Məhkəmə qərarları › İş №2(104)-39/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-39/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-39/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 (həmçinin digər iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızının etibarnamə üzrə nümayəndəsi), cavabdehlər X19 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızının cavabdehlər X19 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(021)-466/2022 nömrəli qətnaməsindən cavabdehlər X19 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızı cavabdehlər X19 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X19 və Cavabdeh2 Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərində olan 3.10 ha pay torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsindən istifadəyə görə vurulmuş maddi ziyanın hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X19 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla onların mülkiyyətlərində olan 3.0966 ha pay torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(021)-466/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi təmin edilərək, cavabdehlər X19 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə mülkiyyəti olan Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları; Ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər X12 və Cavabdeh2 alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan cavabdeh X19 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızı tələblərini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə onlara 3.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi JN 0037 KOD 61018018 saylı Dövlət Aktına əsasən onların mülkiyyətindədir. Onlar torpaq sahəsini cavabdehlər X19 və Cavabdeh2 2010-cu ildə bu vaxta kimi icarəyə vermişdirlər. Hazırda cavabdehlərdən onlara məxsus torpaq sahələrindən çıxmalarını tələb etsələr də, onlar bundan imtina etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X13 və İddiaçı2 Yusif qızının ümumi birgə mülkiyyətindədir; AZ-İ № 408707 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. AZ-İ №009920 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X15 xx.xx.2002-ci il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan ərə Heydərov sonra arvada Heydərova soyadı verilmişdir. AZ-İİ №001504 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X16 xx.xx.2014-cü il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan ərə Bəşirov sonra arvada Bəşirova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 676640 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçı1dur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(104)-1003/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3404/2022 saylı mülki iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, 15 may 2000-ci il tarixli JN 0037 saylı KOD nömrəsi 61018018 olan Dövlət Aktı ilə X3, İddiaçı2 Yusif qızının, İddiaçı1n, X5, X6 və X7 adlarına mülk kimi qeydə alınmış Bərdə rayonu, Otuzikilər kəndi əraizisində yerləşən 3,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 payına düşən 1/6, yəni 0,516 hektar hissəsinə və 15 may 2000-ci il tarixli JN 0039 saylı KOD nömrəsi 61018018 olan Dövlət Aktı ilə X1, X8, X10 və X4 adlarına mülk kimi qeydə alınmış Bərdə rayonu, Otuzikilər kəndi əraizisində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1, X10 və X4 payına düşən ¾, yəni 1,5975 hektar hissəsinə münasibətdə X13 və X11 ilə Cavabdeh1 və X32 arasında alqı-satqı müqaviləsinin 15 iyul 2002-ci il tarixdə bağlanmış hesab edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(102)-4059/2023 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1003/2023 nömrəli 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehlər X19 və Cavabdeh2 ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2010-cu ildə iddiaçıların mərhum atalarından və əmilərindən mübahisə predmeti olan torpaq sahəsini alqı-satqı edərək almışlar. Onlar, sözügədən torpaq sahəsini icarəyə götürməmişlər. Həmin torpaq sahəsi əvvəllər yararsız halda olmuş, torpağı aldıqdan sonra oranı münbitləşdirmək üçün xərc çəkmişlər. İddiaçıların ataları öldükdən sonra onlar mübahisə predmeti olan torpaq sahəsini tələb etməyə başlamışlar. Ancaq bununla razılaşmırlar, çünki həmin torpaq sahəsi onlara məxsusdur. Bundan başqa, işə baxılmasının təxirə salınması barədə məhkəməyə teleqram göndərilsə də, bu nəzərə alınmamış və işə baxılaraq qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X19 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətlərini müdafiə edərək izahatında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıların mərhum atalarına məxsus hissəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Bu da iddiaçıların tələbinin əsassız olduğunu göstərir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehlər məhkəmə qətnaməsi əsasında mübahisə predmeti olan torpaq sahəsinə dair adlarına çıxarış verilməsi barədə müvafiq orqana müraciət etsələr də, hələ adlarına çıxarış verilməyib. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (həmçinin digər iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızının etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətlərini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualna cavab olaraq bildirmişdir ki, iş üzrə qətnamə qəbul edildikdən sonra torpaq sahəsi onların istifadəsindədir. Həmçinin bildirmişdir ki, mübahisəli torpaq sahəsi naturada paylara uyğun bölünməmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iki apellyasiya şikayəti üzrə qətnamə bütövlükdə mübahisələndirilmişdir Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarına əsasən JN 0037 KOD 61018018 saylı Dövlət Aktı ilə İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 Yusif qızı və mərhum X9 Bərdə rayonu Otuzikilər kəndi ərazisində 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi adları qeyd olunan şəxslərin ümumi birgə mülkiyyətindədir. İddiaçılar həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Bununla yanaşı müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(104)-1003/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə JN 0037 saylı KOD nömrəsi 61018018 olan Dövlət Aktı ilə X14, İddiaçı2 Yusif qızı, İddiaçı1, X17, X16 və X7 adlarına mülk kimi qeydə alınmış Bərdə rayonu Otuzikilər kəndi əraizisində yerləşən 3,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X3 payına düşən 1/6, yəni 0,516 hektar hissəsinə münasibətdə mərhum X13 ilə Cavabdeh1 və X32 arasındakı alqı-satqı müqaviləsi 15 iyul 2002-ci il tarixdə bağlanmış hesab edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 154.1, 157.2 və 157.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84 -cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 144.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(104)-1003/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin torpaq sahəsinin iddiaçıların mərhum atası X3 payına düşən 1/6, yəni 0,516 hektar hissəsinə münasibətdə mərhum X13 ilə cavabdehlər Cavabdeh1 və X32 arasındakı alqı-satqı müqaviləsi 15 iyul 2002-ci il tarixdə bağlanmış hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 3.0966 ha torpaq sahəsinin 1/6 hissəsinə, yəni 0,516 hektar hissəsinə hazırda cavabdehlər Cavabdeh1 və X27 qanuni gözlənilən mülkiyyət hüquqları vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin 0,516 hektar hissəsinə dair cavabdehlərin payları naturada müəyyən edilməmişdir. Yəni tərəflərin mülkiyyətlərində olan torpaq sahəsinin onlara aid hissədə koordinatları müəyyən deyil. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Bərdə rayonu Otuzikilər kəndində yerləşən mübahisəli torpaq sahəsinin 1/6 hissəsinə, yəni 0,516 ha hissəsinə hazırda cavabdehlər Cavabdeh1 və X27 qanuni gözlənilən mülkiyyət hüquqları olduğundan onların həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirməsi qanunsuz hərəkət hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Hazırkı mərhələdə isə cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyənləşdirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülkiyyətçilər ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri təqdirdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırkı iddianın təmin edilməməsi iddiaçıların həmin iddia ilə məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. Azərbaycan Respublikasının MPM-nin 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1. maddəsinə əsasən, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X19 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(021)-466/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızının cavabdehlər X19 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar