Məhkəmə qərarları › İş №2(104)-426/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-426/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-426/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovk kəndində yerləşən, Cavabdeh1 adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh1 arasında 07 mart 1992-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verməsi mümkün hesab edilib icraata qəbul edilmiş və apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadı ilə şikayətin təmin edilməsi, İddiaçı1 Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması haqqında Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadının ləğv edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlarına toxunan şəxs kimi verdikləri apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs2 və Maraqlı şəxs1 şikayət verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2917/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı və bununla əlaqədar xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qərardadları ləğv edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 3041/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı1 və Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-3041/2023 saylı qərardadı ləğv edilməli, qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyətiorqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-3041/2023 saylı qərardadı ləğv edilməli, qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən, qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra, ümumi əsaslarla apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363-366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(104)-3041/2023 saylı qərardadı ləğv edilsin. Qəbul edilmiş məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 499/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar