Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-416/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X8 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *. Goranboy rayon Kələk kənd icra nümayəndəliyi tərəfindən verilmiş *54 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə Hüseynova (Məsiyeva) Elfurə Bəhrəm qızı *943-cü ilin iyul ayının 0*-də Goranboy rayonun, Kələk kəndində doğulmuş və ölən günədək, yəni 26.07.20*4-cü ilədək Kələk kəndində yaşamışdır.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmi. ******* nömrəli, 27.07.20*4-cü il tarixli “ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, X5 26.07.20*4cü il tarixdə “beyin insultu, arterial hipetoniya və şəkərli diabet” səbəbindən ölmüşdür.
3. Maraqlı şəxs tərəfindən verilmiş *2.07.2024-cü il tarixli, 3-*6- 5/8-*5-226/2024 nömrəli məktubdan görünür ki, 0*.07.*943-cü il təvəllüdlü Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının doğumu şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir.
4. Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş *8 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Hüseynova (Məsiyeva) Elfurə Bəhrəm qızının doğum barədə akt qeydiyyatı aşkar edilməmişdir.
5. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 97603* nömrəli arayışdan görünür ki, X6 26.07.20*4-cü il tarixdə “şəkərli diabet” səbəbindən ölmüşdür.
6. Maraqlı şəxs tərəfindən verilmiş İİ-ZQ seriyalı 325*09 nömrəli arayışdan görünür ki, X9 03.09.*985-ci il tarixdə “miokard infarktı” səbəbindən ölmüşdür.
7. Maraqlı şəxs tərəfindən verilmiş AZ seriyalı 667468 nömrəli arayışdan görünür ki, X** 07.04.20*4-cü il tarixdə “ürək çatmamazlığı” səbəbindən ölmüşdür.
8. Maraqlı şəxs tərəfindən verilmiş 073976 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.*972-ci il tarixdə Goranboy rayonu, Kələk kəndində doğulmuş, atası X*2, anası X4r.
9. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Goranboy RPŞ-nin *2.03.2025-ci il tarixli, 3-*3-75/2-4453/25 saylı məktubundan görünür ki, 0*.07.*943-cü ildə doğulmuş X7 xx.xx.2003-cü il tarixdə AZE 007*6505 saylı şəxsiyyət vəsiqəsi alarkən təqdim etdiyi sənədlər, saxlama müddəti bitdiyi üçün yandırılma yolu ilə məhv edilmişdir. *0. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Maraqlı şəxs 0*.04.2025ci il tarixli, 96 saylı arayışından görünür ki, X*2 və *943-cü ildə doğulmuş X2 nikah haqqında 22.*0.*96*-ci ildə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Goranboy rayonunun Xınalı kənd icra nümayəndəliyi olmuşdur. **. X2 438366 saylı, 20.06.*967-ci il tarixli diplomu baxış keçirildikdən sonra surəti iş materiallarına əlavə edilmişdir. *2. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Kələk kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 22 saylı arayışından görünür ki, Hüseynova (Məsiyeva) Elfurə Bəhram qızı 26.07.20*4-cü ildə ölmüşdür. Onun atası X9 03.09.*985-ci ildə, anası X*3 07.04.20*4-cü ildə ölmüşdür. *3. Məhkəmə kollegiyasının sorğusu əsasında Maraqlı şəxs tərəfindən Hüseynova (Məsiyeva) Elfurə Bəhram qızının nikah haqqında akt qeydinin surəti əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. *4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Dövlət Arxivinin *0.04.2025-ci il tarixli, 3-48-DA/2-304/2025 saylı məktubdan görünür ki, VVAQ sənədləri *947-ci ilə qədər arxivə dövlət mühafizəsinə təhvil verilməmişdir. *5. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Goranboy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin **.03.2025-ci il tarixli, *8-*-39/2-3*6/2025 saylı məktubundan görünür ki, arxiv bölməsində heç bir sənəd aşkar olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat *6. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulmağının, atasının X*0, anasının X*4, hər ikisinin milliyətcə azərbaycanlı olmalarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. *7. Ərizə onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonunun Kələk kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 0*.07.*943-cü il tarixdə Goranboy rayonunun Kələk kəndində anadan olmuşdur, 27 iyul 20*4-cü il tarixdə isə rəhmətə getmişdir. Yaranmış zərurətlə əlaqədar anasının doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona bildirdilər ki, Goranboy rayonunun Kələk kəndində doğulmuş anası Musayeva (Hüseynova) Elfurə Bəhrəm qızının doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir. Ona görə də doğum faktının müəyyən edilməsi ümün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Anasının doğulması haqqında şəhadətnamə ona notariat əməliyyatlarının aparılması üçün lazımdır. *8. Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı (hakim Taleh Mustafayev) qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. *9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi tərəfindən tələbini təsdiq edən, yəni anası X3 məhz 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulmasını, valideynlərinin şəxsiyyəti və milliyəti barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 308, 3**-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58, *59 və *66-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 2*. Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması, mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulmağının, atasının X*0, anasının X*4, hər ikisinin milliyətcə azərbaycanlı olmalarının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Anasının qəbir daşında anasının fotoşəkli, doğum və ölüm tarixləri (*943-20*4) aydın şəkildə göstərilmişdir. O, həmin qəbrin fotoşəklini məhkəməyə təqdim etməyinə baxmayaraq, hakim həmin dəlili araşdırmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Dəmirov Zahid *942-ci il təvəllüdlü kifayət qədər yaşlı adamdır. O, şahid qismində dindirilərkən babasının Bəhrəm, nənəsinin isə Yamən olmasını, onları şəxsən tanımasını, kirvə qismində qohumluq əlaqəsinin olmasını məhkəməyə bildirmişdir. Ancaq o, kifayət qədər yaşlı olduğundan anası Elfurənin *943-cü il təvəllüdlü olmasını yaxşı xatırlamamışdır. Hakim şahid Dəmirov Zahidin ifadəsini dəlil kimi qəbul etməyərək araşdırmamışdır. Həmin şahid ifadəsini tədqiq etməmişdir. Goranboy rayon Kələk kənd İcra nümayəndəliyi tərəfindən verilmiş *54 saylı xx.xx.2024 tarixli arayışında göstərilmişdir ki, Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 0*.07.*943 tarixində Goranboy rayonunun Kələk kəndində doğulmuş və 27.07.20*4 tarixində həmin kənddə vəfat etmişdir. Hakim Goranboy rayon Kələk kənd İcra nümayəndəliyi tərəfindən verilmiş *54 saylı arayışda göstərilən dəlilləri sübut növü kimi qəbul etməmişdir. Həmin arayışda yazılanlar hakim tərəfindən tədqiq edilməmişdir. Hakim iş üzrə şahid Dəmirov Zahidin şahid ifadələrini, anasının qəbir daşının fotoşəklini, həmin qəbir daşında yazılmış doğum və ölüm tarixlərini, Goranboy rayon Kələk kənd İcra nümayəndəliyinin xx.xx.2024 tarixli, *54 saylı arayışını dəlil kimi qəbul etməyərək həmin dəlilləri araşdırmadan qətnamə qəbul etmişdir.
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ərizəsində göstərdiyi hüquqi faktın təsdiq olunması onun sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bütün rəsmi qurumlara müraciət etsə də, qeyd olunan sənədi heç cürə əldə edə bilməmişdir. Halbuki, onun anasının doğum faktını təsdiq edən kifayət qədər sübutlar mövcuddur.
25. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
26. *59.*-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
27. *66.*-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
28. *66.2-*-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. 305.* və 305.*.*-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
30. 306.*-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 3*. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
32. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
33. 3*0.*-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
34. Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 8*. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 4*. Maddə 385.*.*. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
43. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
44. MPM-in 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Hazırkı apellyasiya şikayətində qətnamə ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
49. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, o, Goranboy rayonunun Kələk kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 27 iyul 20*4-cü il tarixdə isə rəhmətə getmişdir. Anasının doğulması haqqında şəhadətnaməni tapa bilməmişlər. Anasının doğulması haqqında şəhadətnamə ona notariat əməliyyatlarının aparılması üçün lazımdır. Yaranmış zərurətlə əlaqədar anasının doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir.
50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iş üzrə doğum faktının müəyyən edilməsi üçün qanunvericilik ilə təsbit olunmuş bütün əsaslar mövcuddur. Ərizəçi mərhum anasına məxsus “Doğum haqqında Şəhadətnaməni” müxtəlif dövlət orqanlarına müraciət etsə də, ala bilməmiş, onun bərpası mümkün olmamışdır. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə notariat işlərinin aparılması üçün lazım olmuşdur. Ərizəçi ərizəsinə qeyd olunan sənədi ala bilməməsinin mümkünsüzlüyünü təsdiq edən Goranboy rayon Dövlət Arxivinin, Maraqlı şəxs və Goranboy rayon Notariat Ofisinin sənədlərini əlavə etmişdir. 5*. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən, kollegiya qeyd edir ki, mərhum Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının Goranboy rayonu, Kələk kəndində yaşaması və 27 iyul 20*4-cü il tarixdə ölməsi təqdim edilmiş sənədlər ilə təsdiq olunur. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Goranboy RPŞ-nin *2.03.2025-ci il tarixli, 3-*3-75/2-4453/25 saylı məktubundan görünür ki, 0*.07.*943-cü ildə doğulmuş X7 xx.xx.2003-cü il tarixdə AZE 007*6505 saylı şəxsiyyət vəsiqəsi alarkən təqdim etdiyi sənədlər, saxlama müddəti bitdiyi üçün yandırılma yolu ilə məhv edilmişdir. Həmçinin, 22.*0.*96*-ci il tarixli nikah akt qeydində Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının *943-cü ildə doğulması müəyyən olunmuşdur. Göründüyü kimi, Goranboy rayon sakini Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə doğulması Goranboy RPŞ-nin arxiv sənədlərində əks olunmuşdur. Lakin saxlama müddəti bitdiyi üçün həmin sənədlər məhv edildiyindən onların təqdim edilməsi mümkün olmamışdır.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin atasının X*0, anasının X*4 olmasının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin halı təsdiqləyəcək sübutlar təqdim edilmədiyindən apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qsimən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 30.*0.2024-cü il tarixli, 2(045)-*379/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Ərizəçi mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulması faktı müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.