsus texniki pasportdan görünür ki, cavabdehin zəbt kimi göstərmiş olduğu torpaq sahəsi əslində onun mülkiyyəti olan 0.25 ha torpaq sahəsidir ki, qanunsuz olaraq gedişgəliş yolu cabadehin mülkiyyəti kimi göstərilmişdir. Həmin küçəni cavabdehlərə mülkiyyət vermiş idarə, eyni ilə cavabdeh olan idarənin vermiş olduğu mütəxəssis rəyinə əsasən məhkəmə qətnaməsinin qəbul edilməsi qeyri obyektivliyin bariz nümunəsidir. Məhkəmə tərəfindən sorğu edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən alınmış sənədlərdə olan Qazax rayon Kosalar kənd ƏİD-si üzrə nümayəndəliyinin 07 sentyabr 2023-cü il tarixli, eyni zamanda Qazax rayon Kosalar kənd Bələdiyyəsinin vermiş olduğu 07 sentyabr 2023-cü il tarixli arayışdan açıq şəkildə görünür ki, mübahisə predmeti olan torpaq sahəsi çıxarış verilən anadək yol olmuş, sözügedən zəbt olunmuş torpaq sahəsinin yol olması qeyd edilən arayışda və cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi Abbas adlı mütəxəssis tərəfindən tərtib edilmiş aktdan açıq şəkildə görünməkdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən sorğu edilərək alınmış sənədlərdə olan Qazax rayonu, Kosalar kənd Bələdiyyəsinin sabiq sədri olmuş Ə.Yusifovun Qazax rayonu, Kosalar kənd sakini Cavabdeh1 ünvanlamış olduğu 09 avqust 2006-cı il tarixli məktubdan görünür ki, ölçü aparılan zaman (hazırki cavabdehə məxsus mübahisə predmenti olan) qapı darvazası 26 metr Bələdiyyə torpağına basdırılmışdır. Həmin qapının sökülərək 26 metr geri çəkilməsini tələb etmiş, əks təqdirdə barəsində tədbir görüləcəyi barədə xəbərdar etmişdir. Lakin hazırki vaxtadək Bələdiyyə tərəfindən qapının sökülməsi ilə bağlı heç bir tədbir görülməmiş, tam əksinə Kosalar kənd Bələdiyyə sədri küçənin cavabdehin mülkiyyətinə verilməsinə etiraz etmədiyi barədə akt tərtib edərək, heç bir rəsmi sənəd, alqı-satqı və hərrac etmədən küçənin mülkiyyətə verilməsinə köməklik göstərmişdir. Belə ki, çıxarışa əsas olmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, 04 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Qazax rayon Kosalar İƏD-si üzrə nümayəndəsi X2, iddia ərizəsində maraqlı şəxs qismində işə cəlb edilmiş Qazax rayon Kosalar kənd Bələdiyyə sədri X10, DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi dairəsinin Qazax rayon şöbəsinin mühəndis-invertarlaşdırıcısı X11, ərizəçi Cavabdeh1, kənd sakinləri – X19, X5 və X15 imza edərək əsas yoldan ayrılaraq 26 metr sonra davam edən yoldan Cavabdeh1 başqa heç bir qonşu yol kimi istifadə etməmişdir. Buna görə də, sözü gedən yolun Cavabdeh1 oğlunun mülkiyyətinə verilməsinə etirazlarının olmadıqları bildirilmişdir. Hansı ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsinin tələblərinə əsasən ümumi istifadədə olan torpaq sahələri mülkiyyətə verilə bilməz. Sözügedən aktdan da, göründüyü kimi tərəflər özləri də, təsdiq etmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman sözügedən torpaq sahəsi ümumi istifadədə olan gediş-gəliş yolu olmuş və qanunsuz olaraq Cavabdeh1 tərəfindən zəbt edilərək, istifadə edilmişdir. Sözü gedən aktın mənasından da, başa düşülür ki, Cavabdeh1 İddiaçı maneə olmuş və Cavabdeh1 başqa həmin gediş-gəliş yolundan istifadə edən olmamışdır. Akta münasibətdə ikinci növbədə onu qeyd etmək istəmişdir ki, sözügedən aktda ərizəçi kimi Cavabdeh1 göstərilsə də, mübahisə predmenti olan gediş-gəliş yolu Cavabdeh1 əlavə onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmişdir. Bundan başqa, cavabdeh ümumi istfadədə olan yola, iş ona qarşı həmin yonun zəbtdən azad edilməsi barədə iddia verildikdən sonra qeydiyyat aparılmaqla çıxarış verilmişdir. Texniki pasportda qanunsuz olaraq torpaq sahəsinin bir hissəsi zəbt olunmuş sahə kimi göstərilməklə ümumi istifadədə olan 26 metr uzunluğunda ümumi istifadədə olan yol cavabdehlərin mülkiyyəti kimi göstərilmişdir. Bu sənədin verilməsi əsası kimi isə akt və arayış və baş plandan çıxarış göstərilmişdir. Hansı ki, onun çıxarışı ilə birlikdə verilmiş 03 may 2021-ci il tarixli texniki pasportunda həmin sahəyə onun dəmir darvaza və ümumi istifadədə olan yol göstərilmişdir. İddia ərizəsinə əlavə edərək təqdim edilmiş xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********65-10301 reyestr nömrəli texniki pasportda olan şərti istinad planından açıq-aşkar görünür ki, mübahisə torpaq sahəsi o, iddia ərizəsi verənə, yəni cavabdeh çıxarış alanadək gediş-gəliş yolu olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində gediş-gəliş yolu yəni, küçə kimi qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə verilmiş **********61-10301 reyestr nömrəli texniki pasportdan da, açıq şəkildə görünməkdədir ki, cavabdehlərin mülkiyyətində olan torpağın bir hissəsi zəbt kimi göstərilmiş, qeyd edilən ölçünü şərti olaraq düzəltmək üçün qanunsuz olaraq torpağa gedən gediş-gəliş yolu, yəni küçə onun mülkiyyətinə verilmişdir. Bu hal məhkəmə tərəfindən sorğu edilərək, çıxarışa əsas olmuş sənədlər alındıqda açıq-aşkar şəkildə göstəriləcəkdir. Həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir və həmin qərarda torpağın həmin koordinantlarda olmadığı açıq şəkildə görünəcəkdir. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar məhkəməyə müraciət edən zaman torpaq sahəsi cavabdehin mülkiyyətində olmamışdır. Onlar məhkəməyə müraciət edəndən sonra cavabdeh çıxarış almışdır. Birinci instansiya məhkəməsi ekspertiza təyin edərək, rəy verməyi cavabdeh DƏDKR-in üzərinə qoymuşdur. Onlar hesab edirlər ki, rəy düzgün deyildir. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi hazırda onların mülkiyyətindədir. Həmin ərazidə alternativ yollar vardır. İki qardaş arxa-arxaya ev tikmişdir. İndi isə aralarında mübahisə yarandığı üçün belə bir iddia qaldırmışlar. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Həmin ərazi cavabdehin mülkiyyətində olmuşdur. Ev 1984-cü ildə tikilmişdir. İndiyədək mübahisəli ərazidən yol kimi istifadə etməyiblər. Evin arxa tərəfindən alternativ yol kimi istifadə oluna bilər. Çıxarışın etibarsız hesab edilməsi inzibati mübahisədir. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh DƏDKR Publik Hüquqi şəxsi 15 saylı ərazi idarəsinin nümayəndəsi X13 göstərmişdir ki, rəy arayışlara istinad edilərək verilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, çıxarış arxiv arayışlarına əsasən verilmişdir. Arayışda həmin gediş-gəliş yolu ilə bağlı mübahisə olmaması qeyd edilmişdir. Məhkəmə mübahisəsi ilə bağlı onlarda məlumat olmamışdır. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində ləğv olunmalı və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın Cavabdeh1 hesabına sökülməsi və torpağın zəbtdən azad edilməsi, həmçinin iddia həcminin artırılaraq, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə tələb əslində inzibati orqanla bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPMnin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də, nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi hissəsi inzibati xarakter daşıyır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, zərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi”nə dair hissəsi üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində ləğv olunsun və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar