Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-434/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdehnə (bundan sonra MMC) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrinin ləğv edilməsi, son haqq-hesabın ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, maddi və mənəvi ziyanın tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi (vəkili) Nümayəndə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı X6 Cavabdeh MMC-yə qarşı əmrinin ləğv edilməsi, son haqq-hesabın ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-də Biznesin İnkişafı və Departament Direktoru vəzifəsində çalışan İddiaçı Cavabdeh MMC-nin baş direktoru X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, Cavabdeh MMC ilə olan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində vaxtının bitməsi ilə əlaqədar olaraq vaxtının uzadılmamasını xahiş etmiş, əmək müqaviləsinə xitam verilməklə son haqq-hesabının və əmək kitabçasının ona təhvil verilməsinin təmin edilməsini, həmçinin ƏMAS portalından adının çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh MMC-də Biznesin İnkişafı və Departament Direktoru vəzifəsində çalışan İddiaçı Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd etmişdir ki, “Sizdən xahiş edirəm ki, əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən öz təşəbbüsüm ilə ləğv edilməsi üçün tədbir görəsiniz”. Həmin ərizə xx.xx.2023-cü il tarixdə Xəyal Məhərrəmovun şəxsi imzası ilə qəbul edilmişdir.
3. Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, şirkətimizin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır.
4. Cavabdeh MMC-nin direktor müavini X.F.Məhərrəmov tərəfindən imzalanmış K- 041/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə işçinin ərizəsinə əsasən Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Cavabdeh MMC-nin icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, “Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsində çalışan İddiaçı işlədiyi dövr ərzində ona işində yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkət daxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, 28.02.203-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İşçinin işə çıxmaması aktlaşdırılmışdır. Bundan sonra isə ona rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin, yenə də heç bir nəticə əldə olunmamışdır. Göründüyü kimi, işçinin bu hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin- “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan haldır. Yuxarıda göstərilənləri rəhbər tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, xx.xx.2023-cü il tarixədək olan dövr üzrə işçi ilə son haqq-hesabın aparılması, son haqq-hesabın aparılmasının maliyyə şöbəsinə tapşırılması və işçinin əmək kitabçasında müvafiq qeydlər aparılmaqla özünə təhvil verilməsi əmr edilmişdir.
6. Cavabdeh MMC-nin direktor müavini X4 tərəfindən cavabdeh MMC-nin icraçı direktoruna ünvanlanmış izahatda X.Məhərrəmov qeyd etmişdir ki, AZRİB Məhdud Məsuliyyətli Cəmiyyətinin Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı işdən çıxarılması ilə bağlı ona verilən suallara cavab olaraq bildirir ki, o X29 əvvəlki iş yerindən tanışdır. Onun təklifi əsasında İlkin Hüseyinli işə qəbul olunmuşdur. MMC-də daxili yoxlamalar aparılır. Həmin yoxlamalar nəticəsində İlkin Hüseyinlinin də nöqsanları olacağı ehtimalı vardır. Ona görə də o çalışırdı ki, bu yoxlamalardan yayınsın. X.Məhərrəmova bildirdi ki, o işdən çıxmaq istəyir. O da İlkinə bildirdi ki, rəhbərliyə deməmiş heç bir addım ata bilməz. O bildirdi ki, OBA marketdən yüksək əmək haqqılı iş təklifi alıb ona görə ora göstərmək üçün burdan işdən çıxmağımı təsdiq edən sənəd lazımdır. X.Məhərrəmov da həmin sənədi hazırlayıb imzalayıb ona şəklini təqdim etmişdir. İlkin isə onun sənədlərinin arasında qarışığa salaraq həmin sənədləri də gizlin şəkildə götürüb. O, bunu X29 dostluq münasibətinə görə etmişdir. İnanmazdı ki, İlkin Hüseyinli qeydiyyata alınmamış hər hansı bir sənədi ona və MMC-ə qarşı istifadə edər. Ona görə arxayın olub vermişdir. Bildirir ki, işçilərin işə qəbulu və çıxarılması ilə bağlı X.Məhərrəmovun heç bir səlahiyyəti yoxdur. Bu MMC-nin icraçı direktorunun müstəsna səlahiyyətidir. Bu hərəkəti icraçı direktordan xəbərsiz etmişdir, ona görə də sənədi qeydiyyata almamışdır. Əlavə olaraq qeyd etmişdir ki, icraçı direktorun yazılı və şifahi razılığı əsasında müəyyən əmrlərə (İddiaçı aid olmayan) imza etdiyi olubdur. Səhvini etiraf edərək, nəzərə alınmağını xahiş etmişdir.
7. Cavabdeh MMC-nin icraçı direktoru Araz Atakişiyev tərəfindən imzalanmış “daxili araşdırma” əsaslı xx.xx.2023-cü il tarixli “İntizam tənbeh tədbiri barədə” K-047/23 nömrəli əmrdə qeyd edilmişdir ki, “AZRİB Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X4 MMC-nin yuxarı rəhbərliyini məlumatlandırmadan və hər hansı bir qeydiyyat aparmadan MMC-nin möhürünün ona etibar edilməsindən istifadə edərək Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı barəsində əmr imzalayaraq möhür vurmuş və əmri İddiaçı təqdim etmişdir. Bununla bağlı X2 izahatı alınmış və o izahatında səhvini etiraf edərək bildirmişdir ki, İlkin Hüseynovla əvvəlki iş yerindən dostluq münasibətində olduğuna görə o bu addımı atmışdır. Onun bu addımından icraçı direktorun xəbəri olmamışdır. Yuxarıda qeyd edilənlərdən görsənir ki, X4 ona etibar edilmiş möhürdən öz şəxsi məqsədləri üçün sui-istifadə etməklə əmək intizamını ciddi şəkildə pozmuşdur. Qeyd edilənlər rəhbər tutularaq AZRİB MMC-nin direktor müavini X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmiş, işçinin nəzərinə çatdırılmışdır ki, növbəti 6 (altı) ay ərzində əmək və icra intizamının pozulması hallarına təkrar yol verərsə barəsində daha ciddi intizam tədbirləri görüləcək.
8. Cavabdeh MMC tərəfindən tərtib olunmuş, direktor müavinləri və təftiş şöbə müdiri tərəfindən imzalanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “işçinin üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlara görə Biznesin İnkişafı Departamentinin müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində, xx.xx.2023-cü il tarixdə saat 13:00-dək işə gəlməmişdir.
9. Cavabdeh MMC-də işçilərinin xx.xx.2023-xx.xx.2023-cü il dövrünü əhatə edən davamiyyət cədvəlinə görə İddiaçı xx.xx.2023-cü il tarixdə ümumiyyətlə, xx.xx.2023-cü il tarixdə isə günün birinci yarısı (yalnız “getdi” hissəsinə qol çəkməklə) işdə olmamışdır.
10. İddiaçının 27-28 fevral 2023-cü il tarixlərdə həqiqətən işdə olduğunu təsdiq edən, onun iş yoldaşları ilə apardığı 27-28 fevral 2023-cü il tarixli “Whatsapp” və "xxxx" yazışmaları əlavə olunmuşdur.
11. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Siz bir neçə gün işə gəlməmisiniz və bu barədə işəgötürənə heç bir məlumat verməmisiniz. Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır və bu işəgötürənə əsas verir ki, sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etsin. Bundan əlavə, məlumunuz olduğu kimi, hazırda sizin əmək fəaliyyətiniz yoxlanılır. Sizə təklif edirik ki, normal iş rejiminizə uyğun olaraq işə çıxasınız. Əks halda aparılan araşdırmada iştirak etməyiniz üçün xx.xx.2023-cü il tarixdə saat 10:00-da Cavabdeh MMC-nin Abşeron rayon Məmmədli kəndində yerləşən inzibati binasına dəvət olunursunuz.”
12. xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-nin direktor müavini Xəyal Məhərrəmov tərəfindən İddiaçı göndərilmiş teleqramda qeyd edilmişdir ki, “Sizin əmək müqaviləsinizə xitam verilmişdir. Əmək kitabçanızı şirkətə yaxınlaşaraq götürə bilərsiniz”.
13. 16.04.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X8 göndərilmiş teleqramda qeyd edilmişdir ki, “Bu teleqrama cavab olaraq bildirirəm ki, əmək kitabçası, əmək haqqı, son haqq-hesab, əşya və sənədlərimi göndərin, zəhmət olmazsa”.
14. 13 aprel 2023-cü il tarixli, 108/23 nömrəli ödəniş tapşırığından və kart hesablarına pul vəsaitinin köçürülməsinə dair siyahıdan görünür ki, ödəyici Cavabdeh MMC “son haqq hesab məzuniyyət (komp) və SHH əmək haqqı ödəniş edilir. İddiaçı” təyinatı ilə 990,50 manat məbləğində pul vəsaitini köçürmə etmiş, həmin məbləğ xx.xx.2023-cü il tarixdə İddiaçı “FPRAZN**********6001” nömrəli kart hesabına köçürülmüşdür.
15. Əmək və Məşğulluq Altsistemi portalına xx.xx.2023- cü il tarixdə daxil edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, K- 049/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə işəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 ç maddəsi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
16. Əmək və Məşğulluq Altsistemi portalına xx.xx.2023-cü il tarixdə daxil edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə cavabdeh MMC-nin K-040/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə başqa bir işçinin X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
17. İddiaçının qızı X12 “Sfera 2021 MMC” tərəfindən təqdim edilmiş arayışdan görünür ki, o, həqiqətən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan Kidsphere uşaq bağçasında 10 iyun 2022-ci ildən, 10 mart 2023-cü ilədək təhsil və təlim almışdır.
18. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli iş təklifindən görünür ki, İddiaçı satınalma müdiri vakansiya üzrə müsabiqənin nəticələrinə əsasən uğur qazanmışdır, işə başlaya biləcəyi tarix xx.xx.2023-cü il tarixdir. Lakin işə başlamaq üçün qeyd etdikləri tarixdə (xx.xx.2023) aktiv əmək müqaviləsi olduğundan dolayı İddiaçı işə qəbul edilə bilmədiyi və qeyd olunan vakansiya üzrə yalnız müqavilə qüvvədən düşdüyü təqdirdə işə qəbul oluna biləcəyi qeyd edilmişdir.
19. 17 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən X9 5000 manat məbləğində pul vəsaitini borcalan İddiaçı vermiş, borcalan isə həmin borc pulu götürərək, müqavilənin şərtlərinə uyğun olaraq borcverənə 31 may 2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür.
20. Azərbaycan Respublikası Abşeron Rayon Prokurorluğunun 18 aprel 2023-cü il tarixli, 426-Ş-23 nömrəli iddiaçıya cavab məktubunda bildirilmişdir ki, iddiaçının əvvəl işlədiyi Cavabdeh MMC-nin onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi, lakin bu barədə elektron portala məlumat ötürülməməsi ilə bağlı müraciətinə baxılmış, lakin müraciət mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olduğundan ona qanunla müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
21. xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-1290/7/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirlik yanında X18 Xidmətinə ünvanladığınız müraciətlərinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-6324/2023 saylı məktubla (SS815214242AZ) rəsmi müraciət edilmiş və məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatmışdır. Müəssisə rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq hal-hazırkı dövrədək cəmiyyət tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən Cavabdeh MMC-nin rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu və 83.2-ci maddələrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq altsisteminə daxil edilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin 5 (beş) gün müddətində təmin edilməsi və nəticəsi barədə X18 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-17-5/2- 11070/2023 saylı göstəriş xarakterli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunan tələblər işəgötürən tərəfindən yerinə yetirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin rəhbərliyi barəsində inzibati icraata başlanılacaqdır. Eyni zamanda bildirilmişdir ki, “Sahibkarlıq subyektində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikedilməsi barədə 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli qanunun və 2015-ci il 20 oktyabr tarixli yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında Fərmanına əsasən yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-dək uzadıldığından iddiaçınn müraciətinin Cavabdeh MMC-də araşdırılması mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, müraciətlə bağlı müəssisə tərəfindən sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaq, iddiaçıya müraciətində qeyd etdiyi məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
22. 17.05.2023-cü il tarixli, 3-17-5/2-H-17494/15/20 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən "xxxx" MMC-də əmək hüquqlarınının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və digər qurumlara ünvanladığı müraciətlərinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətilə bağlı “Azrib" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktuba və təsdiqedici sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Cəmiyyətin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının əvvəlki şikayət ərizələrinə əsasən müəssisəyə yazılı formada Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli K041/23 nömrəli xitam əmri ilə bağlı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin 5 (beş) gün müddətində Əmək və Məşğulluq altsisteminə daxil edilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı icrası məcburi olan xx.xx.2023-cü il tarixli 3-17-5/2-11070/2023 saylı göstəriş məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunan tələblər işəgötürən tərəfindən yerinə yetirilməmiş və xx.xx.2023-cü il tarixli K-048/23 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Buna əsas olaraq isə müəssisənin rəhbərliyi cavab məktubunda xx.xx.2023-cü il tarixində bütün iş günü, xx.xx.2025-cü il tarixində isə günün brinci yarısı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən iddiaçının işə gəlməməyi ilə bağlı tərtib olunmuş akt göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixində verilmiş əmrin xx.xx.2023-cü il tarixli K0271723 nömrəli Əmr ilə uyğunsuzluğu müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçının son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) işdən çıxdığı sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində cəmi 990.50 manat məbləğində iddiaçının əmək haqqı kartına köçürülmüşdür. Müəssisə tərəfindən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2ci bəndinin, həmçinin 83-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən cəmiyyətin işəgötürəni tərəfindən İnzibati Xətalar Məcəlləsinin - 192.4cü (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə), 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) və 539.1-1 (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətləri iştirakçıları tərəfindən icra edilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 539.1-1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında Protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən X18 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-H-144xx/xx/2023 nömrəli məktubunda Cavabdeh MMC-nin rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Qeyd olunan müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. İddiaçıya müraciətdə qeyd olunan məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
23. X18 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H- 27029/201 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının Abşeron rayon, Məmmədli kəndində yerləşən Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı təkrar eyniməzmunlu müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron-Zızı regional şöbəsində tərəfimizdən baxılmış, iddiaçının müraciətində müəssisə rəhbərliyi tərəfindən əmək müqaviləsinə xitam verildiyi gündən əmək kitabçasının ona təqdim edilmədiyini qeyd etmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) vətəndaşın əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işçiyə təqdim olunmalıdır. Bu səbəbdən iddiaçının əmək kitabçasının ona təqdim edilməsi və ya poçt vasitəsilə ünvanına (ünvan 6sini təmin etməyi cavabdehdən tələb olunmuşdur.
24. DƏMX-in Abşeron-Xızı Regional şöbəsi tərəfindən Cavabdeh MMC-nin baş direktoru X15 barəsində tərtib edilmiş MN ******* nömrəli, 19 aprel 2023-cü il tarixli “inzibati xəta haqqında” protokola görə Cavabdeh MMC-nin baş direktoru B.Ələsgərov tərəfindən Əmək Məcəlləsinin 76, 83.2, 172.4-cü maddələrinin tələbi pozularaq İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, həmçinin son haqq-hesab vaxtında ödənilməmiş və Əmək Müfəttişliyinin göstəriş məktubu vaxtında yerinə yetirilməmişdir. Bununla da, B.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 539.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
25. MN ******* nömrəli, 27 aprel 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərara görə DƏMX-in AbşeronXızı Regional şöbəsinin rəisi X22 tərəfindən Cavabdeh MMC-nin baş direktoru X15 barəsində tərtib edilmiş MN ******* nömrəli, 19 aprel 2023-cü il tarixli protokola baxılaraq işəgötürən X15 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi, nəticədə X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edildiyi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət verildiyi müəyyən olunmuşdur.
26. Göygöl Rayon Məhkəməsinin 3(066)-357/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 tərəfindən verilmiş şikayət təmin edilmiş, X18 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
27. İddiaçı X16 Cavabdeh MMC-yə qarşı əmrinin ləğv edilməsi, son haqq-hesabın ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli, K-049/23 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrinin ləğv edilməsi; - Son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə puləvəzi, işçiyə ödənilməliəmək haqqı və digər ödəmələr nəzərə alınmaqla), məcburi işburaxma günləri üçün əmək haqqının,eyni zamanda 2023-cü ilin fevral ayı üzrə əmək haqqının (əmək haqqı - rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) hesablanaraq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi; - əmək kitabçasının geri qaytarılması, - əmək kitabçasının geri qaytarılan günədək İddiaçı işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq Cavabdeh MMC tərəfindən ödənilməsi, - İddiaçı istifadəsində olan Cavabdeh MMC-yə məxsus 1 ədəd HP markalı notebookun, 1 ədəd notebook çantasının, 1 ədəd siçanın, 1 ədəd adapterin və 051 *** ** ** telefon nömrəsinin təhvil-təslim aktı əsasında təhvil almağı öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması; - həmçinin 55 manat məbləğində mediasiya xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Bundan sonra iddiaçı X16 iddia tələbinin dəqiqləşdirilməsinə barədə birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, K- 049/23 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi, son haqqhesabın - istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı (rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) və digər ödəmələr nəzərə alınmaqla düzgün hesablanaraq cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılacaq günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı orta əmək haqqının hesablanaraq cavabdeh MMC tərəfindən ödənilməsi, cavabdeh MMC tərəfindən hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, cavabdeh MMC-dən iddiaçının xeyrinə 5.000 manat məbləğində maddi ziyanın və 10.000 manat məbləğində mənəvi ziyanın tutulması, iddiaçının istifadəsində olan MMCyə məxsus 1 ədəd HP markalı notebookun, 1 ədəd notebook çantasının, 1 ədəd siçanın, 1 ədəd adapterin və “051 207-65-08” telefon nömrəsinin təhvil-təslim aktı əsasında təhvil alma öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, həmçinin 55 manat məbləğində mediasiya xərcinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, Şirkətin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. Cavabdeh MMC ilə iddiaçı arasında olan əmək müqaviləsi 1 il müddətində, yəni xx.xx.2023-cü ilədək bağlanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı, Cavabdeh MMC-yə bir neçə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə olan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində müddətinin bitməsi ilə əlaqədar olaraq müddətin uzadılmamasını, əmək müqaviləsinə xitam verilməklə, son haqq-hesabının və əmək kitabçasının ona təhvil verilməsini, həmçinin ƏMAS (Əmək və Məşğulluq Altsistemi) portalından adının çıxarılmasını xahiş etmişdir. Həmin ərizələr həm poçt vasitəsilə göndərilmiş və eyni zamanda, Xəyal Məhərrəmov tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Cavabdeh MMC-nin K041/23 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə Cavabdeh MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan iddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı tərəfindən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsi tələb olunmasına və əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmr qəbul edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir. Bununla da, işçi olaraq iddiaçının əmək hüquqları pozulmuşdur. Göründüyü kimi, iddiaçı işlədiyi Cavabdeh MMC tərəfindən haqsızlıqla üzləşmiş və hüquqlarının bərpa olunmasını dəfələrlə tələb etmişdir. İşçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə (ƏMAS) daxil edilməməsi və əmək kitabçasının olmaması səbəbindən iş təkliflərini dəyərləndirməmək məcburiyyətində qalmış və yeni işə girib əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Göstərilən fakt "xxxx" MMC-nin iş təklifi məktubunda və xx.xx.2023-cü il tarixli məktubunda öz təsdiqini tapmışdır. Belə ki, iş təklifində göstərilir ki, “"xxxx" MMC tərəfindən elan olunmuş Satınalma Müdiri vakansiyası üzrə müsabiqənin nəticələrinə əsasən uğur qazanmısınız və Sizə aşağıdakı şərtlərlə iş təklif olunur: Satınalma müdiri vəzifəsi - əmək haqqı 2000 AZN (Vergilər çıxıldıqdan sonra), Əlavə imtiyazlar – Korporativ nömrə, nahar ödənişi, servis. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, “”OBA MARKET” MMC tərəfindən elan olunmuş Satınalınma müdiri vakansiyası üzrə iş təklifinə müsbət geri dönüş etdiyiniz üçün təşəkkür edirik. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, işə başlamaq üçün qeyd etdiyiniz tarixdə (xx.xx.2023) aktiv əmək müqaviləniz olduğundan dolayı Sizi işə qəbul edə bilmirik. Qeyd olunan vakansiya üzrə yalnız müqavilə qüvvədən düşdüyü təqdirdə işə qəbul oluna bilərsiniz”. Bununla belə, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq, iddiaçı tərəfindən qanunvericiliyə müvafiq olaraq, əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsinin tələb edilməsini və əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin qəbul edilməsini nəzərə alaraq, dərhal əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi; iddiaçıya məxsus əmək kitabçasının 3 gün müddətində ona poçt vasitəsi ilə (ünvan 7 ünvanına) geri qaytarılması; son haqqhesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərə alınmaqla) aparılması, eyni zamanda 2023-cü ilin fevral ayı üzrə əmək haqqının (rəsmi 550 manat, nağd qaydada 1500 manat olmaqla, cəmi 2050 manat) ödənilməsi; əmək kitabçasının geri qaytarılan günədək işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqının hesablanaraq ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə, X14 və hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin hazırkı dövrədək pretenziya məktubuna heç bir cavab verilməmişdir. İddiaçı tərəfindən bütün bu qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına, bütün dövlət orqanlarına, o cümlədən X18 Xidmətinə şikayətlər göndərilmişdir. X18 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-12901/7/202 saylı cavab məktubunda qeyd edilir ki, “müraciətinizin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli məktubla iddiaçı tərəfindən rəsmi müraciət edilmiş və məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatmışdır. Müəssisə rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq hal-hazırki dövrədək cəmiyyət tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə AR ƏM-nin 49-cu və 83.2-ci maddələrinə əsasən Sizin əmək müqavilənizə xitam verilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin 5 gün müddətində təmin edilməsi və nəticəsi barədə DƏMX-nın Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Yuxarıda göstərilən tələblər işəgötürən tərəfindən yerinə yetirilmədiyi təqdirdə İXM-nin 539.1.1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin rəhbərliyi barəsində inzibati icraata başlanacaqdır”. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən edilmiş bütün qanun pozuntuları X18 Xidməti tərəfindən işə baxılarkən öz təsdiqini tapmışdır. Məhz elə X18 Xidmətinin məktubunun tarixi günü – xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən tələsik əmr qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat elektron informasiya sisteminə (ƏMAS) daxil edilmişdir. Bütün bunlar işdən çıxdıqdan sonra MMC tərəfindən iddiaçıya təqdim edilmiş borc öhdəliyinə və tam maddi məsuliyyət müqaviləsinə imza etmədiyinə görə ona qarşı qərəzli şəkildə edilmişdir. Cavabdeh MMC tərəfindən birtərəfli qaydada tərtib edilmiş və ona təqdim edilməmiş bütün sənədlərdən məlumatsızdır. Barəsində işlədiyi müddətdə heç bir intizam tənbehi tətbiq edilməmiş, xəbərdarlıq edilməmişdir. Bu zaman da Cavabdeh MMC tərəfindən AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş işçinin bütün hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, K-049/23 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrə əsasən, ““Biznesin İnkişafı Departamenti” Bölməsində “Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyən iddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı əvvəla onu qeyd edir ki, Cavabdeh MMC-nin K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmrinin (həmin Əmrlə Cavabdeh MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan iddiaçı xx.xx.2023- cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi xitam verilmişdir) sonrakı taleyi barədə, ləğv edilib-edilməməsi, qüvvədə olub-olmaması ilə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsinə dair K041/23 saylı, xx.xx.2023-cü il tarixli əmr mövcud olduğu halda, yenidən ƏM-nin digər əsası ilə (AR ƏM-nin 70 “ç” maddəsi ilə) ikinci bir əmrin qəbul edilməsi əmək qanunvericiliyi tarixində görünməmiş haldır və bu pozuntuya da məhz hazırki iş üzrə cavabdeh yol vermişdir. Bununla belə, Əmrdə əmək müqaviləsinə xitam verilməsi tarixi kimi xx.xx.2023-cü il göstərilsə də, əmək müqaviləsinin tarixi 1 ay 14 gün sonraya – xx.xx.2023-cü il tarixə təsadüf edir. Əmək müqaviləsinin 1 il müddətinə bağlandığı nəzərə alınsa, artıq sonuncu iş günü - xx.xx.2023-cü il tarixdə əmr verilməli idi. İddiaçı tərəfindən teleqramla CavabdehMMC-yə müraciət olunaraq, əmək kitabçasının, son haqq-hesabın və digər sənədlərin poçtla göndərilməsi xahiş edilmişdir. Lakin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən hazıradək əmək kitabçası ona təhvil verilməmiş, son haqq-hesab aparılmamış, 2023-cü ilin fevral ayı üzrə əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən işçinin hüquqları pozularaq dəfələrlə müraciət olunmasına baxmayaraq əmək kitabçası ona təhvil verilməmiş, müxtəlif bəhanələrlə bundan boyun qaçırılmışdır. Bununla da iddiaçı əmək kitabçası üzrə hesablanan əmək stajından məhrum olmuş, bu isə bilavasitə olaraq onun konstitusion hüququ olan əmək hüququ və pensiya hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh MMC tərəfindən hər gecikdirilmiş gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddia tələbinə görə əmək kitabçasının geri qaytarılacaq günədək (hazıradək qaytarılmamışdır) iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq Cavabdeh MMC tərəfindən ödənilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən real iş təklifinin olduğunu və əmək haqqının 2000 manat göstərildiyini nəzərə alaraq, iddiaçının işə düzələ bilmədiyi müddət üçün əmək haqqının məbləği hər ay 2000 manat olmaqla hesablanmalıdır. Belə ki, Cavabdeh MMC tərəfindən əmək kitabçası işçiyə geri qaytarılmadığına görə və o, işə qəbul olmaq hüququndan məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğuna görə, maddi vəziyyəti kəskin surətdə aşağı düşmüşdür. İddiaçı ailəlidir və 2 azyaşlı övladı var, onların saxlanması və həyat şəraitinin qorunması üçün borc almağa məcbur qalmışdır. Belə ki, 17 aprel 2023-cü il tarixli Borc müqaviləsinə görə, “Borc verən” X9 5.000 manat məbləğində pul vəsaitini “Borc alan” İddiaçı vermiş, “Borc alan” İddiaçı isə 5.000 manat məbləğində borc pulu götürərək müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən” X5 31 may 2023-cü ilədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı hazırkı vaxtadək də həmin borcu qaytara bilməmişdir. Bu cür maddi baxımdan ağır vəziyyətə məhz cavabdehin ucbatından düşdüyündən həmin 5.000 manat məbləğində maddi ziyan da Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı əmək kitabçasının olmaması səbəbindən işləyə bilmədiyi müddət ərzində ailəsini dolandırmaq üçün müxtəlif vaxtlarla və müxtəlif şəxslərdən borc pul almaq məcburiyyətində qalmış, cavabdehdən hüquqlarının bərpa olunmasını tələb etdikdə isə edilən müraciətlərin cavabsız qalması ilə əsəb və sarsıntı keçirmişdir. İddiaçı, işəgötürən tərəfindən haqsızlıqlara məruz qalmış, bununla da, mənəvi əzab çəkmiş, əsəb sarsıntısı keçirmişdir. Hər dəfə hüquqlarının bərpa olunması üçün müxtəlif dövlət orqanlarına şikayətlər etmiş, dəfələrlə izahat verməsi üçün dəvət olunmuş, hər dəfə məsələni müzakirə edərkən əsəbləşmiş, mənəvi əzab keçirmişdir. Həmçinin, iddiaçının himayəsində 2 azyaşlı övladı, həyat yoldaşı, ahıl yaşda olan atası və anası olmaqla 5 nəfərdən ibarət ailə üzvü vardır. Övladları ödənişli əsaslarla təhsil almış, lakin maddi vəziyyəti aşağı düşdüyünə görə məcbur qalıb uşaqları ödənişli təhsil müəssisəsindən uzaqlaşdırmışdır. Bu isə bir ata kimi iddiaçını çox sarsıtmış, övladlarını keyfiyyətli təhsillə təmin edə bilmədiyi üçün mənəvi iztirablar keçirmişdir. İddiaçının keçirdiyi mənəvi ziyanın məbləği yüz minlərlədir. Lakin məhkəmə praktikasını nəzərə alaraq, iddiaçı mənəvi ziyanını 10.000 manat müəyyənləşdirir. Bununla belə, hazırki iş üzrə cavabdeh tərəfindən əmək müqaviləsinin işəgötürən tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitamı zamanı saysız pozuntulara yol verilmişdir. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğvi üçün müstəqil əsasdır. Hazırki iş üzrə əmrin qeydiyyatının aparılmasına dair sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Güman ki, əmrin qeydiyyatı aparılmamışdır. Qeydiyyatı aparılsaydı bir işçi barəsində əmək müqaviləsinə xitam verilməsinə dair 2 (iki) əmr qəbul edilməzdi. Hazırda iddiaçı öz pozulmuş hüquqlarının bərpa olunması məqsədilə müvafiq orqanlara müraciət etdiyindən Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən ona hədə-qorxu və təhdidlər olunur, sonradan tərtib olunmuş maddi məsuliyyət haqqında müqaviləyə imza etdirməyə məcbur edilir və əsassız olaraq ondan izahatlar alınır. Hətta şikayətinin geri götürülməyəcəyi halda ona pis olacağı barədə xəbərdarlıqlar da edilmişdir. Odur ki, hüquqlarının bərpa edilməsi məqsədi ilə sonuncu ümid olaraq məhkəməyə müraciət edir.
30. Bundan sonra cavabdeh iddia tələbinə dair etiraz ərizəsini birinci instansiya məhkəməsinə təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək onun Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, K-019/22 nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən o, Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövr ərzində ona işində yol verdiyi nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkətdaxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. O, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmaqdan yayınmışdır. O, xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, xx.xx.2023-cü il tarixdə isə günün 1-ci yarısı işə gəlməmişdir. O, dəfələrlə işə dəvət edilsə də, buna məhəl qoymamış və üzrlü səbəb göstərmədən işə gəlməməkdə davam etmişdir. Bundan sonra isə ona xx.xx.2023-cü il tarixli rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır. Göründüyü kimi, işçinin bu hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan haldır. Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmişdir və bu barədə bildiriş Əmək və X21 daxil edilmişdir. İddiaçı X18 Xidmətinin Abşeron-Xızı şöbəsinə şikayət edərək əlində Cavabdeh MMC-nin əmrinin olduğunu və həmin əmrə əsasən işdən azad olunmalı olduğunu bildirmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının şikayətində istinad etdiyi əmr qanunsuz yolla hazırlanmışdır və qeydiyyata alınmamışdır. Belə ki, şirkətin Əmrlərin qeydiyyatı kitabında qeydiyyata alınan əmrlər sırasında iddiaçı ilə bağlı əmr olmamışdır. Sözügedən əmr dostluq münasibətlərinə əsasən şirkətin direktor müavini Xəyal Məhərrəmov tərəfindən imzalanmış, bu barədə yuxarı rəhbərik məlumatlandırılmamış və heç bir qeydiyyat aparılmamışdır. Artıq bununla bağlı Xəyal Məhərrəmova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sözügedən əmrin gizli və qanunsuz hazırlanmasını təsdiq edən daha bir fakt göstərmək olar. Belə ki, Cavabdeh MMC-də işçi X1 xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli K040/23 nömrəli əmr verilmişdir. Həmin əmr xx.xx.2023-cü il tarixdə icra edilmiş və bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə Əmək və X21 daxil edilmişdir. İddiaçı istinad etdiyi əmr isə xx.xx.2023-cü il tarixli K-041/23 nömrəlidir. Necə ola bilər ki, ayın 2-də verilən əmr 40 nömrəli, ayın 1-də verilən əmr isə 41 nömrəli olur? Bu fakt bir daha təsdiq edir ki, iddiaçının istinad etdiyi əmr saxtadır və qanunsuz hazırlanmışdır. Həmin əmrin saxta olması əmri hazırlayan və möhürün onda olmasından istifadə edən direktor müavini X2 etirafedici ifadələri ilə də təsdiq edilmişdir. Bundan əlavə, K-041/23 nömrəli əmr X10 işə qəbul əmridir və əmrlərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Həmçinin, işçinin ərizə ilə müraciət etməsi barədə işəgötürəndə heç bir məlumat yoxdur. Belə ki, sözügedən ərizədə də Xəyal Məhərrəmovun qəbul edib qol çəkdiyi görünür. Halbuki, sənədlər MMCnin qəbul şöbəsinə təqdim edilir, orada qeydiyyata alınır və dərkanar üçün rəhbərliyə təqdim edilir. Həmin ərizədə iddiaçı öz xahişi işə işdən çıxmaq istədiyini yazıb. Lakin daha sonra əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı da ərizə verib. Bir işçi niyə eyni zamanda həm öz xahişi ilə işdən çıxmaq üçün ərizə versin, həm də əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı ərizə yazsın? Hansı ki, hər iki ərizə cavabdehdə yox idi, iddiaçının şikayət ərizələrinin qoşmasında cavabdehə göndərilmişdir. Fərz edək ki, işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməyib. Onda işəgötürən olaraq işçinin hansı ərizəsi əsasında onun işinə xitam verilməli idi? Əmək məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (öz xahişi ilə) yoxsa Əmək məcəlləsinin 73-cü maddəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi)? kimi, işçinin istinad etdiyi ərizələrdə də ziddiyyətlər mövcuddur. Bundan başqa, sözügedən əmr heç bir rəsmiyyətə alınmamış, Əmək və X21 daxil edilməmişdir. Cavabdeh qeyd edir ki, “işçinin qeydiyyatda olmayan, gizli yolla hazırlanan həmin əmr əsasında işdən çıxarılması öhdəliyi hansı qanunvericilik norması ilə işəgötürənin üzərinə qoyulur? Həmin əmr qanunverici, icra və ya məhkəmə hakimiyyəti orqanları tərəfindən qəbul edilən icrası məcburi sənəddir ki, cavabdeh tərəfindən mütləq icra edilməli idi?”. İddiaçının istinad etdiyi qərar o halda əsaslı olardı ki, işəgötürən tərəfindən sözügedən əmr Əmək və X21 daxil edilərdi, qeydiyyata alınardı, lakin sonradan Əmək Məcəlləsinin başqa maddəsi ilə işçinin əmək müqaviləsinə xitam verilərdi. İddiaçının əmək kitabçasının təhvil verilməsi ilə bağlı tələbinə gəldikdə isə o işə çıxmadığına görə ona rəsmi müraciət edilərək əmək kitabçasın təhvil götürməsi bildirilmiş, ona əmək kitabçası və s. tipli vacib sənədlərin poçt vasitəsi ilə göndərilməməsi izah edilmişdir. Bundan başqa, hazırda şəxsin əmək fəaliyyəti ilə bağlı məlumatlar (onun iş yerləri və tutduğu vəzifələr və s.) müvafiq icra hakimiyyəti orqanının elektron resurslarında əks olunmuşdur. İddiaçının əmək kitabçasına görə işə girə bilməməsi və s hallar əsassızdır, iddiaçı özü bilərəkdən əmək kitabçasını götürməmişdir ki, hazırda bu cür iddia ilə çıxış etsin. Qeyd edilir ki, iddiaçı ilə son haqq-hesab aparılıb. Ona görə də son haqq-hesabın aparılmasına dair iddiası da tam əsassızdır. Bundan başqa, iddiaçı iddia edir ki, 5000 manat borc alıb. Bu da onun özünün uydurduğu uydurma bir borc müqaviləsidir ki, cavabdehdən tələb etmək üçün saxta əsas olsun. AZRİB MMC-ə məxsus olan kompyuter dəstinin və telefon nömrəsinin təhvil veriləcəyi təqdirdə hər an qəbul etməyə hazırdırlar. Ona görə də iddiaçının iddia tələbi tamamilə əsasız olduğundan etirazda qeyd edilən hallar nəzərə alınmaqla təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır.
32. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qərardadı ilə, iddiaçı X6 Cavabdeh MMC-nə qarşı iddia tələbinin “iddiaçının istifadəsində olan MMC-yə məxsus 1 ədəd HP markalı notebookun, 1 ədəd notebook çantasının, 1 ədəd siçanın, 1 ədəd adapterin və “051 207-65-08” telefon nömrəsinin təhvil-təslim aktı əsasında təhvil alma öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsində iddiaçının iddiasından imtinası qəbul edilməsi və iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır.
33. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi barədə Cavabdeh icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmr ləğv edilməsi və iddiaçıya məxsus əmək kitabçası Cavabdeh MMC-dən alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
34. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 12, 45, 70, 71, 72, 76, 80, 83, 154.1 və 172-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1, 78.1, 89, 216-220, 227 və 360cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
35. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırkı iş üzrə Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən işlədilməyən ifadələri qətnaməyə onun adından daxil etmişdir. Guya o, məhkəmə iclasında bildirmişdir ki, “Şirkətin direktoru həmin dövrdə məzuniyyətdə olub, onu isə Xəyal Məhərrəmov əvəz edib, lakin bu da həmin əmrin hüquqi cəhət dən əsaslı sayılmasına dəlalət etmir. Xəyal Məhərrəmova etibarnamə 3 gün müddətinə daxili məsələlərlə bağlı verilib”. Halbuki, o, bu cür ifadə işlətməmişdir. Hesab edirlər ki, məhkəmə sözügedən saxta əmrə hüquqi don geyindirmək və qanunsuz qətnaməsini əsaslandırmaq üçün qətnaməyə belə bir ifadə salmışdır. Məhkəmə qeyd edir ki, müvafiq əmrdə işçinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasınaistinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, bu iddia da tamamilə əsassızdır. Belə ki, əmrdə qeyd olunmuşdur: “Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkət daxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, xx.xx.2023-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İşçinin işə çıxmaması aktlaşdırılmışdır. Bundan sonra isə ona rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır.” Göründüyü kimi, əmrin verilməsinə səbəb olan konkret əsaslar göstərilmiş, hətta ƏM-nin 70-ci maddəsinin tətbiq edilməməsi üçün görülən tədbirlər (işçinin işə dəvət edilməsi və ya şirkətə yaxınlaşaraq məsələnin araşdırılmasının təklif edilməsi) qeyd edilmişdir. Aydındır ki, məhkəmənin bu əsaslandırması da qanunsuzdur. Bundan başqa, məhkəmə hesab etmişdir ki, işəgötürən işçinin işə gəlməməsinə görə başqa inzibati tənbeh tədbiri görə bilərdi. Lakin Məhkəmə nəzərə almamışdır ki, işəgötürən işçiyə onun işə çıxmamasının doğurduğu hüquqi nəticələr və əmək məcəlləsinin tələbləri barədə rəsmi məktub göndərmişdir. Yəni, işəgötürən olaraq alternativ tədbirlər görülmüş, lakin nəticə əldə edilmədiyi üçün qanunvericiliyə uyğun olaraq işçinin əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə işçidə olan xx.xx.2023-cü il tarixli saxta əmrə istinad edərək qeyd edir ki, bu əmr mübahisələndirilməmişdir, ləğv edilməmişdir və qanuni qüvvədədir. Buna görə də işəgötürən tərəfindən ikinci bir əmr verilə bilməz. Bu, ilk baxışdan qanunvericiliyin tələbləri baxımından doğru yanaşma olsa da işin faktiki hallarına nəzər yetirdikdə səhv olduğunu görürlər. Belə ki, həmin saxta əmr gizlin hazırlandığından şirkətin heç bir rəsmi qeydiyyat səndlərinə və ya elektron resurslarına işlənməmişdir. Həmin saxta əmrdən isə işəgötürən olaraq xeyli sonralar – Əmək Müfəttişliyi tərəfindən onlara məlumat göndərilərkən xəbərdar olmuşdur. Həmin əmrin hansı şəraitdə hazırlanması, həqiqətən də şirkətə məxsus möhürlə möhürlənib-möhürlənməməsi, ən əsası da onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, qeydiyyata alınmaması onun qüvvədən salınmasına və ya ləğv edilməsinə ehtiyac olmadığına dəlalət edir. Belə ki, hər hansı bir rəsmi sənəd o halda qüvvədən salına bilər ki, onun ən azından qəbul edilmə proseduru və texniki tərəfləri qaydasında olsun, düzgün qaydada qəbul edilsin. Məsələn, xx.xx.2023-cü il tarixli əmr şirkətin İcraçı direktoru Araz Atakişiyev tərəfindən imzalansa idi, əmrlərin reyestri kitabında qeydiyyata alınsa idi onda məhkəmənin bu mövqeyi doğru olardı. Lakin, ortada olmayan bir əmrin ləğv edilməsi, hesab edirlər ki, doğru deyil və həmin əmr hazırlandığından etibarən etibarsızdır. X18 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin Cavabdeh MMC-nin baş direktoru X15 barəsində qəbul etdiyi 27 aprel 2023-cü il tarixli, MN №0020859 saylı inzibati tənbeh vermə haqqında qərarı Göygöl Rayon Məhkəməsinin № 3(066)-357/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv edilmiş, X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə haqlı olaraq bu qənaətə gəlmişdir ki, X7 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X7 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Lakin, hazırki iş üzrə məhkəmə Göygöl rayon Məhkəməsinin qərarını sübut kimi qəbul edərək nəzərə almalı olduğu halda bunu etməmişdir. İşçi Cavabdeh MMC-də yüksək vəzifədə işləmişdir, department müdiri olaraq tabeliyində çoxlu sayda işçilər olmuşdur. Onun işə gəlməməsi, təbii ki, iş yerində işin normal ahəngini pozmuşdur. Bundan başqa işçi bunu bilərəkdən, qəsdən törətdiyinə görə bu hal onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsi üçün əsasdır. Bundan başqa, yüksək vəzifəlişəxs olaraq işçinin işə gəlməməsi və tabeliyindəki işçilərə nəzarət etməməsi şirkətin maliyyə itkiləri ilə üzləşməsinə səbəb olmuşdur. Belə ki, Cavabdeh MMC satış şirkətidir. Məlum olduğu kimi, satış şirkətlərində gündəlik satışlar çox əhəmiyyətlidir, işçinin işdə olmaması isə tabeliyindəki işçilərin işinə daha etinasız yanaşmasına səbəb olmuş, ən yaxşı halda isə satışın daha da artmasının qarşısını almışdır. Göründüyü kimi, məhkəmənin bu hala istinad etməsi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı X16 apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək, Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4101/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində maddi və prosessual (1 hal istisna olmaqla) hüquq normalarını yalnız sadalamaqla kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə dair mövqeyini (dəlillərini) əsaslandıra bilməmiş, həmin normaların hazırki iş üzrə əlaqəsini göstərməmişdir; 2. Daha sonra cavabdehin apellyasiya şikayətində Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlilində göstərilir ki, guya “Hazırkı iş üzrə Məhkəmə"xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən işlədilməyən ifadələri qətnaməyə onun adından daxil etmişdir. Guya o, məhkəmə iclasında bildirmişdir ki, “Şirkətin direktoru həmin dövrdə məzuniyyətdə olub, onu isə Xəyal Məhərrəmov əvəz edib, lakin bu da həmin əmrin hüquqi cəhətdən əsaslı sayılmasına dəlalət etmir. Xəyal Məhərrəmova etibarnamə 3 gün müddətinə daxili məsələlərlə bağlı verilib”. Halbuki, O, bu cür ifadə işlətməmişdir. Hesab edirlər ki, Məhkəmə sözügedən saxta əmrə hüquqi don geyindirmək və qanunsuz qətnaməsini əsaslandırmaq üçün qətnaməyə belə bir ifadə salmışdır”. Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmin ifadələr işlədilmişdir və məhkəmə iclas protokolunda qeyd edilmişdir. Bundan əlavə, cavabdeh tərəf iddia tələbinə etirazında da göstərir ki, direktor müavini Xəyal Məhərrəmov möhürün onda olmasından istifadə edərək saxta əmr hazırlamışdır. Göründüyü kimi, həmin ifadələr həm məhkəmə iclasında səsləndirilimiş, eyni zamanda, yazılı formada məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iş materiallarında olan Xəyal Məhərrəmova verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə apelyasiya şikayətində qeyd edildiyi kimi “3 gün müddətinə” deyil, 2 il müddətinə (xx.xx.2021-xx.xx.2023) verilmişdir. 3. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “Məhkəmə qeyd edir ki, müvafiq əmrdə işçinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasına istinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, bu iddia da tamamilə əsassızdır. Belə ki, əmrdə qeyd olunmuşdur: “Bundan əlavə, tutduğu yüksək vəzifədən istifadə edərək şirkətdaxili nizamintizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, 28.02.203-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İşçinin işə çıxmaması aktlaşdırılmışdır. Bundan sonra isə ona rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin yenə də heç bir nəticə əldə olunmamışdır.” Göründüyü kimi, əmrin verilməsinə səbəb olan konkret əsaslar göstərilmiş, hətta ƏM-nin 70-ci maddəsinin tətbiq edilməməsi üçün görülən tədbirlər (işçinin işə dəvət edilməsi və ya şirkətə yaxınlaşaraq məsələnin araşdırılmasının təklif edilməsi) qeyd edilmişdir. Aydındır ki, məhkəmənin bu əsaslandırması da qanunsuzdur.” Halbuki, bu dəlil də hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Belə ki, əmək müqaviləsinin ləğvi zamanı Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Əmrin tərtib edilməsində və məzmununda pozuntulara yol verilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Ümumiyyətlə, işçinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasında heç bir əsas mövcud deyildir və olmamışdır. Cavabdeh MMC-nin iş materiallarında olan xasiyyətnaməsi də bunu təsdiq edir. Belə ki, AR ƏM-nin 84.1-ci maddəsinə görə, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 4. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “Bundan başqa, Məhkəmə hesab etmişdir ki, işəgötürən işçinin işə gəlməməsinə görə başqa inzibati tənbeh tədbiri görə bilərdi. Lakin Məhkəmə nəzərə almamışdır ki, işəgötürən işçiyə onun işə çıxmamasının doğurduğu hüquqi nəticələr və əmək məcəlləsinin tələbləri barədə rəsmi məktub göndərmişdir. Yəni işəgötürən olaraq alternativ tədbirlər görülmüş, lakin nəticə əldə edilmədiyi üçün qanunvericiliyə uyğun olaraq işçinin əmək müqaviləsi ləğv edilmişdir.” Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Əvvəla, İddiaçı barəsində heç bir intizam tənbehi tətbiq olunmamış, heç bir şifahi və ya yazılı xəbərdarlıq edilməmişdir. İddiaçı işlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, Şirkətin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. Həmin xasiyyətnamənin əsli tərəflərindəndən məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, Cavabdeh MMC tərəfindən İddiaçı cavabdehin qeyd etdiyinə görə “onun işə çıxmamasının doğurduğu hüquqi nəticələr və əmək məcəlləsinin tələbləri barədə” heç bir rəsmi məktub göndərilməmişdir və iş materiallarında bu məzmunda cavabdeh tərəfindən təqdim edilmiş heç bir məktub mövcud deyildir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “Məhkəmə işçidə olan xx.xx.2023-cü il tarixli saxta əmrə istinad edərək qeyd edir ki, bu əmr mübahisələndirilməmişdi, ləğv edilməmişdir və qanuni qüvvədədir. Buna görə də işəgötürən tərəfindən ikinci bir əmr verilə bilməz. Bu, ilk baxışdan qanunvericiliyin tələbləri baxımından doğru yanaşma olsa da işin faktiki hallarına nəzər yetirdikdə səhv olduğunu görürlər. Belə ki, həmin saxta əmr gizlin hazırlandığından şirkətin heç bir rəsmi qeydiyyat sənədlərinə və ya elektron resurslarına işlənməmişdir. Həmin saxta əmrdən isə işəgötürən olaraq xeyli sonralar – Əmək Müfəttişliyi tərəfindən bizə məlumat göndərilərkən xəbərdar olmuşdur. Həmin əmrin hansı şəraitdə hazırlanması, həqiqətən də şirkətə məxsus möhürlə möhürlənib möhürlənməməsi, ən əsası da onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, qeydiyyata alınmaması onun qüvvədən salınmasına və ya ləğv edilməsinə ehtiyac olmadığına dəlalət edir. Belə ki, hər hası bir rəsmi sənəd o halda qüvvədən salına bilər ki, onun ən azından qəbuledilmə proseduru və texniki tərəfləri qaydasında olsun, düzgün qaydada qəbul edilsin. Məsələn, xx.xx.2023-cü il tarixli əmr şirkətin İcraçı direktoru Araz Atakişiyev tərəfindən imzalansa idi, əmrlərin reyestri kitabında qeydiyyata alınsa idi onda məhkəmənin bu mövqeyi doğru olardı. Lakin ortada olmayan bir əmrin ləğv edilməsi, hesab edirik ki, doğru deyil və həmin əmr hazırlandığından etibarən etibarsızdır”. Cavabdehin bu dəlili də tamamilə absurddur. Diqqətinizə çatdırmaq istəyirəm ki, sözügedən Əmr Cavabdeh MMC-nin möhürü ilə möhürlənmiş və səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. Belə ki, 001-21 nömrəli, 01 iyul 2021-ci il tarixli Etibarnamə ilə istənilən növ müqavilələrin, protokolların və digər sənədlərin tərtib olunması, imzalanması, lakin bunlarla məhdudlaşmayaraq Cavabdeh MMC-nin nizamnaməsi və daxili sənədləri ilə direktorun üzərinə qoyulmuş səlahiyyətləri həyata keçirməyi Direktor müavini X3 01 iyul 2023-cü ilədək etibar edilmişdir. Həmin etibarnamə əsasında işçilərin işə qəbulu və işdən çıxarılması səlahiyyətli şəxs olan X.Məhərrəmov tərəfindən həyata keçirilmişdir. MMC-nin möhürü ilə möhürlənmiş və imzalanmış Əmr mübahisələndirilməmiş, ləğv və ya etibarsız sayılmamış, hal-hazırda da qüvvədədir. Hazırda cavabdeh MMC-nin həmin Əmrin qanunsuz olmasına dair istinadı MMC-nin özünün vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verdiyini sübut edir. Bundan istifadə edərək işçinin hüquqlarını pozmaq və ya bunu işçiyə qarşı dəlil kimi qiymətləndirmək tamamilə qanunsuz və əsassızdır. X.Məhərrəmovun adından izahatın alınaraq guya dostluq münasibətlərinə görə Əmrin verilməsi isə absurddur. Əvvəla əgər MMC-nin dediyi kimi, tərəflər arasında dostluq münasibəti var idisə və buna görə də xx.xx.2023-cü il tarixli Əmr verilmişdisə, nəyə görə bundan 1-2 gün öncə - xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı guya işdə olmamasına dair tərtib olunmuş aktlarda X.Məhərrəmov birinci imza etmişdir?! Bu onu göstərir ki, tərəflər arasında heç bir dostluq münasibəti yoxdur və xx.xx.2023 – xx.xx.2023-cü il tarixli aktlar sonradan arxa tarixlə tərtib olunmuş saxta aktlardır. Əmrin nömrələnməsi gəlincə isə, bu işəgötürənin vəzifəsidir. Əmrin qeydiyyata alınmamasına dair, əmrə nömrənin düzgün və ya səhv verilməsinə dair məsuliyyəti işəgötürən daşıyır və burada işçinin heç bir məsuliyyəti mövcud deyildir. Belə ki, AR ƏM-nin 85-ci maddəsinə görə, İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Bundan əlavə, iddia ərizəsinə etirazda əmrlərin qeydiyyatı kitabından çıxarış qoşmada göstərilsə də, iş materiallarına əlavə edilməmiş, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “İşçi Cavabdeh MMC-də yüksək vəzifədə işləmişdir, department müdiri olaraq tabeliyində çoxlu sayda işçilər olmuşdur. Onun işə gəlməməsi, təbii ki, iş yerində işin normal ahəngini pozmuşdur. Bundan başqa işçi bunu bilərəkdən, qəsdən törətdiyinə görə bu hal onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-cimaddəsinin ç) bəndi ilə ləğv edilməsi üçün əsasdır. Bundan başqa, yüksək vəzifəli şəxs olaraq işçinin işə gəlməməsi və tabeliyindəki işçilərə nəzarət etməməsi şirkətin maliyyə itkiləri ilə üzləşməsinə səbəb olmuşdur. Belə ki, Cavabdeh MMC satış şirkətidir. Məlum olduğu kimi, satış şirkətlərində gündəlik satışlar çox əhəmiyyətlidir, işçinin işdə olmaması isə tabeliyindəki işçilərin işinə daha etinasız yanaşmasına səbəb olmuş, ən yaxşı halda isə satışın daha da artmasının qarşısını almışdır. Göründüyü kimi, məhkəmənin bu hala istinad etməsi əsassızdır”. Hesab edirik ki, cavabdehin bu dəlili də tamamilə əsassızdır. Belə ki, tərəfimizdən elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş email yazışmalarından və vvhatsapp yazışmalarından görünür ki, xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə İddiaçı işdə olmuş, işləmiş və işə dair müzakirələr aparmışdır. Daha sonra xx.xx.2023-cü il tarixli rəsmi məktubla İddiaçı işə dəvət olunması tamamilə absurddur. Belə ki, işçi barəsində xx.xx.2023-cü ildə tarixli Əmr qəbul edilmiş və işdən azad edilmişdir. Həmin müddətdən sonra işçinin işə gəlməsinə dair heç bir vəzifəsi mövcud deyildir. Bununla belə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən məhz İddiaçı guya “işdə olmadığına görə” tabeliyindəki işçilərin işə etinasız yanaşmasına, satışın azalmasına, şirkətin maliyyə itkiləri ilə üzləşməsinə əsas olacaq heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, bu dəlil də cavabdehin formal mülahizəsindən başqa bir şey deyildir. Bundan əlavə, cavabdehin apelyasiya şikayətində qeyd edilmişdir ki, “Məhkəmə işin faktiki hallarını, habelə əmək kitabçasının məhkəmə iclasında iddiaçıya təqdim edilsə də iddiaçının ondan imtina etməsini və s. halları nəzərə almadan iddianı qismən təmin edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir”. Əvvəla, qeyd edim ki, tərəfimizdən dəfələrlə pretenziya məktubları ilə və teleqramla Cavabdeh MMC-yə müraciət olunaraq, əmək kitabçasının, son haqq-hesabın və digər sənədlərin poçtla göndərilməsi xahiş edilmişdir. (teleqramın əsli məhkəməyə təqdim olunmuşdur). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 6.1-ci bəndinə görə, İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. 6.2. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, DƏMX-nin xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh MMC-yə müraciət olunaraq əmək kitabçasının İddiaçı poçtla təqdim edilməsi tələb olunsa da, buna da məhəl qoyulmamışdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərini nəzərə almadan öz etiraz ərizəsində qeyd etmişdir ki, “İşçiyə əmək kitabçasının və bu tipli vacib sənədlərin poçtla göndərilməməsi izah edilmişdir”. Bundan əlavə, işə baxan birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə cavabdehə əmək kitabçasının təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi və vəkili bundan yayınmışdır. Sonda, cavabdehin nümayəndəsi və vəkili tərəfindən yeni – yalnız Cavabdeh MMC-yə dair qeydlər yazılan əmək kitabçası gətirilmişdir ki, bu da iddiaçıya məxsus olan əmək kitabçası deyildir. Çünki cavabdehin özünün qeyd etdiyi kimi, iddiaçı yüksək vəzifə olan – departament müdiri vəzifəsində çalışırdı. Departament müdiri vəzifəsinə isə heç bir əmək stajı olmayan, heç bir yerdə əvvələr işləməyən şəxsin təyin edilməsi isə mümkünsüz və gülüncdür. İddiaçı Cavabdeh MMC-dən əvvəl bir çox yerlərdə çalışmış, əmək müqaviləsi bağlamışdır. İşin görünən tərəfi odur ki, Cavabdeh MMC iddiaçıya məxsus olan əmək kitabçasını ya itirmiş ya da məhv etmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsi 1 il müddətində, yəni xx.xx.2023-cü ilədək bağlanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh MMC-yə bir neçə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə olan əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində müddətinin bitməsi ilə əlaqədar olaraq müddətin uzadılmamasını, əmək müqaviləsinə xitam verilməklə, son haqq-hesabının və əmək kitabçasının ona təhvil verilməsini, həmçinin ƏMAS (Əmək və Məşğulluq Altsistemi) portalından adının çıxarılmasını xahiş etmişdir. Həmin ərizələr həm poçt vasitəsilə göndərilmiş və eyni zamanda, Xəyal Məhərrəmov tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Cavabdeh MMC-nin K-041/23 saylı, xx.xx.2023-cü il tarixli Əmri ilə Cavabdeh MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi xitam verilmişdir. Lakin, İddiaçı tərəfindən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsi tələb olunsa da, əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən K-041/23 saylı, xx.xx.2023-cü il tarixli əmr qəbul edilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir. Bununla da, işçinin əmək hüquqları pozulmuşdur. Tərəflərindən bütün bu qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına, bütün dövlət orqanlarına, o cümlədən X18 Xidmətinə şikayətlər göndərilmişdir. AR ƏƏSMN yanında X18 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-H-12901/7/202 saylı cavab məktubuna əsasən, “müraciətinizin Cavabdeh MMC-nin rəhbərliyinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli məktubla tərəflərindən rəsmi müraciət edilmiş və məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatmışdır. Müəssisə rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq hal-hazırki dövrədək cəmiyyət tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən tərəflərindən Cavabdeh MMC-nin rəhbərliyinə AR ƏM-nin 49-cu və 83.2-ci maddələrinə əsasən, sizin əmək müqavilənizə xitam verilməsi və son haqq-hesabınızın hesablanıb ödənilməsinin 5 gün müddətində təmin edilməsi və nəticəsi barədə DƏMX-nın Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Yuxarıda göstərilən tələblər işəgötürən tərəfindən yerinə yetirilmədiyi təqdirdə İXM-nin 539.1.1-ci maddəsinə əsasən Cavabdeh MMC-nin rəhbərliyi barəsində inzibati icraata başlanacaqdır”. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən edilmiş bütün qanun pozuntuları X18 Xidməti tərəfindən işə baxılarkən öz təsdiqini tapmışdır. Məhz elə X18 Xidmətinin məktubunun tarixi günü – xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən tələsik əmr qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat elektron informasiya sisteminə (ƏMAS) daxil edilmişdir. Cavabdeh MMC tərəfindən birtərəfli qaydada tərtib edilmiş və mənə təqdim edilməmiş bütün sənədlərdən məlumatsızam. Bu zaman da Cavabdeh MMC tərəfindən AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş işçinin bütün hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, K-049/23 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrə əsasən, ““Biznesin İnkişafı Departamenti” Bölməsində “Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyən İddiaçı Ramiz oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsi AR ƏM-nin 70 “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilsin”. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair K-041/23 saylı, xx.xx.2023-cü il tarixli Əmrin mövcud olduğu halda, yenidən AR ƏM-nin digər əsası ilə (AR ƏM-nin 70 “ç” maddəsi ilə) ikinci bir əmrin qəbul edilməsi əmək qanunvericiliyi tarixində görünməmiş haldır və bu pozuntuya da məhz hazırki iş üzrə cavabdeh yol vermişdir. Bununla belə, Əmrdə əmək müqaviləsinə xitam verilməsi tarixi kimi xx.xx.2023-cü il göstərilsə də, Əmrin tarixi 1 ay 14 gün sonraya – xx.xx.2023-cü il tarixə təsadüf edir. Əmək müqaviləsinin 1 il müddətinə bağlandığını nəzərə alsaq, artıq sonuncu iş günü - xx.xx.2023-cü il tarixdə Əmr verilməli idi. Halbuki, AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR Əmək Məcəlləsinin 87.3cü maddəsinə əsasən, İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin hüquqları dəfələrlə və kobud surətdə pozulmuşdur. Bütün bu pozuntularla bağlı, tərəfimizdən aidiyyatı orqanlara müraciətlər edilmişdir. Hesab edirəm ki, Cavabdeh MMCnin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, obyektiv araşdırma aparılaraq qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və apellyasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən halları təsdiqləyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X26 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. İş üzrə iddiaçı X16 və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın “AZEMİS” vasitəsilə göndərilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Həmçinin, Cavabdeh MMC-nin nümayəndəsi X17 tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə elektron kabinet üzərindən ərizə verərək, işə onların iştirakları olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X16 nümayəndə və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
42. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
43. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
44. Maddə 71. Hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
45. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
46. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
47. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
48. Maddə 186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
49. Maddə 186. Hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
50. Maddə 186. Hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
51. Maddə 187. Hissə 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
61. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
64. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlillərində qətnamənin yalnız iddianın təmin edilmiş hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
65. Buna baxmayaraq məhkəmə kollegiyası şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
69. Belə ki, işin halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanılmaqla Cavabdeh MMC-də Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmiş iddiaçı ilə əmək müqaviləsinə cavabdeh MMC-nin iki ayrı əmri ilə xitam verilmişdir. Cavabdeh MMC-nin direktor müavini X.F.Məhərrəmov tərəfindən imzalanmış K-041/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı (ərizəsinə əsasən) xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, Cavabdeh MMCnin icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Muradov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-049/23 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı sonrakı əmri, yəni xx.xx.2023-cü il tarixli K- 049/23 nömrəli əmri mübahisələndirir.
70. İddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, işlədiyi müddət ərzində özünü məsuliyyətli, punktual, əməksevər işçi kimi göstərmişdir. Vəzifə öhdəliklərini məsuliyyətlə, vaxtında və bacarıqla yerinə yetirmiş, Şirkətin qabaqcıl əməkdaşlarından biri olmuşdur. Həmkarlarına və tabeliyindəki işçilərə qarşı diqqətli və xoşxasiyyət olmuş, kollektivdə hörmət qazanmış və nümunəvi əməkdaşlardan biri olmuşdur. İşlədiyi dövr ərzində onun haqqında heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bütün bu göstərilənlər Cavabdeh MMC tərəfindən verilmiş xasiyyətnamədə də öz əksini tapmışdır. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə bütün iş günü işdə olmuşdur və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə səbəb sayıla bilməz.
71. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
72. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
73. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
74. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir.
75. Həmin norma, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
76. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: 1. İşçinin əmək funksiyasını yerinə yetirməməsi; 2. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.
77. İşəgötürən əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə istinad etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, tutduğu yüksək vəzifədən istifadə edərək şirkətdaxili nizam-intizam qaydalarına da əməl etməmiş, mütəmadi olaraq işə gecikmiş, bir çox hallarda isə ümumiyyətlə işə gəlməmişdir. O, cari ilin fevral ayı ərzində bir neçə dəfə işə gəlməmiş və bu barədə işəgötürənə heç bir məlumat verməmişdir. Sonuncu bu hallar isə aktlaşdırılmışdır. Bütün bunlar 2023-cü ilin fevral ayının sonlarında şirkətdə aparılan daxili yoxlamalar zamanı müəyyən olunmuşdur. O, sonuncu dəfə tam olaraq xx.xx.2023-cü il tarixdə işə çıxmışdır. Onun fəaliyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxdığına görə o, araşdırmadan yayınmaq üçün bundan sonra işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü, xx.xx.2023-cü il tarixdə isə günün birinci yarısı işə gəlməmişdir. İşçinin işə çıxmaması aktlaşdırılmışdır. Bundan sonra isə ona rəsmi məktub göndərilərək işə çıxması və araşdırmada iştirak etməsi təklif olunmuşdur. Lakin, yenə də heç bir nəticə əldə olunmamışdır.
78. Məhkəmə həmin əsasları yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh əmrdə qeyd olunan halların həqiqətən baş verməsini sübuta yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Məhkəmə kollegiyası işə baxmış birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Çünki, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə istinad edildiyinə görə, əmrin qanuniliyi Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydaların tələbləri baxımından təhlil olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
80. Cavabdehin iddiaçının işə mütəmadi olaraq gəlməyərək şirkətdaxili nizamintizam qaydalarına da əməl etməməklə istinadla irəli sürdüyü dəlillər, mütəmadi olaraq işə gecikməsi bir çox hallarda isə ümumiyyətlə işə gəlməyərək bu barədə məlumat verməməsi, bu hərəkətlərə iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yol verməsini, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübut etməli idi. Lakin, bu hal məhkəmə tərəfindən müəyyən olunmamışdır.
81. Göründüyü kimi, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023cü il tarixli əmrində iddiaçının ƏM-nin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasına istinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi işəgötürənin üzərinə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq vəzifəsini qoymuşdur. Bu əsaslandırma əmrə, yaxud hər hansı bir sənədə qanunun maddi hüquq normasının olduğu kimi köçürülməsini deyil, işçinin işdən azad edilməsinə səbəb olan konkret halların nədən ibarət olmasının ətraflı şərh edilməsini nəzərdə tutur. Şərh edilənlərdən də görünür ki, ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.
82. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yalnız xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi ilə müşayət olunan əmək vəzifəsini pozması müəyyən edilmiş olsa idi belə, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermədiyi üçün) ləğv edilməsinə mütənasib deyil. Bu halda, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin.
83. Həmçinin, Əmək Məcəlləsinin 45-ci maddəsinin görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
84. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, hər hansı birinin təşəbbüsü ilə uzadılmamışdır. Mübahisələndirilən əmr verilərkən, yəni xx.xx.2023cü il tarixdə isə tərəflər əmək münasibətlərində olmamışlar. Buna görə də tərəflər əmək münasibətlərində olmadığı halda cavabdeh şirkətin mübahisələndirilən əmri qanunsuz olaraq qəbul etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi mövqe əsaslı və qanuni olmuşdur.
85. Qeyd edildiyi kimi, mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmr verilərkən artıq işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə başqa bir əmrixx.xx.2023-cü il tarixli əmri olmuşdur. Cavabdeh həmin əmri verən şəxsin buna səlahiyyətinin olmaması, həmin şəxs barəsində tənbeh tədbirinin görülməsi, əmrin nömrəsinin MMC-nin digər sənədləri ilə uyğun olmaması barədə müvafiq sübutlar təqdim etməklə əmrin qanuni olmadığını bildirsə də, xx.xx.2023-cü il tarixli əmr mübahisələndirilməmiş, ləğv edilməmişdir və qanuni qüvvədədir. Belə olan halda, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə yenidən xitam verilməsi barədə əmr verilə bilməzdi. Ona görə ki, Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
86. Qeyd olunmalıdır ki, qanunvericilik əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilməsini birbaşa qadağan etmişdir. Həmin qayda əslində işçinin hüquqlarının daha səmərəli təmin olunması vasitələrindən biri kimi çıxış etməklə, bir tərəfdən işəgötürənin üzərinə işçini işdən azad etməklə bağlı mövqeyini birmənalı və ziddiyyətsiz əsaslandırmaq vəzifəsi qoyur, digər tərəfdən isə işçiyə hansı əsasla işdən azad edildiyi barədə məlumatlı olmaq imkanı təqdim edir.
87. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisələndirilən əmrin əsaslığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
88. Apellyasiya şikayətinin Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ifadəsinin təhrif edilməsi barədə dəlillərini də kollegiya əsaslı hesab etmir. Belə ki, qətnamənin surəti cavabdehə göndərilmiş və həmin qətnamədə cavabdehin izahatı geniş şəkildə yer almışdır. Cavabdeh tərəfindən məhkəmə iclasının protokolları ilə tanış olmaq barədə ərizə ilə məhkəməyə müraciət edilmiş, lakin sonuncu tərəfindən qətnamədən izahatının təhrif edilməsi ilə bağlı protokola qeyd verilməmişdir. Hansı ki, belə bir hüququn olması iş üzrə tərəflərə işə baxan hakim tərəfindən izah edilmişdir.
89. Halbuki, Azərbaycan Respublikasının MPM-in 273-cü maddəsnə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
90. Azərbaycan Respublikasının MPM-in 274.1-ci maddəsinə əsasən, protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır.
91. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
94. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
95. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
96. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
97. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4101/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş – hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.