Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-377/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər X25 və X21 qarşı Qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X18 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X19, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X18 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər X25 və X21 qarşı maneənin aradan qaldırılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X18 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı tikililərin sökülməsi və maneənin aradan qaldırılması, eləcə də çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(023)- 1193/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X26 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 sentyabr 2005-ci il tarixli, 2V-İ-139 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 dekabr 2003-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında yaşayan arvadı İddiaçıdır və o, miras əmlakdan irs almalıdır. Qazax rayon MHQİ-nin verdiyi 09 sentyabr 2005-ci il tarixli 129 nömrəli arayışa və 632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 117də yerləşən, ümumi sahəsi 64,7 kv.m, yaşayış sahəsi 29,2 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 1902-ci ildə tikilmiş 2 otaqlı evdən ibarətdir.
2. 15 sentyabr 2005-ci il tarixli 632A nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qazax şəhəri M.Ə.Sabir küçəsində yerləşən, ümumi sahəsi 64,7 kv.m, yaşayış sahəsi 29,2 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 2 otaqdan ibarət 117 nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır.
3. Qazax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli, 7191 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13 fevral 1978-ci ildə vəfat etmiş X15 vərəsəsi ünvan 2 ünvanında yaşayan oğlu X12r və o, miras əmlakdan irs almalıdır. X3 məxsus 600 kv.m torpaq sahəsində yerləşən, 1947-ci ildə tikilmiş, bir mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 86,6 kv.m, yaşayış sahəsi 77,5 kv.m-dən ibarətdir.
4. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Cavabdeh1 21 oktyabr 1987-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Quluyev, arvada isə Quluyeva soyadı verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia üzrə İddiaçı cavabdehlər X25 və X21 qarşı maneənin aradan qaldırılması tələbi ilə Qazax Rayon Məhkəməsində iddia qaldıraraq, Qazax şəhəri H.Əliyev prospekti 117 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mərzçəkmə və inventarlaşma işinə X25 və X26 tərəfindən edilən maneənin aradan qaldırılması, eləcədə inşa edilmiş hasarın cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 sentyabr 2005-ci il tarixli 2-V-1-139 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Qazax şəhəri H.Əliyev prospekti 117 ünvanında yerləşən fərdi yaşayış evi mərhum əri X4 tam irs qaydasında onun adına keçirilmişdir. Həmin şəhadətnamə əsasında iddiaçı adına 15 sentyabr 2005-ci ildə 632 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Fərdi yaşayış evinin ümumi sahəsi 64,7 kv.m kimi qeydiyyat alınmış və yeni çıxarış alması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin mərzçəkmə və inventarlaşma işləri aparılarkən cavabdehlər tərəfindən əsassız olaraq mübahisə yaradılmış, maneə və işlərin görülməsinə qadağa edilmişdir. Halbu ki, 964 nömrəli torpaq qeydinə əsasən Qazax şəhəri M.Ə.Sabir küçəsində yerləşən 650 kv.m torpaq sahəsi mərhum əri X6 adına verilmişdir. Qanuni istifadəsində olan həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq hasar hörülmüş və gediş-gəlişləri məhdudlaşdırılmış, istirahətlərinə, normal yaşamalarına ciddi məhdudiyyət yaradılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri onun və ailəsinin mülkiyyət hüquqlarını pozmaqla yanaşı, yaşamaq hüquqlarını da pozur.
7. Qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X26 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin təmin olunmaması; Qazax şəhəri H.Əliyev prospekti 119 nömrəli evin divarına bitişdirilmiş sütunlar üzərində olan özbaşına tikililər İddiaçı hesabına sökülməsi; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınması ilə bağlı mərzçəkmə və inventarlaşma işinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırlması; X1 miras qalmış Qazax şəhəri H.Əliyev prospekti 119 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan əmlakın hüdudları 632 nömrəli qeydiyyat vəsiqəsində dəqiq göstərilmişdir. Həmin hüdudlar onların evinin, qanuni istifadələrində olan torpaq sahəsinin və evlərinin hüdudlarından kənardadır. İddiaçı onlara məxsus ərazidə icazəsiz olaraq özbaşına tikili inşa etdirmiş, hazırda onlara məxsus torpaq sahəsi üzərində sütunlar üstündə özbaşına tikdirdiyi otaqları rəsmiləşdirmək və onun altındakı torpaq sahəsini isə özəlləşdirmək istəyir. Mərzçəkmə və inventarlaşma işləri aparılarkən onların tərəfindən deyil, İddiaçı tərəfindən əsassız mübahisə yaradılmış, onların torpaq sahəsində özbaşına tikilmiş tikililəri qanunsuz olaraq sənədləşdirilməsi məqsədi ilə əsassız iddia vermişdir. İddiaçı adına verilmiş 13 sentyabr 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyan X4 miras qalmış, Qazax şəhəri Sabir küçəsi (indiki H.Əliyev prospekti) 117-də yerləşən evin ümumi sahəsi 64,7 kv.m, yaşayış sahəsi 29,2 kv.m, köməkçi sahəsi isə 35,5 kvm, olmaqla 2 otaqdan ibarət olmuşdur. Mərhum əri X8 adına verilmiş 22 oktyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyan X14 miras qalmış, 1947-ci ildə tikilmiş Qazax şəhəri Sabir küçəsi (indiki H.Əliyev prospekti) 119-da yerləşən evin ümumi sahəsi 86,6 kv.m, yaşayış sahəsi 77,5 kv.m, köməkçi sahəsi 35,5 kv.m olmaqla 3 otaqdan ibarət olmuşdur. Onlara məxsus evin 209 reyestr nömrəli texniki pasportuna əsasən, köməkçi sahəyə aid hasar, ayaqyolu və qapılar onlara aid hissədə yerləşmişdir. Sökülməsi tələb olunan hasar isə onlara aid torpaq sahəsində inşa edilmişdir. Sonradan cavabdeh İddiaçı ərinin xəstə olmasından istifadə edərək heç bir icazə olmadan onlara aid torpaq sahəsində sütunlar üstündə özbaşına otaqlar tikmiş və onların evinin divarına bitişdirmişdir. Onlar vərəsəlik qaydasında mərhum ərinin adına olan Qazax şəhəri H.Əliyev prospekti 119 nömrəli evə çıxarış almaları üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh İddiaçı maneə törətdiyinə görə 15 saylı Ərazi İdarəsinin əməkdaşları məsələnin mübahisəli olmasını deyərək çıxarış verməkdən imtina etmişlər.
9. İlkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə verərək Qazax şəhəri H.Əliyev prospekti 117 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mərzçəkmə və inventarlaşma işlərinə cavabdehlər tərəfindən edilən maneənin və qadağanın aradan qaldırılması, eləcədə maneənin edilməsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(023)-1193/2022 nömrəli (hakim F.Məmmədov) qətnaməsi ilə ilk iddianın təmin edilməsi; İddiaçı məxsus Qazax şəhəri H.Əliyev prospekti 117 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mərçəkmə və inventarlaşma işlərinə dair Şəkilova (Quluyeva) Rahilə İsa qızı və X26 tərəfindən yaradılan maneələrin aradan qaldırılması; Şəkilova (Quluyeva) Rahilə İsa qızı və X18 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı özbaşına tikilinin cavabdehlərin öz hesabına sökülməsi, mərzçəkmə və inventarlaşma işinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması, qanun üzrə vərəsəlik şəhadətnaməsində qeyd olunan daşınmaz əmlaka çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 158.4, 560.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X26 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iddianı təmin etməmişdir. Belə ki, İddiaçı nə özünə nədə mərhum ərinin adına hüquqi qüvvəyə malik olan hər hansı sənədi və ya subutu məhkəməyə təqdim etməmişdir. İddiaçının mülkiyyətində olan əmlakın hüdudları 632 nömrəli qeydiyyat vəsiqəsində göstərilmiş və həmin hüdudlar onların evinin, eləcədə torpaq sahəsəninin hüdudlarından kənardır. İddiaçı onlara məxsus ərazidə özbaşına tikili inşa etmiş və həmin ərazini özəlləşdirmək niyyətindədir. Mərhum əri Mütəllim X2 adına verilmiş 22 oktyabr 1991-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mirasqoyandan miras qalmış 1947-ci ildə inşa edilmiş Qazax şəhəri Sabir küçəsi (H.Əliyev prospekti) 119-da yerləşən 86,6 kv.m ümumi, 77,5 kv.m yaşayış və 35,5 kv.m köməkçi sahədən ibarət 3 otaqdan ibarət olmuşdur. X30 xəbəri olmadan qeyri-qanuni yollardan istifadə edərək, sütünlar üzərində 3 otaqdan ibarət tikili inşa etmiş arxiv sənədləri olmadan saxta plan, eləcədə qeydiyyat vəsiqəsi almışdır. İddiaçı qanunsuz olaraq onlara məxsus 119 nömrəli ünvanda yerləşən torpaq sahəsi və 64,7 kv.m fərdi yaşayış evinə vahid çıxarış almaq niyyətindədir. Onlara məxsus evin 209 reyestr nömrəli Texniki Pasportuna əsasən köməkçi sahəyə aid hasar ayaq yolu və qapı göstərilmişdir. X30 adına çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsələrdə, İddiaçı maneə yaratdığı üçün çıxarışın verilməsindən imtina olunmuşdur. Halbu ki, mövcud qanuni sənədlər əsasında çıxarışın verilməsi vəzifəsi müvafiq orqanının üzərinə qoyulmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X25 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mərhum ərindən miras qalmış əmlaka dair çıxarış almaq istəyir, lakin İddiaçı ölçmə işlərinin aparılmasına maneə yaradır. Çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. X11 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X26 da apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X19 apellyasiya şikayətini qəbul etməyək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxs tərəfindən qarşılıqlı iddiaçılara heç bir maneçilk törədilmir, eləcədə onlara məxsus torpaq sahəsini tutmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndəsi vaisitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbində iddiaçılar X1 miras qalmış Qazax şəhəri H.Əliyev prospekti 119 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsini də xahiş etmişlər. İşə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissədə də təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə qeyd olunan hissədə baxaraq iddianı rədd etməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, tələbin həmin hissəsinə mülki mühakimə icraatı qaydasında deyil inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2023-cü il tarixli 2(104)-377/2023 nömrəli qərardadı ilə Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(023)- 1193/2022 nömrəli qətnaməsi “qanun üzrə vərəsəlik şəhadətnaməsində qeyd olunan daşınmaz əmlaka çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsinin təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
36. İlkin iddianın təmin olunması, özbaşına tikilinin cavabdehlərin öz hesabına sökülməsi, mərzçəkmə və inventarlaşma işinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qarşılıqlı iddianın təmin edilməməsi barədə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kollegiya razılaşır.
37. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması üçün əsaslar yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qazax rayon MHQİ-nin verdiyi 09 sentyabr 2005-ci il tarixli 129 nömrəli arayışa və 632 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus Qazax şəhəri M.Ə.Sabir küçəsi 117də yerləşən, ümumi sahəsi 64,7 kv.m, yaşayış sahəsi 29,2 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 1902-ci ildə tikilmiş 2 otaqlı evdən ibarət əmlak olmuş və sonuncunun ölümündən sonra həmin əmlak Qazax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 sentyabr 2005-ci il tarixli, 2V-İ-139 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyanın vərəsəsi İddiaçı sahibliyinə keçmiş və bu barədə ona 15 sentyabr 2005-ci il tarixli 632A nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan əmlakda mərzçəkmə və inventarlaşma işlərinin aparılmasına X25 və X26 maneələr yaratdıqlarına görə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə ilkin iddianı təmin etmişdir. İlkin və qarşılıqlı iddia ərizəsindən də müəyyən olunur ki, Qazax şəhəri M.Ə.Sabir küçəsi 117-də yerləşən, ümumi sahəsi 64,7 kv.m, yaşayış sahəsi 29,2 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 1902-ci ildə tikilmiş 2 otaqlı evə dair tərəflər arasında mübahisə var. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(114)-1015/2023 nömrəli qərardadının surətindən görünür ki, X25 və X26 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunda 47,5 kv.m 3 otaqdan ibarət sahəyə aid səhv aparılmış qeydin ləğv edilməsi, mərhum X10 adına verilmiş 22 oktyabr 1991ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan daşınmaz əmlakla bağlı mərzçəkmə və inventarlaşma işinin aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsələrdə, lakin sonuncuların ərizəsi əsasında iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir.
39. X25 və X18 qarşılıqlı iddia ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Qazax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 22 oktyabr 1991-ci il tarixli, 7191 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X17 vəfatından sonra Qazax şəhəri Sabir küşəsində 600 kv.m torpaq sahəsində yerləşən, 1947-ci ildə tikilmiş, bir mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 86,6 kv.m, yaşayış sahəsi 77,5 kv.m-dən ibarət əmlak X13 miras qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbində 16 may 2020-ci il tarixdə ölmüş X7 miras qalmış torpaq sahəsində İddiaçı tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılmasını qeyd etsələrdə, lakin buna dair sübutu məhkəməyə təqdim etməmişlər. Əksinə işdən müəyyən olunur ki, İddiaçı sonradan inşa etdirdiyi tikili ünvan 7 ünvanda aparılmışdır.
40. Çıxarışın verilməsi barədə qarşılıqlı iddiaçılar X25 və X26 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə yazılsada, lakin həmin ərizə Tovuz Ərazi idarəsinə deyil, Qazax Rayon Məhkəməsinə göndərilmiş və 05 avqust 2022-ci il tarixdə ərizə qeydə alınmışdır. (iş vərəqə 27) Həmin tarixdə də sonuncular qarşılıqlı iddia vermişlər. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçıların Qazax şəhəri Sabir küçəsi (indiki H.Əliyev prospekti) 119-da yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciətləri sübut olunmur.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın, yəni özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, mərzçəkmə və inventarlaşma işinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasının təmin edilməməsi hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X25 və X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(023)-1193/2022 nömrəli qətnaməsi ilkin iddianın təmin olunması, eləcədə qarşılıqlı iddianın, yəni özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, mərzçəkmə və inventarlaşma işinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.