Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-460/2023 04.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsinin boşadılması və tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X18, Cavabdeh2 və onun vəkili X6 iştirakları ilə, İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 04 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD 50806028 nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X5 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir.
2. 4Ə-134441 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil olmuş, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD 50806028 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata X1.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi Cavabdeh2, X15 və X7 paylı mülkiyyətindədir.
5. Torpağa mülkiyyət hüququna dair JN-0636 KOD 50806028 nömrəli Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X11 0,12 ha torpaq sahəsi verilmişdir.
6. 4Ə-427 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil olmuş, 19 fevral 2016-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0636, KOD 50806028 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata Cavabdeh1 satmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 dekabr 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,118 ha torpaq sahəsi Cavabdeh1 olunun xüsusi mülkiyyətindədir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X18 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********90 reyestr nömrəli 05 avqust 2019cu il il tarixli AN 393503 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlar üzrə 1-2 nöqtə - 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə 0,0741 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması; Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********18 reyestr nömrəli 01 avqust 2019-cu il il tarixli AN 394468 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları üzrə 1-2 nöqtə - 48,54 metr, 2-3 nöqtə 19,69 metr, 3-1 nöqtədə 44,69 metr ölçülü ümumilikdə 0,044 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X5 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X8 5000 manata ona satmışdır. Torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, eləcədə Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Lakin mülkiyyətində olan torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etmişlər və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev inşa etmişlər. Dəfələrlə cavabdehlərdən xüsusi mülkiyyətində olan 0,0741 ha və 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxmalarını və tikilmiş evlərin öz hesablarına sökülməsini tələb etsədə, heç bir nəticə əldə etməmişdir. Həmçinin Göygöl rayon Polis şöbəsinə şikayət ünvanlamış, lakin 21 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır.
10. İddiaçı X18 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli **********90 reyestr nömrəli çıxarışla, 05 avqust 2019-cu il il tarixli A 393503 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən döngə nöqtələri koordinatlar üzrə 1-2 nöqtə 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə cəmi 0,0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən onların həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində tikilmiş tikililərin (ev, yarım tikili, daş hasar, metal tor və s tikililərin ) cavabdehlərin öz hesablarına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsinin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 tərəfindən (X10 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər sökülərək) sökülərək, zəbt edilmiş torpaq sahəsi X10 istifadəsinə verilməsi; Cavabdeh2 tərəfindən (X10 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililər (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər və s) sökülərək, zəbt edilmiş torpaq sahəsi X10 istifadəsinə verilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 311 (üç yüz on bir) manat (mütəxəssis rəyinə görə) tutularaq Kapitalbank ASC Xətai filialı Kod 200071, VOEN (bank) **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, AZ23AİİB******************** VÖEN ********** hesaba və 100 (bir yüz) manat (ekspertiza rəyinə görə) tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE********************, X4, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 103.1, 213, 217.2, 217.4, 216-220, 227, 230, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi 2001-ci ildə Aqrar İslahat aparılan zaman onlara vermiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarışla hüquqları qeydə alınmışdır. İddiaçı Sahib Nağıyev isə 2017-ci ildə Dürdanə Hüseynovadan 0,12 ha torpaq sahəsi almışdır. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onları yeri isə 639-cu sırada olmuşdur. Belə olan halda Sahib Nağıyevin torpaq sahəsini zəbt edərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslansada, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.
15. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Gəncə “ASAN xidmət” Mərkəzində notariat kontorunda 19 fevral 2016-cı il tarixdə 4Ə-427 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini almış və həmin tarixdən torpaq sahəsini idarə etmişdir. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onun yeri isə 636-cı sırada olmuşdur. Belə olan halda Sahib Nağıyevin torpaq sahəsini zəbt edərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslansada, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və mülkiyyətində olan torpaq sahəsində ev inşa etdirmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X12 apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X18 apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlər zəbt etdiyi torpağın əvəzinə ona 3700 manat verərsə iddia tələbindən imtina edər.
21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
32. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
35. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
43. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.
50. Belə ki, işin halları ondan ibarətdir ki, 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli və 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara, əsasən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,044 və 0,0741 ha torpaq sahələri X10 xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmasını və həmin ərazidə tikinti aparmalarını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.
51. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 dekabr 2021-ci il tarixli 10/6200 nömrəli rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m) hissəsi Cavabdeh1 faktiki istifadəsində, RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0156 ha (156 kv.m) hissəsi Cavabdeh2 faktiki istifadələrindədir. RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən 8,0 metr uzunluğunda metal tor hasarın quraşdırıldığı; RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəlim çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən iki hissədən (7 metr, 6,80 metr) ibarət ümumi uzunluğu 13,80 metr olan daş hasar inşa edildiyi; RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan torpaq sahəsinin 78.0 kv.m hissəsi üzərində Cavabdeh2 tərəfindən tikili inşa edilmişdir.
53. Apellyasiya icraatı zamanı da iş üzrə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin edilmiş və ekspert qarşısında 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Göygöl rayonunun Üçtəpə kəndində iddiaçı X10 xüsusi mülkiyyətində olan 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və Cavabdeh2, X15 və X7 paylı mülkiyyətində olan 0,26 ha torpaq sahəsi, eləcədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 dekabr 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və Cavabdeh1 olunun xüsusi mülkiyyətində olan 0,118 ha torpaq sahəsi ilə üst üstə düşüb-düşməməsini, eləcədə üst-stə düşdüyü halda hansı hissələrdə və Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda inşa etdikləri tikililərin özlərinə aid torpaqda və ya iddiaçı Sahib Nağıyevin mülkiyyətində olan torpaqda olubolmamasına dair suallar qoyulmuşdur.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3917 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli 3-21-3-33/2-4008/2023 nömrəli mütəxəssis rəyinə əsasən X10 mülkiyyətində olan 440,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan 2600,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuş; Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193,0 kv.m torpaq sahəsinin Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 2600,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşmədiyi; Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193,0 kv.m torpaq sahəsinin 78,0 kv.m hissəsinin X10 mülkiyyətində olan 741,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi; X10 mülkiyyətində olan 440,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmiş; Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin 90,0 kv.m hissəsinin Cavabdeh1 öz mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olduğu, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin isə X10 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yerləşdiyi müəyyən olunmuşdur.
55. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 78,0 kv.m hissəsi Cavabdeh2 tərəfindən tutulmuş və zəbt olunmuş ərazidə onun tərəfindən tikinti işləri aparılmışdır. Cavabdeh1 münasibətdə isə yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 10/6200 nömrəli rəyiində qeyd olunmuşdur ki, RX seryalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarış, A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən X10 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m) hissəsi Cavabdeh1 faktiki istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3917 nömrəli ekspert rəyində isə qeyd olunmuşdur ki, X10 mülkiyyətində olan 440,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin 90,0 kv.m hissəsinin Cavabdeh1 öz mülkiyyətində olan 1180,0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olduğu, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m torpaq sahəsinin isə X10 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sərhədlərində yerləşmədiyi göstərilmişdir. Kollegiya hər iki ekspert rəyini nəzərə alır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh1 inşa etdirdiyi tikilinin 59 kv.m hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür.
56. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı X10 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 78,0 kv.m. hissəsindən çıxarılmalı, eləcədə zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülməli, Cavabdeh1 RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı X10 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 59 kv.m hissəsindən çıxarılmalı, eləcədə zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülməli, eksprtiza tədqiqatlarının dəyəri 200 (100+100=200) manatın 100 manatı Cavabdeh2, 100 manatı Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(066)-22/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası qismən təmin edilsin. RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı X10 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən Cavabdeh2 çıxarılsın və zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülsün. RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında iddiaçı X10 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 59 kv.m hissəsindən cavabdeh X17 çıxarılsın və zəbt edilmiş hissədə inşa etdirdiyi tikili onun öz vəsaiti hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (100+100=200) manatın 100 manatı Cavabdeh2, 100 manatı isə Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.