Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-356/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13rşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işləməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.. Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) ərizə qismən təmin edilmiş və X3 1968ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum əri Q.Məmmədovun 1968- 1997-ci il tarixlərdə Gəncə şəhər Stomatoloji poliklinikada işləməsinə dair sənədlərin xx.xx.1994-cü il tarixdə baş vermiş yanğın nəticəsində məhv olduğunu qeyd edir. Q.Məmmədov 1968-1997-ci il tarixlərdə həmin poliklinikada işlədiyi təqdirdə xx.xx.1994-cü il tarixdən 1997-ci il tarixədək olan sənədlərin xx.xx.1994-cü il tarixdə baş vermiş yanğında məhv olması qeyri-mümkündür. İş materiallarında olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunda yanan Stomatoloji poliklinikanın Nizami küçəsində yerləşdiyi qeyd olunsa da, Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda isə yanan Stomatoloji poliklinikanın ünvanı ünvan 1, iş materiallarında sözügedən poliklinikada yanğın baş verməsi və sənədlərin yanması barədə təsdiqedici sənəd olan Yanğın Aktı yoxdur. Məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Həmçinin iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin sözügedən poliklinikada işləmələrinə dair əmək kitabçalarındakı qeydlər qanunvericilik normalarının pozulması ilə aparılmışdır və mötəbərliyi şübhə altındadır. Həmçinin, hər iki şahidin müvafiq əmək fəaliyyəti dövrləri Q.Məmmədovun əmək fəaliyyəti ilə üst üstə düşmədiyindən həmin şəxslərin şahidliyi ilə ərizəçinin tələb etdiyi illər üzrə iş stajının tanınması qanunsuzdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsin apellyasiya şikayətinin dəlillərindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X8 nikahları xx.xx.1980-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 1208 nömrə ilə qeydə alınmışdır. İV-JQ 462428 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1998-ci ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ilə X3 nikahlarına xx.xx.1998-ci ildə Qalib Məmmədovun ölümü səbəbindən xitam verilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X27 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsində yerləşən poliklinika yandığı üçün yoldaşı X2 həmin poliklinikada işləməsi barədə heç bir sənəd verə bilməmişdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03/3737 nömrəli arayışdan görünür ki, X7 1963-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin İ kursuna əyani şöbəsinə qəbul olmuş və 1968-ci ildə həmin fakültənin əyani şöbəsini bitirmişdir. Universiteti bitirdikdə ona Ş 294266 seriyalı, 14082 qeydiyyat nömrəli, xx.xx.1968-ci il tarixli diplom verilmişdir. Azərbaycan Respublikası Dövlət X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1214(810)/4 nömrəli məktubdan görünür ki, X2 1968-1997-ci illərdə Kirovabad Stomatoloji poliklinikada işləməsi barədə göstərilən təşkilatın arxiv sənədləri Dövlət X16na təhvil verilmədiyindən sorğunun cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Dövlət X10 tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş vermişdir. X4 məxsus ******* nömrəli əmək kitabçasının 1-ci və 3-cü vərəqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü ildə 1,0 ştat vahidi həkimstomatoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə müəssisənin özəlləşməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. X5 məxsus ******* nömrəli əmək kitabçasının 1-ci və 3- cü vərəqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci ildə Gəncə şəhər Stomatoloji poliklinikada tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə verdiyi ərizəyə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, Ərizəçi əri Q.Məmmədovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi sonuncunun stajı az olduğundan mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş: X9 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə, həm də onun mərhum əri Qalib həkim ilə 1 il yarım bir yerdə işləmişdirlər. 1977-ci ildən tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. Qalib həkim həmin vaxt da işləmişdir. Daha sonra o analıq məzuniyyətinə çıxmış, qayıtdıqda isə ixtisara salınmış, işdən çıxmışdır. Analıq məzuniyyətindən qayıdanda hələ müəssisə yanmamışdır. Yanandan 1-2 il sonra isə bərpa olunmuşdur. Qalib həkim müəssisə yanandan sonra kabinet götürüb işləmişdir. X6 ifadəsində göstərmişdir ki, Ərizəçi bibisi oğlunun yoldaşıdır. Qalib 1968-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləmişdir. Özü isə 1984-cü ildən poliklinikada işləmişdir. Onun əmək kitabçası da yanğın zamanı yanmışdır. Ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxarmışdır. Müəssisə yandıqdan sonra Qalib ayrıca kabinet götürüb işlətmişdir. O isə poliklinika bərpa olunduqdan sonra poliklinikada işləmişdir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xİdməti X24 Yanğın Nəzarəti İdarəsinin cavab məktubundan görünür ki, X11 Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradıldığından, qeyd olunan yanğın hadisəsinin 1994-cü ildə baş verməsini nəzərə alaraq, yanğın hadisəsi barədə məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 3.4-cü bəndinə və “Əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən və şahid ifadələrini əsas götürməklə ərizəni təmin etmişdir. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşmır. Belə ki, Ərizəçi X3 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkimstomatoloq vəzifəsində işlədiyi müddətin iş stajı kimi müəyyən edilməsini xahiş etsə də, göstərilən müddətlərdə həmin idarədə işləməsini təsdiq edən heç bir mötəbər sübut növlərini məhkəməyə təqdim etməmişdir. Ərizəçi tərəfindən təqdim olunmuş şahid X9 ifadəsində onun Ərizəçi ilə, həm də onun mərhum əri Qalib həkim ilə 1 il yarım bir yerdə işlədiklərini, 1977-ci ildən tibb qeydiyyatçısı vəzifəsində işlədiyini, daha sonra o analıq məzuniyyətinə çıxdığını, qayıtdıqda isə ixtisara salındığını, işdən çıxdığını, analıq məzuniyyətindən qayıdanda hələ müəssisə yanmadığını bildirmişdir. Digər şahid X14 da ifadəsində Qalibin 1968-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləməsini, özünün isə 1984-cü ildən poliklinikada işləməsini, onun əmək kitabçasının da yanğın zamanı yandığını, ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxardığını bildirmişdir. Göründüyü kimi, şahidlər X9 öz ifadəsində X3 1968-1997-ci illərdə Gəncə şəhər Stomatologiya poliklinikasında işləməsini təsdiq etdiyini bildirsə də, onun Qalib Məmmədovdan 1 il yarım bir yerdə işlədiyini bildirməklə, daha sonra o analıq məzuniyyətinə çıxdığını, qayıtdıqda isə ixtisara salındığını, işdən çıxdığını bildirmişdir. Digər şahid X14 da ifadəsində Qalibin 1968-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləməsini, özünün isə 1984-cü ildən poliklinikada işləməsini, onun əmək kitabçasının da yanğın zamanı yandığını, ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxardığını bildirmişdir. Göründüyü kimi, həmin şahidlərin həqiqətən də Gəncə şəhər Stomatologiya poliklinikasında və ərizəçi ilə eyni vaxtda işləmələri iş materialları ilə də müəyyən olunmur. Ona görə də, həmin şahidlərin ifadələrinin mötəbərliyi şübhə doğurmuşdur. Ərizəçi isə həmin şahid ifadələrindən başqa hər hansı sübut və dəlil təqdim etməmişdir. Yalnız təqdim etdiyi arxiv arayışına və şahid ifadələrinə istinad edərək göstərilən idarədə işlədiyini göstərmişdir. Lakin yuxarıda qeyd olunan səbəblərdən məhkəmə kollegiyası həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Arxiv arayışına gəldikdə isə, həmin arayışla X3 1968-1997-ci illərdə Gəncə Stomatoloji poliklinikada işləməsi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Dövlət X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1214(810)/4 nömrəli arxiv arayışında X1 1968- 1997-ci illərdə Kirovabad Stomatoloji poliklinikada işləməsi barədə göstərilən təşkilatın arxiv sənədləri Dövlət X16na təhvil verilmədiyi, sənədlərin arxivdə saxlanması barədə məlumatın olmadığı bildirilmişdir. Bundan başqa, iş materiallarında sözügedən poliklinika yanğın baş verməsi və sənədlərin yanması barədə təsdiqedici sənəd olan Yanğın Aktı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan RespublikasıQanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndi nə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada r a y o n (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Qeyd olunan müddəadan göründüyü kimi, məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. İş üzrə şahid qismində cəlb edilmiş şəxslərin sözügedən poliklinikada işləmələrinə dair əmək kitabçalarındakı qeydlər qanunvericilik normalarının pozulması ilə aparılmışdır və mötəbərliyi şübhə altındadır. Həmçinin, hər iki şahidin müvafiq əmək fəaliyyəti dövrləri Q.Məmmədovun əmək fəaliyyəti ilə üst üstə düşmədiyindən, həmin şəxslərin ifadələri ərizənin təmin edilməsinə hüquqi əsas vermir. Kollegiya tərəfindən yanğın faktının təsdiq edilməsi ilə bağlı müvafiq orqanlara sorğular verilsə də, baş vermiş yanğın hadisəsi barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsi qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsinin apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(125)-4628/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Ərizəçi X3 1968-ci il tarixdən 1994-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işlədiyi müddətin iş stajına hesablanmasına dair ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-356/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-356/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver