Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-414/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə2 qızına qarşı etibarnamələrin etibarsız hesab edilməsi, həmin etibarnamələrdən əmələ gələn bütün nəticələrin ləğv edilməsi, cavabdehlər arasında bağlanmış avtonəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin Cavabdeh1 alınıb ona qaytarılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)- 764/2024 nömrəli qətnaməsindən cavabdehlər Nümayəndə2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, cavabdeh Nümayəndə2 tərəfindən xx.xx.2024-cü ildə İddiaçı mülkiyyəti olan “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reyestr nömrəli baş etibarnamənin, həmçinin Cavabdeh1 cavabdeh Nümayəndə2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Nümayəndə2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, **-ER- *** qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınıb İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 2170/2024 saylı qərardadı ilə (hakimlər L.Süleymanov (sədrlik edən), Ş.Rzaquliyev, İ.Həsənov) cavabdeh Nümayəndə2 Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-764/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Tərtər Rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 saylı qərardadı ilə cavabdehlər Nümayəndə2 və Cavabdeh1 münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət əsaslı hesab edilərək təmin edilmiş, mülki işin şikayətlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, xx.xx.2024-cü il tarixə, saat 11:10-a məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanov məhkəmə kollegiyasına məktub ünvanlayaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2170/2024 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinin verildiyini bildirərək işin onun icraatına qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı tərəfindən kassasiya şikayəti verildiyini, ona görə də işin apellyasiya baxışından çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2610/2024 saylı qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2170/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanova qaytarılmalıdır. Belə ki, hakim Loğman Süleymanovun məktubundan göründüyü kimi cavabdeh Nümayəndə2 Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-764/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2170/2024 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin cavabdehlər Nümayəndə2 və Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətinin təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(061)-764/2024 saylı qərardadından da şikayət vermişdir və həmin şikayətə əvvəlcə Tərtər Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair xx.xx.2024-cü il tarixli 2(104)-2610/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 2170/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanova geri qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-414/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-414/2025
05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver