Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-452/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum tarixinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci iltarixli, 2(125)-2232/2*22 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1958-ci ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı (hakim C.Quliyev) qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi və ödənlimiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumunun (tarix: 23.*9.2*22; ödənişi qəbul edən təşkilat: "xxxx" ASC-nin “Gəncə” fillialı; mədaxil qəbz nömrəsi: 9********) dövlət büdcəsindən ərizəçi X1 qaytarılması qərara aımışdır. Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı qərardadından narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *2 dekabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı qərardadı ilə Ərizəçi Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı qərardadından verdiyi şikayət şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə iddia ilə müraciət edərək, 12 may 1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, onun doğum haqqında şəhadətnaməsində doğulduğu il 1958-ci il göstərilmiş, doğulduğu gün və ay isə göstərilməmişdir. 1979-cu ildə X2 ilə nikah bağlamışdır və haqqında şəhadətnamədə onun doğum tarixi 12 may 1958-ci il tarixi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşın doğumu haqqında şəhadətnaməsi əsasında verildiyindən onun şəxsiyyət vəsiqəsində doğum "XX.XX.1958" kimi göstərilmişdir. X4 Sağlamlıq Mərkəzində işləyir və onun doğum tarixi qeyri-müəyyən olduğundan ona 2*23-cü yanvar ayının 1-də 65 yaşı tamam olması ilə əlaqədar işdən azad olma barədə xəbər verilmişdir. Onun doğum tarixi 12.*5.1958-ci ildir. Bu hal nikah haqqında şəhadətnamə öz əksini tapmışdır. Lakin şəxsiyyət vəsiqəsində doğum günü yazılmadığından o bu faktı başqa cürə sübut edə bilmir. Məhkəmənin qərardaı ilə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, mülki iş məhkəmə icraatı qaydasında baxılmalı deyil. Məhkəmə Ali Məhkəməsi Plenumunun bu qərarının tətbiq edərək hesab etmişdir ki, iddia tələbi yaşın müəyyən edilməsi ilə bağldır və bu səbəbdən işin məhkəmədə baxılmalı olmadığını müəyyen etmişdir. Hesab edir ki, məhkəmə Plenumun qərarını bu mübahisə üçün tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, onun iddia tələbi doğum tarixinin müəyyən olunması ilə əlaqədardır. Doğum şəhadətnaməsi Ermənistan Respblikasında verilmiş və doğum şəhadətnamədə doğum ili qeyd olunmuş, lakin doğum günü və ayı qeyd olunmamışdır. Buna görə iddia tələbi yaşın müəyyən olunması ilə əlaqədar olmadığından Plenumun qərarının bu məsələ ilə tətbiqi yalnışdır. Hesab edir ki, məhkəmə prosessual hüququ normanı pozmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Göründüyü kimi şəxsin doğum haqqında şəhadətnaməsində doğum ayı və günü qeyd olunmadan doğum ili göstərildiyi təqdirdə doğum ayının və günün müəyyən edilməsinin və buna dair müvafiq sənədin alınmasının qaydası qanunvericiliklə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 3*8-ci maddəsinin tələbinə əsasən isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndinə müvafiq olaraq, müvafiq qeydiyyat şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.*.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 4*2.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər: Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397- 4**, 4*2.2.4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2* oktyabr 2*22-ci il tarixli, 2(125)-2232/2*22 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-452/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-452/2023
03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver