Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-369/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)- 1804/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin (hakim M.Niftəliyev) 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsi ilə iddianın əsaslı olduğundan təmin edilməsi, "xxxx" MMC tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr mənzilin, 12-ci mərtəbədə yerləşən 115.4 kv.metr olan mənzilin, 12-ci mərtəbədə yerləşən 117.5 kv.metr mənzilin, 12-ci mərtəbədə yerləşən 84.2 kv.metr mənzilin və 12-ci mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr mənzilin, 12-ci mərtəbədə yerləşən 115.4 kv.metr sahəsi olan mənzilin, 12-ci mərtəbədə yerləşən 117.5 kv.metr mənzilin, 12-ci mərtəbədə yerləşən 84.2 kv.metr mənzilin və 12-ci mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində hündür mərtəbəli, coxmənzilli binaların tikintisini həyata keçirmişdir. Bu məqsədlə "xxxx" MMC-ni (VÖEN **********) təsis etmiş və qanuni təmsilçi olmuşdur. Hüquqları xx.xx.2005-ci il tarixdə qeydə alınmış hüquqi şəxsin qeydiyyatı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2018-ci il tarixli, **********978800 saylı şəhadətnamə ilə tanınmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********071900 saylı qeydiyyat şəhadətnaməsi ilə yenidən rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai rayonu ərazisində bir çox binaların tikintisini həyata keçirmiş, konkret Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsində tərəfindən hündür mərtəbəli, çoxmənzilli binalardan ibarət şəhərcik salınmışdır. Bu işlərin görülməsi üçün maddi təminat olaraq şəxsi pul resuslarından, bank kreditlərindən və ayrı-ayrı fiziki şəxslərdən götürdüyü pul vəsaitlərindən istifadə olunmuşdur. Belə borc pul götürərək qarşılıqlı anlaşma şəraitində işlədiyi fiziki şəxslərdən biri də avtomobil alveri ilə məşğul olan X9 olmuşdur. İllər ərzində yüz min manatlarla pul məbləğini faizlə İsmail Nəbiyevdən götürmüş, pulunu vaxtında qaytarmış, əlavə olaraq bu borca görə İsmailə xeyir vermişdir. Faizə verilmiş pul məbləğinin təminatı olaraq inşasını həyata keçirdiyi yaşayış binalarından İsmail Nəbiyevə və onun oğlu Cavabdeh adına formal da olsa alğı-satqı müqavilələri yazmış, şəxsin pulunun əvəzində müəyyən gəlir əldə edə biləcək maddi sığortasını vermişdir. Bu qaydada 2012-ci ilədək İsmail ilə əməkdaşlıq etmişlər. Lakin arada heç bir layihə olmadığından bu işlərdən kənarlaşdığı üçün İsmaildən pul götürməsə də, dostluğu davam etmiş və ailəvi yaxınlıq etmişlər. 2014-cü ildə İsmail Nəbiyevin təkidi və israrlı təklifləri ilə işini yeniləmək qərarına gəlmiş və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqələrini yeniləmişdir. İsmail avtomobil alverində işin zəif olduğunu və faizə pul verərək dolanmaq istədiyini, 400000 (dörd yüz min) manat pulunun olduğunu ona bildirərək onun yeni çoxmənzilli binanın tikintisinə başlamasını təkid etmişdir. İsmaillə razılaşdıqları kimi bu pulu sonuncudan götürərək işləməyə başlamışdır. Pul verilərkən heç bir yazılı iltizam verilməmişdir. İcra hakimiyyəti ilə danışıqlar, sənədləşmə, torpaq sahəsinin əldə olunması və tikintiyə başlamaq üçün aradan iki ilə yaxın vaxt keçmiş və pulun 300000 manat hissəsi icra başçısı Razim Məmmədova verilmiş, qalan hissəsi işıq, fövqəladə, ekologiya, müəyyən kommunukasiyaların köçürülməsi işlərinə və s. xərcləndiyindən əlində vəsaiti qalmamışdır. Bu arada İsmailin şəriki olan Elçin adlı şəxs onunla əlaqəyə keçərək İsmailin verdiyi 400000 manat pulun 240000 (iki yüz qırx min) manat hissəsinin ona məxsus olduğunu deyərək pulunun qaytarılmasını tələb etməyə başlamışdır. Elçinlə heç bir əlaqəsi olmadığından İsmailə müraciət etmiş, İsmail isə ona heç nə lazım olmadığını, həqiqətən də verilən məbləğdən 159000 manatın ona məxsus olduğunu, qalanının isə Elçinin pulu olduğunu, Elçinlə bacarmadığını, sonuncunun pulunu vermək lazım olduğunu bildirərək, özü tərəfindən heç bir narahatlıq olmayacağına inandırmışdır. Başqa adamlardan borc götürərək Elçinə 241000 manat qaytarmış, lakin Elçin faiz və devalvasiya ziyanı qismində ondan əlavə 257000 manat pul da tələb etməyə başlamışdır. İsmaillə görüşərək Elçinin əlavə pul istədiyini demiş, İsmail isə cavabında “bu illər ərzində mənə bir belə xeyirlər vermisən, hesab elə ki, iş gördük ziyana düşdük” mənə çatası 159000 manatı da Elçinə ver, ondan canımızı qurtaraq” demişdir. Hər hansı bir narazılığın yaranmamasından ötrü Elçinin tələb etdiyi pulu da tapıb vermişdir. Elçinə ümumilikdə 498000 (dörd yüz doxsan səkkiz min) manat pul qaytarmışdır. Bir müddət sonra isə İsmail ona verdiyi 159000 manat əvəzində Elçin kimi 204000 (iki yüz dörd min) ABŞ dolları tələb etməyə başlamışdır. Onu da razı salmaq üçün məcbur qalıb xx.xx.2019-cu il tarixdə 55000 manat dəyərində yuyucu məntəqəsini, xx.xx.2020-ci il tarixdə 208 kv.metr ölçüdə 75000 manat dəyərində qeyriyaşayış sahəsini, xx.xx.2021-ci il tarixdə Elçindən götürdüyü borcun əvəzində 55400 manat dəyərində 55 kv.metr ölçüdə olan əlavə qeyri-yaşayış sahəsini, xx.xx.2019-cu ildə X1 “Mercedes Benz” markalı avtomobili İsmailə verərək 60000 manat qiyməti ilə dəyərləndirmiş, əvəzində Sabirə 550 kv.metr ölçülü qeyri-yaşayış sahəsini sənədləşdirərək, İsmailin İstanbulda əməliyyat olunması məqsədilə oğlu Anar vasitəsilə 12000 manat pul göndərməklə, cəmi 257400 manat pulu ona qaytarmışdır. Bundan sonra İsmailin əl çəkmədiyini gördükdə İsmail Nəbiyevə etibarı olduğundan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikəcəyi hündür mərtəbəli yaşayış binasından 233900 manatın qarşılığında binanın 12-ci mərtəbəsində yerləşən bütün mənzilləri qalan 233900 manat geri qaytarılandan sonra mənzillərin özünə qaytarılacağı şərti ilə X2 adına rəsmiləşdirmişdir. 04 avqust 2021-ci ildə "xxxx" MMC ilə Cavabdeh arasında formal müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələrə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr mənzili 111945 manata, 12-ci mərtəbədə yerləşən 115.4 kv.metr sahəsi olan mənzili 98090 manata, 12-ci mərtəbədə yerləşən 117.5 kv.metr mənzili 99875 manata, 12-ci mərtəbədə yerləşən 84.2 kv.metr mənzili 71570 manata və 12-ci mərtəbədə yerləşən 112.3.kv.metr sahəsi olan mənzili 95455 manata Cavabdeh adına rəsmiləşdirilmişdir. Yaşar və İsmail firmadan mənzil almadıqlarını, yazılanların sadəcə pul qaytarılmasına təminat qismində verildiyini etiraf etmişlər. Bu müqavilələrdən sonra xx.xx.2022-ci ildə İsmail Nəbiyevə nağd olaraq 200000 manat vermiş, bununla da onunla İsmail arasında çox cuzi bir fərq qalmışdır. İsmail Nəbiyevdən mənzil alğı-satqısı müqavilələrini geri istəyərkən İsmail ondan əlavə 50000 manat tələb etmiş və bu məbləğ tam qaytarılandan sonra müqavilələri qaytaracağını bildirmişdir. Bütün pulları verməsinə, borcunu artıq bağlamasına baxmayaraq İsmail onu şərləyərək polis orqanına verməklə əlavə 300000 manat tələb etməyə başlamışdır. X14 aparılan araşdırmalardan sonra onun haqlı olduğu üzə çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 28 mart 2022-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan İsmail Nəbiyevlə arasında borc münasibətlərinin olduğu və onun oğlu Cavabdeh adına formal alğı-satqı müqavilələrinin yazıldığı müəyyən olunmuşdur. Pul vəsaitinin ödənildiyi, borcunun qalmadığı və müqavilələr ləğv edilməsi üçün geri qaytarılmalı olduğu halda cavabdeh və üçüncü şəxs tərəfindən razılaşma yerinə yetirilməyərək geri qaytarılmamışdır. Faktiki tikilməmiş və sənəd üzərində olan mənzilə dair müqavilə verməklə əvvəllər də belə qaydada pul götürdüyü şəxslə razılaşma etmiş, olmayan əmlaka bağlanan müqavilənin heç bir əhəmiyyəti olmamışdır. Hazırda "xxxx" MMC-nin səhmlərini başqa şəxsə satmış, lakin alğı-satqıya qədər olan tələb etmək hüququ və borc öhdəliyi özündə qalmışdır. Cavabdehlə alğı-satqı deyil, İsmail Nəbiyevlə borc pul verilməsi barədə iradələrinin olduğunu, ona məxsus hüquqi şəxsin tikməyə hazırlaşdığı binadakı mənzilini satmaqla əlaqədar heç bir iradə və istəyinin olmadığını, yalnız yuxarıda qeyd etdiyi kimi şəxslə aralarındakı öhdəliyi qarant etdiyini, alğı-satqı müqaviləsi barədə onların arasında tamam başqa niyyət nəzərdə tutulduğunu, bir əqdi digər əqdlə pərdələmə məqsədilə tərtib etdiklərini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instasniya məhkəməsində cavabdeh qismində izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, atası İsmail 2014-cü ildə İddiaçı 497000 manat dəyərində olan 290000 ABŞ dolları pul vermişdir. Bundan sonra İddiaçı onun adına beş ədəd mənzilin satılması barədə müqavilə bağlamışdır. Bir müddət keçdikdən sonra Əbil firmanın səhmlərini sataraq onun atası İsmailə 200000 manat qaytarmış və beş ədəd mənzilin alğısatqı müqaviləsinin geri qaytarılmasını tələb etmişdir. Beş ədəd deyil, 200000 manat dəyərində mənzilləri alğı-satqı müqavilələrini geri qaytarmağa razı olduğunu Əbilə bildirmiş, lakin Əbil bununla razılaşmayaraq bütün müqavilələri geri tələb etmişdir. Mənzilləri qanunvericiliyə uyğun olaraq aldığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzillərə dair müqavilələr "xxxx" MMC ilə bağlanmışdır. Lakin iddianı İddiaçı qaldırmışdır. Müqavilənin ləğvini tərəflərdən biri tələb edə bilərdi. İddiaçı hazırkı iş üzrə tərəf olmadığı halda məhkəmə iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının formal mülahizələrinə əsasən və iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə əsasən qətnamə qəbul edilmişdir. Məhkəmə Mülki Məcəllənin 324.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddənin tələblərinə əsasən, müqavilə tərəfləri "xxxx" MMC və Cavabdehdur. Məhkəmə isə tərəf kimi İddiaçı və Cavabdeh qəbul edərək, qeyd edilən maddənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1.1-ci, 144-1.5-ci, 178-ci, 752.1, 337.1-ci maddələrini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Həmçinin iş materiallarında olan müqavilələri, ödəniş qəbzlərini, maliyyə arayışlarını araşdırmadan ümumi sözlərlə qətnamə qəbul etmişdir. Podrat müqaviləsini alğı-satqı müqaviləsi kimi qiymətləndirilməklə məhkəmə səhv nəticəyə gəlmişdir. İddiaçının subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X6 göstərmişdir ki, qonşusu İsmail digər qonşusu Əbildən qeyri yaşayış sahəsi almışdır. İsmail və Əbillə onun arasında yaxşı münasibət olmuşdur. İsmail həmin qeyri-yaşayış sahəsini satmaq istədiyini ona demişdir. İsmail sözügedən obyekti 75000 manata onun vasitəsi ilə satmışdır. Alğısatqının vaxtı onun yadında qalmamışdır. Əbillə İsmailin arasında nəsə pul söhbəti olmuş, həmin məsələ ona dəqiq məlum olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 göstərmişdir ki, İddiaçı və İsmail Nəbiyev onun qonşuları olmaqla onlarla arasında normal münasibət olmuşdur. İsmail onun vasitəsi ilə iki qeyri-yaşayış sahəsindən birini 75000 manata, digərini isə 55000 manata satmışdır. İsmail həmin obyektləri Əbilin ona verdiyini demişdir. Əbillə İsmailin arasında pul söhbəti olmuş, həmin məsələ ona dəqiq məlum olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X10 göstərmişdir ki, İddiaçı və İsmail Nəbiyevlə onun arasında normal münasibət olmuşdur. Əbilə 60000 manata “Mercedes C” markalı avtomobil satmış, Əbil isə ona əvəzində zirzəmidə yerləşən obyekt vermişdir. Həmin avtomobili Əbilin sözünə əsasən baş etibarnamə ilə İsmailin oğlu Gündüzə vermişdir. Əbillə İsmailin arasında pul söhbəti olmuş, həmin məsələ ona dəqiq məlum olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin rəhbəri İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 12-ci mərtəbəsində ümumi sahəsi 131.7 kv.metr olan 53 saylı mənzilin pay dəyəri 111945 (yüz on bir min doqquz yüz qırx beş) manat təşkil edir. Payçı Cavabdeh firmaya 111 945 manat məbləği tam ödəmişdir. Payçının firmaya borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin rəhbəri İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 12-ci mərtəbəsində ümumi sahəsi 84.2 kv.metr olan 54 saylı mənzilin pay dəyəri 71570 (yetmiş bir min beş yüz yetmiş) manat təşkil edir. Payçı Cavabdeh firmaya 71570 manat məbləği tam ödəmişdir. Payçının firmaya borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 84.2 kv.metr olan iki otaqlı 54 saylı mənzili firma 36 ay ərzində alıcıya tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71570 manat məbləği ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 112.3 kv.metr olan üç otaqlı 55 saylı mənzili firma 36 ay ərzində alıcıya tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95455 manat məbləği ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 117.5 kv.metr olan üç otaqlı 52 saylı mənzili firma 36 ay ərzində alıcıya tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh hər kvadrat metrinin dəyəri 850 manat olmaqla, 99875 manat məbləği ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 115.4 kv.metr olan üç otaqlı 51 saylı mənzili firma 36 ay ərzində alıcıya tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98090 manat məbləği ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 131.7 kv.metr olan üç otaqlı 53 saylı mənzili firma 36 ay ərzində alıcıya tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh hər kvadrat metrinin dəyəri 850 manat olmaqla, 111945 manat məbləği ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X5 tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh pulunun İddiaçı tərəfindən ələ keçirilməsinə dair müarciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 02 fevral 2022-ci il tarixli, 3M-122 saylı təsis payının alğı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-də olan nizamnamə kapitalının məbləği 100 manat 00 qəpik, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100 faiz olan paydan 100 manat 00 qəpik məbləği, 100 faizi alıcı X7 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 02 fevral 2022-ci il tarixli, 3M-122 saylı təsis payının alğı-satqı müqaviləsinə əlavəyə əsasən İddiaçı və X11 02 fevral 2022-ci il tarixli, 3M-122 saylı təsis payının alğı-satqı müqaviləsinə əlavələr edilməsi barədə razılığa gəlmişlər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. “M.Bağırovun şikayəti üzrə X8 Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il qərarında göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir. N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr mənzilə, 12-ci mərtəbədə yerləşən 115.4 kv.metr olan mənzilə, 12-ci mərtəbədə yerləşən 117.5 kv.metr mənzilə, 12-ci mərtəbədə yerləşən 84.2 kv.metr mənzilə və 12-ci mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzilə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququnun olub-olmamasını araşdırmadan iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hazırda etibarsızlığını mübahisələndirdiyi yuxarıda qeyd olunan alğı-satqı müqavilələri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. Yəni qeyd edilən müqavilələrin tərəfləri "xxxx" MMC ilə hazırki mübahisə üzrə Cavabdehdir. Qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirmək hüququ həmin müqavilələri imzalamış cəmiyyətin direktoru və ya təsisçisi kimi İddiaçıa deyil, məhz "xxxx" MMC-nin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçıın ümumiyyətlə hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Çünki iddiaçı mübahisələndirilən müqavilələr üzrə tərəf deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin hüququ əsası yoxdur, onun belə bir tələblə məhkəmə müdafiəsindən istifadə etməyə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı mahiyyəti üzrə baxaraq təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-369/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-369/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver