Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-423/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin nümayəndəsi (direktor müavini) X2 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktoru X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. B seriyalı 140492 nömrəli Diplomun surətindən məlum olur ki, İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X3 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmişdir.
2. Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmrinin surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən 26 avqust 2014-cü il l tarixdən məktəbin müəllimliyindən azad edilmişdir.
3. Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinin surətindən məlum olur ki, İddiaçı diplom işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş məktuba cavab alınandək 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqaviləsi ilə işə buraxılması qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 17 oktyabr 2013-cü il tarixli məktubundan məlum olur ki, İddiaçı 2002-2005-ci illər ərzində 3-cü qrup üzrə keçirilmiş test imtahanlarında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olmamışdır.
5. Azərbaycan Respublikası Müəllimlər İnstitunun Gəncə filalının 28 dekabr 2013-cü il tarixli məktubundan məlum olur ki, Məmmədova X1 Respublikası Aqrar Universtetindən Azərbaycan Respublikası X3 filalının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə 2-ci kursuna göcürülmə yolu ilə qəbul edilmiş və 2008-ci ildə oranı bitirmişdir.
6. Gürcüstan Respublikası Aqrar Universtetinin məktubundan məlum olur ki, Məmmədova X1 Respublikası Aqrar Universtetinin “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə qəbul edilməmişdir.
7. 10 oktyabr 2014-cü il tarixli Əmək Müqaviləsi bağlnması ilə bağlı Əmək Müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı 15 sentyabr 2014-cü il tarixli Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli müddətli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyir.
8. 16 oktyabr 2017-ci il tarixli Əmək Müqaviləsi bağlnması ilə bağlı Əmək Müqaviləsi bildirişindən və əmək kitabçasından görünür ki, İddiaçı Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli, müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsinə qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrlərin ləğv edilməsi tələbinə dair» məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmrin və onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 yanvar 2005-ci il tarixdən Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı vəzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir və hal-hazırda da həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Ancaq onun xəbəri olmadan cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmri ilə onun müvvəqəti olaraq işdə saxlanması qərara alınmışdır. Hesab etmişdir ki, həmin əmrlər qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Halbuki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Ancaq onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndində götərilən hallar isə yoxdur. Həmçinin hesab etmişdir ki, İddiaçı barəsində verilmiş onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrdə qanunsuz olmasına görə ləğv edilməlidir. Belə ki, onun işi daimi olmaqla 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin verilməsinə əsas olmamışdır.
11. Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi tələbinə dair» iddiasının təmin edilməsi, cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilməsinə dair 26 avqust 2014-cü il tarixli 16 nömrəli əmri və İddiaçı müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmrlərin verilməsi üçün qanuni əsas olmamışdır. Həmin əmrlərdə də, belə əsaslar qeyd edilməmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68 və 296-cı maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktoru X5 apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiаçı Məmmədоvа Gülnаr Qəmşəddin qızı xx.xx.2005-cü ildə Göygöl rаyоnu “8 Mаrt” ümumi оrtа məktəbə (о zаmаn 8 Mаrt kənd əsаs məktəbi) kitаbхаnаçı vəzifəsinə qəbul еdilmiş, həmin vахtdаn dа məktəbdə sinif müəllimi vəzifəsində işləmişdir. 2014-cü ildə оnun sənədlərinin sахtа оlmаsı, yəni Gürcüstаn Rеspublikаsı Аqrаr Univеrsitеtində охumаdаn həmin univеrsitеtin ibtidаi təhsilin pеdаqоgikаsı və mеtоdikаsı fаkültəsinin 1-ci kursunu bitirməsi hаqqındа sахtа sənədlə Аzərbаycаn Müəllimlər İnstitutunun (АMİ) Qiyаbi şöbəsinin ibtidаi təhsilin pеdаqоgikаsı və mеtоdikаsı fаkültəsinin 2-ci kursunа köçürülməsi аşkаr еdildiyindən xx.xx.2014-cü il tаriхli 16 №-li əmrlə Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 70-ci mаddəsinin “C” bəndinə əsаsən əmək müqаviləsinə хitаm vеrilmişdir. Lаkin rаyоn təhsil şöbəsi tərəfindən ona istintаqın nəticəsini gözləməyinə göstəriş vеrildiyindən, xx.xx.2014cü il tаriхdə 19 №-li əmr vеrib, оnu müvəqqəti оlаrаq işdə sахlаmışdır. G.Məmmədоvа tərcümеyi hаlındа АMİ-yə dахil оlub, həmin univеrsitеti bitirməsini göstərdiyindən həqiqəti müəyyən еmək üçün sоrğulаr vеrilmiş, Аzərbаycаn Rеspublikаsı Tələbə qəbulu üzrə dövlət kоmissiyаsı xx.xx.2013-cü il tаriхli 04/1524 məktublа bildirmişdir ki, G.Məmmədоvа imtаhаn əsаsındа аli təhsil müəssisəsinə qəbul еdilməmişdir. Gürcüstаn Rеspublikаsı Аqrаr Univеrsitеtinin 15-08/110 №-li məktubu ilə müəyyən еdilmişdir ki, G.Məmmədоvа həmin univеrsitеtdə охumаmışdır. АMİ-nn xx.xx.2013-cü il tаriхli 152 №-li məktubu ilə müəyyən оlur ki, iddiаçı birbаşа АMİ-nin 2-ci kursunа köçürülmüşdür. Bu hаllаrı təsdiq еdən 3 sənəd məhkəməyə əlbəəl təqdim еdilmişdir. G.Məmmədоvаnın bu günə kimi məktəbdə müəllim sахlаnılmаsınа səbəb Аzərbаycаn Rеspublikаsı Bаş Prоkurоru yаnındа Kоrrupsiyаyа qаrşı Mübаrizə Bаş İdаrəsinin xx.xx.2014-cü il tаriхli məktubu оlmuşdur. Həmin məktubdа bildirilmişdir ki, G.Məmmədоvаnın sахtаkаrlığınа dаir mürаciətlər həmin idаrədə аpаrılаn ********* №-li cinаyət işinə əlаvə еdilmişdir. Məlumаtın nəticəsi оlmаdığındаn dəfələrlə еtdiyi sоrğuyа cаvаb vеrilmədiyindən o, nəhаyətdə 06.062024-cü il tаriхli məktublа ölkə bаşçısınа və Оmbudsmаnınа şikаyət еtmişdir. Yаlnız bundаn sоnrа həmin Bаş İdаrə xx.xx.2024-cü il tаriхli 2-2-022- 095768/2024 №-li məktublа bildirmişdir ki, guyа G.Məmmədоvаnın diplоmunun sахtа оlmаsı bаrədə mürаciəti Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 308.2, 313 və 320.1-ci mаddələri ilə аpаrılаn ********* №-li bir cinаyət işinə əlаvə еdilmişdir. Diqqət yеtirin. Əvvəl həmin məsələ ********* №-li cinаyət işində bахılmаlı idi, lаkin 10 il müddətində bахılmаmış, indi bаşqа nömrəli, şübhəsiz, аidiyyəti оlmаyаn işlərdən birinə əlаvə еdilmiş, özü də, sахtа sənəd əldə еtmə kimi kiçik bir məsələyə əlаvə оlаrаq ötən 4 аydа dа, bахılmаmışdır! Dövlətin prоkurоrluq оrqаnı yüksək səviyyədə cinаyətə göz yumursа, sахtаkаrlıq bаrədə məlumаtа bахmаq istəmirsə, ələlхüsus, cinаyət bаrədə məlumаt vеrən təşkilаtı аldаdıb, аlınmış məlumаtın аidiyyəti оlmаyаn cinаyət işinə əlаvə еdilməsi bаrədə məktub yаzıb, yаzılаnı dərhаl unudursа, qısаsı, cinаyət gizlədilirsə, qоy gizlədililsin, dövlət bilər, gizlədən bilər. Ona gəlincə, vеrdiyi əmrləri sахtаkаrlığın nəticəsi bаrədə qərаr оlmаdаn, yахud tаbе оlduğu yuхаrı təşkilаtdаn göstəriş аlmаdаn ləğv еdə bilməzdi. Bir də ki, həmin əmrlərin ləğvinə еhtiyаc yохdur. Çünki iddiаçının müvəqqəti оlаrаq işdə sахlаnmаsı bаrədə xx.xx.2014-cü il tаriхdə 19 №-li əmrdən 10 ildən аrtıq vахt kеçdiyindən Əmək qаnunvеriciliyinə görə, iddiаçı müvəqqəti yох, dаimi işçi sаyılır. Bu əmr də, bundаn əvvəl vеrilmiş xx.xx.2014-cü il tаriхli 16 №-li əmr də аrtıq tаriхdir. Tаriхin isə silinməsi (ləğv еdilməsi) mümkün dеyil. Həmin əmrlərin ləğv еdilmələri tələbi tаriхi gizlətmək üçün düşünülmüşdür. Bаş İdаrənin sахtаkаrlıq hаqqındа məlumаtı аidiyyəti pоlis şöbəsinə göndərmək əvəzinə, аidiyyətsiz bаşqа bir cinаyət işinə əlаvə еtməsi bаrədə sözlər cinаyətin gizlədilməsidir (bunun bаşqа аdı yохdur). Bu məktub аlаn kimi аnlаmışdır ki, həmin cinаyət hаqqındа hеç zаmаn qərаr, həttа müddətin ötməsinə görə cinаyət işinin bаşlаnılmаsındаn imtinа еdilməsi hаqqındа qərаr vеriləsi dеyil. O, da G.Məmmədоvаnın düşməni dеyil, nə də Bаş Prоkurоrluğun bаrəsində şikаyət vеrən dеyildir. Vətəndаş sахtа yоllа аli təhsil diplоmu аlıbsа, həmin diplоm əsаsındа müəllim işləyirsə, dövlət, еləcə də məhkəmə bunu qəbul еdirsə, еtsin, lаkin məhkəmə hаqqа хidmət еtməli, onu sахtаkаrın yеdəyinə vеrməməli, dаhа dəqiq dеsək, sахtаkаrа dil vеrməməlidir. Оnun iddiаsı оnа görə təmin еdilə bilməz ki, mübаhisələndirdiyi əmrlərin üzərindən 10 ildən аrtıq müddət ötmüşdür. Əmrlər bаrədə iddiаçı ilk gündən хəbərdаr еdilmiş, əmrlərin ləğvi bаrədə Təhsil şöbəsinə şikаyət yаzmış, lаkin şikаyəti təmin еdilməmişdir. Əmək Məcəllənin 296-cı mаddəsində əmək müqаviləsinin ləğvinə görə mübаhisə 1 аy müddətində, digər əmrlərə görə isə 3 аy müddətində аçılа bilər. Qısаsı, iddiа müddəti düz 124 dəfə (!!!) ötürülmüşdür. Nəhаyət dеmək istəyir ki, Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 45-ci mаddəsinə əsаsən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmənin qətnаmədə göstərdiyi mаddi hüquq nоrmаlаrı yа uyğun dеyil, yа fоrmаldır, yа dа təhrifdir. Məsələn, 1 аylıq iddiа müddətinin ötürülməməsinə dаir sözlər məntiqsiz uydurmаdır. Məhkəmənin həmin uydurmаsındаn bеlə çıхır ki, iddiаçı mübаhisələndirdiyi əmrlərdən 10 il 4 аydаn sоnrа хəbər tutmuşdur. Bu hаl dа məhkəmənin qərəzli оlmаsını sübut еdir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin nümayəndəsi (direktor müavini) X6 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanaraq, narazılıq aradan qaldırılmışdır.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
19. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil olunmuşdur. Cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktoru X5 məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, işin tam və hərtərəfli araşdırılmasını üçün iddiaçının məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
22. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
24. 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
25. 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
26. 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:
33. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
36. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
42. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 01 yanvar 2005-ci il tarixdən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı vəzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X3 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmiş, bu barədə ona B seriyalı 140492 nömrəli Diplom da verilmişdir. Cavabdeh “8 Mart” tam orta məktəbinin direktorun qeyd edilən diplomun saxta olması şübhəsi ilə 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən, 26 avqust 2014-cü il tarixdən məktəbin müəllimliyindən azad etmiş və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinə əsasən isə onun 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqaviləsi ilə işə buraxılmışdır. Yenidən xx.xx.2017-ci il tarixli əmrlə İddiaçı ilə Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində müddətsiz əmək müqaviləsi bağlanılmışdır.
43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, qeyd edir ki, İddiaçı əmək müqаviləsinə xx.xx.2014-cü il tаriхli 16 №-li əmrlə Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 70-ci mаddəsinin “C” bəndinə əsаsən хitаm vеrilmişdir. Lаkin Rаyоn Təhsil şöbəsi tərəfindən cavabdehə istintаqın nəticəsini gözləməyinə dair göstəriş vеrildiyindən, xx.xx.2014-cü il tаriхdə 19 №-li əmrlə, iddiaçı müvəqqəti оlаrаq işdə sахlаnılmışdır. Yenidən xx.xx.2017-ci il tarixli əmrlə İddiaçı ilə Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Odur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının 5 ildən artıq işlədiyi üçün əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı dəlilini əsaslı hesab etmir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının diplomunun saxta olması ilə bağlı qeyd edir ki, qeyd edilən faktla bağlı cavabdeh tərəfindən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin fakt üzrə araşdırma aparılır. Lakin nə qədər ki, həmin fakt üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, cavabdehin iddiaçının diplomunu saxta hesab etməsi ilə bağlı dəlillərini əsaslı hesab etmək olmaz. Bu baxımdan kollegiya apellyasiya şikayətinin həmin dəlilini də, əsaslı hesab etmir.
45. Məhkəmə kollegiyası iddia müddətinin ötməsinə dair apellyasiya şikayətinin dəilili ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Mülki qanunvericiliyin tələbinə uyğun olaraq iddia müddəti yalnız tərəfin verdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, məhəkəmə apellyasiya şikayətinin qeyd edilən dəlilini də, əsassız hesab edir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tаriхli, 16 №-li əmrlə iddiaçının ilə bağlanmış əmək müqaviləsinə xitam verilsə də, xx.xx.2014-cü il tаriх 19 №-li əmrlə iddiaçı müvvəqəti işə qəbul edilmiş, sonradan xx.xx.2017-ci il tarixli əmrlə isə yenidən müddətsiz olaraq onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, işəgötürən tərəfindən verilmiş xx.xx.2014-cü il tаriхli, 16 №-li əmr və xx.xx.2014-cü il tаriх 19 №-li əmr qanunvericiliyin tələblərinə uyğun olmasa da, işəgötürən xx.xx.2017-ci il tarixli əmrlə yol verilən pozuntuları aradan qaldırmışdır. Yəni iddiaçı əvvəlki vəzifəsinə müddətsiz bərpa etmişdir. Düzdür, xx.xx.2017-ci il tarixli əmrdə iddiaçının istintaq müddəti başa çatanadək iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanmasının qeyd edilməsi ilə həmin əmr özü də, daxilən ziddiyətli olsa da, iddiaçı həmin əmrin məzmunun mübahisələndirməmişdir. Lakin buna baxmayaraq həmin əmrlə iddiaçı müddətsiz olaraq müəllim vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixədək iddiaçı əvvəki əmrləri mübahisələndirməmişdir. xx.xx.2017-ci il tarixli əmrlə isə əvvəlki iki əmrin yaratdığı nəticələr aradan qaldırlmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə və xx.xx.2014-cü il tаriхli, 16 №-li əmr və xx.xx.2014-cü il tаriх 19 №-li əmrləri ləğv etməklə düzgün nəticəyə gəlməmişdir.
47. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktoru X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1069/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.