Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-398/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Müşafiq oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan yaşayış evinin naturada ayrılaraq real bölgünün aparılması və mülkiyyətindən istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Ağstafa rayonunun Eynallı kəndində yerləşən yaşayış evinin paylara uyğun şəkildə, yəni 1/2 hissəsini ona, digər 1/2 hissəsini isə cavabdehə verilməsi, naturada ayrılması və mülkiyyətindən istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı (hakim Heyran Mürsəlova) ilə, vəsatətin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı İddiaçı adına xx.xx.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01-10301 olan Çıxarış və qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01 olan Çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-(114)- 4847/2024 saylı işə baxılıb qurtarana və yekun məhkəmə aktı qəbul olunanadək hazırki mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Müşafiq oğlu şikayət verərək, qərardadın ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, o, Ağstafa rayon məhkəməsinin icraatında olan işlə Gəncə İnzibati məhkəməsinin icraatında olan iş arasında səbəb və əlaqəni ayırd etmək lazımdır. Çünki, hazırda mübahisə etdiyi iş üzrə iddiaçı və cavabdeh olan şəxslər, İnzibati məhkəmənin icraatında olan iş ürzə isə iddiaçı və üçüncü şəxslər olaraq keçirlər. Həmin maddəyə istinad edilməsi düzgün deyildir. İşə baxan məhkəmə tam olaraq araşdırmamışdır ki, həmin işə inzibati məhkəmənin icraatında, baxılan zaman hazırki iş üzrə İddiaçı inzibati məhkəmədə isə üçüncü şəxs olaraq cəlb edilibdir. Amma ki, həmin işə inzibati məhkəmədə baxıla bilməz, çünki çıxarış inzibati akt olaraq sayılmır, çıxarış, özü-özlüyündə daşınmaz əşya ilə bağlı hüququn yaranması və ya xitam olunması baxımından hər hansı hüquqi bir funksiyaya malik deyildir. Bu səbəbdən işin formal qayadada uzadılması yol verilməzdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı İddiaçı adına xx.xx.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01-10301 olan Çıxarış və qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01 olan Çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-(114)-4847/2024 saylı işə baxılıb qurtarana və yekun məhkəmə aktı qəbul olunanadək hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. Lakin, göstərilənləri nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. İşin faktiki hallarından görünür ki, iddiaçı naturada ayrılmasını tələb etdiyi onun adına verilmiş xx.xx.2024-cü il tarixli, Qeydiyyat nömrəsi ********** olan, Daşınmaz əmlakın reyestr nömrəsi **********01-10301 olan Çıxarışla Ağstafa rayonu, Eynallı kəndində yerləşən yaşayış evidir. Həmin çıxarış isə cavabdeh tərəfindən Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Belə ki, cavabdeh İddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Ağstafa rayonu, Eynallı kəndində yerləşən yaşayış evi və torpaq sahəsi üzrə İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, Qeydiyyat nömrəsi ********** olan, Daşınmaz əmlakın reyestr nömrəsi **********01-10301 olan çıxarış və torpaq barəsində eyni tarixli Qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın reyestr nömrəsi **********01 olan Çıxarışın etibarsız hesab olunaraq, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən İddiaçı da xx.xx.2024-cü il tarixli qərardadla zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində həmin işə cəlb edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2890/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-616/2023 nömrəli iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin qeyd olunan qərarından məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-616/2023 nömrəli iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, Rzayev Əşrəf Rza oğlu və X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra isə İddiaçı qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla, Ağstafa rayonu Eynallı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin və onun üzərində yerləşən dərdi yaşayış evini ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01-10301 nömrəli və qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01 olan çıxarış almışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in)139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsasdır. Göründüyü kimi, qanuni qüvəyyə minmiş məhkəmə aktı əsasında hazırki iş üzrə tərəflər olan İddiaçı və Cavabdeh mübahisə predmeti olan Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsindən miras payları müəyyən edilmiş və iddiaçı da (ona düşən payını) daşınmaz əmlak üzərində olan hüquqlarını qeydiyyata aldırmaqla müvafiq çıxarışlar əldə etmişdir. Halbuki, cavabdehin mübahisəli torpaq üzərində ailə üzvlərinin payının tanınmadığı üçün inzibati icraat qaydasında daşınmaz əmlakın qeydiyyata alınması barədə çıxarışın ləğvini mübahisləndirməsi hazırki işin icraatının dayandırılmasına zəmin yaratmır. Çünki, sonuncunun vəsatətdə qeyd etdiyi ailə üzvlərinin yuxarıda qeyd olunmuş qanuni qüvvəsini almış məhkəmə qərarında torpaq sahəsindən miras payının verilməsi və ya bölünməsi qeyd olunmamışdır. Hansı ki, həmin qərarla yalnız 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə miras payı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırda iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı İddiaçı adına xx.xx.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01- 10301 olan Çıxarış və qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********01 olan Çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsində qaldırdığı iddia hazırki mülki işin icraatının dayandırılmasına əsas olmamasını nəzərə almamış və qeyd edilən hallara düzgün qiymət verməyərək mülki işin icraatını dayandırmışdır. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Çünki, Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 372, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(015)-1164/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-398/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-398/2025
08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver