Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-46/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı ona məxsus torpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmaları, ona məxsus torpağın alınıb özünə verilməsi və qanunsuz həyətyani topağına müdaxilə etmələrinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(021)-589/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə rayonunun Şatırlı kənd İƏD-nin nümayəndəliyinin Qazaxlar kəndində ona məxsus olan JN-119 A saylı şəhadətnaməsi ilə verilən 0,08 ha torpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmalarına, ona məxsus torpağın alınıb özünə verilməsinə və qanunsuz həyətyani topağına müdaxilə etmələrinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2 (021)-589/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 JN- 119A KOD 61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı1 məxsus cəmi 0,08 ha torpaq sahəsinin 65 kv.m hissəsindən çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 JN-119A KOD 61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı1 məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etmələrinin qadağan edilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq İddiaçı1 verilməsi, ekspertiza tədqiqatının dəyəri 67 manat 20 qəpik pulun Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" ASC-nin Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Lahiyətədqiqat Mərkəzi, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba ödənilməsi, iddianln qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2 (021)-589/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona X2 Komissiyasının 1998-ci il tarixli qərarı ilə 0,08 ha həyətyani torpaq sahəsinə dair JN 119 A saylı şəhadətnamə verilmişdir. Lakin cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz tikili tikmiş, ona öz torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmalarını tələb etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən 0,08 ha torpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmalarına, ona məxsus torpağın alınıb özünə verilməsinə və qanunsuz həyətyanı topağına müdaxilə etmələrinin qadağan edilməsinə dair qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi Bələdiyyənin mülkiyyətində idi. Həmin torpaq sahəsi zibilli və yararsız idi. Onlar (cavabdehlər) həmin torpaq sahəsini yararlı vəziyyətə salaraq istifadə etmişlər. Heç bir torpaq sahəsini zəbt etməmişlər. 65 kv.m torpaq sahəsi isə bələdiyyənin mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsi onlara məxsusdur və adlarına JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verrilməsinə dair Şəhadətnamə də verilmişdir. Ekspertiza iddiaçının vəsatəti əsasında təyin edildiyinə görə ekspertiza xərci onlardan tutulmalı deyildi. Hesab edirlər ki, məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də həmin qətnamənin ləğv edilməsini xahiş edirlər. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən cavabdehlər məhkmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, əslində cavabdehlər ona məxsus torpaq sahəsinin daha çox hissəsini zəbt etmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.102019-cu il tarixli, 472 nömrəli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Qazalar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş JN-119 A KOD 61022038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, 0,08 ha həyətyanı torpaq sahəsi Bərdə rayonu Qazaxlar kənd sakini İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 454 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 adına verilmiş JN-119A KOD 61022038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,08 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh1 adına verilmiş JN-118A KOD ********* saylı Torpağın mülkiyyətə verilməsinə dari şəhadətnamədə göstərilən həyətyani torpaq sahəsi üst-üstə düşmür, iddiaçı və cavabdehin iştirakı ilə onların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin mübahisələndirilən tərəfinin çəpəri olmadığından hər ikisinin istifadə etdikləri həyətyanı torpaq sahələri ilə birlikdə ölçülərək naturada koordinatları təyin edilərək Şortəpə təsərrüfatının ərazisində aparılmış kompleks yerqurluşu layihəsinə yerləşdirilmişdir. Məlum olmuşdur ki, iddiaçı ilə cavabdehə JN-118A və JN-119 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyətlərinə verilən torpaq sahələrinin koordinatları ilə faktiki istifadlərində olan həyətyani torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan həyətyani toraq sahələrinin həndəsi ölçüləri uyğun deyildir. Hər iki həyətin mübahisələndirilən hissəsində çəpər olmasa da JN-119A KOD 61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı1 mülkiyyətinə verilən 0,08 ha torpaq sahəsinin üzərinə cavabdeh 65 kv.m ölçüdə mal peyini tökərək istifadə edir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)- 1333/2021 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3768 saylı rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı və cavabdehlərin iştirakı ilə faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi və JN-119 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşmür. əsas səbəb odur ki, koordinatları, konfiqurasiyası və həndəsi ölçüləri arasında fərq var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 məxsus torpaq sahəsinin 0,0352 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən sahə rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş JN-119 A KOD 61022038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə görə Bərdə rayonu Qazaxlar kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir və həmin torpaq sahəsinin 0,0352 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilərək hər hansı hüquqi əsas olmadan istifadə edilir. İddiaçının iddia tələbi qismən təmin edilərək cavabdehlərin həmin torpaq sahəsinin 0,65 kv.m hissəsindən çıxarılması qət edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də kollegiya həmin qətnamənin əsaslılığını cavabdehlərin apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinəəsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin səbt edildiyi məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki. məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Cavabdehlər apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsini təmizləyərək yararlı vəziyyətə gətirdiklərini, hətta onlara JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verrilməsinə dair Şəhadətnamə də verildiyini göstərmiş olsalar da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişlər. Əksinə iş materiallarında olan JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verrilməsinə dair Şəhadətnamən Bərdə rayonu qazançılar kəndində olan 0,08 ha torpaq sahəsinin cavabdehlərə yox, iddiaçıya məxsus olduğu görünür. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehlərin formal dəliləri kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətoinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki. iş üzrə 50 (əlli) manat miqdarında ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(021)-589/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat miqdarında pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2(104)-46/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-46/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver