Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-367/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat nömrəli **********90- 10301 reyestr nömrəli çıxarışın surətində görünür ki, mübahisə olunan fərdi yaşayış evinin ¼ hissəsi üzərində İddiaçı, ¾ hissədə X6 oğlunun mülkiyyət hüquqları vardır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 may 2017-ci il tarixli 2(102)-3248/2017 saylı qərarından görünür ki, Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X16 və X7 qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək mərhum X4 miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,19966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və Tovuz rayonu Xatınlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət olan mirasın X6 qanun üzrə birinci növbəli vərəsələri olan arvadı İddiaçı, uşaqları- Cavabdeh, X16 və X10 tərəfindən faktki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində hər bir vərəsənin payı torpaq sahəsinin ¼ hissəsi qədər, yəni 0,04991 ha müəyyən olunması, X11 payının bir torpaq sahəsindən, bir yerdən müəyyən edilməsi, miras əmlak olan fərdi yaşayış evindən İddiaçı payına düşən hissəsinin əvəzinə ona 2000 manat məbləğində kompensasiya verilməsi barədə Cavabdeh üzərinə vəzifə qoyulması, evin 2/4 hissəsi üzərində Cavabdeh, ¼ hissəsi üzərində X5 paylarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İsalam qızının apellyasiya şıkayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə ikinci dəfə apellyasiya qaydasında baxan Gəncə Apellyasiya məhkəməsi Mülki kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək X6 ölümündən sonra miras qalmış Tovuz rayonunun Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X13 və X1 birgə mülkiyyətlərində olmuş 0.1502ha, 0.083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin hər birindən X6 payına düşən ½ hissəsinə İddiaçı İsalm qızı və Cavabdeh vərsəliyinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasıında baxan X3 Mülki kollegiyasının 06 dekabr 2016- cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edlərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək X6 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə, eləcə də həmin kənddə yerləşən və X13 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha, 0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X6 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh vərəsəliyi (hər birinin payı ümumi əmlakın ¼ hissəsindən ibarət olmaqla) müəyyən edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin istifadəsində və nəzarətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən ona məxsus ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli 104.90 kv.m olan fərdi yaşayış evinə köçrülməyinə və ödədiyi rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum əri X13 ilə 10.08. 1012- ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Əri ilə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakları birgə təsərrüfat olaraq idarə etmişlər. Yaşadıqları ev məhkəmə qərarı və çıxarışla paylı mülkiyyətdə olmasına baxmayaraq cavabdeh onu Tovuz Rayonu Xatınlı kəndində yerləşən 104.90 kv m. olan yaşayış sahəsinə buraxmır.Belə ki, Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ilə onun cavabdehlər X16 və X7 qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək mərhum X4 miras qalmış Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,19966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və Tovuz rayonu Xatınlı kəndində yerləşən fərdi yaşayış evindən ibarət olan mirasın X6 qanun üzrə birinci növbəli vərəsələri olan arvadı İddiaçı, uşaqları- Cavabdeh, X16 və X10 tərəfindən faktki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində hər bir vərəsənin payı torpaq sahəsinin ¼ hissəsi qədər yəni 0,04991 ha müəyyən olunması, onun payının bir topaq sahəsindən, bir yerdən müəyyən edilməsi, miras əmlak olan fərdi yaşayış evindən İddiaçı payına düşən hissəsinin əvəzinə ona 2000 manat məbləğində kompensasiya verilməsi barədə Cavabdeh üzərinə vəzifə qoyulması, evin 2/4 hissəsi üzərində Cavabdeh, ¼ hissəsi üzərində X5 paylarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2015- ci il tarixli qətnaməsi ilə İddiaçı İsalam qızının apellyasiya şıkayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə ikinci dəfə apellyasiya qaydasında baxan Gəncə Apellyasiya məhkəməsi Mülki kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək X6 ölümündən sonra miras qalmış Tovuz rayonun Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəsinə, eləcə də həmin kənddə yerləşən və X13 və X1 birgə mülkiyyətlərində olmuş 0.1502ha, 0.083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin hər birindən X6 payına düşən ½ hissəsinə onun və Cavabdeh vərsəliyinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasıında baxan X3 Mülki kollegiyasının 06 dekabr 2016- cı il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edlərək Tovuz Rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək X6 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə , eləcə də həmin kənddə yerləşən və X13 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha ,0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X6 payına düşən ½ hissəsinə onun və Cavabdeh vərəsəliyi müəyyən edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnaməyə münasibətdə mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyətçı özüdür. Hesab edir ki, evə köçməlidir. Odur ki, cavabdehin istifadəsində və nəzarətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən ona məxsus ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli 104.90 kv.m olan fərdi yaşayış evinə köçrülməyinə və ödədiyi rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsi ilə (Z.Hünmətov) iddianın təmin edilməsi, İddiaçı Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat və **********90-10301 reyestr nömrəli 104.90 kv.m olan və Cavabdeh maneə yaratdığı fərdi yaşayış evinə köçürülməsi, 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mübahisə olunan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ var. Cavabdeh İddiaçı mübahisə olunan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr vardır. Ona görə də iddia təmin edilməli və iddiaçı mübahisə olunan evə köçürülməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 213-cü maddələrinə və Azərbaycan Respublikası MPM-nin 77.1-ci və 119.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia qaldıraraq onun istifadəsində və nəzarətində olan Tovuz rayonu Xatınlı kəndində yerləşən ona məxsus **********7 qeydiyyat nömrəli, **********90-1031 reyestr nömrəli 104,9 kv.m olan fərdi yaşayış evinə köçürülməyini xahiş etmişdir. İddiasını əsaslandırdığı halları isə əsassız göstərmişdir. İddiaçı payların daha çox hissəsi ona məxsus olan evdən pay istəmişdir. Qeyd edir ki, bundan öncə də İddiaçı məhkəmədə iddiası olmuş və əmlakın naturada bölünməsi ilə bağlı məhkəmə araşdırması olmuşdur. Ekspertin rəyinə əsaslanan məhkəmə isə İddiaçı tərəfindən verilmiş iddianı təmin etməmişdir. Naturada ayrılması mümkün olmayan həmin evin ümumi sahəsi isə 104 kvadratmetr təşkil edir. Həmin evdə isə onun hərbçi oğlu və ailəsi və o yaşayır. İddiaçı həmin həyətdə yaşayır. Həmin evdə də, onun yaşamasına heç kim mane olmur. Ona heç kim tərəfindən orada yaşamasına maneə yaradılmır. 21 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə tikili və torpaq sahəsinin uyğun şəkildə iki hissəyə naturada bölgü edilməsi mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmədə iş araşdırılarkən iddiaçının fikri əsas götürülməklə qətnamə qəbul edilmişdir. Halbuki, mülkiyyət məsələsi və işin faktiki halları nəzərə alınmamışdır. İddiaçı tərəfindən elə bir görüntü yaradılmışdır ki, guya onun heç bir yerdə yaşamağa yeri yoxdur və ona da, orada yaşamağa imkan vermirlər. Qeyd edir ki, onun həyətdə iki evi mövcuddur və həmin evlərin birində İddiaçı yaşayır. Tovuz Rayon Məhkəməsinin 30 oktyabr 2023-ü iltarixli 36 saylı qətnaməsi ilə İddiaçı naturada bölgü edilməsi barədə iddiası təmin edilməmişdir. Həmçinin, onu da qeyd etmək istəyir ki, həmin evə köçürülmə ümumiyyətlə ailə arasında münaqişələrin daha da artması ilə nəticələnəcəkdir. İddiaçı isə həyətdə ayrıca evdə yaşayır və evin də yaşamaq üçün kifayət qədər şəraiti vardır. Onun mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış sahəsinə sərbəst şəkildə getməyinin qarşısı kiminsə tərəfindən alına bilməz. Məhkəmədə onun X14 ilə arasında olan münasibətlər düzgün araşdırılmamışdır. Belə ki, İddiaçı ilə o, mübahisəli vəziyyətdə yaşayır. Onun həyətdə ayrıca evi var. Evdən o istifadə edir. Onun ona heç bir maneəçiliyi yoxdur. Həmçinin, onun evə köçürülməsi ümumiyyətlə ailə arasında münaqişələrin daha da artması ilə nəticələnəcəkdir. İddiaçı həyətdə ayrıca evdə yaşayır və evin də yaşamaq üçün kifayət qədər şəraiti vardır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həyətdə 2 ev vardır. Birində o, yaşayır. Onun yaşadığı evin sənədi vardır. Digər evin hansı ki, iddiaçı da digər evdə yaşayır. Ümumi 13 sotdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının həmin evdə yaşamasına etiraz edir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onun ¼ payına köçürülməyini xahit etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 2052/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X13 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Tovuz rayonu Xatınlı kəndində yerləşən ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən mübahisə olunan fərdi yaşayış evinin ¼ hissəsi üzərində İddiaçı ¾ hissədə X6 payları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilir ki, X6 13 noyabr 2013- cü il tarixdə ölümündən sonra miras qalmış Tovuz rayon Xatınlı kəndində yerləşən X2 ilə nikahda olduğu dövrdə əldə olunmuş fərdi yaşayış evindən onun payına düşən ½ hissəyə , eləcə də həmin kənddə yerləşən və X13 ilə X1 birgə mülkiyyətlərindən olmuş, 0,1502 ha ,0,083267 ha, 0,036998 ha və 0,091805 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birindən X6 payına düşən ½ hissəsinə İddiaçı və Cavabdeh vərəsəliyi müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının başqa yerdə yaşamağa yerinin olması yaxud mülkiyyətində başqa əmlaklarının olması onun hazırki tələbinin tələb edilməməsinə əsas ola bilməz. Belə ki, İddiaçı mübahisə olunan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ vardır. Cavabdeh İddiaçı mübahisə olunan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə və iddiaçını mübahisə olunan evə köçürməkdə haqlı olmuşdur. Şikayətin digər dəlilləri isə mübahisənin formal halları olub, apellyasiya şikayətinin təmin edilməsinə əsas ola bilməz.
31. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2052/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.