Məhkəmə qərarları › İş №2(104)-439/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-439/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-439/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN Xidmət” mərkəzindəki notariat kontoruna qarşı çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, eləcə də miras əmlakın vərəsələr arasında paylara bölünməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)-1410/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onların birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndindəki 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 92.30 kv.m fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xаhiş etmişdir. Cavabdeh2 da cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN Xidmət” mərkəzindəki notariat kontoruna qarşılıqlı iddia ərizəsi verərək, Bərdə rayonu Əmirli kəndindəki 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə alınmış xx.xx.2022-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi barədə qətnamə qəbul olunmasını xаhiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ilkin iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onların birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92,30 kv.m fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)-1410/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) ilkin iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onlar həmin torpaq sahəsi və yaşayış evindən çıxarılmaları; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçıların xeyrinə verilməsi; Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2024-cü il tarixli 2(104)-439/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)-1410/2023 nömrəli qətnaməsinin “qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilməsi; Həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. X8 Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2024-cü il tarixli 2(104)-439/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)- 1410/2023 nömrəli qətnaməsinin “Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilməsi; Həmin hissədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İşin halları İlkin iddia üzrə iddiаçılar İddiaçı1, Məmmədova onların birgə mülkiyyətlərində Bərdə rayonu Əmirli kəndində 0,20 ha hǝyǝtyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində yerləşən 92,30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi isə tam pay hüququ ilə İddiaçı1 mülkiyyətindədir. Hazırda həmin fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayırlar. Cavabdehlərdən dəfələrlə mülkiyyətlərində olan evdən çıxmalarını tələb etmişlər, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək evdən çıxmamışlar. İhalbuki onlar həmin evə köçərək orada yaşamaq istəyirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları və qanunla qorunan mənafeləri kobud surətdə pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 doğma qardaşıdır. X3, anası X4r. Mirzə Məmmədov xx.xx.1987-ci il tarixdə, Zeynəb Məmmədova isə xx.xx.1993-cü il tarixdə vəfat etmişlər. Anası 1993-cü il tarixdə vəfat etməmişdən öncə xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Qeyd etdiyi fərdi yaşayış evində anası vəfat etməmişdən öncədə, anası vəfat etdikdən sonra da davamlı olaraq 22 ildir orada yaşayır. Həmin fərdi yaşayış evindən istifadə etmiş və anasına məxsus olan əşyaları da miras olaraq qəbul etmişdir. Lakin, hazırda qardaşı İddiaçı1 anası vəfat etdikdən sonra lazımi təşkilatlara müraciət etmiş və qanunsuz olaraq ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə öz adına sənədləşdirmiş və fərdi yaşayış evinə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış almışdır. Həmin çıxarışdan isə məhkəmə iclası zamanı məlumatı olmuşdur. İddiaçı1 onun savadsızlığından sui-istifadə edərək evi öz adına sənədləşdirmişdir. Anası vəfat etdikdən sonra bilmişdir ki, həmin ev üçün vərəsəlik şəhadətnaməsi alınmalı və ev onun adına sənədləşdirilməlidir. İndi isə İddiaçı1 qanunsuzluq edərək çıxarış aldığı evdən onu çıxartmaq istəyir. Onun isə həmin evdən başqa yaşamağa heç bir yaşayış yeri yoxdur. Həmçinin onun həmin fərdi yaşayış evində yaşamağa hüququ var və anasından qalmış fərdi yaşayış evi miras əmlak olaraq ona da verilməlidir. İndi isə qardaşının onun razılığı olmadan və ən önəmlisi onun xəbəri olmadan evi öz adına sənədləşdirməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, ünvan 1 ünvanındakı 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adına xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış, onun əsasında verilmiş sənədlər etibarsız hesab edilməli və miras qalmış əmlak vərəsələr arasında bölünməlidir. Mülki iş materiallarında olan: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24 nömrəli və xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10 və X17 ilə birgə Bərdə rayonu, Əmirli kəndində yaşayır, həmçinin İddiaçı1 ailə üzvləri İddiaçı2 və İddiaçı3 ilə birlikdə Bərdə rayonu, Əmirli kəndində yaşayır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Əmirli kəndindəki 0,20 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi isə İddiaçı1 tam həcmdə mülkiyyətindədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, 24165 inventar nömrəsi İddiaçı1 adına verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bərdə rayonu, Əmirli kəndinə yerləşən ümumi sahəsi 92,30 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi 1990-cı ildə inşa edilmişdir; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 52 saylı məktubdan görünür ki, rayon dövlət arxivində 79 saylı fondda mühafizə edilən Bərdə rayonu Xanərəb kənd Sovetliyinin İmirli kəndi üzrə 1977-1979-cu illərə aid 06 saylı Təsərrüfatbaşına kitabın 1813 saylı şəxsi hesabına əsasən, ailə başçısının X11 olduğu, adına olan torpaq sahəsinin 0,18 olduğu qeyd olunub. Tikili haqqında məlumat yoxdur. 1986-1990-cı illərdə X5 xx.xx.1987-ci ildə vəfat etdiyi, ailə başçısının həyat yoldaşı X6 olduğu, adına olan torpağın 0,18 olduğu, evin 57 kv.m olduğu qeyd olunmuşdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı1 adına Bərdə rayonu, Əmirli kəndində yerləşən fərdi yaşayış evi tam və 0,20 ha torpaq sahəsi 3 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə olmaqla xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd: Bərdə rayonu AİK-nın 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Bərdə rayonu, Əmirli kənd sakinləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına JN-148A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. O cümlədən Əmirli kəndi üzrə icra nümayəndəliyinin 184 saylı təsərrüfat başına uçot kitabına əsasən 0,20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır; Bərdə rayon İcra Hakimiyyəti başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 112 nömrəli və xx.xx.2023-cü il tarixli, 79 nömrəli arayışlardan görünür ki, Cavabdeh2 2001-ci ilin yanvar ayından halhazıradək İddiaçı1 məxsus Bərdə rayonu, Əmirli kəndində yerləşən evdə yaşayır; Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 326316 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1993-cü ildə Bərdə rayonu, İmirli kəndində vəfat etmişdir. Ölümün səbəbi qara ciyər sirrozu olmuşdur; Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 307038 nömrəli arayışdan görünür ki, X7 xx.xx.1987-ci ildə Bərdə rayonu, İmirli kəndində vəfat etmişdir. Ölümün səbəbi hipertaniya olmuşdur; xx.xx.2023-cü il tarixli, AN – İ №1115240 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcılar X15, X16, X12 tərəfindən JN 462A, KOD ******* olan birgə mülkiyyət üzrə onlara məxsus Bərdə rayonu Əmirli kəndində yerləşən ümumi sahəsi 0.5 ha torpaq sahəsi alıcı Cavabdeh4 satılmışdır; Rus dilində olan 1988-ci ilin mart ayında verilmiş yaşayış fonduna aid olan fərdi yaşayış X9 surətindən görünür ki, X7 və X2 adları Bərdə rayonu Əmirli kəndində yerləşən ümumi sahəsi 69.6 kv.m, yaşayış sahəsi 51.8 kv.m, köməkçi sahəsi 17,8 kv.m olan, 2 yaşayış otaqlı 1 fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi üzrə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli 112 nömrəli məktubundan görünür ki, mərhum X7 və mərhum X2 adına notariusda vərəsəlik işinin açılması ilə bağlı Bərdə rayon Notariat Kontoru vərəsəlik haqqında Dövlət Arxivinə heç bir sənəd təqdim etməyib; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-2141/2023 nömrəli məktubdan və həmin məktubla göndərilmiş, Bərdə rayon Əmirli İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş tarixli arayış və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli çıxarışdan, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN- 148A KOD 61000108 saylı Şəhadətnamədən görünür ki, İddiaçı1 adına ailə üzvləri X13 və İddiaçı2 ilə birlikdə Bərdə rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla 2021-2025-ci illər üçün Əmirli kəndinə aid təsərrüfat başına uçot kitabının 280 saylı vərəqində qeyd olunmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh3 adına Bərdə rayonu, Əmirli kəndində 4 nəfərlə 0.14 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına Bərdə rayonu, Əmirli kəndində 4 nəfərlə 1.56 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-148C KOD 61000108 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı1, X13 və İddiaçı2 istifadələrinə verilmişdir; Apellyasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh İddiaçı1 onun savadsızlığından sui-istifadə edərək valideynlərindən miras qalmış evi öz adına sənədləşdirmişdir. Anası vəfat etdikdən sonra bilməmişdir ki, həmin ev üçün vərəsəlik şəhadətnaməsi alınmalı və həmin ev onun adına sənədləşdirilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi tam təmin edilmiş, ilkin iddia üzrə cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Digər ilkin iddia üzrə cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişlər. X8 Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2024-cü il tarixli 2(104)-439/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)- 1410/2023 nömrəli qətnaməsi “qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Eləcə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2024-cü il tarixli 2(104)-439/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)-1410/2023 nömrəli qətnaməsi “Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin “ilkin iddia tələbinin təmin edilərək Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və yaşayış evindən çıxarılması”, habelə “qarşılıqlı iddia tələbinin Bərdə rayonu Əmirli kəndindəki 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin vərəsələr arasında paylara bölünməsinin təmin edilməməsi” hissələri üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və yaşayış evindən çıxarılması” hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, “Qarşılıqlı iddia tələbinin Bərdə rayonu Əmirli kəndindəki 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin vərəsələr arasında paylara bölünməsinin təmin edilməməsi” hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bərdə rayonu Əmirli kəndindəki 0,20 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi isə İddiaçı1 tam həcmdə mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin texniki pasportu əsasında müəyyən edilir ki, ev 1990-cı ildə inşa edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Cavabdeh2 2001-ci ildən hazırkı vaxtadək fasiləsiz olaraq həmin fərdi yaşayış evində yaşayır. İddiaçılar cavabdehlərin torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların oradan çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişlər. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilkin iddiaya dair yoxlanılan hissədə tələb – Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun evdən, eləcə də evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasından ibarətdir. Qarşılıqlı iddiaya dair yoxlanılan hissədə isə tələb – mübahisəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin vərəsələr arasında paylara bölünməsindən ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin və qarşılıqlı iddiaya dair yoxlanılan hissələrə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə ilkin iddianın yoxlanılan hissəsi üzrə hüquqi dəyərləndirilmə aparılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə ilkin iddiaya dair yoxlanılan hissədə tərəflər arasında yaranmış mübahisəyə mülki və mənzil qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Bu baxımdan ilkin iddia tələbinin əsaslı olmasını müəyyən etmək üçün Cavabdeh2 mübahisəli torpağın üzərində yerləşən evə hüquqlarının araşdırılmasını zəruri edir. MPM-nin 217.2-ci maddəsində təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh2 2001-ci ildən mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə köçməsini, həmin vaxtdan orada yaşamasını və cavabdehin mübahisəli evə köçərkən zaman evin hüquq müəyyən edici sənədinin olmamasını nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. MPM-nin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən olunan və faktiki halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh2 2001-ci ildən ilk iddia üzrə iddiaçı qardaşı İddiaçı1 mübahisəli evinə köçmüş və hazırkı vaxtadək də orada yaşayır. Bu hal həmçinin iş materiallarındakı Bərdə rayon İcra Hakimiyyəti başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 112 nömrəli və 24 fevral 2023-cü il tarixli 79 nömrəli arayışlarla öz təsdiqini tapır. Belə ki, həmin arayışlarda Cavabdeh2 2001-ci ilin yanvar ayından hal-hazıradək İddiaçı1 məxsus Bərdə rayonu Əmirli kəndində yerləşən evdə yaşadığı göstərilmişdir. İlkin iddia üzrə Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, indi ilkin iddianın, yəni onun həmin evdən istifadə hüququna xitam verilərək oradan çıxarılması məsələsinin həlli üçün, Cavabdeh2 oradan istifadə hüququnun itirilməsi məsələsi araşdırılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, ilkin iddia üzrə Cavabdeh2 mübahisəli yaşayış sahəsindən çıxması və daimi yaşamaq üçün başqa yerə getməsi sübut olunmur. Cavabdeh2 yaşayış sahəsindən 2001-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, onun mübahisəli evdən istifadə hüququ vardır. Bu qənaətinə uyğun olaraq kollegiya qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair istifadə hüququ var və mübahisəli həyətyanı torpaq sahəsi həmin evin ayrılmaz tərkib hissəsi olmaqla, həmin evə xidmət edir. Ona görə də, Cavabdeh2 sözügedən torpaq sahəsindən də çıxarılması qanuni əsaslara söykənmir. Həmçinin cavabdehin mübahisəli mübahisəli torpaq sahəsində yerləşən evdən istifadə hüquququnun olması torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən ilkin iddiaya dair yoxlanılan, yəni “Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və yaşayış evindən çıxarılması” hissədə ilkin iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq ilkin iddia həmin hissədə, yəni Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası qarşılıqlı iddiaya dair yoxlanılan hissədə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə qarşılıqlı iddia tələbini rədd etsə də, lakin mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə həmin hissədə qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinin valideynləri olan mərhum X7 və X1 miras qalmasını iddia etsə də, bununla bağlı lazımi sübutları məhkəməyə təqdim edə bilməmiş və beləliklə də qarşılıqlı iddiasını məhkəmə iclasında sübut edə bilməmişdir. İş materiallarından isə məlum olur ki, İddiaçı1 və onun ailə üzvləri olan digər birgə iddiaçılara ünvan 4i ünvanında 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və onun üzərində İddiaçı1 tərəfindən fərdi yaşayış evi inşa edilərək mülkiyyət hüququ onun adına qeydiyyata alındığından yaşayış evinin miras əmlak olaraq vərəsəlik qaydasında keçməsindən hazırki halda bəhs edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşmır və kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qarşılıqlı iddiaçı Cavabdeh2 mərhum anasından miras qalmış əmlak kimi vərəsələr arasında paylara bölünməsini tələb etdiyi Bərdə rayonu Əmirli kəndindəki 0,20 ha həyətyanı torpaq sahəsi ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində, habelə həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi isə ilkin İddiaçı1 tam həcmdə xüsusi mülkiyyətindədir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə rayonu Əmirli kəndindəki 0,20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair ilkin iddiaçıların adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər hazırkı məqamda hüquqi qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı məqamda həmin əmlakların miras kütləsi kimi vərəsələr arasında paylara bölünməsi yolverilməzdir. İşə baxan birinci instansiya məhkəməsi isə qarşılıqlı iddiaya dair yoxlanılan hissədə işin hallarına dzgün hüquqi qiymət vermədən mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansia məhkəməsinin qətnaməsi göstərilən hissədə də ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(021)-1410/2023 nömrəli qətnaməsi ilk iddia tələbinin yoxlanılması, yəni “Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və yaşayış evindən çıxarılması” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi həmin hissədə təmin edilməsin. Həmçinin qətnamə “Qarşılıqlı iddia tələbinin Bərdə rayonu Əmirli kəndindəki 0.20 ha torpaq sahəsiqüzərində inşa edilmiş fərdi yaşayış evinin vərəsələr arasında paylara bölünməsinin təmin edilməməsi” hissədə ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar