Məhkəmə qərarları › İş №2(104)-422/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-422/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-422/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 və anası X2 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X1nun mülkiyyətində Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bu barədə JN-362A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsində valideynlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evi olmuş, lakin evin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. O və digər bacı-qardaşları həmin evdə doğulub boya-başa çatmışdırlar. Bərdə rayon dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X1nun, anası X7 və onun həqiqətən Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsi olmuş və bu hal təsərrüfat başına kitabda qeydə alınmışdır. X14 xx.xx.2008-ci ildə, X15 xx.xx.2016-cı ildə və qardaşı X13 isə mübahisəli əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389/2022 saylı məktubundan da görünür ki, valideynləri X16 və X15 vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzərində yerləşən evə buraxmır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ ******* nömrəli xx.xx.2022ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. X1, anası X10r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 300067 nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X17 ilə İddiaçı xx.xx.1985—ci il tairxdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-362A KOD 61000088 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X8, X7, X3, Cavabdeh Təvəkkül qızının, X9 və X4 mülkiyyətinə verilmişdir. AZ-İİ №229537 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. AZ-İ №735475 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 229537 nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 247007 nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X14 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X14 özünə məxsus olan mülki, yəni 2 mərtəbəli 4 otaqlı evini, həyətyanı torpaq sahəsini və özəl pay torpağını öz doğma qızı- İddiaçı verilməsini vəsiyyət etmişdir. Bərdə Rayon Dövlət Arxivindən verilmiş 40 nömrəli xx.xx.2022-ci i tarixli Arxiv Arayışında qeyd olunur ki, Rayon Dövlət Arxində 152 sayılı fondda mühafizə olunan Bərdə rayon sabiq Kətəlparaq kənd Sovetliyinin Soğanverdilər kəndinə aid 1980-1982-ci illər üzrə 10 saylı Təsərrüfatbaşına kitabın 661 sayılı şəxsi hesabına əsasən ata- X14, ana- X15 qızı İddiaçı həqiqətən onların qızı olduğu və atanın adına olan torpaq sahəsinin 0.17 olduğu qeyd olunub. Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Məktubundan görünür ki, X6 2 nəfər ailə üzvü ilə birlikdə adına Bərdə rayonu Soğanverdilər kəndində 1.42 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, X6 adına (payli) Bərdə rayonu Soğanverdilər kəndində 0.17 ha həyətyanı torpaq sahəsinə dair JN-362A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X6 adına Respublika üzrə digər qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli Məktubda qeyd olunmuşdur ki, X12 məxsus olmuş, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizənizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, ərizənizin icrasının təmin olunması məqsədilə Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə İdarənin mühəndis inventarlaşdırıcısı həmin ünvanda olmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evi üzərində mübahisə vardır. Belə ki, evdə faktiki yaşayan şəxslər müayinə baxışı keçirilməsinə icazə verməmiş və bir nəfər şəxs bildirmişdir ki, evin gəlnidir, ev ona qaynatasından qalmış, uzun müddətdir ki, həmin evdə yaşayırlar. Bu səbəbdən də sözügedən evdə onların da payları vardır. Bildirmişlər ki, fərdi yaşayış evindən onlara düşəcək paylar müəyyən oldunduqdan sonra evin sənədləşdirilməsinə etiraz etməyəcəklər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X1nun mülkiyyətində Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bu barədə JN-362A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsində valideynlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evi olmuş, lakin evin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. O və digər bacı-qardaşları həmin evdə doğulub boya-başa çatmışdırlar. Bərdə rayon dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X1nun, anası X7 və onun həqiqətən Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsi olmuş və bu hal təsərrüfat başına kitabda qeydə alınmışdır. X14 xx.xx.2008-ci ildə, X15 xx.xx.2016-cı ildə və qardaşı X13 isə mübahisəli əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389/2022 saylı məktubundan da görünür ki, valideynləri X16 və X15 vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzərində yerləşən evə buraxmır. Birinci instansiya məhkəməsi isə çəkişmə prinsipini pozmaqla məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, 30 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşayır. İddiaçı 1985-ci ildə ərə gedərək həmin evdən köçmüşdür. İddiaçı 30 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşamır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirdi ki, iddiaçı 1985-ci ildə ərə getmiş, həmin kənddə yerləşən ər evində yaşamışdır. Daha sonra isə Bakı şəhərinə köçərək orada yaşamışdır. Mərhum qayınX1 2008-ci ildə vəfat etmişdir. Qarakişi Tağıyev vəfat edəndən sonra iddiaçı yenidən həmin kəndə gələrək, təxmini 10 ay öz evində yaşamış, sonra yenidən Bakı şəhərinə köçmüşdür. Hazırda iddiaçı Bakı şəhərində yaşamaqdadır. Həmçinin bildirdi ki, onun əri mərhum Fehruz Tağıyev 2021-ci ildə vəfat etmiş, iddiaçı qardaşı Fehruz Tağıyevin də yas mərsimində də iştirak etməmişdir. Buna görə də apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X18 apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər İddiaçı Qarkişi qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, onun atası evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Kətəlparaq kənd Sovetliyinin Soğanverdilər kəndinin 1980-1982-ci illər üzrə 10 saylı Təsərrüfatbaşına kitabının 661 saylı şəxsi hesabından görünür ki, X6 adına 0.17 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. X14, ailə üzvləri ilə həmin evdə yaşamışdır. İddiaçı xx.xx.1985ci ildə ərə gedərək həmin evdən köçmüşdür. Torpağın mülkiyyətə verilməsinə dair JN- 362A KOD 61000088 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X8, X7, X3, Cavabdeh Təvəkkül qızının, X9 və X4 mülkiyyətinə verilmişdir. X14 xx.xx.2007-ci ildə vəsiyyətnamə verərək ona məxsus olan mülkün qızı İddiaçı verilməsini vəsiyyət etmiş və vəsiyyətnamə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. X14 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmin evdə X15, X13 və Cavabdeh yaşamışdır. X15 xx.xx.2016-ci il tarixdə, X13 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisəli evində cavabdeh yaşayır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də Cavabdehdır. iddia tələbində qeyd olunmuş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yəni özbaşına tikilidir. Qanuvericilik isə özbaşına tikiliyə mülkiyyət hüququnun hazırkı hüquq münasibətlərində tanımır. Həmçinin məhkəmə iddia tələbinin evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb qeyri-müəyyən olaraq irəli sürülmüşdür. Yəni cavabdeh tərəfindən hansı manelərin olduğu müəyyən olunmur. Birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi barədə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tələbində X1 və anası X2 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan və işin hallarından məlum olur ki, iddiaçı əslində ata və anasından miras qalmış yuxarıda qeyd olunan əmlaklar üzərində vərəsəlik qaydasında miras payının müəyyən olunmasını istəyir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış əmlakların qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İlk növbədə müəyyən edilməli hal mirasın kütləsinin nədən ibarət olmasıdır. İşin halları bu yöndə araşdırılan zaman müəyyən edilir ki, miras əmlak Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətdə olan 0.17 ha torpaq sahəsinin iddiaçının valideynlərindən qalmış müvafiq hissələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu normaların təhlili deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, iddiaçı onun valideyinlərindən miras qalmış mübahisəli torpaq sahəsinin onlara məxsus hissəsini nə qanunla müəyyən edilmiş qaydada, nə də faktik olaraq qəbul etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi əsassızdır. Belə ki, iş materialları ilə iddiaçının mübahisəli torpaq sahəsinin valideyinlərinə məxsus hissəsini qəbul etməsi barədə müvafiq notariat kontoruna ərizə verməsi müəyyən olunmur, eləcə də, işin faktiki halı kimi müəyyən edilmişdir ki, İddiaçı 1985-ci ildə ailə qurması ilə əlaqədar Bərdə rayonu, Soğnaverdilər kəndində yerləşən mülkdən köçüb getmişdir. Məhkəmə kollegiyası qeyd olunan halların araşdırılması, həmçinin cavabdeh tərəfindən qeyd olunan dəlillərə iddiaçının münasibət bildirilməsi məqsədi ilə məhkəmə iclaslarını təxirə salsa da, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin iddia tələbinin Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Ona görə ki, iş materiallarından görünür ki, həmin mübahisəli evə dair mülkiyyət hüququnun tanınmasını təsdiq edən müvafiq sənəd mövcud deyil, qanunvericiliyin tələbləri baxımından isə mülkiyyət hüququnun mövcud olmadığı daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Bu səbəbdən də həmin əmlaka dair vərəsəlik payının müəyyənləşdirilməsi qanunun tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəasinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası mübahisəli mülkə dair iddiaçının miras payının olması öz təsdiqini tapmadığından, iddia tələbinin qalan hissələrinə hüquqi qiymət verilməsinə zərurət olmadığını vurğulayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar