Məhkəmə qərarları › İş №2(104)-402/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-402/2024

26.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-402/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 saylı qətnaməsindən cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiаçı İddiaçı* cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbə qarşı “əvvəlki vəzifəyə bərpa edilmə” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəb tərəfindən barəsində qəbul edilən 05.0*.202*ci il tarixli, * nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddia təmin edilərək, Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin direktoru tərəfindən İddiaçı* barəsində qəbul edilmiş 05.0*.202*-ci il tarixli, * nömrəli əmrin ləğv edilməsi və İddiaçı* əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəb apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinasının məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də cavabdehin apelyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin Bərdə Rayon Məhkəməsinin *8 iyul 2023-cü il tarixli, 2(02*)-26*4/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar