Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-4/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X12 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1336/2013 saylı, 25 iyul 2013-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X9, Cavabdeh4, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızı və X31 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı Çıxarışın surətindən görünür ki, Xanlar rayonu, Quşqara kəndində 0.209686 ha ehtiyyat fondu torpaq sahəsi xx.xx.2007-ci il tarixdə X14 adına qeydiyyat alınmışdır.
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı Çıxarışın surətindən görünür ki, Xanlar rayonu, Quşqara kəndində 0.509686 ha ehtiyyat fondu torpaq sahəsi xx.xx.2007-ci il tarixdə X14 adına qeydiyyat alınmışdır.
3. xx.xx.2012-ci il tarixli, AN-İ ******* (4Ə-3-836) saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X4 rayonu, Quşqara kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus 0,209686 ha torpaq sahəsini 20.000 manat müqabilində İddiaçı satmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, Seriya № ******* (reyestr nömrəsi **********28) çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və həmin hüquq Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsinin əsas göstəriciləri İddiaçı adına tərtib edilmiş, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin cizgisi öz əksini tapmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2149/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsi cavabdeh X18 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0497, KOD 50806018 saylı Dövlət Aktına əsasən cavabdehin mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0,51 ha hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdehin mülkiyyətində bələdiyyənin 21 noyabr 2005-ci il tarixli, 54a saylı qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0,80 ha torpaq sahəsinin saxlanılması tələbi Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)- 358/2010 nömrəli qətnaməsi ilə (hakim E.X.Həsənova) təmin edilmiş, X2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07 aprel 2006-cı il tarixli, JN-0491 nömrəli Dövlət aktı 0,72 ha torpaq sahəsi üzrə və X14 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovdan və V.İ.Məlikovdan ibarət tərkibdə) qətnamədən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “X14 adına verilmiş torpağın mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 nömrəli Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuş, həmin qərardaddan üçüncü şəxslər Cavabdeh1, İsgəndərova Qətibə Cumalı qızı, X31 və X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilmiş və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdeh X18, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X14 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
7. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamından görünür ki, Gəncə şəhəri sakini Cavabdeh1 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 42 №li sahəsində Cavabdeh1 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş və 06.06. 2012-ci il tarixdə fərdi yaşayış evinin eskiz layihəsi Gəncə şəhərinin baş memarı tərəfindən razılaşdırılmışdır.
8. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 1173 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 42 №li sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş ümumi sahəsi 302.0 kv.m, 112.4 kv.m yaşayış sahəsi, 58.6 kv.m zirzəmi, 145.5 kv.m mansard, 4.0 kv.m həyət tikilisindən barət fərdi yaşayış evi qeydə alınmışdır.
9. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, 20 Yanvar küçəsi, 121 №-li evdə yaşayan İsgəndərova Qətibə Cumalı qızının müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 43 №li sahəsində İsgəndərova Qətibə Cumalı qızı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir.
10. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai pr., bina 151, mənzil 18-də yaşayan X20 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 41 №li sahəsində X31 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir.
11. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamından görünür ki, Gəncə şəhər sakini Cavabdeh4 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 44 №li sahəsində Cavabdeh4 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir.
12. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Xəmsə küçəsi, 41 №li evdə yaşayan X3 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti bölməsinin rəyini nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 40 №li sahəsində X9 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. 13. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1-5(84)-835/2012 saylı qərarından görünür ki, X18 məxsus 0,209686 ha torpaq sahəsinin yerində müəyyən olunaraq müayinə edilməsi və torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olubolmamasına dair arayışın (Forma-1) verilməsi vəzifəsi səlahiyyətləri daxilində Azərbaycan Respublikası DT və XK-nin Göygöl rayon şöbəsinə və Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə həvalə olunmuşdur.
14. Apellyasiya instansiyasında birinci icraat zamanı Gəncə Apellyasiya Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qərardadı ilə əldə edilmiş Azərbaycan Respublikası DT və XK-nin 06 may 2014-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, (DT və XK-nin Hüquq şöbəsinin böyük məsləhətçisi yerquruluşu mühəndisi Etibar Əliyev tərəfindən verilmiş rəy) **********28 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə və ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamı ilə İsgəndərova Qətibə Cumalı qızına, 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamı ilə Cavabdeh1, 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamı ilə Cavabdeh4, 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamı ilə X5 və 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamı ilə X25 Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Torpaq sahələri bötövlükdə üst-üstə düşür. İddiaçı məxsus olan torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahələri koordinatlarına uyğun olmaqla, “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 518-İVQ nömrəli Qanununa əsasən Göygöl rayonunun Quşqara kəndinin inzibati ərazisindən 450,24 hektar torpaq sahəsi Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 6 fevral tarixli 2704 saylı sərəncamı olmuş, həmin vaxtdan torpaq sahələri Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə aiddir.
15. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1531/2015 saylı, 23 noyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-83/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddiaçılar Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızının cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, X18, İddiaçı və Göygöl rayon Notariat Kontoruna qarşı DƏDRX-nin Gəncə Ərazi İdarəsinin cavabdeh F.Şərifovun adına verdiyi, qeydiyyat nömrəsi ********* olan, xx.xx.2007-ci il tarixli, MN (H) ******* saylı çıxarışın və xx.xx.2007-ci il tarixli AA 000426 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, cavabdeh F.Şərifovla İddiaçı arasında xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alğı-satqı müqaviləsinin və müqaviləyə əsasən İddiaçı adına verilmiş xx.xx.2013-cü il tarixli, **********28 nömrəli (Seriya RX 0157346) çıxarışın və həmin reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2015-ci il tarixli 2514 nömrəli rəyi ilə Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54A saylı qərarı ilə X18 alqı-satqı yolu ilə 0.80 ha torpaq sahəsinin satıldığı göstərilmişdir. Satılmış ərazi Yeni Gəncə qəsəbəsində “Əriklik” adlanan yeməkxanaşın şərq istiqamətindən yeməkxananın barısında “Məxməri” adlanan yeməkxana istiqamətində, “Əriklik” bağlarının şimal tərəfində mübahisəli torpaq sahəsindən kənarda, keçmişdə boş sahə olan kənd təsərrüfatına yararsız ərazidən verildiyi müəyyən edilir. Həmçinin həmin qətnamədə iş materialı kimi qeyd edilmiş DT və XK-nın Hüquq şöbəsinin böyük məsləhətçisi tərəfindən verilmiş rəydən görünür ki, RX ******* nömrəli çıxarışa həmin həmin çıxarışa əlavə edilmiş AA012420 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Göygöl rayonu, Quşqara kəndinə aid torpaqlarda İddiaçı mülkiyyətində olan 0.209686 ha torpaq sahəsi Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli 336 saylı sərəncamı ilə İsgəndərova Qətibə Cumalı qızına, 10 may 2012-ci tarixli 144 saylı sərəncamı ilə Cavabdeh1, 30 yanvar 2013cü il tarixli 54 saylı sərəncamı Cavabdeh4, 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamı ilə X5 və 27 iyun 2012-ci il tarixli 337 saylı sərəncamı ilə X25 Gəncə şəhəri, Əriklik bağı adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahəsinin kooerdinatları ilə üst üstə düşür. Torpaq sahələri bütövlükdə üst-üstə düşür.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2016-cı il il tarixli qətnaməsindən (sədrlik edən hakim Ə.A.Mirzəliyev, hakimlər A.K.Kalbalıyev və İ.R.Xələfovdan ibarət tərkibdə) görünür ki, Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızının kassasiya şikayətləri təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(cild 2, səh., 173 )
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 25/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh1, X5, Cavabdeh4, X31 və İsgəndərova Qətibə Cumalı qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər hazırkı iddiaçı və X19r) Göygöl rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət dair dövlət aktına əsasən 0,509686 ha torpaq sahəsinin X14 adına aparılmış dövlət reyestrində qeydiyyatının və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin İddiaçı adına aparılmış 2013-cü il 12 aprel tarixli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 96/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(083)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qərardan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.(cild 3, səh. 153)
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1025/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вə 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamların etibarsız sayılması tələbi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)2312/2017 nömrəli qərarı ilə (hakim F.C.Hüseynov), iddia tələbi təmin edilərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılmış, həmin qərardan cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və üçüncü şəxslər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı ayrıayrılıqda verdikləri apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)- 2312/2017 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı) qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2- 1(104)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Hazırkı iş üzrə birinci apellyasiya icraatı zamanı əldə edilmiş 19 iyul 2017-ci il tarixli, 10148 saylı ekspert rəyindən görünür ki, DƏDRX-nin RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən İddiaçı məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilmişdir. Belə ki, İddiaçı məxsus **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə iddia etdiyi ərazinin koordinatları üst-üstə düşdüyü müəyyən edilir. İddiaçı məxsus 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamı ilə İsgəndərova Qətibə Cumalı qızına verilmiş torpaq sahəsinin 500 kv.metri, 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsinin 500 kv.metri, 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamı ilə Cavabdeh4 verilmiş torpaq sahəsinin 113 kv.metri, 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamı ilə X5 verilmş torpaq sahəsinin 178 kv.metri və 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamı ilə X25 verilmiş torpaq sahəsinin 419 kv.metri üst-üstə düşdüyü müəyyən edilir. Həmin rəydən sonra hazırlanmış 10148/REV-1 saylı ikinci ekspert rəyi daxil olmuş və xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir ki, 19 iyul 2017-ci il tarixli, 10148 saylı ekspert rəyində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş rəyin məzmunu tam əhatə edilməmişdir. Rəyin nəticə hissəsində əvvəlki rəy üzrə 1-ci və 2-ci suallar üzrə müəyyən edilmiş nəticələr təkrarlanmışdır. Həmçinin “Eyni zamanda mütəxəssis rəyində göstərilmişdir ki, Xanlar Rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli, 54a saylı qərarı əsasında X18 0,80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş DT və XK-nin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN-497 saylı Dövlət Aktı tərtib edilmişdir. X35 2 konturdan 497A (0,20 ha) və 497 (0,60 ha) konturdan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0,51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X24 JN- 497 saylı Dövlət Aktında qeyd edilən 497D 0,51 ha torpaq sahəsindən 0,209686 ha hissəsini xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında 0,209686 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmilədirilmişdir. Məlumat üçün bildirilir ki, baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət aktında qeyd edilən 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hisəsi isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X14 mülkiyyətinə verilmiş 1,31 ha torpaq sahəsi üzərində düzəliş olunmuşdur.” Həmin rəy qanunla nəzərdə tutulmuş qaydada möhürlə təsdiq edilməmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsində icraat zamanı İddiaçı cavabdehlər X5 və Cavabdeh4 münasibətdə iddiadan imtina etməsi barədə ərizə təqdim etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə qəbul edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2 (044)- 1336/2013 saylı qətnaməsi iddianın cavabdehlər X5 və Cavabdeh4 münasibətdə təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdeh Nümayəndə2 İslam oğluna qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayonu, Quşqara kəndi (hazırki Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Əriklik bağı) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildə alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndi ərazisində özünə fərdi yaşayış evi tikmək üçün 0.209686 ha torpaq sahəsi almış, xx.xx.2013-cü ildə DƏDRX-dən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Torpaq sahəsini aldıqdan sonra öz ərazisini hasarlatmamışdır. Bundan sonra Azərbaycan Rspublikası Prezidentinin 2013-cü il tarixli fərmanına əsasən Göygöl rayonunun İnzibati ərazi dairəsində dəyişiklik aparılaraq mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazi Gəncə şəhər Nizami rayonun yurisdiksiyasına verilmişdir. Bundan sonra aldığı torpaq sahəsinə baxış keçirən zaman müəyyən etmişdir ki, cavabdeh Nümayəndə2 onun mülkiyyətində olan torpaq sahəsini öz başına tutaraq həmin torpaq sahəsinin onun olmasını iddia edərək onun torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Bununla bağlı o, Gəncə İnzibati-İqtisad Məhməkəsinin xx.xx.2012-ci il tarixli 2- 1-5(84)-835/2012 saylı qətnaməsini və mülkiyyət hüququna dair çıxarışı təqdim etsə də, o torpaq sahəsini boşaltmayacağını bildirmişdir. Cavabdehə dəfələrlə məhkəmədən kənar qaydada torpaq sahəsini boşaltmasını bildirsə də, o, buna məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirmişdir.
23. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim M.Əsədli) mülki iş üzrə əsl olmayan cavabdeh Nümayəndə2 İslam oğlu əsl cavabdehlər Cavabdeh1, X9, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ilə əvəz edilmişlər.
24. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(044)- 1336/2013 saylı qətnaməsi ilə (hakim M.Əsədli) iddia tələbi təmin edilmiş, Göygöl rayonu Quşqara kəndi (hazırki Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Əriklik bağı) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X26 tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş evlərin (tikililərin) sökülməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X15 hesabına həyata keçirilməsi qət edilmişdir.
25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən 0.209686 ha torpaq sahəsini X14 nümayəndəsi X6 almış, xx.xx.2013-cü il tarixdə isə DƏDRX-ın Gəncə Ərazi İdarəsinin vermiş olduğu RX nömrəli ******* reyestr nömrəli çıxarışla həmin torpaq sahəsi onun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2012-ci il tarixli fərmanına əsasən Göygöl rayonunun İnzibati ərazi dairəsində dəyişikliklər aparılmış və nəticədə onun mülkiyyətində olan torpaq sahəsinin ərazisi Gəncə şəhər Nizami rayonun yurisdiksiyasına verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsini cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus olan torpaq sahəsini qanunsuz yolla zəbt edərək orada qanunsuz tikililər aparmışdır. İddiaçı qanuni əsaslarla özünə məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxmasını tələb etsə də, cavabdehlər bundan imtina etmiş, faktiki olaraq həmin torpaq sahəsini zəbt etməklə iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarını pozmuşdur.
26. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci bəndinə, Mülki Məcəlləsinin 157.2, 18.4 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48 və 49-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
27. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-1336/2013 saylı, 25 iyul 2013-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X9, Cavabdeh4, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızı və X31 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(044)-1336/2013 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu iş üzrə qərar qəbul edərkən, onların iştirakını təmin etməmiş və bununla da, çəkişmə prinsipini pozmuşdur. Bundan başqa, məhkəmə cavabdehlərin əsl cavabdehlərlə əvəz edilməsi barədə qərardad qəbul etsə də, onların şəxsiyyətini müəyyən edə bilməmiş, onlardan Cavabdeh3n və Cavabdeh5 düzgün olaraq əvəz etməmişdir. İddaçı məhkəməyə ona aid torpaq sahəsinin məhz cavabdehlərin inşa etdikləri yerdə yerləşməsi barədə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə xx.xx.2013-cü il tarixli qərardadı ilə cavabdehləri əsl cavabdehlərlə əvəz etməklə eyni tarixdə qətnamə çıxarır. Həmçinin iddiaçı həmin torpaq sahəsini məhz cavabdehlərin inşa etdirdikləri yerdə yerləşməsi barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində mübahisəli əraziyə baxış keçirdiyini və cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində fərdi yaşayış evləri tikildiyini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli əraziyə baxış keçirməsi məhkəmə iclas protokolunda əks olunmamışdır. Məhkəmə əraziyə baxış keçirsəydi cavabdehləri də cəlb edərdi. Həmçinin məhkəmə mütəxəssis dəvət etmədən torpaq sahəsinin cizgi və ölçülərini müəyyən etmədən torpaq sahəsini yerini müəyyən edə bilməzdi. Onlara Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamları ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir.
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyasında birinci icraat:
30. Apellyasiya icraatı zamanı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh4, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızı və X31 apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi onlara Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamları əsasında ayrılmış və həmin torpaq sahəsində ev tikintisinə layihə verilməklə icazə verilmişdir. Bu o deməkdir ki, onlar həmin torpaq sahələrini özbaşına tutmamış və orada özbaşına tikinti aparmamışlar. Əgər hakim yerli baxış keçirsəydi tikilmiş beş evdə yaşayanlardan heç olmasa bir neçəsinin bundan xəbəri olardı. Torpaqların ayrılması və evlərin layihələndirilməsinə dair İcra Hakimiyyəti orqanının sərəncamları qüvvədə ola-ola, həmin sərəncamlar ləğv edilmədən, hakim evlərin sökülməsinə və torpaqdan çıxarılmaya dair qərar qəbul etmişdir.
31. Gəncə Apellyasiya Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(104)-03/2017 saylı qətnaməsi ilə (hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Ədil İsa oğlu və X1 ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(044)- 1336/2013 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, Göygöl rayonu, Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayon inzibati ərazisinə daxildir) və İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X9, X31, X7 və Cavabdeh4 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlər Cavabdeh1, X9, X31, X7 və Cavabdeh4 vəsaiti hesabına sökülməsi qət edilmişdir.
Kassasiya instansiyasında icraat:
32. Gəncə Apellyasiya Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(104)-03/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X9, X31 və X7 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli, 2(102)-609/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-03/2017 nömrəli iş üzrə 31 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
33. Belə ki, kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 05 fevral 2018-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iş materiallarından görünür ki, Xanlar rayonu (indiki Göygöl) Quşqara bələdiyyəsinin 21 noyabr 2005ci il tarixli 54 A saylı qərarı ilə X18 0,80 ha torpaq sahəsi satılmış, həmin qərara əsasən Faiq Şərifovun adına “Torpağın mülkiyyətə verilməsinə” dair JN-0497 KOD 50806018 nömrəli xx.xx.2006-cı il tarixli dövlət aktı işlənmişdir. X35nda Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olması ayrı-ayrı ərazilərdə yerləşməsi, 467 konturda 0,60 ha, 467A konturda 0,20 ha və 467 D konturda 0,51 ha olması göstərilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında 467 D konturu ilə işlənməsi sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş, əlavə yazılmış Faiq Şərifov 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X10, 0,06 ha hissəsini isə X8 26 iyul 2007-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən satmışdır. Qalan 0,209686 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (Dövlət aktı) etibarsız hesab olunmağına baxmayaraq həmin sahəni Faiq Şərifov xx.xx.2007-ci il tarixli Seriya Mh ******* nömrəli Daşınmaz Əmakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə satmışdır. Şərh olunan hallar qanuni qüvvəyə minmiş Göygöl rayon məhkəməsinin xx.xx.2010- cu il tarixli qətnaməsindən başqa cavabdeh tərəfin məhkəmə iclaslarında verdikləri izahatlarda, verilmiş vəsatətlərdə, vəkilin sorğusuna əsasən DƏDRX 3 saylı ərazi İdarəsindən verilmiş sənədlərdə, Göygöl rayon Quşqara bələdiyyəsinin arayışında, mütəxəssis və ekspert rəyində öz əksini tapmışdır. Buna baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara baxmamış, qətnamədə Göygöl rayon məhkəməsinin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qətnaməsi göstərilsə də, həmin məhkəmə aktına da, münasibət bildirilməmişdir. İş materiallarından daha sonra görünür ki, cavabdehlər Cavabdeh1 və qeyrilərinə yaşayış evlərinin inşa edilməsinə razılıq barədə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının sərəncamları Quşqara Bələdiyyəsinin iddiaları əsasında Faiq Şərifovdan geri alınmış 0,51 ha torpaq sahəsinə münasibətdə olmuşdur. Ona görə də, Cavabdeh1 və digər cavabdehlərin hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilən özbaşına tikinti anlayışını əhatə etmir. Digər tərəfdən isə Nizami rayon İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamları məhkəmə qaydasında mübahisələndirilməmişdir, qüvvədədir. Əksinə Cavabdeh1 və qeyriləri DƏDRX 3 saylı ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X24) mübahisəli torpaq sahəsinin İddiaçı adına qeydiyyatın ləğvi haqqında inzibati inzibati-iqtisadi məhkəmədə iddia qaldırmış, hələ ki, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş, hazırki iş üzrə İddiaçı mübahisəli torpaq sahəsinə hüququ tam olaraq məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi şərh olunan halları da, diqqətdən qaçırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi onunla Qətibə adlı şəxs arasında bağlanmışdır. Həmçinin cavabdehlər X5 və Cavabdeh4 münasibətdə iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.
36. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
37. Əvvəlki məhkəmə iclasında iştirak edən X31 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
38. Əvvəlki məhkəmə iclasında iştirak edən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
39. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X9, X31, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızının vəkili X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, inşa edilmiş tikililər qanunsuz tikili olmamaqla, Gəncə şəhər Nizami rayon İH başçısının Sərəncamı əsasında tikilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
40. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
41. Maddə 29. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
42. Maddə 139. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü maddə).
43. Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
45. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
46. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
48. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
57. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
58. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-1336/2013 saylı, 25 iyul 2013-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
63. İşin hallarından müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Xanlar rayonu, Quşqara kəndində 0.209686 ha və Xanlar rayonu, Quşqara kəndində 0.509686 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə X14 adına qeydiyyat alınmışdır. Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Xanlar rayon Quşqara Bələdiyyəsi iddia qaldıraraq X14 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktının 1.31 ha hissəsinin 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsinə dair tələbi təmin edilmiş və X14 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktı 0,51 ha torpaq sahəsi hissəsi etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovdan və V.İ.Məlikovdan ibarət tərkibdə) qətnamədən maraqlarına toxunulan şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsinin qismən, yəni “X14 adına verilmiş torpağın mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 nömrəli Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuş, həmin qərardaddan üçüncü şəxslər Cavabdeh1, İsgəndərova Qətibə Cumalı qızı, X31 və X9 tərəfindən verilmiş kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2149/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilmiş və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdeh X18, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X14 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2012-ci il tarixdə X24 AN-İ ******* (4Ə-3-836) saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus 0,209686 ha torpaq sahəsini 20.000 manat müqabilində İddiaçı satmış və bu barədə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, Seriya № ******* (reyestr nömrəsi **********28) çıxarış verilmişdir. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 42 №li sahəsində Cavabdeh1, 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamı ilə 43 №li sahəsində İsgəndərova Qətibə Cumalı qızına, 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamı ilə 41 №li sahəsində X25 fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 1173 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 42 №li sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş ümumi sahəsi 302.0 kv.m, 112.4 kv.m yaşayış sahəsi, 58.6 kv.m zirzəmi, 145.5 kv.m mansard, 4.0 kv.m həyət tikilisindən ibarət fərdi yaşayış evi qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh1, X5, Cavabdeh4, X31 və İsgəndərova Qətibə Cumalı qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər hazırkı iddiaçı və X19r) Göygöl rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət dair dövlət aktına əsasən 0,509686 ha torpaq sahəsinin X14 adına aparılmış dövlət reyestrində qeydiyyatının və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin İddiaçı adına aparılmış 2013-cü il 12 aprel tarixli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)- 49/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qərardan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-03/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa və **********28 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı məxsus 0,209686 hektar torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında 54 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Cavabdeh4 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X5 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə Cavabdeh1 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İsgəndərova Qətibə Cumalı qızına ayrılmış torpaq sahəsinin 500 kv.m, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X25 ayrılmış torpaq Sahəsinin 419 kv.m üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54a nömrəli qərarı əsasında X18 0,80 hektar torpaq sahəsi ayrılmış, həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-0497 nömrəli dövlət aktı tərtib edilmişdir. X35 iki konturdan — 497A (0,20 hektar) və 497 konturlarından (0,60 hektar) ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0,51 hektar) nömrəli kontur dövlət aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X24 JN-0497 nömrəli dövlət aktının 497D nömrəli konturunda qeyd olunan 0,51 hektar torpaq sahəsindən 0,209686 hektar hissəsini xx.xx.2012-ci il tarixli, Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0,209686 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tarəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsinin əvvəlki plan-ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda Cavabdeh1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirir ki, baza məlumatlarına istinadən araşdırma zamanı dövlət aktında qeyd olunan 0.51 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsinin başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, DTXK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitabında X14 mülkiyyətinə verilmiş 1.31 hektar torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur.” Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1531/2015 saylı, 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-83/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddiaçılar Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızının cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, X18, İddiaçı və Göygöl rayon Notariat Kontoruna qarşı DƏDRX-nin Gəncə Ərazi İdarəsinin cavabdeh F.Şərifovun adına verdiyi, qeydiyyat nömrəsi ********* olan, xx.xx.2007-ci il tarixli, MN (H) ******* saylı çıxarışın və xx.xx.2007-ci il tarixli AA 000426 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, cavabdeh F.Şərifovla İddiaçı arasında xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alğı-satqı müqaviləsinin və müqaviləyə əsasən İddiaçı adına verilmiş xx.xx.2013-cü il tarixli, **********28 nömrəli (Seriya RX 0157346) çıxarışın və həmin reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2016-cı il il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızının kassasiya şikayətləri təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1531/2015 saylı, 23 noyabr 2015ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2015-ci il tarixli 2514 nömrəli rəyi ilə müəyyən edilir ki, “Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54A saylı qərarı ilə X18 alqı-satqı yolu ilə 0.80 ha torpaq sahəsinin satıldığı göstərilmişdir. Satılmış ərazi Yeni Gəncə qəsəbəsində “Əriklik” adlanan yeməkxananın şərq istiqamətindən yeməkxananın barısında “Məxməri” adlanan yeməkxana istiqamətində, “Əriklik” bağlarının şimal tərəfində mübahisəli torpaq sahəsindən kənarda, keçmişdə boş sahə olan kənd təsərrüfatına yararsız ərazidən verildiyi müəyyən edilir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1025/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вə 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamların etibarsız sayılması tələbi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)2312/2017 nömrəli qərarı ilə (hakim F.C.Hüseynov) təmin edilmiş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılmış, həmin qərardan cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və üçüncü şəxslər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)-2312/2017 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı) qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli 33962 nömrəli ekspert rəyindən görünür ki, “Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi Əriklik bağı ərazisində yerləşən (Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx-2013-cü il tarixli sərəncamları ilə sahəsində tikintiyə icazə verilmiş) 400 kv.metr olan X25 məxsus 41 nömrəli sahə, 500 kv.metr olan Cavabdeh4 məxsus 44 nömrəli sahə, 500 kv.metr olan İsgəndərova Qətibə Cumalı qızına məxsus 43 nömrəli sahə və 500 kv.metr olan Cavabdeh1 məxsus 42 nömrəli sahənin koordinatlarını və yerləşmə vəziyyətini özündə əks etdirən hər hansı sxematik plan iş materiallarında görünmədiyindən həmin sahələrin RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən 0,209686 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.”
64. Məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə X24 AN-İ ******* (4Ə-3-836) saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus 0,209686 ha torpaq sahəsini 20.000 manat müqabilində İddiaçı satmış və onun mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, **********28 reyestr nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, X9, X31 və İsgəndərova Qətibə Cumalı qızı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. İddiaçı 17.05 2013-cü il tarixdə Nümayəndə2 İslam oğluna qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və mülkiyyət hüququnun müdafiəsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 17 iyul 2013-cü il tarixdə iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlərlə əvəz edilməsi barədə ərizə verərək cavabdeh Nümayəndə2 İslam oğlunun əsl cavabdehlər Cavabdeh1, Cavabdeh4, X9, Cavabdeh5 və Cavabdeh3 ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
65. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlərin fərdi yaşayış evi inşa etməsi işin müəyyən olunmuş halıdır. Lakin iddianın əsaslılığını müzakirə edərkən iddiaçının mülkiyyət hüququnu nə vaxt əldə etməsi, mülkiyyət hüququnu əldə edərkən torpaq sahəsinin mübahisəli olmasını bilib-bilməməsi, alqı-satqı zamanı həmin torpaq sahəsində mübahisəli tikililərin olub-olmaması, tikililər inşa edilərkən iddiaçının hazırkı iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək halların qarşısının alınması üçün həmin tikililərin inşasının dayandırlması ilə bağlı tədbirlərin görülüb-görülməməsi və işin hazırkı vəziyyətində cavabdehlərin aparılmış tikililərə əmlak hüquqlarının yaranıb-yaranması ilə bağlı məsələrə hüquqi qiymət verilməlidir.
66. İş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2-1-5(84)-835/2012 saylı qərarı ilə X18 məxsus 0,209686 ha torpaq sahəsinin yerində müəyyən olunaraq müayinə edilməsi və torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi vəzifəsi səlahiyyətləri daxilində Azərbaycan Respublikası DT və XK-nin Göygöl rayon şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə həvalə olunmuşdur. Həmin qərarının məzmunundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi İdarəsi hazırda iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli olduğundan həmin torpaq sahəsinin alqısatqı üçün forma-1 arayışınını verilməsindən imtina etmişdir. Göstərilənlər məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə imkan verir ki, iddiaçı torpaq sahəsini alarkən torpaq sahəsinin mübahisəli olduğunu bilmişdir.
67. Eyni zmanda Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamı ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500.0 kv.m olan 42 №li sahəsində Cavabdeh1, 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamı ilə 43 №li sahəsində İsgəndərova Qətibə Cumalı qızına, 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamı ilə 41 №li sahəsində X25 fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 1173 saylı sərəncamı ilə Cavabdeh1 tərəfindən həmin ünvanda inşa edilmiş ümumi sahəsi 302.0 kv.m, 112.4 kv.m yaşayış sahəsi, 58.6 kv.m zirzəmi, 145.5 kv.m mansard, 4.0 kv.m həyət tikilisindən ibarət fərdi yaşayış evi qeydə alınmışdır. Həmçinin iş materiallarında “Google maps”-dan xx.xx.2013-cü il tarixə dair əldə edilmiş məlumatlardan görünür ki, həmin tarixdə Cavabdeh1 aid ev, digər cavabdehlərə məxsus evlər isə yarımçıq tikili kimi mövcud olmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İddiaçı isə xx.xx.2013-cü il tarixdə cavabdehlərə qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və mülkiyyət hüququnun müdafiəsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, aparılmış tikinti işlərinin dayandırlması ilə bağlı heç bir tədbir görməmiş və hazırda cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilən fərdi yaşayış evlərinin tikintisi başa çatmış və cavabdehlər uzun müddətdir ki, həmin fərdi yaşayış evlərində yaşayır, kommunal xərcləri ödəyirlər.
68. Ali Məhkəmənin hazırkı iş üzrə mövqeyinə görə cavabdehlərin mübahisəli torpaq sahəsində inşa etdikləri fərid yaşayış evləri Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında inşa edilmiş və X34 Avropa Məhkəməsinin qərarlarındakı mövqeyə görə də, bu tikilinin özbaşına tikinti olması istisna edilir, “İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə görə mülkiyyət hesab olunur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. «Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa demokratik cəmiyyətin fundamental prinsiplərindən olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunulik tələbinə cavab versin və özbaşına olmasın”.
69. Məhkəmə kollegiyası həm Ali Məhkəmənin yuxarıdakı mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin iddiaçının torpaq sahəsini alarkən torpaq sahəsinin mübahisəli olması bilməsi, torpaq sahəsini alarkən onun üzərində cavabdehlərə məxsus fərdi yaşayış evinin və tikililərin olması və iddiaçının torpaq sahəsini həmin halda qəbul etməsi, iddiaçının 2013-cü ildə iddia qaldırarkən tikililərin inşasının dayandırılması üçün heç bir tədbir görməməsi, cavabdehlərin mübahisəli torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evlərini Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında inşa etməsi və sərəncamların hazırda qüvvədə olması kimi hallarını nəzərə alsaq, cavabdehlər həmin fərdi yaşayış evlərinə mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün ağlabatan və “qanuni ümid”lərə malik olmuşlar və onların həmin fərdi yaşayış evlərinə «əmlak hüquqları» «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri baxımından «mülkiyyət» kimi qiymətləndirilməlidir.
70. İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27.5.2010-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərclərin əvəzini ödəmədən sökülməsini tələb etməkdə haqlı deyildir və mübahisəli tikilinin əvəzi ödənilmədən (ədalətli kompensasiya verilmədən) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur.
71. Lakin birinci instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmişdir.
72. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
75. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
76. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 (044)-1336/2013 saylı, 25 iyul 2013-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İsgəndərova Qətibə Cumalı qızı və X31 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1336/2013 saylı, 25 iyul 2013-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.