Məhkəmə qərarları › İş №2(104)-390/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-390/2023

21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-390/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Şəmkir Rayon Notariat Kontoruna və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə, X18 və X19 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpaq sahəsindən çıxarılmatələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı2, Cavabdehlər Cavabdeh5, Cavabdeh3 və X20 (sonuncu prosesə gəlməmişlər) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X27, Cavabdeh7 və Şəmkir Rayon Notariat Kontoruna və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə, X18 və X19 qarşı “01 may 2007-ci il tarixli, 4Ə-02-162 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işüzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1186/2022saylı mülki iş üzrə 24 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindənverilmiş apellyasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 adına Şəmkir rayonu, Muxtariyyat kəndində yerləşən 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. 2.İş materiallarında olan Gədəbəy RİHB Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 şəhər İƏD üzrə nümayəndəliyinin 29 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 61-ci səhifəsində qeyd edilmişdir.

3. İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli Ölüm haqqında arayışdan görünür ki, X28 xx.xx.2014-cü il tarixə Şəmir şəhərində vəfat etmişdir. 4.İş materiallarında olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli Ölüm haqqında arayışdan görünür ki, X36 xx.xx.1996-cı il tarixə Şəmir rayon Qədimqala kəndində vəfat etmişdir. 5.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, JN-196 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6 və X22 adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeyd edilmişdir. 1.76 ha torpaq sahəsi bütövlüklə Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-02-162 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmişdir. 6.İş materiallarında olan JN-196 KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu AİK-nın xx.xx.1998-cı il tarixli qərarı ilə Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6 və X22 ümumi birgə mülkiyyətinə verilmişdir. 7.İş materiallarında olan xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, Cavabdeh6 JN-196 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən onlara məxsus Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3500 manata X1. 8.İş materiallarında olan Şəmkir rayon İHB Muxtariyyat kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışın surətindən görünür ki, X11 rayonu, Muxtariyyat kəndində ailə üzvləri Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6 və X29 ilə birlikdə yaşayır.

9. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh3dur, anası X12r.

10. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh3dur, anası X12r. 11.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4/1246 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, 4ə-02-162 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 01 may 2007-ci il tarixli müqavilədə “imzalar:3.” qrafasındakı imza və “həcənova” soyadı-İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4ə-02-162 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 01 may 2007-ci il tarixli müqavilədə “imzalar:5.” qrafasındakı imza və “İmanova C” soyadı – İddiaçı2 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. 12.İş materiallarında olan Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 25 fevral 2020-ci il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində vəfat etmiş X3 qalmış mirasa Şəmkir rayonu notariat ofisində 26 avqust 2020-ci il tarixdə 2V-700 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, arvadı Şəmkir rayonu, Muxtariyyət kəndində yaşayan Cavabdeh7 (AZE 15608975, xx.xx.2015, Asan- Gəncə) vərəsə tanınmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, JN 196 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilən, Şəmkir rayonu Muxtariyyət (indiki Qədimqala) kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 01 may 2007-ci il tarixli, 4Ə-02-162 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş, ona 1.1269 ha hissəyə dair 06 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 0.3050 ha hissəyə dair 06 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.3289 ha hissəyə dair 06 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunun 28 fevral 2018-ci il tarixli, 4Ə-401 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 1.1269 ha hissə X13 adına özgəninkiləşdirilmiş və ona 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunun 03 oktyabr 2018-ci il tarixli, 4Ə-1921 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında 0.3050 ha hissə X17 adına özgəninkiləşdirilmiş və ona 27 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məktuba əlavə edilmiş ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 1.1269 ha olan torpaq sahəsini X14 4000 manata satmışdır. Məktuba əlavə edilmiş ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0.305 ha olan torpaq sahəsini X14 5000 manata satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Şəmkir Rayon Notariat Kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı iddia ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, X28 ilə X8 arasında Şəmkir rayon Notariat Kontorunda qeydə alınmış 01 may 2007-ci il tarixli 4Ə-02-162 reyestr saylı alqı-satqı müqaviləsinin etbarsız hesab olunmasını, Cavabdeh7 həmin torpaq sahəsindən çıxarılmasını, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun, 530 manat vəkil xidmət haqqının alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

15. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər onların yaxın qohumlarıdıdr. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 24 fevral 1998-ci il tarixli 48 nömrəli qərarı ilə onlara ailə olaraq Şəmkir rayonunun Muxtariyyat kəndi (indiki, Qədimqala kəndi) ərazisində 1.76 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahələri bir neçə hissə olmaqla, müxtəlif ərazilərdə yerləşir. Bir neçə gün bundan əvvəl onlar istəmişlər ki, torpaq sahələrinə görə mülkiyyət hüququna dair Çıxarış əldə etsinlər və bu zaman onlara məlum olmuşdur ki, onların torpaqları satılıb. Onlar notariat orqanına getməmişlər. Torpaq sahələrini heç kimə satmamışlar. Digər cavabdeh Şəmkir rayon Notariat Kontoru hansı hüquqi əsasla belə bir müqavilə qeydə alıb, bu onlara məlum deyildir. Bu səbəbdən də onlar hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, qeyd olunan alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Eyni zamanda cavabdeh X9 vəfat etdiyindən həmin torpaq sahəsindən mərhumun arvadı Cavabdeh7 istifadə edir. Həmin istifadəni və alqısatqını qanunsuz hesab edirlər. Çünki mübahisəli torpaq sahəsi paylı mülkiyyətdədir və onlar torpaq payını heç kimə satmamışlar. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər və istəyirlər ki, qeyd olunan torpaq sahəsinə dair alqısatqı müqaviləsi etibarsız hesab olunsun və Cavabdeh7 həmin torpaq sahəsindən çıxarılsın. X10 vəfat edib. Hesab edirlər ki, müqavilə onların hüquqlarını pozur və onları mülkiyyətində olan əmlakdan məhrum edir. Buna görə də hesab edirlər ki, həmin müqavilə etibarsız hesab olunmalı, Cavabdeh7 həmin torpaq sahəsindən çıxarılmalıdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Əlavə olaraq bildirirlər ki, X10 2014-cü ildə vəfat edib.

16. Mülki iş məhkəmənin icraatında olarkən X18 və X24 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

17. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd edilən torpaq sahəsinin başqa şəxslərə satılması, hazırda kimin mülkiyyətdində və istifadəsində olması barədə onda heç bir məlumat olmadığını bildirmişdir.

18. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd edilən torpaq sahəsinin başqa şəxslərə satılması, hazırda kimin mülkiyyətdində və istifadəsində olması barədə onda heç bir məlumat olmadığını bildirmişdir. 19.Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 onun ailə üzvləridir. Onun, uşaqlarının və yoldaşının torpağını anaları X7. İddiaçı1 də öz torpağını satmış və pulunu almışdır. Lakin Samirə alqı-satqı müqaviləsini imzalamayıb belə ki, onun torpağını anası satmışdır. Tahirə özü ona demişdir ki, o pulu alıb və imza çəkib. Lakin Samirənin əvəzinə anası imza çəkib və torpağını satıbdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilən torpaq sahəsinin başqa şəxslərə satılması, hazırda kimin mülkiyyətdində və istifadəsində olması barədə onda heç bir məlumat olmadığını bildirmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Şəmkir Rayon Notariat Kontoruna, üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə, X14 və X19 məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iş üzrə qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

21. Əvvəlki məhkəmə iclasında iştirak Cavabdeh7 izahatında bildirmişdir ki, X8 onun mərhum əridir. X4 ilə X28 və qeyriləri arasında Şəmkir rayon Notariat Kontorunda qeydə alınmış 01 may 2007-ci il tarixli 4Ə-02-162 reyestr saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Onun həmin torpağın alınmasından xəbəri yoxdur. Mərhum Əri X2 həmin torpaq sahəsini satmışdır, lakin kimə satmasında onun xəbəri yoxdur. İddiaçıların göstərdikləri torpaq sahəsi ərindən ona miras qalmamışdır və onun istifadəsində deyil. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

22. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1186/2022 saylı mülki iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, JN-196, KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-ında göstərilən Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6, X29 ilə X8 arasında 01 may 2007-ci il tarixdə Cavabdeh2 bağlanılmış, 4Ə-02-162 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi, ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı2 verilməsi, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 55 (əlli beş) manat hissəsinin İddiaçı1, 55 (əlli beş) manat hissəsi isə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.2, 152, 182.1, 213.1, 213.2, 218, 222.1, 324.1, 325.3, 337.1, 337.2, 337.4, 337.5, 646.1, 646.2, 650-ci maddələrinəvə Mülki Prosessual Məcəllənin 14.2, 77.1,217.3 və 217.4-cümaddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

24.Cavabdeh7 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1186/2022 saylı mülki iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, mərhum həyat yoldaşı X8 xx.xx.2007-ci il tarixdə X25 və onun ailə üzvlərinə məxsus Şəmkir rayonu Muxtariyyət kəndində yerləşən 1.76 ha torpaq sahəsini 3500 manata satın almışdır. Həmin torpaq sahəsini satın aldıqdan sonra 10 il müddətində istifadə etmişlər. Mərhum həyat yoldaşının xəstəliyi ilə əlaqədar həmin topaq sahəsini başqa şəxslərə satmışlar. Qeyd etmişdir ki, iddiaçıların həmin torpaq sahəsinin onlara satılmasından məlumatları olmuşdur. İddiaçıların 15 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmələri əsassızdır. İş materiallarından da görünür ki, hazırki mübahisə üzə tərəflər arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, razılaşdırılmış məbləğ tərəfə ödənilmişvə mübahisəli torpaq sahəsini əvəzli olaraq əldə etmişlər. Lakin, həmin müqavilə imzalanan zaman digər paylı mülkiyyətçi İddiaçı2 əvəzinə başqa şəxsin imza etməsinə nəzarət etmək mərhum Kəmaləddin Mustafayevin deyil, həmin müqaviləni təsdiq edən notariusun vəzifəsi olmudur. Eləcə də, İddiaçı2 uzun müddət susması mərhum Kəmaləddin Mustafayevdə müqavilənin tam şəkildə etibarlı olması qənaətini formalaşdırmışdır. Hazırda İddiaçı2 iddia ərizəsində alıcının hüquqlarının ona keçməsini deyil, onun razılığının alınmamasına görə müqavilənin formal əsaslarla etibarsızlığını tələb etmişdir ki, bu isə həmin müqavilənin tamamilə etibarsızlığına əsas ola bilməz. Hesab edir ki, məhkəmə onun dövlət tərəfindən qorunan hüquqlarını pozaraq əsassız və qanunsuz qətnamə qəbuletmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki iddia tələbi qanunla nəzərdə tutulmuş qaydada 1 il müddətində deyil,15 il sonra verilmişdir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbuledilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz eydiyini bildirərək qeyd etdi ki, o, kiçik yaşlarında olarkən anası başqa şəxslə ailə quraraq başqa yerə köçdüyündən ona ana nənəsi X28 baxmış və iddia ərizəsində cavabdeh qismində göstərdikləri onun ailə üzvləri - dayısı, xalası, dayısının arvadı və oğludur. Həmin şəxslərlə birlikdə yaşamış və mübahisəli torpaq sahəsi 1998-ci ildə onlara verilmişdir. Lakin onun həmin torpaq sahəsinin verilməsindən məlumatı olmamışdır. 2002-ci ildə ailə quraraq ərinin yaşadığı evə köçmüşdür. 2015-ci ildə ərinin adına sosial müavinət alması üçün müraciət etdikdə adına torpaq sahəsinin olmasından məlumatı olmuş, bu bardə dayısı Cavabdeh3 soruşduqda sonuncu həmin torpaq sahəsinin Kəmaləddin Mustafayev adlı şəxsə satıldığını bildirmişdir. Bu səbəbdən Kəmaləddin Mustafayevə müraciət etdikdə isə, o, həmin torpağı 10 ildən artıq müddətdir ki aldığını, mübahisəsini onun özünün ailə üzvləri ilə həll etməli olduğunu bildirmişdir. Bundan sonra dəfələrlə torpaq sahəsinin ona verilməsini dayısından və digər ailə üzvlərindən tələb etsə də, məhkəmədə iddia qaldırmamışdır. Daha sonra sosial müavinət üçün 2016-cı ildə yenidən sosial müavinət üçün müraciət etdikdə, bir daha onun adına torpaq sahəsi olduğu üçün onlara sosial müavinətin düşmədiyini bildirmişlər. Sonra yenə də torpağının ona geri verilməsini dayısı Cavabdeh3 və Kəmaləddin Mustafayevdən tələb etmiş və 2017-ci ildə ona konkret olaraq bildirilmişdir ki, 2007-ci ildə satılmış torpaq sahəsi ona qaytarılmayacaqdır. Nəhayət 2021-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Məhkəmənin əvvəlki iclasına cavabdehlər Cavabdeh5, Cavabdeh3 və X27 gəlmiş, Cavabdeh5 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar və iş üzrə digər iddiaçı və cavabdlər məhkəməyə gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan RespublikasınınMPM-in) 376.2-ci maddəsinə əsasən, hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29.Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və yaxitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir.

31. Maddə 337.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 33.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqinəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 34.Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Prosessual hüquq normaları

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

35. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apellyasiya baxışının hədləri

38. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

45. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmədə iştirak etmiş apellyatoru və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, iddianın qismən təmin edilmiş- JN-196, KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-ında göstərilən Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6, X29 ilə X8 arasında 01 may 2007-ci il tarixdə Cavabdeh2 bağlanılmış, 4Ə-02-162 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi və ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin Cavabdeh5 alınaraq İddiaçı2 verilməsi, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 55 (əlli beş) manat hissəsinin Cavabdeh5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli və Cavabdeh5 məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidir.

46. Belə ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, Şəmkir rayonu AİK-nın xx.xx.1998-cı il tarixli qərarı ilə Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6 və X22 ümumi birgə mülkiyyətinə verilmiş və JN-196 KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. JN 196 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilən, Şəmkir rayonu Muxtariyyət (indiki Qədimqala) kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 01 may 2007-ci il tarixli, 4Ə- 02-162 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 3500 manata X5 adına özgəninkiləşdirilmiş, ona 1.1269 ha hissəyə dair 06 noyabr 2017-ci ii tarixli, ********** qeydiyyat nömrəli, 0.3050 ha hissəyə dair 06 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.3289 ha hissəyə dair 06 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunun 28 fevral 2018-ci il tarixli, 4Ə-401 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 1.1269 ha hissə X13 adına özgəninkiləşdirilmiş və ona 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunun 03 oktyabr 2018-ci il tarixli, 4Ə-1921 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında 0.3050 ha hissə X17 adına özgəninkiləşdirilmiş və ona 27 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıların və onların ailə üzvlərinin JN-196 KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə birgə mülkiyyətlərində olmuş Şəmkir rayonu Muxtariyyət (indiki Qədimqala) kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair Cavabdeh2 xx.xx.2007-ci il tarixdə, 4Ə-02-162 nömrə ilə reyestrində qeydə alınmış alqı-satqı müqaviləsində imza İddiaçı2 tərəfindən icra edilməmiş və bu hal proses iştirakçılarının izahatları ilə yanaşı iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizanın rəyi ilə təsdiq olunmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən iddia həmin hissədə təmin edilərək alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. 47.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. Kollegiya göstərir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

49. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

50. Hazırki işdə İddiaçı2 özünün izahatından məlum olur ki, o, ona məxsus torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin onun razılığı olmadan 2007-ci ildə satıldığı barədə 2015-ci ildən məlumatı olduğu halda, bu barədə bildikdən uzun müddət sonra, yəni 13 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericlikdə nəzərədə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Həmin müddətin keçməsi isə iddiaçının hüququnun xitamına səbəb olur.

51. Beləliklə, kollegiya hesab edir ki, baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində maddi hüquq normalarının pozulması ilə, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən və işin faktiki hallarına görə irəli sürülmüş iddia tələbinin təmini üçün qanuni əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, iddianın qismən təmin edilmiş- JN- 196, KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-ında göstərilən Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6, X29 ilə X8 arasında 01 may 2007-ci il tarixdə Cavabdeh2 bağlanılmış, 4Ə-02-162 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi hissəsində ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh5 qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən və ona qarşı irəli sürülən iddia əsassız sayıldığindan, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya belə qərara gəlir ki, qətnamə ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin Cavabdeh5 alınaraq İddiaçı2 verilməsi, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 55 (əlli beş) manat hissəsinin Cavabdeh5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1186/2022 saylı mülki iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilmiş, JN- 196, KOD 50411028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-ında göstərilən Şəmkir rayonu, Muxtariyyət kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı X28, Cavabdeh3, İddiaçı1, Cavabdeh4, X21, Cavabdeh5, X37, Cavabdeh6, X29 ilə X8 arasında 01 may 2007-ci il tarixdə Cavabdeh2 bağlanılmış, 4Ə-02-162 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi və ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin Cavabdeh5 alınaraq İddiaçı2 verilməsi, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 55 (əlli beş) manat hissəsinin Cavabdeh5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıarılaraq, iddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdeh5 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə ApelyasiyaMəhkəməsivasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar