Məhkəmə qərarları › İş №2(104)-407/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-407/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-407/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X7 və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 1509,87 manat (min beş yüz doqquz manat 87 qəpik) borcunun abonentin **********00030 saylı koduna və 35 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən H.Qəniyev) iddia qismən təmin edilmiş və Cavabdeh **********00030 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə yaranmış 500 (beş yüz) manat borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin və 40 qəpik bank xərcinin pul əvəzi, cəmi 530,40 AZN (beş yüz otuz manat-40 qəpik) məbləğdə pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 1509.87 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, təqdim edilmiş saldo əsasında Cavabdeh 2022-ciil üçün 322,41 manat, 2023-cü il üçün 314,80 manat və 2024-cü il üçün iddia qaldırılan müddətə 139.80 manat, cəmi 777.01 manat borcu qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, onların təbii qazdan istifadəyə görə təxminən 500 manat borcu yaranmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 777,01 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 807 manat 41 qəpik alınaraq İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Tərtər X11 İdarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 16 fevral 2024-cü il tarixdə XS45-00158/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. Abonentin saldosundan görünür ki, abonent (№**********00030) X3 2022-ci ilin yanvar ayına 732,80 manat, 2023-cü ilin yanvar ayına 1055,27 manat, 2024-cü ilin yanvar ayına 1370,07 manat, 2024-cü ilin mart ayına 1509,87 manat borcunun yarandığı qeyd edilmişdir. İddiaçı X2 xidmət sahəsi tərəfindən Cavabdeh göndərilmiş 17 aprel 2024-cü il tarixli 11 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 16 fevral 2024-cü il tarixli XS45-00158/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur (abonent kodu **********00030). Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 31 mart 2024-cü il tarixə 1509,83 manat debitor borc yaranmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddia tələbi qismən-təbii qazdan istifadəyə görə yaranmış 500 (beş yüz) manat borc tələbi və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsaslıdır. Belə ki, İddiaçı cavabdehin (abonentin) borcunun 2022-ci ildən yarandığını bildirsə də, iddiaçının özünün təqdim etdiyi “Abonentin saldosu”nda abonent (№**********00030) X3 2022-ci ilin yanvar ayına olan borcu 732,80 manat qeyd edilmişdir. Əslində isə həmin 732,80 manat debitor borc 2021-ci ilin dekabr ayınadək hesablanmış borcdur. Belə olan halda, 2022-ci ilin yanvar ayından 2024-cü ilin mart ayınadək X3 1509,87 manat debitor borcunun yaranması iddiaçı tərəfindən sübutlarla əsaslandırılmalı olduğu halda, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmiş və iddiasını əsaslandıra bilməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh İddiaçınə 500 (beş yüz) manat debitor borcunun olduğunu etiraf etmişdir, belə olan halda, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (№**********00030) X3 2022-ci ilin yanvar ayına 322,41 manat, 2023-cü ilin yanvar ayına 314,80 manat, 2024-cü ilin iyun ayına (iddia qaldırılan tarixə) 139,80 manat borcunun yarandığı qeyd edilmişdir. İşin həmin halı İddiaçı nümayəndəsinin izahatı ilə də, təsdiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cavabdeh X1 iddia qaldırılan tarixə ümumi borcunun 777,01 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə isə, qismən işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 777,01 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 807 manat 41 qəpik alınaraq İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-742/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 777,01 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 807 manat 41 qəpik alınaraq İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar