Məhkəmə qərarları › İş №2(104)-423/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-423/2024

09.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-423/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi, vəkil Nümayəndə1 və cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini icra edən X2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsindən cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynovanın 14.*6.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsinə bərpa olunması va çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə, *7.11.2**3-cü il tarixdən *7.*2.2**4-cü il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının ödənilməsi, *1.*7.2*22-ci il tarixdən 1*.11.2*22-ci il tarixə kimi işsiz qaldığı dövr üçün əmək haqqının, ödənilməmiş məzuniyyət pulunun va son haqq hesabın cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü tarixdən əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli əlavə qətnaməsi ilə (sədrlik edən hakim M.Mustafayev) İddiaçı Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində əvəzçi qarmon müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. Cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından işdən azad edilmişdir. 14 iyun 2*23-cü il tarixli, 28 nömrəli əmr əsaslıdır və onun ləğv edilməsinə heç bir əsas yoxdur. Belə ki, İddiaçı barəsində tərtib edilmiş 14.*6.2*23-cü il tarixli əmrdən də, görünür ki, həmin əmr müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar verilmişdir. Sadəcə həmin əmrdə texniki səhv olaraq ƏM-nin 68 maddəsi yox, məhz 69 maddəsi qeyd edilmişdir. Əmrin mahiyyəti isə düzgün tərtib olunmuşdur. Hal-hazırda da Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 21.11.2*23-cü il tarixli 17 nömrəli əmr ilə texniki səhvə düzəliş edilərək yeni əmr tərtib olunmuşdur. Həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrdə göstərilən 69-cu maddənin 2 hissəsinin b bəndinə düzəliş edilərək, Əmək Məcəlləsinin 68 maddəsinin İİ hissənin b bəndi kimi oxunması qeyd edilmişdir. Cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini icra edən X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun əsas iş yeri Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidir, ikinci iş yeri isə Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbidir. 2-ci iş yeri olan Gəncə şəhəri 3 saylı Uşaq Musiqi Məktəbində 35 ildən çox müddətdir ki, müəllimə vəzifəsində işləyir. Həmin məktəbdə işlədiyi müddətdə onunla müddətli əmək müqaviləsi bağlanmamış və buna dair hər hansı bir müqaviləyə imza etməmişdir. 1*.12.2*22-ci il tarixdən Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbdə işlədiyi müddətdə onunla müddətli əmək müqaviləsi bağlanmamasına baxmayaraq, məktəbin direktoru Svetlana xanım heç bir əsas olmadan 14.*6.2*23-cü il tarixdən işdən azad olunması barədə əmr vermişdir. 14.*6.2*23-cü il tarixli əmrdə 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Bu da öz növbəsində qanunvericiliyə zidd əmr verilməsinə gətirib çıxarır. Çünki, əmrin verilmə tarixi ilə əmək müqaviləsinə xitam verilmə tarixi fərqlidir. Həmçinin həmin əmr verilməmişdən qabaq ona məlumat verilməmiş və əmrin sürəti ona göndərilməmişdir .Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsini iddia qismən təmin edilmiş, əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü tarixdən əmək haqqı hesablanaraq ödənilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: 1*.11.2*22-ci il tarixli əmək müqaviləsindən görünür ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru S.Z.Hüseynova ilə İddiaçı arasında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin qarmon müəllimi vəzifəsi üzrə 1*.11.2*22-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək bağlanmışdır. İddiaçı imza etməkdən imtina etmişdir. Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbi üzrə 1*.11.2*22-ci il tarixli 7 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə əvəzçi qarmon müəllimi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin *1 iyul 2*22ci il tarixli 38 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əvəzçi qarmon müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq *1.*7.2*22-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın ödənilməsi əmr olunmuşdur. X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əvəzçi qarmon müəllimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın ödənilməsi əmr olunmuşdur. Elektron informasiya sistemində qeydiyyata alınmaış 22.11.2*22-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı X5 İdarəsi tərəfindən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinə qarmon müəllimi vəzifəsinə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək vaxtamuzd, aylıq əmək haqqının məbləği 7*2 manat olmaqla işə qəbul edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə X3 İdarəsinin 12 oktyabr 2*23cü il tarixdə 712/*4 saylı məktubundan görünür ki, İddiaçı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində əsas müəllim, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində müqavilə əsasında 2*21-2*22-ci və 2*22-2*23-cü illərdə əvəzçi müəllim işləmiş, ona 2*21-ci-2*22-ci il ərzində sentyabr ayı üzrə 54*.5* manat, oktyabr, noyabr, dekabr, yanvar ayları üzrə 117* manat, fevral ayı üzrə 1638 manat, mart, aprel, may, iyun ayları üzrə 14*4 manat, 2*22-ci və 2*23-cü illər ərzində sentyabr ayı üzrə 644 manat, oktyabr ayı üzrə 7*2 manat, noyabr ayı üzrə 1193.4* manat, dekabr ayı üzrə 14*4 manat, yanvar, fevral, mart, aprel, may ayları üzrə 1614 manat, iyun ayı üzrə 2**7.12 manat məbləğində əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sənəd və vətəndaşlarla iş şöbəsinin 23.*1.2*23-cü il tarixli 3-24/11/2-3*44/2*22 nömrəli məktubundan görünür ki, İddiaçı Gəncə şəhər 2 və 3 nömrəli uşaq musiqi məktəblərinin fəaliyyətinin yoxlanılması və əmək haqqının düzgün hesablanmaması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığı müraciətlərə aidiyyəti üzrə baxıldığı və onunla əvəzçilik qaydasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, yeni müqavilə bağlanması və sənədləşdirilməsi ilə bağlı hərhansı pozuntu halının aşkar edilmədiyi bildirilmişdir. Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrə düzəliş edilməsi haqqında X1 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 21 noyabr 2*23-cü il tarixli 17 nömrəli əmrindən çıxarışdan görünür ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin 14.*6.2*23-cü il tarixli 28 nömrəli əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin İİ hissəsinin b) bəndi” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin b) bəndi” sözlərinə əvəz edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsi barədə X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri ilə əvəzçi qarmon müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi işçi tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutur və 2-ci bənddə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi iddiaçı ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildiyini qeyd etsə də, iddiaçının işdən çıxarılması barədə X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrində iddiaçının işdən çıxarılması tamam başqa əsaslarla qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsaslanaraq 16.*6.2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyindən ləğv edilməli və məcburi iş buraxma müddəti üçün 16.*6.2*23-cü il tarixdən əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kolllegiyasının iclasında müəyyən edildi ki, əsas iş yeri Gəncə şəhər 2 nömrəli uşaq musiqi məktəbi olan İddiaçı ilə cavabdeh Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru arasında Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin qarmon müəllimi vəzifəsi üzrə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23cü il tarixədək olan müddət üçün müddətli əmək müqaviləsi bağlanmış və Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 1*.11.2*22-ci il tarixli 7 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə əvəzçi qarmon müəllimi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişi 22.11.2*22-ci il tarixdə elektron sistemə yerləşdirilmiş və bildirşdə İddiaçı X5 İdarəsi tərəfindən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinə qarmon müəllimi vəzifəsinə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək vaxtamuzd, aylıq əmək haqqının məbləği 7*2 manat olmaqla işə qəbul ediməsi qeyd edilmişdir. X5 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmri ilə, əvəzçi qarmon müəllimi İddiaçı ilə müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin ıı hissəsinin b bəndinə əsasən, 16.*6.2*23-cü il tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr olunmuşdur. Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 14 iyun 2*23-cü il tarixli 28 nömrəli əmrə düzəliş edilməsi haqqında X1 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 21 noyabr 2*23-cü il tarixli 17 nömrəli əmri ilə, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin 14.*6.2*23cü il tarixli 28 nömrəli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin İİ hissəsinin b) bəndi” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin b) bəndi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin birinci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. 73-cü maddəsinin birinci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir... Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin 14.*6.2*23-cü il tarixli 28 nömrəli əmri ilə əvəzçi müəllimi İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar verilmiş əmr texniki səhv olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin İİ hissəsinin b) bəndi kimi göstərilimiş, X1 İdarəsi Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin 21 noyabr 2*23-cü il tarixli 17 nömrəli əmri ilə Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin 14.*6.2*23-cü il tarixli 28 nömrəli əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin İİ hissəsinin b) bəndi” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin b) bəndi” sözlərinə əvəz edilmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işindən azad edilməsi barədə 14 iyun 2*23-cü il tarixli, 28 nömrəli əmri əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuş və qanuni verilmişdir. İddianın 14 iyun 2*23-cü il tarixli, 28 nömrəli əmrin ləğv edilməsi hissəsi əsaslı olmadığı və təmin edilmədiyi üçün, iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair hissələri də təmin edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı həmin məktəbdə işlədiyi müddətdə onunla müddətli əmək müqaviləsinin bağlanmaması və hər hansı bir müqaviləyə imza etməməsinə dair dəlilini əsasız hesab edir. Belə ki, əvvəla iddiaçı onunla müddətli əmək müqaviləsinin bağlanmamasını qeyd etsə də, həmin məktəbdə əvəzçiliklə qarmon müəlliməsi vəzifəsidə işləmişdir. Digər tərəfdən, iddiaçının X5 İdarəsi tərəfindən Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinə qarmon müəllimi vəzifəsinə 1*.11.2*22-ci il tarixdən 14.*7.2*23-cü il tarixədək vaxtamuzd, aylıq əmək haqqının məbləği 7*2 manat olmaqla işə qəbul ediməsi Elektron informasiya sistemində qeydiyyata alınmış 22.11.2*22-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişlə də təsdiq olunur ki, belə olan halda onun əmək müqaviləsini imzalamaması idianın təmin edilməsinə hüquqi əsas yaratmır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, apellyasiya şikayəti təmin edilməli Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)- 5819/2*23 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 4*4-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinin apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2*23-cü il tarixli, 2(125)-5819/2*23 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Gəncə Şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbinə qarşı işə bərpa, işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar