Məhkəmə qərarları › İş №2(104)-359/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-359/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-359/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X21 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(062)-1512/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X17 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 08 avqust 2019-cu il tarixdə vəfat etmiş bacısı X5 miras qalmış Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 3 yaşayış otaqlı, ümumi sahəsi 156,9 kv.m, yaşayış sahəsi 57,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X9 cavabdehlər sırasından çıxarılması, miras mülkün yalnız onun tərəfindən qəbul edilməsi və mərhum bacısından qalmış miras əmlakdan onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(062)-1512/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia tələbi təmin edilərək, X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi; “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədə qeyd olunan Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X10 birgə mülkiyyətinə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin mərhum X13 məxsus hissəsindən İddiaçı və Cavabdeh1 payının ½ hissədə, ümumi torpaq sahəsindən isə hər birinin payının ¼ hissədə müəyyən edilməsi; İnventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən mərhum X13 məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən İddiaçı və Cavabdeh1 hər birinin payının ½ hissədə müəyyən edilməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X18 onun doğma bacısıdır. Hər ikisi X32 ilə X6 birgə nikahlarından doğulmuşlar. Mərhum X29 1-ci qrup əlil olmaqla uzun müddət dializ xəstəsi olmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində həftədə 3 dəfə olmaqla proqramlı dializ qəbul etmişdir. Həmin müddət ərzində X29nın yanında qızı X7 yaşayıb ona qulluq etmişdir. X29 08 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Onun yas mərasimini özü təşkil etmiş və dəfn xərclərini tam olaraq şəxsi vəsaiti hesabına ödəmişdir. Bundan başqa, qəbir üstü abidəsini 3000 (üç min) manata şəxsi vəsaiti hesabına qoydurmuşdur. Bu barədə qəbir üstü abidənin foto şəklini və həmin qəbir üstü abidəni düzəltmiş usta X27 tərəfindən yazılmış sadə yazılı formalı qəbz də mövcuddur. Mərhum doğma bacısı X18 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində həftədə 3 dəfə olmaqla proqramlı dializ qəbul etdiyi müddət ərzində doğma qızı Qələmkar onunla yaşayıb ona qulluq etməklə, xəstəlik zamanı bütün əziyyətlərini çəkməklə yanaşı onun qayğısına qalmışdır. Mərhum bacısının vəfatından sonra da ondan qalmış miras əmlakı faktiki olaraq qəbul etməklə, hal-hazırda da həmin miras əmlakı idarə edir. Mərhum bacısı X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2020-ci il tarixdə Tovuz rayon notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin Tovuz rayon notariat ofisində ona vərəsəlik hüququ haqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki, 08 avqust 2019-cu tarixdə vəfat etmiş mərhum bacısı X5 qalmış mirası faktiki qəbul etməyi barədə arayışı notariat ofisinə təqdim etmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamədən hazırkı iddia tələbində göstərdiyi cavabdehlər apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Azərbbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təmin edilərək, hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul olunmaqla iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qərarında Tovuz rayon Notarisunun vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etməsi barədə 18 fevral 2020-ci il tarixli qərarında vərəsələr arasında mübahisə olması və Tovuz Rayon Məhkəməsində işə baxılan zaman həmin vərəsələrin işə cəlb edilmədiyi əsas götürülərək, işə prosessual pozuntu ilə baxılması qənaətinə gəlinmişdir. Həmin qərarda iddia tələbinin məhz Cavabdeh1 və Sürəyya Fətullayevaya qarşı qaldırıla biləcəyi qeyd edilmişdir. Bundan başqa Cavabdeh1, X9 və X8 cavabdeh olaraq ona qarşı vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiaları Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 və X9 verdikləri apellyasiya şikayəti Tovuz Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 və X17 apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etsələr də, Tovuz Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan onlar apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qəradadadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəticədə Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu hallar iş materiallarına mötəbər sübut kimi əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarının 66-cı bəndində öz əksini tapmışdır. Göründüyü kimi, bacısı X10 ölümündən sonra ondan qalmış mirasın onun tərəfindən qəbul edilməsi və hal-hazırda da onun istifadəsində olması müvafiq məhkəmə qətnamə və qərarları ilə tam sübut olunmuşdur. İş materaillarında olan: Doğum haqqında A3 ******* saylı şəhadətnamənin surətindən görünür ki, X32 ilə X6 birgə nikahlarından xx.xx.1948-ci il tarixdə X18 doğulmuşdur; Doğum haqqında ИE 504419 saylı şəhadətnamənin surətindən görünür ki, X32 ilə X6 birgə nikahlarından xx.xx.1957-ci il tarixdə X24 doğulmuşdur; Ölüm haqqında AZ İİ 025292 saylı şəhadətnamənin surətindən görünür ki, X32 ilə X6 birgə nikahlarından xx.xx.1948-ci il tarixdə X18 doğulmuş, sonuncu xx.xx.2019-cu il tarixdə ölmüşdür; Tovuz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, X7 xx.xx.1948-ci il təvəllüdlü X10 patronu (köməkçisi) təyin edilmişdir; Dönük Qırıqlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, mərhum X10 dəfn xərclərini qardaşı X24 çəkmişdir; Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı qarşı X5 miras qalmış Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlakdan payların müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış, inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 3 yaşayış otaqlı, ümumi sahəsi 156.9 kv.metr, yaşayış sahəsi 57.2 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı oglu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunulan şəxslər kimi Cavabdeh1 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icrada dönüş edilmiş və həmin qətnamə əsasında İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********20-1030 qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadı icra edilərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən İddiaçı adına verilmiş **********20-1030 reyestr nömrəli çıxarış ləğv edilmişdir; Ölüm haqqında AZ İİ 343169 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır; “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə X12 və X10 birgə mülkiyyətinə Tovuz rayonu, Dönük Qırıqlı kəndindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir; 04 may 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09 sentyabr 2002-ci il tarixdə vəfat etmiş X3 həyat yoldaşı X18 miras əmlak olan Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 2500 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsinə vərəsəlik payı əldə etmişdir; Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. Tovuz regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin verdiyi xx.xx.2020-ci il tarixli, 297 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair xx.xx.2020-ci il tarixdə mərhumun bacıları Cavabdeh1, Cavabdeh2 və qardaşı X16 müraciəti əsasında xx.xx.2019-cu il tarixdə V-917 nömrəli vərəsəlik işi açılmışdır; Tovuz rayon Notariat Ofisinə Cavabdeh1 tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş bacısı X5 qalmış miras əmlaka dair şəhadətnamənin verilməsi üzrə müraciət edilmişdir; Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1948-ci ildə doğulmuş Cavabdeh1 atası X32, anası isə X11r; Nikahın bağlanması haqqında İV ЖГ 480885 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X18 xx.xx.1989-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar; Ölüm haqqında AZ İ 018771 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci ildə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı odur və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mərhum bacısı X5 qalmış mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Cavabdehlərdən X14 vəfat etdiyinə görə məhkəməyə vəkili və nümayəndəsi X21 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, X4 cavabdehlər sırasından çıxarılması və miras mülkün bütövlükdə yalnız mənim onun İddiaçı tərəfindən qəbuledilməsifaktınınmüəyyən edilməsinə dair qətnamə qəbuledilməsini xahişetmişdir. Məhkəmə isə öz qanunsuz və əsassız qətnaməsini guya qanuniləşdirmək üçün tətbiq edilməli olan hüquq normalarını deyil tətbiq etdiyi hüquq normalarını düzgün tətbiq etməməklə (iddia tələbindən kənara çıxmaqla) bu cür qanunsuz, əsassız və qanunvericiliyin tam ziddinə olan nəticəyə gəlməklə guya vəkilinin verdiyi ərizədə digər şəxslərin də payının müəyyən edilməsi qənaətinə gələrək iddia tələbindən kənara çıxmaqla hazırkı qətnaməni qəbul etmişdir. Məhkəmə qətnaməsində məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etdiyinə görə miras əmlakdan payının olması və miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasına etirazı olmaması barədə izahatı qeyd edilmişdir. Sonradan məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul etsə də nədənsə Cavabdeh1 da pay müəyyən etmişdir. Axı Cavabdeh1 iş üzrə cavabdeh olmaqla yanaşı heç bir iddia irəli sürmədiyi halda onun payı necə müəyyən oluna bilər. Bundan əlavə, iddia ərizəsinə əlavə etdiyi və iş materiallarında mövcud olan məhkəmə qərarlarında qeyd edilməsinə baxmayaraq mirasın kütləsinə aid edilməli olan əmlakların dairəsi də məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN274A saylı şəhadətnamədən görünür ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X12 və X10 birgə mülkiyyətinə Tovuz rayon Dönük Qırıqlı kəndindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 mərhum X10 əri olmasını və X3 09 sentyabr 2002-ci tarixdə ölməsini müəyyən etmişdir. Halbuki digər məhkəmə qərarlarında mirasın kütləsi müəyyən edilərkən 09 sentyabr 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Tovuz rayon Dönük Qırıqlı kəndində 2500,0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 156,9 kv.m, əsas sahəsi 57,2 kv.m, köməkçi sahəsi 99,7 kv.m olan üç otaqlı yaşayış evinin ½ hissəsindən ibarət miras mülkə dair X10 04 may 2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Həmin şəhadətnamə əsasında X18 mərhum ərindən miras qalmış torpaq sahəsini vərəsə kimi qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsində işin bu halı nəzərə alınmamışdır. Hətta iş materiallarında olan mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələrində işin bu halı öz əksini tapsa da, lakin məhkəmə bunu nəzərə almamışdır. Bundan əlavə qeyd etmək lazımdır ki, Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və qeyrilərinin X19 qarşı X5 miras qalmış Tovuz rayon Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlakdan paylarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsində Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsinin mövcudluğu qeyd edilib. Həmin qətnamə hazırda qanuni qüvvədədir. Məhkəmə tərəfindən Tovuz Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsinin movcudluğuna hüquqi qiymət verilərkən həmin iş üzrə iddia tələbinin rədd edilməsinin kökündə miras mülkün İddiaçı adına qeyd olunmasının dayanması və Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi üzrə icrada dönüş edildiyi və İddiaçı adına olan çıxarışın ləğv edildiyi əsas götürülərək qüvvədə olan qətnamənin qüvvəsini itirməsi qənaətinə gəlinmişdir. Lakin qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə görə bu hal yolverilməz haldır. Çünki tətbiq olunan maddi və ya prosessual norma hansısa ehtimal və qənaətə uyğun tətbiq oluna bilməz. Apellyasiya şikayəti üzrə izahatlar: 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X21 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras qoyan Məhluqə Məmmədova 09 sentyabr 2002-ci il tarixdə ölmüş əri X2 miras qalmış əmlakı da qəbul etmişdir. Beləliklə miras qoyan Məhluqə Məmmədova miras əmlak Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə tam həcmdə mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, birinci instansiya mçəhkəməsi həmin əmlakın ½ hissəsini miras əmlak kimi hesab etmiş və həmin hissəyə vərəsələrin payını müəyyən etmişdir. 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonu Düzqırıqlı kəndində yaşayır. Qardaşları Xanlar və Bahadur, bacıları isə Sürəyya və Ofelya olmuşdur. X35 miras qoyan X29dan qabaq ölmüşdür. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, Sürəyya 6-7 ay olar ki ölüb və onun Səhla və Səlimə adlı iki övladı var. Digər ölən qardaşı Bahadurun isə üç qızı və bir oğlu var. Ofelya isə subay olmuş və onun övladı olmamışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X21 apellyasiya şikayətini müdafiə edərək vermiş olduğu izahatına əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və miras əmlaklara dair İddiaçı tam həcmdə payının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək vermiş olduğu izahatına əlavəsi olmadığını bildirmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X12 ilə X18 03 aprel 1989-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında İV ЖГ 480885 saylı şəhadətnamə tərtib edilmişdir. Onların birgə nikahlarından uşaqları dünyaya gəlməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamə ilə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarına əsasən X12 və X10 birgə mülkiyyətinə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi də onların ümumi birgə mülkiyyətlərində olmuşdur. X12 09 sentyabr 2002-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra miras qalan əmlak Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin, o cümlədən həmin torpaq sahəsi üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur. Miras qoyan X3 qanun üzrə birinci növbəli vərəsəsi olan arvadı X18 öz adına 04 may 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 2500 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsinə vərəsəlik payı əldə etmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi X10 adına tam həcmdə qeydə alınmışdır və bu barədə onun adına inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, X18 08 avqust 2019-cu il tarixdə ölmüşdür. Sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi olmamışdır. Belə ki, atası və anası miras qoyan Məhluqə Məmmədovadan qabaq ölmüş, habelə miras qoyanın övladı olmamışdır. Ancaq miras qoyan X10 ikinci növbəli vərəsələri bacı və qardaşları olmuşdur. Miras qoyanın ikinci növbəli vərəsələrinin dairəsi araşdırılaraq müəyyən olunmuşdur ki, onun ölümündən sonra Xanlar və Bahadur adlı qardaşları, habelə Minayə və Sürayə adlı bacıları olmuşdur. Miras qoyanın Ofelya adlı bacısı olsa da, lakin sonuncu miras qoyan ölməmişdən qabaq vəfat etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, miras qoyanın ikinci növbəli vərəsələri olan bacısı Sürayə və Bahadur miras qoyanın ölümündən sonra vəfat etmişlər. Beləliklə, miras qoyan X10 ölümündən sonra onun ikinci növbə vərəsələri - Xanlar, Minayə, Sürayə və Bahadur adlı bacı-qardaşları olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan X5 qalmış mirasın qəbulundan imtina etməmişlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin qanun üzrə vərəsəlik zamanı növbəlikdən bəhs edən 1160-cı maddəsində deyilir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X23 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X18 08 avqust 2019-cu il tarixdə ölmüşdür və ölümündən sonra onun birinci növbəli vərəsəsi olmamışdır. Miras qoyanın ikinci növbəli vərəsələri isə qardaşları İddiaçı və X22, habelə bacıları Cavabdeh2 və Cavabdeh1 olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan Məhluqə Məmmədovadan qalmış mirasın qəbulundan imtina etməmişlər. Məhkəmə kolllegiyası qeyd edir ki, miras qoyanın müvafiq növbəli vərəsələrinin dairəsi müəyyən edildiyindən artıq ikinci araşdırılmalı olan məsələ miras kütləsinin həcminin müəyyən edilməsidir. İşin mübahisəsiz hallarıdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 274A saylı şəhadətnamə ilə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarına əsasən miras qoyan X10 və onun mərhum əri X3 ümumi birgə mülkiyyətinə Tovuz rayonu, Dönük Qırıqlı kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi inşa edilmiş və həmin ev də onların ümumi birgə mülkiyyətlərində olmuşdur. Miras qoyanın əri X12 09 sentyabr 2002-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra miras qalan əmlak Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin, o cümlədən həmin torpaq sahəsi üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur. Miras qoyan X3 qanun üzrə birinci növbəli vərəsəsi olan arvadı X18 öz adına 04 may 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 2500 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsinə vərəsəlik payı əldə etmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi X10 adına tam həcmdə qeydə alınmışdır. Beləliklə müəyyən olunmuşdur ki, mərhum X18 əri mərhum X2 miras qalmış Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş üç otaqlı fərdi yaşayış evini miras əmlak olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X18 mərhum əri X2 miras qalmış əmlakın bir hissəsini, yəni Tovuz rayonu, Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş üç otaqlı fərdi yaşayış evinin ½ hissəsini miras əmlak olaraq qəbul etdiyindən, mərhum Məhluqə Məmmədova həmçinin mərhum ərindən miras qalmış əmlakın qalan hissəsini, yəni sözügedən fərdi yaşayış evinin inşa edildiyi Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsini də qəbul etmiş sayılır. Məhkəmə kollegiyası gəldiyi bu qənaətini onunla əsaslandırır ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə kollegiyası Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsinin, o cümlədən həmin torpaq sahəsi üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinin ½ hissəsinin mərhum X10 mülkiyyətində olmasını və sonuncunun mərhum əri X2 miras qalmış əmlakı, yəni qeyd olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinin yeganə vərəsə olaraq mərhum X18 tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab edir ki, sözügedən əmlaklar miras qoyan Məhluqə Məmmədovanın tam həcmdə mülkiyyətində olmuşdur. Beləliklə, Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi mərhum Məhluqə Məmmədovanın ölümündən sonra açılmış miras kütləsinə aid edilməlidir. Məhkəmə kollegiyası miras qoyan X10 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, qanun üzrə ikinci növbəli vərəsələr İddiaçı, X22, Cavabdeh2 və Cavabdeh1 hər birinin (bacıları) miras qoyan Məhluqə Məmmədovanın miras əmlakından ¼ hissədə vərəsəlik payları vardır. Məhkəmə kollegiyası həmçinin diqqətəlayiq bir xüsusatı da qeyd edir ki, işin hallarından göründüyü kimi miras qoyan Məhluqə Məmmədovanın ikinci növbəli vərəsələri olan qardaşı X22 və bacısı Cavabdeh2 bacıları (miras qoyan) Məhluqə Məmmədovanın mirasını qəbul etsələr də, lakin hazırkı iddia məhkəmədə qaldırılarkən ikinci növbəli vərəsələr X22 və Cavabdeh2 artıq vəfat etmişdilər. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ikinci növbəli vərəsələri X15 və Cavabdeh2 vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Bununla yanaşı kollegiya miras qoyanın ikinci növbəli vərəsələri olan X15 və Cavabdeh2 birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, sonuncuların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. İşin yuxarıda sadalanan hallarını məcmu halda nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan X5 miras qalmış Tovuz rayonu Dönük Qırıqlı kəndindəki 0,25 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 156,9 kv.m yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evi üzərində miras qoyanın ikinci növbəli vərəsələri olan İddiaçı, X22, Cavabdeh2 və Cavabdeh1 hər birinin ¼ hissədə bərabər vərəsəlik payları müəyyən edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə miras kütləsinin həcmini, habelə miras əmlaklar üzərində digər vərəsələrin payını düzgün müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(062)-1512/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X1 miras qalmış Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və inventar nömrəsi 104 olan qeydiyyat vəsiqəsində göstərilən Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən ümumi sahəsi 156,9 kv.m. yaşayış sahəsi 57,2 kv.m. olan üç otaqlı fərdi yaşayış evinə İddiaçı, Cavabdeh1, mərhum X22 və Cavabdeh2 hər birinin ¼ hissədə bərabər vərəsəlik payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar