Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-421/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tаrixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gədəbəy rayon Notariat Kontorunu qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Miskinli kəndində inşa edilmiş mərhum atası X3 adına olan ümumi sahəsi 40 kv.m evin və 0,15 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə)hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının atası X4 27 avqust 1995-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində ölmüşdür. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, 324 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Rüstəm Əliyev kənd X2 1991- 1995-ci illərə dair 4 saylı təsərrüfatbaşına kitabının 336-cı şəxsi hesabında mərhum X3 adına olan təsərrüfatın torpaq qrafasında 0,15 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 40 kv.m olan ev qeyd olunmuşdur. İş materialları ilə həm də müəyyən olunur ki, mərhum X4 27 may 1993-cü il tarixdə özünə məxsus və hazırda mübahisə predmeti olan ümumi sahəsi 39,5 kv.m, yaşayış sahəsi 21 kv.m olan yaşayış evini və 2500 kv.m olan həyətyanı torpaq sahəsini X1 bağışlamışdır. Sonuncu həmin daşınmaz əmlaka dair dövlət reyesytrindən çıxarış(MH seriyalı ******* nömrəli) almış və həmin əmlakı 27 noyabr 2008-ci il tarixdə nəvəsi Maraqlı şəxs2(hazırki iş üzrə apellyator) vəsiyyət etmişdir. Maraqlı şəxs2 həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış(MH seriyalı ******* nömrəli) almışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Ərizəçi maraqlı şəxs Gədəbəy rayon Notariat Kontorunu qeyd etməklə, xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Miskinli kəndində inşa edilmiş mərhum atası X3 adına olan ümumi sahəsi 40 kv.m evin və 0,15 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman mübahisələndirilən miras əmlaka hüquqları iddia oluna bilən digər şəxslər, o cümlədən hazırda apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 işə cəlb edilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 1.5-ci bəndində qeyd olunur ki, “Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir”. Hazırki işdə müəyyən olunur ki, Maraqlı şəxs2 miras əmlak kimi göstərilən əmlakın mülkiyyətçisidir. MPM-nin 259-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır(maddə 259.0 və 259.0.10). MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsi tərəfindən 13 dekabr 2021-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-421/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-421/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver