Məhkəmə qərarları › İş №2(104)-362/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-362/2025

17.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-362/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qazax rayon X3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X7 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Qazax rayon X2 nümayəndəsi, direktoru əvəzi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon X3 qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(023)-949/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı məxsus 04 oktyabr 2019-cu il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01 oktaybr 2019-cu il tarixində Qazax Rayon X3 Bədii Qiraət dərnəyinə rəhbər vəzifəsinə təyin edilmişdir.

2. Ərizədən görünür ki, X6 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və 06 aprel 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir.

3. 06 aprel 2024-cü il tarixli əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçıə Vaqif qızı 06 aprel 2024-cü il tarixdə Qazax rayon X12 Bədii Qiraət dərnəyinin rəhbəri İddiaçıə Bəxtiyar qızının ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 06 aprel 2014-cü il tarixdən ləğv edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Qazax rayon X3 qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax rayon X2 06 aprel 2024-cü il tarixli, 176 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müddətsiz əmək müqaviləsi əsasında Qazax rayon X2 bədii-qiraət dərnəyinin rəhbəri vəzivəsində çalışmışdır. 06 aprel 2024-cü il tarixdə, günün ikinci yarısında Mərkəzin direktoru əvəzi Nümayəndə ona təzyiq və məcbur etmə ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazdırmış, 06 aprel 2024-cü il şənbə günü olmasına baxmayaraq həmin gün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissənin ”a” bəndinə əsasən 176 nömrəli əmrlə xitam verilmişdir. Buna baxmayaraq elə həmin gün ərizənin etibarsız hesab olunmasını şifahi olaraq xahiş etmiş və 07 aprel 2024-cü il tarix bazar gününə düşdüyü üçün 08 aprel 2024-cü il tarixdə ərizəsinin etibarsız hesab olunması barədə ərizə yazaraq Mərkəzin direktor əvəzi Nümayəndə təqdim etmişdir. Direktor əvəzindən bir xəbər olmadığından 16 aprel 2024-cü il tarixdə ərizənin nəticəsi ilə bağlı müraciət etdikdə, hələ də stolun üzərində olan ərizəni özünə qaytararaq, qəbul etmədiyini bildirmişdir. Elə həmin gün poçt vasitəsi ilə ərizənin etibarsız sayılması xahişi ilə yenidən müraciət etmiş və eyni zamanda əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı verilməsi məsələsini müzakirə etmək üçün mediasiya təklifi göndərmişdir. Lakin onun təklifinə heç bir cavab verməmiş və buna görə də Qazax 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmiş və bu səbəbdən 24 may 2024-cü il tarixli Arayış tərtib olunmuşdur.

6. Qazax Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(023)-949/2024 nömrəli qətnaməsi ilə (hakim E.Mansırov) İddiaçı cavabdeh Qazax rayon X1rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68, 69 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 88, 217, 216-220, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsində qeyd olunanalarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Əmək qanunvericiliyinə görə 1 ay ərzində işçi öz ərizəsinə əsasən işdən azad edilə bilməz və bu həm işçini, həm də işəgötürənə aiddir. Qanunverici hansı halda ərizədə tarix qoyulması və həmin tarixdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin mümkün olduğunu dəqiq göstərmişdir. Eləcədə 1 ay müddətinə əmək müqaviləsinə xitam verilə bilməz və 1 ay ərzində işçi istədiyi zaman ərizəsini geri götürə bilər. Direktor əvəzi Nümayəndə onu işdən çıxması barədə ərizə yazmağa məcbur edərək mətnini özü diktə etmişdir. Əmrin tarixinə baxanda görünür ki, ərizəni aldığı zaman da icra edib. Eyni zamanda məhkəmə iclasında iştirak edən Qazax Rayon Uşaq X8 direktor vəzifəsini icra edən X10 məhkəmə iclasında Nümayəndə artıq direktor vəzifəsindən azad olunmasını, eləcədə onun işdən çıxamasına münasibətdə Nümayəndə soruşanda sonuncu iddiaçının işə gəlməməsini və buna görə də ərizə alındığını bildirmişdir. Qətnamədə öz əksini tapmasada, məhkəmə iclasının fasiləsiz video çəkilişində bunu müəyyənləşdirmək olar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qazax rayon X2 direktor əvəzi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildimrişdir ki, İddiaçı ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı mərkəzdə işləməklə yanaşı əlavə olaraq gözəllik salonunda da işləyirdi, hazırda da gözəllik salonunda işləyir və işdən çıxması ilə bağlı ərizə yazmağa onun tərəfindən heç bir təzyiq göstərilməmişdir. İddiaçı ərizəni könüllü iradəsinə uyğun yazmış və etibarsızlığı barədə sonradan ona müraciət etməmişdir. Qazax rayon X4 məktəbdən kənar müəssə olduğu üçün altı iş günü olur və 06 aprel 2024-cü il iş günü olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

13. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 14 Maddə 69

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.[126]

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.[127]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

15. Maddə 76

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

21. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi əsasında Qazax rayon X2 bədii-qiraət dərnəyinin rəhbəri vəzivəsinə işə qəbul olunmuşdur. Sonuncu 06 aprel 2024-cü il tarixdə, günün ikinci yarısı Mərkəzin direktoru əvəzi Nümayəndə ona göstərdiyi təzyiq və məcbur etmə nəticəsində onunla bağlanmış əmək müqaviləsinə 06 aprel 2024-cü il tarixdən xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyini, lakin sonradan ərizənin etibarsızlığı barədə şifahi, daha sonra isə yazılı müraciət etməsini, buna baxmayaraq 06 aprel 2024-cü il tarixli 176 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissənin ”a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, bu səbəbdən işdən çıxarılmasının qanunsuz, olmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

26. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvü üçün əsas deyil.

27. Belə ki, İddiaçı 06 aprel 2024-cü il tarixli ərizəni Mərkəzin direktor əvəzi Nümayəndə ona göstərdiyi təziq altında yazmasını, eləcədə sonradan həmin ərizənin etibarsızlığı barədə şifahi və yazılı müraciət etməsini göstərsədə, lakin o, bu barədə məhkəməyə har hansı bir möhtəbər sübut təqdim etməmişdir. Ona görə də kollegiya onun bu dəlilini əsaslı saymır. Çünki, 06 aprel 2024-cü il tarixlı ərizə əgər Mərkəzin direktor əvəzi Nümayəndə göstərdiyi məcburetmə və təzyiq nəticəsində yazılmışdırsa, bu halda İddiaçı müvafiq orqanlara müraciət etmiş olardı. İş materiallarından da görünür ki, sonuncunun belə bir müraciəti olmamışdır. Eləcədə, İddiaçı 06 aprel 2024cü il tarixli ərizənin etibarsizlığı barədə 08 aprel 2024-cü il tarixdə Mərkəzin direktor əvəzi Nümayəndə ərizə təqdim etməsi də sübuta yetirilmir.

28. Kollegiya həmçinin qeyd edir ki, əmrin verildiyi tarix, yəni 06 aprel 2024-cü il şənbə günününə təsadüf olunsada, lakin Qazax rayon X2 məhkəmə kollegiyasına təqdim etdiyi 15 fevral 2025-ci il tarixli 77 nömrəli arayışından aydın olur ki, Qazax rayon X2 əsasnaməsinə əsasən mərkəz 6-günlük iş rejimində fəaliyyət göstərir.

29. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(023)-949/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar