Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-451/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
2. xx.xx.2021-ci il tarixli, A 668148 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
4. Məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4067 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.62 ha torpaq sahəsinin 2.62 ha hissəsindən cavabdeh X2 çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin adının Cavabdeh kimi qəbul edilməsini və ona məxsus Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.62 ha torpaq sahəsinin 2.62 ha hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Şəmkir rayonunun Kür qəsəbəsi İsgəndərli kəndi ərazisində 4.62 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətindədir və torpaq sahəsindən uzun illərdir istifadə edir. 2023-cü il aprel ayında DƏDRX-nə rəsmi müraciət edib rüsum ödəmiş və torpaq sahəsinin ölçüləri ona akt şəklində təqdim olunmuşdur. Həmin vaxt məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 2.62 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmasını təklif etsə də, o buna məhəl qoymamış və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, İsgəndərli kəndində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 hissəsindən Cavabdeh çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul alınıb İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi, İddiaçı və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh Şəmkir rayonu İsgəndərli kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsindən cavabdeh çıxarılmalıdır.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 84 və 117.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, İsgəndərli kəndində yaşayır. Yaşadığı kənddə ailəsini dolandırmaq üçün kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olur. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2002- ci il tarixli qərarı ilə 5.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onların mülkiyyətinə verildikdən sonra daim onun və ailə üzvlərinin istifadəsində olmuş, torpaq sahəsində ailəsini dolandırmaq üçün hər il əkin əkmişdir. Artıq 22 ildir ki, o, torpaq sahəsindən istifadə edir. Bu illər ərzində isə ona və ailə üzvlərinə qarşı iddiaçının torpaq sahəsi ilə hər hansı tələbi olmamışdır. O, hazırda istifadəsində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə etmişdir. İddiaçı isə ona qarşı hazırki iddianı qaldıraraq illərdir onun sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılmağını tələb etmişdir. Halbuki, illərdir torpaq sahəsinə qonşuluqda olan iddiaçı da, mübahisəli torpaq sahəsinin ona məxsus olmasını bilmiş və heç bir etiraz bildirməmişdir. İddiaçı 2023-cü ildə ona qarşı iddia qaldıraraq torpaq sahəsinin ölçüldüyünü və ona məxsus olduğunu bildirmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi illərdir onun və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Düşünür ki, həmin torpaq sahəsi 2002-ci ildə onun istifadəsində olduğundan bu gün onun torpaq sahəsindən çıxarılmağını tələb etməsi ona ziyan vurmaqdan başqa bir şey deyildir. Ekspert rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun tərəfindən zəbt edildiyi qeyd edilmiş olsa da, həmin torpaq sahəsi JN0004 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onlara təhvil verilərkən ölçülmüşdür. Ona görə də, hesab etmişdir ki, iddia tələbi əsassızdır. Hər kəsin mülkiyyət hüququ vardır. Mübahisəli torpaq sahəsi isə 2002-ci ildən JN0004 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və həmin vaxtdan onların qanuni sahibliyində olmaqla istifadəndədir. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi müəyyən edilsə də, işin həqiqi halları müəyyən edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi 22 ildir JN-0004(KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında onun və ailə üzvlərimizin ümumi birgə mülkiyyətində olmaqla qanuni sahibliyindədir. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin ərazidə sürüşmə olmuşdur.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, 5 ildir ki, o, torpağı almışdır. Mütəxəssislər gəlib torpağı ölçmüş və yerini müəyyən etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
15. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
18. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
21. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
22. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4067 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu İsgəndərli kəndi ərazisində yerləşən 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsini könüllü olaraq azad edilməsini təklif etmiş, lakin cavabdeh torpaq sahəsini qaytarmaqdan imtina etmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin torpaq sahəsini 22 il istifadə etməsi, başqasının mülkiyyətində olan torpaq sahəsinə onun sahiblik hüququnu yaratmır. Tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşir. Mütəxəssis və ekspert rəylərində iddiaçıya məxsus 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.4539 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi sübuta yetirilir. Mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksinə sübut edən heç bir sənəd məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdeh özüdə torpaq sahəsinin 2.4539 ha hissəsini istifadə etdiyini etiraf edir, ancaq həmin yerin ona məxsus olduğunu iddia edir. Lakin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ilə müəyyən olunur ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli, A 668148 saylı Torpaq sahəsinin planı və ölçü sənədi ilə müəyyən edilir ki, Şəmkir rayonu İsgəndərli kəndi ərazisində 4.6288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçü sənədində torpaq sahəsinin koordinatları və döngə nöqtələri əks olunmuşdur.
38. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.