Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-471/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «şəxsin itkin düşmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə doğulmuş oğlu X1 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, onun tərəfindən bütün sənədlər əlavə edilmiş, habelə hazırki ərizənin hansı məqsəd üçün lazım olduğu ərizəsində göstərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 3146/2023 nömrəli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli və ərizəçi İddiaçı şikayətinə baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ərizəçi itkin düşmüş hesab edilməsini xahiş etdiyi şəxslə qohumluq əlaqələrini göstərən sənədi ərizəyə əlavə etməmiş, bundan başqa həmin halın konkret hansı məqsəd üçün gərəkli olduğunu əsaslandırmamışdır. Ərizəçi İddiaçı isə şikayətində göstərmişdir ki, onun tərəfindən bütün sənədlər əlavə edilmiş, habelə hazırki ərizənin hansı məqsəd üçün lazım olduğu ərizəsində göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, iddiaçı ərizəsinin məzmunundan görünür ki, iddiaçı dövlətin verdiyi güzəştlərdən istifadə etmək məqsədilə oğlu X1 itkin düşmüş hesab olunmasının müəyyən edilməsini göstərmişdir. Digər tərəfdən, iş materiallarından da göründüyü kimi, iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında itkin düşmüş hesab edilməsini xahiş etdiyi şəxslə qohumluq əlaqələrini göstərən sənədi, yəni, doğum haqqında şəhadətnamənin surətini göstərmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi nəticəsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardadı ərizəçiyə göndərərkən, həmin qərardaddan şikayət vermə müdddətini gözləmədən ərizəyə əlavə edilmiş sənədləri də geri qaytarmışdır. Belə olan halda, verilmiş şikayətin dəlillərini tam yoxlamaq üçün, ərizəyə əlavə edilmiş həmin sənədlər də tələb olunaraq işə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli,Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli və ərizəçi İddiaçı şikayətinə baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3146/2023 nömrəli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli və ərizəçi İddiaçı şikayətinə baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərarddad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-471/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-471/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver