Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-398/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra lpo ASC LƏSF), “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər lpo Cavabdeh1 ASC-nin LƏSF-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2*23-cü il tarixli, 2(125)-4238/2*23 nömrəli qətnaməsindən Cavabdeh1 ASC LƏSF tərəfindən verilmiş apellyasiya şikayətinə *6 mart 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)- 3499/2*15 nömrəli qətnaməsi ilə, iddiaçıdan əsas borc üzrə 229*8*,74 (iki yüz iyirmi doqquz min səksən manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx beş min dörd yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Tecnique" ASC-nə ipoteka qoyulmuş iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiyməti 38**** (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat borc, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının iddiaçı “Bank Tecnique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-1*54/2*23 nömrəli, 24.*1.2*23-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2*22-ci il tarixli, 2(**5)- 16*2/2*22 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Xammal və X9 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək’' MMC tərəfindən 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokol və 27.11.2*2*-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə etibarsız hesab edilmiş, Əmanətlərin Sığortalanması fondu LPO Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmış *8.1*.2*21 -ci il tarixli, 2*1*13**3481- 1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər lpo Cavabdeh1 Açıq ASC LƏSF-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsinə və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan azad edilərək ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bundan sonra iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Biriası “Külək" MMC-nin 27.11.2*2*-ci il tarixli, 52/*1-*1 nömrəli ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokoluna və 27.11.2*2*-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ipoteka predmeti 24225* manata Ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Bunun əsasında həmin cavabdehin adına *8.1*.2*21-ci il tarixli, 2*1*13**3481-1*3*1 reyestr nömrəli, 1521*2363* qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozularaq qanunsuz hərrac keçirilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya hər hansı məlumat verilməmiş, hərrac iki dəfə keçirilməli olduğu halda bir neçə dəfə keçirilmişdir. Hərracın iki dəfədən artıq keçirilməsində məqsəd ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakı ucuz qiymətə alsınlar. İpoteka predmeti olan Gəncə şəhəri, Cavadxan küçəsində *.*328 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin olaraq hərracda qiyməti 38**** manat, İpoteka predmetinin təkrar satış qiyməti 323*** manat, sonuncu satış qiyməti isə 24225* manat olmuşdur. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *2.11.2*15-ci il tarixli 2(*44)-3499/2*15 saylı icra vərəqəsinə əsasən İddiaçı əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə (dəbbə) üzrə 3** manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma öhdəliyin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin yaşayış evi açıq hərracdan satılmalı, ilkin satış qiyməti 38**** manat dəyərində qiymətləndirilməli, həmin evin dəyərindən qeyd edilən tələb üzrə məbləğ iddiaçı "Bank Technique” ASC-nin xeyrinə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılmalı və Gəncə şəhəri Nizami rayonu, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra X2, X1, X3, X4 həmin yaşayış evindən çıxarılmalı və yaşayış evi boşaldılmalıdır.
6. Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2*23-cü il tarixli, 2(125)-4238/2*23 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 27.12.2*12-ci il tarixli ipoteka müqaviləsi və *7.*1.2*13-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi, cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1** (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə *4/2*22 nömrəli, 14 dekabr 2*22-ci il qərardadının 22-ci bəndində, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 82.3, 119.1, 216-22*, 227 və 36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 ASC LƏSF apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2*23-cü il tarixli, 2(125)-4238/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 nömrəli qətnaməsi ilə, iddiaçıdan əsas borc üzrə 229*8*,74 (iki yüz iyirmi doqquz min səksən manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx beş min dörd yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Tecnique" ASC-nə ipoteka qoyulmuş iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiyməti 38**** (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat borc, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının iddiaçı “Bank Tecnique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün bu barədə icra vərəqəsi yazılmışdır. İcra vərəqəsini icrası ilə əlaqədar 3*.*3.2*16-ci il və 11.*5.2*16-cı il tarixlərində keçirilən hərracların nəticəsi olaraq, Bank tərəfindən *6.*6.2*16-cı il tarixində "xxxx" MMC-yə ünvanlanmış *1/2*22 saylı məktubda ipoteka predmeti olan əmlakın alınmasına razılıq bildirilmişdir. Lakin, hərracın hərəkətsizliyi nəticəsində Bank əmlak hüquqlarından məhrum edilmişdir. Qanunvericiliyin qeyd olunan 3* gün müddətinin tətbiq olunmasında əsas meyar kimi ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsin də vaxt itkisi ilə üzləşməyinin qarşısını almağdan ibarətdir. Bank tərəfindən ipoteka predmeti olan əmlakın alınmasına dair bildiriş ünvanlansa da hərrac təşkilatı tərəfindən həmin müraciət baxılmamış qalmışdır. Bank sonuncu hərracın keçirilməsindən 3* təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
12. İş üzrə cavabdehlər lpo Cavabdeh1 ASC-nin LƏSF, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhəri 2 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
14. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
16. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 3* təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
17. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 45. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2*22-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
29. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
35. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
36. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 nömrəli qətnaməsi ilə, iddiaçıdan əsas borc üzrə 229*8*,74 (iki yüz iyirmi doqquz min səksən manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx beş min dörd yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Tecnique" ASC-nə ipoteka qoyulmuş iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiyməti 38**** (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 27483*,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat, altmış iki qəpik) manat borc, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının iddiaçı “Bank Tecnique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün bu barədə icra vərəqəsi yazılmışdır. İcra sənədi könüllü icra olunmamışdır. Daha sonra icra vərəqəsinin icrası ilə əlaqədar 3*.*3.2*16-ci il və 11.*5.2*16-cı il tarixlərində keçirilən hərracların nəticəsi olaraq, Bank tərəfindən *6.*6.2*16cı il tarixində "xxxx" MMC-yə ünvanlanmış *1/2*22 saylı məktubda ipoteka predmeti olan əmlakın alınmasına razılıq bildirilmişdir. Lakin, hərracın hərəkətsizliyi nəticəsində Bank əmlak hüquqlarından məhrum edilmişdir. Daha sonra hərracın hərəkətsizliyi nəticəsi olaraq Bank yenidən hərrac təşkilatına müraciət etmiş və əmlakın ona verilməsini tələb etmişdir. 27.11.2*2*-ci il tarixli protokol tərtib olunmuş və ipoteka predmeti 242.25* manata tələbkara satılmışdır. Bunun əsasında tələbkara *8.1*.2*21-ci ildə çıxarış verilmişdir. Qanunvericiliyin qeyd olunan 3* gün müddətinin tətbiq olunmasında əsas meyar kimi ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsin də vaxt itkisi ilə üzləşməyinin qarşısını almağdan ibarətdir. Bank tərəfindən ipoteka predmeti olan əmlakın alınmasına dair bildiriş ünvanlansa da göründüyü kimi, hərrac təşkilatı tərəfindən həmin müraciət baxılmamış qalmışdır. Bank sonuncu hərracın keçirilməsindən 3* təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün deyildir.
38. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 1*6.3-cü maddələrində göstərilən hallar təşkil edir.
39. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
40. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
41. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
42. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
43. MPM-in 8*, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
44. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Göründüyü kimi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *2.11.2*15-ci il tarixli, 2(*44)-3499/2*15 nömrəli qətnaməsi ilə, iddiaçıdan əsas borc üzrə 229*8*,74 manat, faiz borcu üzrə 45449,88 manat, cərimə (dəbbə) 3** (üç yüz) manat, cəmi 27483*,62 manat, 3* manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 3* manat xidmət haqqının cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq, keçən müddət ərzində həmin mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən kredit borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə qətnamə 2*15-ci ildən heç bir əsas olmadan icrasız qalmışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, kredit borcunun ödənilməməsi məsələsinə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmişdir.
45. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
46. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
48. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 1** manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1, 372.1, 382, 384.*.2, 385.1, 382, 388, 393 4*3.1 və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 sentyabr 2*23-cü il tarixli, 2(125)-4238/2*23 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər lpo Cavabdeh1 ASC-nin LƏSF-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Ofisinə qarşı fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.