Məhkəmə qərarları › İş №2(104)-42/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-42/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-42/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd bələdiyyəsi, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı30, İddiaçı31 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2, həmçinin vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd bələdiyyəsi, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(021)-620/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı iclas protokolunun surətindən müəyyən olunur ki, Kürdborakı kənd sakini Cavabdeh3 ərizəsinə əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılaraq Cavabdeh3 icarəyə verilmişdir;

2. Bərdə rayonu Şatırlı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 03 saylı iclas protokolunun surətindən müəyyən olunur ki, Kürdborakı kənd sakini Cavabdeh3 ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılılaraq Cavabdeh3 icarəyə verilmişdir;

3. 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, Kürdborakı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı qərarı ilə 6 ha torpaq sahəsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir;

4. 10 sentyabr 2004-cü il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, Şatırlı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 04 saylı qərarı ilə 6 ha torpaq sahəsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir;

5. 24 may 2021-ci il tarixli 199 nömrəli məktubun surətindən müəyyən olunur ki, Bərdə rayonu, Şatırlı kəndi ərazisində yerləşən 6 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-089131 saylı, 4 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829132 saylı, 2 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829133 saylı çıxarışlara əsasən üzərində icarə hüququ tanınmış torpaq sahələri aqrar islahat zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında təyinatı bələdiyyənin ehtiyat fondu torpaqları kimi saxlanılmışdır.

6. 12 aprel 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixdən xx.xx.2074-cü il tarixədək Cavabdeh3 icarəyə verilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 10/6821 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh3 icarə hüququ qeydiyyata alınmış 6.0 ha torpaq sahəsinin koordinatları naturada və sənəd üzrə müəyyənləşdirilərək Elektron məlumat bazasında mövcud Bərdə rayonu Şortəpə təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və TEKUİS-i ilə müqayisələndirilərək Cavabdeh3 istifadəsində olan 6.0 ha torpaq sahəsinin 0.99 ha hissəsinin qamışlıq və şoranlıq əraziyə 0.25 ha hissəsinin su arxına və 4.76 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aid olduğu və torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-10/620 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi TEKUİS məlumat bazasında mövcud hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 reyestr nömrəli çıxarışa əsasən iddiaçıların və cavabdehlərin koordinatları naturada müəyyən edilmişdir. ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür. Bu rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd bələdiyyəsi, Cavabdeh3 və üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər Cavabdeh3 arasında 10 sentyabr 2004-cü il tarixdə 02 nömrə ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləsinə əsasən kəndin örüş otlaq sahəsinin 6 ha hissəsi 70 il müddətinə Cavabdeh3 istifadəsinə verilmişdir. Torpaq sahəsi kəndin örüş otlaq sahəsinə aid torpaq sahəsidir. Buna baxmayaraq, bələdiyyə ümumi istifadədə olan torpağı 70 il müddətinə icarəyə vermişdir. Kənd sakinləri artıq uzun müddətdir ki, məhkəmələrdə bu qanunsuzluğa qarşı mübarizə aparır. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar.

11. Bərdə Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(021)-620/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd Bələdiyyəsinə və Cavabdeh3, üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər cavabdeh arasında 10 sentyabr 2004-cü il tarixdə 02 nömrə ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında Cavabdeh3 oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddialarının əsassız olduğundan təmin edilməməsi; İddia tələbinin təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi; Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 311 manat məbləğində vəsaitin iddiaçılardan müştərək qaydada tutularaq X6 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 706.1-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayon Kürdborakı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləsinə əsasən kəndin örüş otlaq sahəsinin 6 ha hissəsi 70 il müddətinə Cavabdeh3 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi kəndin örüş otlaq sahəsinə aid torpaq sahəsidir. Buna baxmayaraq, bələdiyyə ümumi istifadədə olan torpağı 70 il müddətinə icarəyə vermişdir. Kənd sakinləri artıq uzun müddətdir ki, məhkəmələrdə bu qanunsuzluğa qarşı mübarizə aparır. Sözügedən torpaq sahəsinə aid Bərdə rayon Şatırlı bələdiyyəsi tərəfindən verilən “Yerquruluşu və Plan” cizgi sənədinə əsasən Bərdə rayon Kürdborakı kənd sakini Cavabdeh3 istifadəsinə 6 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi ilə qonşu torpaqlar isə A-dan B-yə kimi “Elnur” KFT ilə, B-dən S-yə kimi örüş otlaq sahəsi, S-dən Aya kimi isə beton kanal ilə həmsərhəddir. Ancaq sonradan tərtib olunmuş Bərdə rayon Kürborakı bələdiyyəsi tərəfindən verilən “Yerquruluşu və Plan” cizgi sənədində isə yanlış olaraq Bərdə rayon Kürdborakı kənd sakini Cavabdeh3 istifadəsinə 6 ha torpaq sahəsi verilmiş, sözügedən torpaq sahəsi ilə qonşu torpaqlar isə A-dan B-yə kimi bələdiyyə torpağı ilə, A-dan X5 icarə torpağı, A-dan Q-yə və V-dən A-ya kimi isə su kanalı ilə həmsərhəddir. Bundan belə nəticəyə gəlmək olur ki, bir torpaq sahəsi üzərində iki bələdiyyə sərəncam verə bilməz. O cümlədən, mübahisələndirilən torpaq sahəsi əvvəlki cizgi sənədində göstərilən ərazidir. Ancaq, sənəddə sözügedən torpaq sahəsinin səhvən kənd örüş-otlaq sahəsinin ərazisi kimi göstərilir. Bundan başqa hər iki plan və ölçü sənədində yerləşən və mübahisələndirirlən torpaq sahəsinin qonşularının fərqli olmasını nəzərə alsaq sözügedən sənədlərin saxta olmasını təsəvvür etmək elə də çətin olmaz. Bundan başqa, məhkəmə işə baxıb qətnamə qəbul edən zaman 1997-ci il tarixə aid olan İslahat Komissiyasının xəritəsini və Yerli İslahat Komissiyasının tərtib etdiyi aktı sorğu verib almadan işə birtərəfli baxaraq qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında İddiaçı26 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, kənd sakinlərinin 2004-cü ildən əkin örüş sahəsi Cavabdeh3 tərəfindən zəbt edilmişdir. O, həmin ərazidə pambıq, çuğundur və.s əkdirib, cavabdeh hər yeri öz ərazisi hesab edir. Onlar bununla bağlı mümüxtəlif dövlət orqanlarına müraciət etmişlər, lakin o, örüş sahəsini geri qaytarmır. Onların cavabdehin çıxarışında qeyd olunan torpaq sahəsinə iddiaları yoxdur. Cavabdeh çıxarışda qeyd olunan ərazini deyil, başqa sahəni zəbt edib. Belə ki, mübahisələndirilən torpaq sahəsi əvvəlki cizgi sənədində göstərilən ərazidir. Verilmiş mütəxəsis rəyi ilə razı deyillər, ona görə ki, həmin sahə örüş sahəsi olmaqla kəndin ümumi istifadəsindədir. İddia etdikləri torpaq sahəsi cavabdehin faktiki istifadə etdiyi ərazidir.

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, şikayətin dəlilləri əsassızdır. İddiaçıların tələb etdikləri torpaq sahəsinin təmsil etdiyi şəxsə məxsus olan sahə ilə heç bir bağlılığı yoxdur. O, sənəddə nəzərdə tutulan sahədən kənara çıxmamışdır. İş üzrə verilmiş rəydə də, həmin sahənin örüş sahəsi olmadığı öz əksini tapmışdır.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı26 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Çünki, ekspert başqa ərazini yoxlayıb rəy vermişdir. Mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh3 icarəyə veriləndə bələdiyyədə 7 nəfər üzv olmuşdur. Bələdiyyə üzvlərindən iki nəfər vəfat etmişdir, qalan dörd nəfər isə bildirir ki, Cavabdeh3 torpaq sahəsinin icarəyə verilməsi barədə iclasda iştirak etməmişlər. Cavabdeh3 adına icarəyə verilmiş 12 ha torpaq sahəsi var. 6 ha Bərdə rayonu Şatırlı bələdiyyəsi, digər 6 ha torpaq sahəsi isə Bərdə rayonu Kürdborakı bələdiyyəsi tərəfindən cavabdehə icarəyə verilmişdir. Bərdə rayonu Kürdborakı bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş torpaq sahəsini mübahisələndirirlər. Eyni, torpaq sahəsini iki bələdiyyə icarəyə verə bilməz. Onların örüş torpaq sahəsinə dair Cavabdeh3 adına çıxarış verilmişdir. İddiaçı26 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı25, İddiaçı27, İddiaçı28, İddiaçı30, İddiaçı31 ayrı-ayrılıqda digər İddiaçı26 izahatında göstərdiklərinə əlavələri olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh3 icarəyə verilmiş torpaq sahəsi örüş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İş üzrə alınmış ekspert rəyləri ilə Cavabdeh3 icarəyə verilmiş torpaq sahəsinin örüş sahəsi olmadığı müəyyən edilir. Belə olan halda isə iddiaçıların tələbi əsassızdır. Vəkil Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mütəxəssislər GPS aparatı ilə nümayəndəsi olduğu şəxsə icarəyə verilmiş torpaq sahəsinə gəlib torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmişlər və iş üzrə alınmış ekspert rəyi ilə nümayəndəsi olduğu şəxsə icarəyə verilmiş torpaq sahəsinin örüş sahə olmadığı öz təsdiqini tapır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 47.3. Bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və ahilinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.

26. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 9. Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: Ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; Torpaqların təyinatı üzrə istifadə edilməsi; Torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; Torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; Kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Kürdborakı kənd sakini Cavabdeh3 ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6 ha torpaq sahəsi ayrılaraq Cavabdeh3 icarəyə verilməsi qərara alınmışdır. Bundan sonra həmin iclas protokolunun nəticəsi əsasında Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə Cavabdeh3 arasında 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Kürdborakı bələdiyyəsinə məxsus 6 ha torpaq sahəsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh3 torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsinin kəndin örüş otlaq sahəsi olduğunu əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmişlər.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddianın hansı səbəbdən təmin edilmədiyini konkret hallara istinadən və müfəssəl formada göstərməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. İddia tələbi təmin edilmədikdə, qətnamədə təmin olunmayan hissəsi əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

44. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

46. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. İşdən göründüyü kimi, iddiaçılar cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6 ha torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsi olduğuna əsaslanaraq cavabdehlər arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli 2 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsini və bu müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğvini xahiş edirlər.

48. Bu baxımdan ilk növbədə araşdırılmalı məsələ Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6 ha torpaq sahəsinin örüş sahəsi olubolmamasıdır.

49. Göstərilən məsələnin aydınlaşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 10/6821 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 icarə hüququ qeydiyyata alınmış 6.0 ha torpaq sahəsinin koordinatları naturada və sənəd üzrə müəyyənləşdirilərək Elektron məlumat bazasında mövcud Bərdə rayonu Şortəpə təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və TEKUİS-i ilə müqayisələndirilərək Cavabdeh3 istifadəsində olan 6.0 ha torpaq sahəsinin 0.99 ha hissəsinin qamışlıq və şoranlıq əraziyə 0.25 ha hissəsinin su arxına və 4.76 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aid olduğu və torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Həmçinin, əlavə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16- 16/2-10/620 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi TEKUİS məlumat bazasında mövcud hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 reyestr nömrəli çıxarışa əsasən iddiaçıların və cavabdehlərin koordinatları naturada müəyyən edilmişdir. ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür. Bu rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır.

50. Nəzərə alınmalıdır ki, MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

51. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

52. Ekspert rəyinə nəzər saldıqda müəyyən olunur ki, tədqiqat keçirilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahələri üzrə yerində ölçmə işləri aparılaraq torpaq sahəsinin koordinatları müəyyən edilmiş və torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və TEKUİS ilə müqayisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut olaraq qiymətləndirir və eyni zamanda kollegiya qeyd edir ki, alınmış ekspert rəylərinin qeyri-obyektiv olması barədə iddiaçı tərəfin arqumentləri əsassızdır. Çünki, rəydə göstərilən məlumatların həqiqiliyi şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır.

53. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6 ha torpaq sahəsinin 0.99 ha hissəsi qamışlıq və şoranlıq əraziyə, 0.25 ha hissəsi su arxına, 4.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aiddir. Həmin torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsi deyil. Bununla yanaşı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür.

54. Göründüyü kimi, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6 ha torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsi olması öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür ki, bu hal da bir daha Cavabdeh3 icarəsinə verilmiş torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin eyni torpaqlar olması qənaətinə gəlməyə əsas verir.

55. İddiaçı tərəf iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, bu dəlili kimi hər hansı bir əsaslı arqument irəli sürə bilməmişlər. Hərçənd ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyləri və həmin rəylərə əlavə edilmiş mübahisəli torpaq sahəsinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və cavabdehin torpaq sahəsindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.

56. Həmçinin diqqət yetirilməli haldır ki, iddiaçıların etibarsızlığını tələb etdiyi cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli 2 nömrəli icarə müqaviləsi Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 qərarı əsasında bağlanmışdır. Sözügedən icarə müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin qərarıda da hüquqi qüvvəsini itirməmişdir ki, belə olan təqdirdə, icarə müqaviləsinin etibarsızlığı barədə irəli sürülən iddianın təmin olunması yolverilən deyildir.

57. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində əsaslandırılmış hallar öz təsdiqini tapmır. Cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli 2 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.

58. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Cavabdeh3 adına X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv olunması tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki mübahisəli torpağa dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

59. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddia tələblərinin təmin edilməsi cavabdehin əldə etdiyi və qanuni əsaslarla yaranmış icarə hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.

60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyinə görə ödənilməli olan 311 (üç yüz on bir) manat iddiaçılara aid edilməklə onlardan müştərək qaydada tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin müvafiq bank hesabına ödənilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+100=200) 200 (iki yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(021)-620/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 müştərək qaydada 311 (üç yüz on bir) manat tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin X6 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabına ödənilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar