Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-399/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və X2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(062)-109/2022 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qovlar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 46 saylı qərarından çıxarışdan görünür ki, Qovlar Bələdiyyəsinin prespektiv inkişaf fondu üçün ayrılmış yonca yeri adlanan ərazidən miqyas xəritəsindən nəzərdə tutulmuş yerdən 0.07 ha həyətyanı torpaq sahəsi X1 qərara alınmışdır.
2. 14.04.2006-cı il tarixli şəhadətnamə aktından görünür ki, Qovlar Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarına əsasən X4 iştirakı ilə 0.07 ha torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinin 09 dekabr 2019-cu il tarixli 420 nömrəli arxiv arayışda göstərilmişdir ki, X7 rayon Dövlət arxivində saxlanılan sənədlərində qovlar bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarına əsasən Qovlar şəhər sakini X6 0.07 ha həyətyanı torpaq sahəsinin satılması göstərilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 636 kv.m-ə qədər hissəsi X2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd: X2 yerli baxış zamanı təqdim etdiyi yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 92 kv.m hissəsi üst-üstə düşür.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2022-ci il tarixli 10/4227 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 15 saylı Tovuz ərazi İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyində qeyd olunur ki, müraciətə əlavə edilmiş İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 636 kv.m-ə qədər hissəsi X2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd: X2 baxış zamanı təqdim etdiyi yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 92 kv.m hissəsi üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlar baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
6. Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixdə mübahisəli torpağa baxış keçirilməsinə dair protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhərində yerləşən yonca yeri adlanan ərazidə İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinantlar daxilində olan torpaq sahəsinin 636 kv.m-ə qədər hissəsi X2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür. X2 yerli baxış zamanı təqdim etdiyi yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinantlar daxilində olan torpaq sahəsinin 92 kv.m hissəsi üstüstə düşür. X2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi 1331kv.m, X2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə müraciətə əlavə edilmiş İddiaçı satılması göstərilən yerquruluşu planından çıxarışda qeyd olunan koordinantlar daxilindəki torpaq sahəsinin üst-üstə düşən hissəsi 636 kv.mdir. İddiaçı satılması göstərilən yerquruluşu planından çıxarışda qeyd olunan koordinantlar daxilindəki torpaq sahəsi 706 kv.mdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X3 qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus olan, Tovuz rayonu Qovlar şəhərində yerləşən “Yonca yeri” adlanan ərazidə yerləşən, Tovuz rayonu Qovlar Şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə ona satılmış 0,07 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Qovlar şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə ona Tovuz rayonu Qovlar şəhərində yerləşən “yonca yeri” adlanan ərazidə 0,07 ha torpaq sahəsi satılmışdır. Cavabdehə məxsus torpaq sahəsi ilə həmin torpaq sahəsi qonşuluqda yerləşir və sonuncu həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Ona görə də Tovuz rayonu Qovlar şəhərində yerləşən “yonca yeri” adlanan ərazidə yerləşən, Tovuz rayonu Qovlar şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə ona satılmış 0,07 ha torpaq sahəsindən cavabdeh X2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(062)-109/2022 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddianın qismən təmin edilməsi, Tovuz rayonu Qovlar şəhərində yerləşən “Yonca yeri” adlanan ərazidə yerləşən, Tovuz rayonu Qovlar Şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə İddiaçı satılmış 0,07 ha torpaq sahəsinin 636 kv metr hissəsindən X2 çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı və X2 hər birindən 25 (iyirmi beş) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona qanuni əsaslarla ayrılmış torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması anına qədər ona verilmiş torpaq sahəsinin hüquqi əsası olan (titul) sahibi sayılır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən tutulması iddiaçının mülkiyyət hüquqlarına müdaxilədir. Həm də bu müdaxilə əsassızdır. Çünki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/4227 saylı rəyi ilə müəyyən edilir ki, İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 636 kv metrə qədər hissəsi X2 istifadəsi kimi təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2 və 157.8-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü madələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Namazov Müşviq apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(062)-109/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddiaçının qeyd etdiklərinə əsasən qətnamə qəbul etişdir. Halbuki birinci instansiya məhkəməsində qeyd etdiyi kimi onun sözügedən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi və çoxillik meyvə ağaclarından ibarət bağlı var. O ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla ümumi təsərrüfatı idarə edirlər. Həyətyanı torpaq sahəsinə dair istifadə, sahiblik və sərəncam hüquqları ona məxsusdur. Qovlar Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı əsasında ona satılmış, 0.07 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən böyük əziyyət və zəhmətlə tikdirdiyi birotaqlı evinə çıxarış almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, sözügedən həyətyanı torpaq sahəsində bir otaqlı fərdi yaşayış evi tikdirmiş və bağ salmışdır. O ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla ümumi təsərrüfatı idarə edir. Qovlar Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı əsasında ona satılmış, 0.07 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən evə çıxarış almamışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, Tovuz rayonu Qovlar şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə ona Tovuz rayonu Qovlar şəhərində yerləşən “yonca yeri” adlanan ərazidə 0,07 ha torpaq sahəsi satılmışdır. Cavabdehə məxsus torpaq sahəsi ilə həmin torpaq sahəsi qonşuluqda yerləşir və sonuncu həmin torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Ona görə də, ona satılmış 0,07 ha torpaq sahəsinin həmin hissəsindən cavabdeh X2 çıxarılmasını istəyir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri 18 MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
24. Beləliklə, Tovuz rayonu Qovlar şəhər Bələdiyyəsinin 13 aprel 2006-cı il tarixli 46 saylı qərarı ilə İddiaçı Tovuz rayonu Qovlar şəhərində yerləşən “yonca yeri” adlanan ərazidə 0,07 ha torpaq sahəsi satılmışdır. Ekspertiza rəyindən görünür ki, müraciətə əlavə edilmiş İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 636 kv metrə qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin Cavabdeh baxış zamanı təqdim etdiyi yerquruluşu planında qeyd olunan torpaq sahəsi ilə İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 92 kv metr hissəsi üst-üstə düşür.
25. Cavabdeh apellyasiya şikayətinin dəlillərində işin faktiki hallarının, onun iş üzrə izahatının nəzərə alınmadığını bildirmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə və mübahisəli torpaq sahəsinə tərəflərin və mütəxəssisin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən İddiaçı satılması göstərilən torpaq sahəsinə dair yerquruluşu planında qeyd olunan koordinatlar daxilində olan torpaq sahəsinin 636 kv metrə qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh bu halı istisna edən hər hansı sübutu təqdim etməmişdir. Odur ki birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin edərək onun iddiaçının faktiki mülkiyyətində olan torpaq sahəsinin 636 kv.m hissəsindən çıxarılması qənaətinə gəlmişdir.
26. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(062)- 109/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
28. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(062)-109/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.