Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-448/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 336 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 16 fevral 2021ci il tarixli MAS-3293 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmişdir. Bununla əlaqədar olaraq İddiaçı MMC tərəfindən Ağdam Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 11 may 2023cü il tarixli, 2(013)-665/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ümumilikdə 1465.53 manat borcun tutularaq İddiaçı MMC-nin xeyirinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar AR DYP tərəfindən inzibati qaydada cərimə olunmuşdur. EQ 11383882 saylı protokola görə 135 manat, EQ 10675232 saylı protokola görə 9 manat, EQ 10675237 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat olmaqla, qeyd olunan inzibati xəta haqqında protokollara görə, ümumilikdə 336 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən 336 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə inzibati xəta haqqında protokollarla bağlı portaldan çıxarış və ödəniş qəbzləri əlavə edilmişdir. Həmin cərimələr İddiaçı MMC-nin biznes kartından “Hökumət ödəniş portalı” vasitəsi ilə ödənilmiş və ödəniş qəbzləri çap edilərək məhkəməyə təqdim edilmişdir.“Hökumət ödəniş portalı” vasitəsi ilə X5 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xəta haqqında tərtib olunmuş prorokollarla bağlı ödəniş edilərkən inzibati xətanı törədən şəxsin ad soyadı və qeydiyyat ünvanı, ödəniş məbləği və ödənişin təyinatı barədə məlumatlar qeyd olunsa da, ödəyici barədə məlumatlar qəbzdə öz əksini tapmır. Tərəflərə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli Mərkəzi X1 qəbzlərindən görünür ki, EQ 11383882 saylı protokola görə 135 manat, EQ 10675232 saylı protokola görə 9 manat, EQ 10675237 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat cərimələri Cavabdeh və Fuad Abbasov adlı şəxslər ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; İddiaçı tərəf iddianı və apellyasiya şikayətini onunla əsaslandırır ki, lizinq obyekti olan “Khazar SD” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar AR DYP tərəfindən inzibati qaydada cərimə olunmuşdur. EQ 11383882 saylı protokola görə 135 manat, EQ 10675232 saylı protokola görə 9 manat, EQ 10675237 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat olmaqla, qeyd olunan inzibati xəta haqqında protokollara görə, ümumilikdə 336 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Mərkəzi X1 qəbzlərindən görünür ki, EQ 11383882 saylı protokola görə 135 manat, EQ 10675232 saylı protokola görə 9 manat, EQ 10675237 saylı protokola görə 32 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat cərimələri Cavabdeh və Fuad Abbasov adlı şəxslər ödəmişlər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia olunan məbləğin İddiaçı MMC-ti tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, yuxarıda qeyd edilən ödəniş qəbzləri ilə müəyyən edilir ki, həmin cərimələri Cavabdeh və Fuad Abbasov adlı şəxslər ödəmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2476/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-448/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-448/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver