Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-360/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmlak tələbi; sübutetmə) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı hüquqi varisi X1 və Cavabdeh Haxverdi oğlunun, onun vəkili X5 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsindən Cavabdeh Haxverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarının 33-42-ci vərəqələrinə əlavə edilmiş qaimə və ödəniş qəbzlərindən görünür ki, Cavabdeh Haxverdi oğlu tərəfindən ayrı-ayrı tarixlərdə çadır, müxtəlif qab-qacaq məhsullarının satın alınmasına görə ödənişlər edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət X11 haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Haxverdi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehdə olan 200 ədəd boşqab hər birinin qiyməti 2 manat olmaqla umumilikdə 400 manat dəyərində, 300 ədəd xırda boşqab hər birinin qiyməti 2 manat olmaqla umumilikdə 600 manat dəyərində, 300 ədəd halva qabı hər birinin qiyməti 1.5 manat olmaqla umumilikdə 450 manat dəyərində, 300 ədəd yemək qaşıqları hər birinin qiyməti 1.5 manat olmaqla umumilikdə 450 manat dəyərində, 300 ədəd çəngəl hər birinin qiyməti 1.5 manat olmaqla umumilikdə 450 manat dəyərində, 300 ədəd çay qaşıqları hər birinin qiyməti 1 manat olmaqla umumilikdə 300 manat dəyərində, 300 ədəd armudu stakan hər birinin qiyməti 0.80 manat olmaqla umumilikdə 240 manat dəyərində, 300 ədəd nəlbəki hər birinin qiyməti 1 manat olmaqla umumilikdə 300 manat dəyərində, 300 ədəd rusya istehsalı olan stakan hər birinin qiyməti 0.80 manat olmaqla umumilikdə 240 manat dəyərində, 80 ədəd 4 gözlü şüşə qablari hər birinin qiyməti 1 manat olmaqla umumilikdə 80 manat dəyərində, 80 ədəd soyuq yeməklər üçün şüşə qablar hər birinin qiyməti 4 manat olmaqla umumilikdə 320 manat dəyərində, 80 ədəd qənd qabı hər birinin qiyməti 2 manat olmaqla umumilikdə 160 manat dəyərində, 80 ədəd bıçaq hər birinin qiyməti 1 manat olmaqla umumilikdə 80 manat dəyərində, 80 ədəd duz qabı hər birinin qiyməti 1 manat olmaqla umumilikdə 80 manat dəyərində, 80 ədəd kasa hər birinin qiyməti 0.80 manat olmaqla umumilikdə 64 manat dəyərində, 3 ədəd smovar hər birinin qiyməti 500 manat olmaqla umumilikdə 1500 manat dəyərində, 2 ədəd böyük çaynik hər birinin qiyməti 5 manat olmaqla umumilikdə 10 manat dəyərində, 50 ədəd kiçik çaynik hər birinin qiyməti 3 manat olmaqla umumilikdə 150 manat dəyərində, 1 ədəd dəm maşınkası hər birinin qiyməti 5 manat olmaqla umumilikdə 5 manat dəyərində, 10 ədəd podnis hər birinin qiyməti 3 manat olmaqla umumilikdə 30 manat dəyərində, 10 ədəd böyük qazan hər birinin qiyməti 40 manat olmaqla umumilikdə 400 manat dəyərində, 4 ədəd aşşüzən hər birinin qiyməti 3 manat olmaqla umumilikdə 12 manat dəyərində, 3 ədəd böyük ləyən hər birinin qiyməti 5 manat olmaqla umumilikdə 15 manat dəyərində, 1 ədəd palatka dəsti (25 metr uzunluğunda pərdə və 25 metr uzunluğunda daroşka umumilikdə 500 manat dəyərində, 240 ədəd stul daroşkası ilə birlikdə hər birinin qiyməti 23 manat olmaqla umumilikdə 5520 manat dəyərində, 25 ədəd stol süfrəsi ilə birlikdə hər birinin qiyməti 50 manat olmaqla umumilikdə 1250 manat dəyərində, 50 ədəd taxtadan olan uzun stollar çxol ilə birlikdə hər birinin qiyməti 10 manat olmaqla umumilikdə 500 manat dəyərində, 1 ədəd dörd gözlü farsunka qazan altı hər birinin qiyməti 50 manat olmaqla umumilikdə 50 manat dəyərində, 2 ədəd qızdırıcı hər birinin qiyməti 100 manat olmaqla umumilikdə 200 manat dəyərində, 2 ədəd havanı sərinlətmək üçün pər hər birinin qiyməti 100 manat olmaqla umumilikdə 200 manat dəyərində, yük daşımaq üçün qoşqu qiyməti 3000 manat dəyərində, 35BF495 dövlət qeydiyyat nömrəli avtomobilin texniki pasportu, 1 ədəd QAZ 53 markalı maşının akkumulyatoru qiyməti 150 manat dəyərində olan əşyaların özləri, özləri olmadıqda isə ümumi dəyəri olan 17706 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğludur. Özünə məxsus kirayəyə verilməsi üçün qab-qacaq, avtomobilləri, yük daşımaq üçün qoşqu və çadır dəsti var. Həmin qab-qacaqları və çadır dəstini Qazax şəhərində xeyir-şər məclislərinə kirayəyə verir. Əvvəllər oğlu ilə bərabər yaşamışlar. Aralarında olan narazıçılıqlara görə onlar ayrılmış və cavabdeh ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Ramil evdən gedərkən ona aid qeyd etdiyi əmlakları özü ilə aparmışdır. Hazırda cavabdeh ona aid əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Bununla bağlı mediasiyaya müraciət etmiş, lakin bu mümkün olmamışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh Haxverdi oğlundan bir ədədinin qiyməti 2 manat olmaqla 400 manat dəyərində 200 ədəd boşqab, bir ədədinin qiyməti 2 manat olmaqla 600 manat dəyərində 300 ədəd balaca boşqab, bir ədədinin qiyməti 1,5 manat olmaqla 450 manat dəyərində 300 ədəd halva qabı, bir ədədinin qiyməti 1,5 manat olmaqla 450 manat dəyərində 300 ədəd xörək qaşığı, bir ədədinin qiyməti 1,5 manat olmaqla 450 manat dəyərində 300 ədəd çəngəl, bir ədədinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 ədəd çay qaşığı, bir ədədinin qiyməti 0,80 manat olmaqla 240 manat dəyərində 300 ədəd armudu stəkan, bir ədədinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 ədəd nəlbəki, bir ədədinin qiyməti 0,80 manat olmaqla 240 manat dəyərində 300 ədəd rusiya istehsalı olan stakan, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd 4 gözlü şüşə qablar, hər birinin qiyməti 4 manat olmaqla 320 manat dəyərində 80 ədəd soyuq yeməklər üçün şüşə qablar, bir ədədinin qiyməti 2 manat olmaqla 160 manat dəyərində 80 ədəd qənd qabı, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd bıçaq, bir ədədinin qiyməti 1 manat olmaqla 80 manat dəyərində 80 ədəd duz qabı, bir ədədinin qiyməti 0,80 manat olmaqla 64 manat dəyərində 80 ədəd kasa, bir ədədinin qiyməti 500 manat olmaqla 1500 manat dəyərində 3 ədəd samovar, bir ədədinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd böyük çaynik, bir ədədinin qiyməti 3 manat olmaqla 150 manat dəyərində 50 ədəd balaca çaynik, bir ədəd 5 manat dəyərində dəm maşinkası, bir ədədinin qiyməti 3 manat olmaqla 30 manat dəyərində 10 ədəd sini, bir ədədinin qiyməti 40 manat olmaqla 400 manat dəyərində 10 ədəd böyük qazan, bir ədədinin qiyməti 3 manat olmaqla 12 manat dəyərində 4 ədəd aşşüzən, bir ədədinin qiyməti 5 manat olmaqla 15 manat dəyərində 3 ədəd böyük ləyən, 500 manat dəyərində 1 ədəd palatka dəsti (25 metr uzunluğunda pərdə və 25 metr uzunluğunda daroşka, bir ədədinin qiyməti 23 manat olmaqla 5520 manat dəyərində 240 ədəd stul və daroşkası, bir ədədinin qiyməti 50 manat olmaqla 1250 manat dəyərində 25 ədəd stol və süfrəsi, bir ədədinin qiyməti 10 manat olmaqla 500 manat dəyərində 50 ədəd taxta materialdan uzun stollar və üzlüyü, bir ədədinin qiyməti 50 manat olmaqla 50 manat dəyərində 1 ədəd dörd gözlü qazan altı farsunka, bir ədədinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd qızdırıcı, bir ədədinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd havanı sərinlətmək üçün pər, dəyəri 3000 manat olan yük daşımaq üçün qoşqudan ibarət əmlakların özləri və ya dəyəri alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan əmlaklar İddiaçı məxsus olmuş və tərəflərin arasında yaranmış ziddiyyətlərlə bağlı cavabdeh həmin əmlakları iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh qeyd olunan əmlakların onda qalması üçün iddiaçıya 8000 manat pul ödəməsini etiraf etmişdir. Bu fakt cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətlə və cavabdehin vəsatəti əsasında dəvət edilərək dindirilmiş şahidin izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan əmlaklara görə iddiaçıya 8000 manat pulun verilməsi, həmin əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını ehtiva edir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Haxverdi oğlu apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2003-2008-ci illərdə Rusiyanın Ufa şəhərində yaşayan bacısının Sergey Cümçüd oğlunun (Tel: +7 927 *** ** ** ) və bacısının X2 (Tel: +7 *** *** ** **) çağırışları ilə mövsümi olaraq həmin şəhərə getmiş və onların köməkliyi ilə kifayət qədər pul qazanmışdır. Zəhməti ilə qazandığı pullarla Azərbaycana gəlib maddi rifahlarını yaxşılaşdırmaq üçün iddia arizəsində göstərilən bütün əşyaları kirayə qab-qacaqları və iki ədəd qaz 53 markalı ** BF *** və ** BX *** dövlət nömrə nişanlı avtomobilləri almış bəzi hallarda pulu çatmadıqda adları yuxarıda qeyd olunan yeznəsi Sergey və bacısı Tərminədən borc pul alıb sonrada işləyib qaytarmışdır. 2017-ci il tarixdə ailəsində bəzi problemlər yaranmışdır və birinci həyat yoldaşı ilə nigahın ləğv edilməsi qərarına gəlmişlər. Bu zaman iddiaçı atası Haqverdi ona biİdirdi ki, ona məxsus iki ədəd qaz 53 markalı ** BF *** və ** BX *** dövlət nömrə "nişanlı avtomobilləri onun adına sənədləşdir ki, nigah pozulandan sonra həyat yoldaşı ilə birgə nigah dövründə əldə olunmuş əmlak kimi onları tələb edə bilməsin. O, atasına inanaraq şəxsi avtomaşınlarını atasının adına rəsmiləşdirmişdir. 2018-ci ildə Qazax rayon məhkəməsinin qərarı ilə nigahları pozulmuşdur. 2018-ci ildən qabaqkı tarixdə sorğu verilsə həmin avtomobillərin onun adına olması görünəcəkdir. 2021-ci ildə atası Haqverdi ona bildirmişdir ki, müalicəsi üçün 8000 (səkkiz min) manat pula ehtiyacı var, həmin pulu verməsə avtomaşınları ona verməyəcəkdir. Hətda əlavə olaraq xeyir-şər üçün nəzərdə tutulmuş mağar onun olsa belə, məhkəmə qaydasında ondan tələb edəcəkdir. 2021-ci ilin noyabr ayında yaxını olan X4 şahidliyi ilə iddiaçıya 8000 (səkkiz min) manat pul vermişdir ki, mübahisə predmeti olan əmlakın daşınması üçün avtomaşınlar da ona qalsın qalsın. 2022-ci il tarixədək həmin aftomaşınlar onun istifadəsində olmuş, 2022-ci ilin əvvəlində iddiaçı olan atası Haqverdi həmin avtomaşınları Qazax RPŞ-nin vasitəsilə onun əlindən almış və sonra ona qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Qazax rayon məhkəməsinə əsassız nüraciət etmişdir. İdia olunan əmlakın ona aid olduğu hamıya bəlli olan, uzun illər isə istifadəsində olmuş həmin əşyaların ona məxsus olması ilə əlaqədar, əşyaların onun tərəfindən alınmasını təsdiq edən qəbzlər və digər sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(104)-360/2023 saylı qərardadı ilə İddiaçı məhkəmə icraatı zamanı öldüyündən, onun hüquqi varisi müəyyən edilənədək 2(104)-360/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(104)-360/2023 saylı qərardadı ilə işin dayandırılmasına əsas olan halların aradan qalxdığına görə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iş üzrə icraat təzələnmişdir. İddiaçı vəfat etdiyindən, prosessual hüquqi varisi kimi həyat yoldaşı olmuş X3 ilə əvəz edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Haxverdi oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, xeyir-şər məclisi üçün çadır və digər əşyaların çoxunu Sədərək bazarında topdan satış mağaza müdiri işləyən Polad adlı şəxsdən almışdır. Digər qab-qacaq əşyalarını isə Qazaxdan öz vəsaiti hesabına almışdır. Son illərə aid ödəniş qəbzlərinin bəzilərini məhkəməyə təqdim etmiş, əvvəlki illərdə aldığı əşyaların qəbzlərini isə saxlamamışdır. Mərhum atası 1946-cı il təvəllüdlü olmaqla, yaşlı adam olmuş və heç vaxt bu işlə məşğul olmamışdır. O, özü isə aktiv vergi ödəyicisi olmaqla, xeyr-şər məclislərinin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh Haxverdi oğlunun vəkili X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı prosessual hüquqi varisi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, verdiyi izahatında göstərdi ki, cavabdeh iddiaçının oğludur. Mübahisə predmeti olan qab-qacaq, avtomobilləri, yük daşımaq üçün qoşqu və çadır dəsti iddiaçıya məxsus olmuşdur. Həmin qab-qacaqları və çadır dəstini Qazax şəhərində xeyirşər məclislərinə kirayəyə verirdi. Əvvəllər onlar cavabdehlə bərabər yaşamışlar. Aralarında olan narazıçılıqlara görə onlar ayrılmış və cavabdeh ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Ramil evdən gedərkən iddiaçıya aid qeyd etdiyi əmlakları özü ilə aparmışdır. Hazırda cavabdeh iddiaçıya aid əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişdir. İddiaçının hüquqi varisi isə məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddia ərizəsində göstərdiyi əşyalarla bağlı heç bir sənədi yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarı: - mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəldiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, özünə məxsus əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Çünki mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir)... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Kollegiya qeyd edir ki, İddiaçı ona məxsus qab-qacaq, avtomobilləri, yük daşımaq üçün qoşqu və çadır dəstinin cavabdehdə qaldığını iddia etsə də, həmin əmlakların ona məxsusluğunu və istifadəsində olmasını sübut edə bilməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçının hüquqi varisi isə məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildimişdir ki, iddia ərizəsində göstərdiyi əşyalarla bağlı heç bir sənədi yoxdur. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş qaimə və ödəniş qəbzlərindən müəyyən edilir ki, həqiqətən də, iddiaçı tərəfindən xeyir-şər məclisi üçün istifadə olunması üçün əmlaklar əldə edilmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh aktiv vergi ödəyicisi olmaqla 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və, xeyir-şər məclislərinin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh atası İddiaçı 8000 manat pul verməsi ilə bağlı qeyd edir ki, həmin pul vəsaiti iddiaçının öz adına olan QAZ-53 markalı avtomobilin sonradan atasının adına sənədləşdirməsi ilə bağlı, həmin avtomobilin atası tərəfindən ondan tələb edilməməsi ilə bağlı olmuşdur. İddiaçı bu barədə işin 15-16-cı vərəqələrində olan iddiaya qarşı etiraz qeydlərində və apellyasiya dəlillərində bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin hallarına uyğun gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1015/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı prosessual hüquqi varisi X1 Cavabdeh Haxverdi oğluna qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-360/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-360/2023
20.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver